Hər kəs behişt istəyirsə, gərək hansı beş şeydən əl çəkməsin?


Hər kəs behişt istəyirsə, gərək hansı beş şeydən əl çəkməsin? Hər kəs behişt istəyirsə, gərək beş şeydən əl çəkməsin: Elm əhli və saleh insanlarla yoldaşlıq, fəqir və yoxsulları sevmək!
1) Allahın qorxusundan günahı tərk etməkdən; Quran: “Hər kəs öz Pərvərdigarının məqamından qorxsa və nəfsani istəklərinin qarşısını alsa onun yeri behiştdir.”
2) Dünyada qarını doyduran və bədəni örtən şeyə qane olmaq. Çünki deyiblər, behiştin qiyməti dünya matahını tərk etməkdir.”
3) İtaət və ibadətə, Allahın və Peyğəmbərin (s) razı olduğu hər bir şeyə həvəslə yanaşmaq.
4) Elm əhli və saleh insanlarla yoldaşlıq, fəqir və yoxsulları sevmək.
5) Dua, ah-zar, yalvar-yaxar etmək. Hədislərdə var ki, hər kəs Allahdan üç dəfə behişt istəsə, behişt Allaha belə deyər: “Pərvərdigara! Məni ona, onu da mənə qovuşdur.”


“Niyə Quran möcüzədir?” sualına ayətullah Behcətin cavabı


“Niyə Quran möcüzədir?” sualına ayətullah Behcətin cavabı İslam dininin möcüzəsi Qurandır. Bunu necə izah etmək olar?. Tanınmış arfi mərhum Ayətullah Behcət isə Quranın möcüzə olmasını belə izah edir:
“Quran əbədi möcüzədir. Bu barədə müxtəlif terminlər var. Quranın möcüzə olması haqda deyilən ən mühüm baxış budur ki Quranla mübarizə aparmaq istəyənlər o işdən yayındırılırlar. Yəni Allah Quran kimi bir kitabı gətirmək istəyənləri o işdən yayındırır.
Amma mən özüm bu ehtimalı daha çox üstün bilirəm ki Quranın möcüzə olması belə izah olunmalıdır. O da Quranın cəzzabiyyətidir(onu oxuyanı özünə cəzb etməsi). Qurran cəzb edəndir. Cəzzabiyyət bir mövzudur ki, danışığa aid olan məsələdir. Bu bir surədə olur? Yoxsa 10 surədə, Yoxsa iki?. Cəzzabiyyət adi insanların sözlərində də var, amma dərəcəsi çox aşağıdır. Bütün danışıqların cəzzabiyyəti eyni deyildir”.(İslaminSesi)


İmam Əli (ə): Elə bir dövran gələcək ki...?


İmam Əli (ə): Elə bir dövran gələcək ki...? İmam Əli əleyhissalam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur:
İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qurandan nişanədən (mənaları və həqiqətləri barəsində düşünmədən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin zamanda onların məscidləri bina (zinət və gözəlliyi) baxımından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abadlaşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pisləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik.


“Bəqərə” surəsi 207-ci ayə hansı hadisə və kimin haqqında nazil olmuşdur?


“Bəqərə” surəsi 207-ci ayə hansı hadisə və kimin haqqında nazil olmuşdur? “Bəqərə” surəsinin 207-ci ayəsində Allah-Təala (c.c) buyurur: “İnsanlardan bəziləri (Əli (əleyhissalam) kimi imanlı və fədakar, “Leylətul-məbit”də Peyğəmbərin (s) yatağında yataraq) Allahın razılığını qazanmaq yolunda öz canlarını satır. Allah Öz bəndələrinə qarşı mehribandır.”
Hicrətin yeddinci əsrində yaşamış sünnü alimlərindən olan ibni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhində belə qeyd edir: “Bütün təfsirçilər demişlər ki, bu ayə Həzrət Əli ibni Əbi Talibin (əleyhissalam) barəsində, “Leylətul-məbit” gecəsində Həzrət Rəsuli-Əkrəmin (s) yerində yatması ilə əlaqədar olaraq nazil olmuşdur. Bu məsələ təvatür həddindədir, kafir və divanələrdən başqa heç kim onu inkar etməz.”


Məscidlərin səsucaldanları ilə dini proqramları həyata keçirməyin hökmü nədir?


Məscidlərin səsucaldanları ilə dini proqramları həyata keçirməyin hökmü nədir? Ayətullah Lutfullah Safi buyurur: Bismillahir-rəhmanir-rəhim. Ələykum salam və rəhmətullah.
Məscidlərdə, hüseyniyyələrdə və digər dini məkanlarda mərasim təşkil edənlərə tövsiyə edirəm ki, şüar və təzahür məqsədi dayışan azan kimi səsləndirmələr səsucaldan vasitəsilə səsləndirilsin. Bundan qeyri surətdə ehtiyatlı olun ki, xalqı incitmək olmasın və bəhanə axtaranların əlinə bəhanə verilməsin. Çünki belə olarsa, bütün proqramlar sual altına düşə bilər. Xüsusilə də xəstələrin və yaşlı insanların halına riayət etsinlər. Məscidin səsucaldanı vasitəsilə səsləndirilən dini proqramlardan şikayət və gileylənən şəxslərə tövsiyə və nəsihət edirəm, o kəslərdən olmayın ki, Mütəal Allah onların barəsində buyurur:
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
“Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər”. (“Zümər” surəsi, ayə 45)


Fəqih hicab taxmamaq hökmü verə bilər?


Fəqih hicab taxmamaq hökmü verə bilər? Hökmlər iki qisimdir: ümumi və şərtlənmiş... Höccətülislam Seyid Mustafa Behişti Ayətullah Məkarim Şirazinin xaricdə təhsil alan xanımların təhsili davam etdirmək üçün hicab qadağası olan universitetlərə hicabsız daxil olması ilə bağlı fitvasını araşdırır... (tebyan)
Hicab dinin zəruri hökmlərindənsə fəqih ilahi hökmü kənara qoyub, bu hökmün ziddinə fitva verə bilərmi? Fövqəladə vəziyyət adi vəziyyətdən fərqlənir. Necə ki, çıxılmaz vəziyyətdə həyatın davamı üçün murdar ətdən yemək olar. Oruc adi halda vacibdir. Amma cana zərər olsa haram sayılır. Hökmi-əvvəliyyə, hökmi-sanəviyyə deyilən iki hökm adi vəziyyət və çıxılmaz vəziyyət üçün nəzərdə tutulub. Çıxılmaz vəziyyət üçün nəzərdə tutulmuş hökmi-sanəviyyə hökmi-əvvəliyyəni gücdən salmır. Ayətullah Məkarim Şirazi hicabı dinin zəruri hökmlərindən sayır. Onun hicab qadağası olan təhsil ocaqlarına hicabsız daxil olmaq icazəsi müvəqqəti və istisna haldır. Eyni zamanda Ayətullah Məkarim Şirazi konkret şəraitdə müəyyən müsəlmanın sualını cavablandırıb və bu cavab ümumiyyət təşkil etmir. Oxşar vəziyətlə üzləşən şəxsin fəqihə mürcaiət etməsi lazımdır.


İsti su içməyin 12 faydası nələrdir?


İsti su içməyin 12 faydası nələrdir? Suyun insan həyatında əvəzsiz rolu və sağlamlıq üçün nə dərəcədə önəmli olduğu hamıya məlumdur. Ancaq suyu isti halda içmək soyuq içməkdən daha çox fayda verir. Belə ki, soyuq əvəzinə suyu isti və ya ilıq içərək bədəninizi daha mükəmməl hala gətirə bilərsiniz... Beləliklə, isti suyun faydaları...
1. Çəki itirmə: Əgər bir neçə artıq kilonuzun olduğunuzu düşünürsünüzsə, metabolizminizi sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz yardımı olacaqdır.
2. Burun və boğazın təmizlənməsi: İsti su içmək soyuqlama, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitəsir.
3. Menstruasiya sancıları: İsti su menstruasiya sancılarının azaldılmasına müsbət təsir göstərir.
4. Erkən yaşlanmanın qarşısını almaq: Toksinləri bədəninizdən kənarlaşdırmaq istəməyinizin bir səbəbi də var: toksinlər sizi daha sürətli yaşlandırır...


Necə edək ki, daha çox tövfiqə malik olaq?


Necə edək ki, daha çox tövfiqə malik olaq? Bütün yaxşı tövfiqlər Sübhan Allah tərəfindəndir. Namaz da, oruc da, ibadət-itaət də, intizar da, əzadarlıq tövfiqi də Allah tərəfindəndir. İmam Zaman ağanın (ə.f) duasında oxuyuruq: “Allahım! İtaət, günahdan uzaqlaşmaq, niyyətin düzlüyü və günahı tanımaq tövfiqini bizim ruzimiz qərar ver”. Bəs bu tövfiqləri necə əldə edək?
1. İnfaq etmək və malından bağışlamaq. 2. İlahi təqvanı əldə etmək.
3. Allahın vədələrini təsdiq etmək. “Amma kim (öz malından və var-dövlətindən Allah yolunda) bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)”. (“Ləyl” 5-7).
4. Nəsihət qəbul etməyi bacarmaq. İmam Əli (ə) buyurur: “İnsan üçün ən böyük tövfiq – nəsihət qəbul etməkdir”. Nəsihəti eşitmək və gördüyün işlərdə məsləhətləşmək o tövfiqlərdəndir ki, insanı müvəffəq edər.
5. Allahla rabitə qurmaq. İmam Əli (ə) buyurur: “Sənin ixtiyarındadır ki, Allahdan yardım alasan və Ondan tövfiq istəyəsən”.


Bədii ədəbiyyat oxumaq insana hansı faydalar verir?


Bədii ədəbiyyat oxumaq insana hansı faydalar verir? Alimlərin keçirdiyi tədqiqatdan sonra, belə bir nəticəyə gəliblər ki, bədii ədəbiyyat oxumaq inansın dünya görüşünün inkişaf etməsi və genişlənməsi üçün çox faydalıdır.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Toronto universitetinin alimlərinin keçirdiyi araşdırmanın nəticəsində məlum olub ki, bədii ədəbiyyat oxuyan zaman, insanda empatiya yaranır. İnsanlar bədii ədəbiyyat oxuyan zaman, personajlarla uyğunlaşır və bu personajın emosiyalarını, təşviqini və düşüncələrini başa düşməyə başlayır. İnsan baş verənləri kənardan müşahidə edə bilir. Eyni zamanda bədii ədəbiyyat oxumaq təxəyyülü gücləndirir./deyerler.


Şəriət vəzifələrində Cahili-qasir və cahili-müqəssir nə deməkdir?


Şəriət vəzifələrində Cahili-qasir və cahili-müqəssir nə deməkdir? Bunlar müəyyən səbəblər üzündən öz dini vəzifəsinə (təklifə) əməl etməyən şəxslərə aid olunan terminlərdir. Səbəbin üzürlü ya üzürsüz olmasından asılı olaraq, öz dini vəzifəsinə əməl etməyən adam cahil, yəni xəbərsiz sayılır. Amma əgər bunu üzürlü səbəbdən edirsə, ona cahili-qasir deyirlər. Məsələn, adam hər hansı yeməyin haram olduğunu bilmədən yeyir, bu barədə ona heç kim məlumat vermir, amma xəbər tutandan sonra bu işdən əl çəkir. Və ya 15 yaşından namaz qılmağın vacib olmasını bilmir, ona görə də namaz qılmır, amma bunu öyrənən kimi qılmadığı namazları qəza edir. Cahili-qasirin Allah yanında günahı yoxdur, bilməməzlik üzündən etdiyi günahlar da sayılmır. Amma cahili-müqəssir o adama deyilir ki, öyrənib-bilməyə imkanı ola-ola öz dini vəzifəsini öyrənmir. Məsələn, bir əməlin günah olması barədə başqasından eşidir, amma özü araşdırmır və həmin günahı təkrar edir. Yaxud namazın düzgün qılınma qaydasıını kitablardan oxuyub öyrənmək imkanı ola-ola bunu etmir və səhv şəkildə namaz qılır. Bu cür adam Allah qarşısında məsuliyyət daşıyır, amma tövbə etməklə və səhv əməlini düzəltməklə öz günahını bağışlada bilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter