Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?


Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?Cavab: Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi və vacib fərq yoxdur. Mövcud fərqlər də ya müstəhəb xarakter daşıyır, ya da yerli adət-ənənəyə bağlıdır. Məsələn, el adətincə, qadınların qəbrini kişilərə nisbətən daha dərin qazırlar. Bu da qadının naməhrəmlik dərəcəsinin daha çox olması ilə əlaqədardır, yəni hər hansı səbəb (sel sularının torpağı yuması, heyvanların qəbri eşməsi və s.) üzündən qəbrin üst örtüyünün daha gec dağılması üçün belə edirlər. Qadının kəfənlənməsində də bəzi müstəhəb qaydalar vardır; belə ki, qadın cənazəsini kişiyə nisbətən daha çox parçaya bükmək müstəhəbdir. Qadını qəbrə qoyan şəxs də ona məhrəm olanların içindən seçilir. Qadın cənazəsini qəbrə qoyarkən və təlqin oxuyarkən məzarın üstünü parça ilə örtüb kənarlarını torpağa sıxırlar ki, naməhrəmlər cənazəni görməsinlər. Bir daha təkrar edirik ki, bunların hamısı müstəhəb qaydalardır.


Qəbir ziyarəti üçün hər hansı məsləhətli vaxt varmı?


Qəbir ziyarəti üçün hər hansı məsləhətli vaxt varmı?Qəbir ziyarətini ilin və həftənin hər hansı günündə və saatında yerinə yetirmək olar. Bunun üçün xüsusi gün və saat yoxdur. Milli ənənəmizə görə bayram günlərində və sair mübarək tarixlərdə insanlar öz ölülərinin qəbrini ziyarət edir, onların ruhuna dua oxuyurlar. Həftənin günləri içində cümə axşamı və cümə günlərində qəbir ziyarətinə getmək barədə dini mətnlərimizdə daha çox tövsiyələrə rast gəlirik. Günün hansı hissəsində məzarlığıa getmək məsələsinə gələndə isə bunu günün əvvəlində, səhər vaxtı etmək daha yaxşıdır. Ümumiyyətlə, günün işıqlı saatlarında qəbir ziyarətinə getmək məsləhətdir. Hava qaralandan sonra və ya gecə vaxtı məzarlığa getmək bəyənilmir.


Kişi ilə qadının eyni otaqda namaz qılmasına icazə varmı?


Kişi ilə qadının eyni otaqda namaz qılmasına icazə varmı?Cavab: Kişi ilə qadın eyni otaqda namaz qıla bilər. Əlbəttə, naməhrəm kişinin gördüyü şəraitdə qadının əyilib-qalxaraq namaz qılması məsləhət deyil. Məhrəm şəxslər isə tam rahatlıqla eyni otaqda namaz qıla bilərlər. Kişi ilə qadın camaat namazı da qıla bilərlər. Bu halda İmam-camaat kişi olmalıdır. Əlbəttə, kişidə İmam-camaatın şərtlərinin olması da lazımdır. Əgər qadın namazda kişiyə iqtida edərsə, ondan arxada durmalıdır. Ehtiyata görə, ən azından, qadının səcdə yeri kişinin dizləri bərabərindən arxada qalmalıdır. Yəni kişinin səcdə zamanı dizlərini qoyduğu yerdən xəyali xətt çəkilsə, qadının səcdədə alnını qoyduğu yer o xətdən arxada qalmalıdır.


Qadınlarla və körpələrlə bağlı “çilə” məfhumunun dinlə əlaqəsi varmı?


Cavab: Çilə fars dilində “çehel” sözündən qaynaqlanır, mənası “40” deməkdir. Təsəvvüf aləmində sufilərin 40 gün təriqət tələblərinə uyğun olaraq təlim keçmələrinə də “çilə” deyirdilər. Xalq inamına görə gəlin, eləcə də uşaq dünyaya gətirmiş zahı qadın 40 gün “çilə” dövrü keçirir. Yeni doğulan uşaq da 40 gün çiləli olur. 40 günün tamamında “çiləkəsdi” mərasimi keçirilir. Dini mətnlərdə bununla bağlı hər hansı sübut yoxdur. Ona görə də çilə və çiləkəsdi ayinlərini dinlə bağlamaq yanlışdır. Bunun səbəbi uzun əsrlik tibbi-psixoloji təcrübəyə əsaslanan xalq inancı ola bilər. Belə ki, həyatında yeni mərhələyə qədəm qoymuş qadının 40 gün rahat, cəmiyyətdən uzaq reabilitasiya müddəti keçməsi faydalı ola bilər. Həmçinin, yeni doğulan körpənin 40 gün təcrid olunmuş halda saxlanması onu yad təsirlərdən, yoluxucu xəstəliklərdən qoruya bilər. Ona görə də çilə məfhumunu dini deyil, milli adət-ənənə kimi dəyərləndirmək lazımdır.


Duaları yazıb öz üstündə gəzdirməyin faydası varmı?


Duaları yazıb öz üstündə gəzdirməyin faydası varmı?Cavab: Dua möminin silahı, ehtiyacların həyata keçmə vasitəsi, Allahla rabitənin açarıdır. Ən gözəl dua insanın öz dili ilə Allah dərgahına ünvanladığı söz şəklində duadır. Buna görə də oxunan dualara dini mənbələrimizdə daha çox üstünlük verilib. Məsumlarımızın buyruqlarında da şifahi dualar üstünlük təşkil edir. Bununla yanaşı, elə dualar da var ki, onların yazılması və insanın üstündə gəzdirilməsi fayda gətirir. Bu duaların bir qisminin yazılma şəraiti, vaxtı və vasitələri ilə bağlı konkret göstərişlər var ki, duanın təsiri də bunlardan asılıdır. Yazılan dualara hörmətlə yanaşmaq, onları murdar olmaqdan qorumaq lazımdır. Yazılan dualar arasında ayətül-kürsi, bədnəzər, ruzi, qorxu və hacət duaları daha geniş yayılıb./ixlas.


Həzrət Peyğəmbərin (s) həmişəyaşar möcüzəsi nədir?


Həzrət Peyğəmbərin (s) həmişəyaşar möcüzəsi nədir?Həzrətin həmişəyaşar möcüzəsi Qurani kərimdir. Quran təkcə söz ustalığı cəhətindən deyil, həm də məna cəhətindən, ilahi əhkam və qanunlar baxımından da əbədi möcüzədir. Bəşər elmi nə qədər inkişaf etsə və təbiətin sirlərini kəşf etsə də, yenə də islamın əbədi rəmzi olan Quranın haqq olması daha da aydın olacaq. Quranda hər şeydən artıq Allaha pərəstiş, Allahın zatda və sifətdə vahid olması, Onun cəlal və cəmal sifətləri, yaranışın əzəməti, haram və halal, təbii elmlər, keçmişdəki ümmətlərin ibrətamiz hadisələri və ictimai qanunlar, hesab günündən (qiyamət) və böyük ilahi peyğəmbərlərin və keçmiş ümmətlərin başına gələnlərdən ibrət və s. bəyan olunur. “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.” (İsra/88.)


Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq mümkündürmü?


Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq mümkündürmü?«Ali-imran/169: «Allah yolunda öldürülənləri ölü zənn etmə. Onlar öz Rəbbinin yanında ruzi içindədirlər. «Hud/6-cı: «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin». Həzrət Əli (ə) buyurur: «Ruzi iki növdür. Birini sən axtarmalısan, o biri isə sənin axtarışındadır». («Nəhcül-bəlağə».) Ayə və hədislərdən məlum olur ki, Allahın insan üçün ayırdığı ruziyə çatmaq üçün çalışmaq zəruridir. Bu işdə özünü həlak edib, haram yola əl atmağa ehtiyac yoxdur. Hər bir insan qüvvəsi qədərində çalışarsa, təyin olunmuş ruzisini əldə edə bilər. Bəs həzrət Əlinin (ə) buyurduğu ikinci növ ruzi hansıdır? Bəzən insan oturduğu yerdə ruzi əta olunmasını inkar edə bilmərik. Belə hallar olur. Amma insan oturub, təsadüflərin intizarında olmamalıdır...


Ata-anaya nə zaman itaət olunmamalıdır?


Ata-anaya nə zaman itaət olunmamalıdır?Allah-təala valideynlərə ehsan haqda buyurur: «Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə etdik...». («Ənkəbut/8.) «Loğman/15 «dünya işlərində onlarla gözəl keçin» buyurulur. Valideynə yaxşılığın əhəmiyyəti, Əhli-beyt (ə) hədislərində daha qabarıq nəzərə çarpır. Allah-təalanın valideynə mərhəmətinin sonsuzluğunu anlamaq üçün «behişt ananın ayaqları altındadır» hədisini xatırlamaq kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq etmək zəruridirmi? İslam dini hətta kafir valideynə də ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki, övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin məsələlərdə itaət olunmamalıdır. - Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə arasına girə bilməz. Nə padşah, nə rəis, nə də ki ata-ana insanı dini vəzifələrinin icrasından saxlamaq səlahiyyətinə malik deyildir.


Vəhabi firqəsi barəsində bir neçə sual?!


Vəhabi firqəsi barəsində bir neçə sual?!Vəhabi firqəsində olanlara bir neçə sual:
1-Sual: Vəhabi məzhəbi hansı məqsədlə yaradılıb? Cavab: Bu məzhəb İslam tarixini təhrif etmək, dini şüarları və hətta Peyğəmbərin qəbrinin günbəzini belə uçurub xarab etmək, islamı ifratçı, geriçilik və xurafatçı bir din kimi təqdim etmək, İslamın əsas mərkəzi olan Ərəbistandan əsil islamı yox etmək məqsədilə icad edilmişdir.
2-Sual: İbni Teymiyyənin Allah haqqındakı əqidəsi nədir? Cavab: İbni Teymiyyə Allahı cisim bilir, Onun əl, ayaq, göz, dil, ağız və məkanı olmasına inanırdı. O, ayə və rəvayətlərin zahirini əsas götürdüyü üçün Allahı göydə, taxt üzərində oturduğuna inanmışdı, eyni halda o, Allaha təşbih verməni də inkar edirdi...


Başqası üçün dua edərkən sənin qazandığın nədir?


Hər kim həmin an yanında olmayan mömin qardaşı üçün dua etdikdə səmadan bir mələk ona belə nida edər: Ey Allah bəndəsi! Duanın yüz min bərabəri sənin üçün olsun. İkinci mələk nida edər: Ey Allah bəndəsi! Bu duanın iki yüz min bərabəri sənin üçün olsun. Daha bir mələk deyər: Ey Allah bəndəsi! Etdiyin duanın üç yüz min bərabəri sənin olsun. Daha bir mələk deyər: Bu duanın dörd yüz min qatı sənin olsun. Beşinci mələk nida edər: Etdiyin duanın beş yüz min bərabəri sənin üçün olsun. Altıncı mələk deyər: Ey Allahın mömin bəndəsi, bu duanın altı yüz min bərabəri sənin üçün olsun. Yeddinci mələk xitab edər: Ey Allahın bəndəsi! Sənin etdiyin bu duanın yeddi yüz min qatı sənin olsun. Bu zaman Allah Taala o bəndəyə nida edər: Mən elə bir ehtiyacsızam ki, heç vaxt fəqir və möhtac olmaram. Ey Mənim bəndəm! Etdiyin duanın min-min (bir milyon) bərabərini sənin özün üçün verdim!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter