\"Cameyi-Kəbirə\" dua kitabı hansı imamdan nəql olunub?


"Cameyi-Kəbirə" dua kitabı hansı imamdan nəql olunub?İmam Hadidən (ə) bizə yadigar qalan əsərlərdən biri “Cameyi-Kəbirə” ziyarətidir. Bu ziyarətin əhəmiyyəti o zaman aşkar olur ki, İmamın (ə) qərar tutduğu vəziyyətlə daha yaxından tanış olarıq. Bəziləri o zamanda İmama (ə) sitayişdə mübaliğə edirdilər. İmam (ə) da bu insanların əqidəsini inkar etmək üçün bəlağətli bu ziyarəti təlim verir ki, onun vasitəsilə hər bir İmamı (ə) ziyarət etmək olar. “Cameyi-Kəbirə” ziyarəti İmaməti, İslam siyasətinin fəlsəfə və rəmzi hesab edir. Bütün möminlərə xatırladır ki, İlahi ədalət hökuməti ancaq Məsumlara (ə) aiddir.
İmam (ə) ağır zamanda yaşasa da, öz təlim və tərbiyəsindən əl çəkmirdi. Müxtəlif suallara cavab verir və insanları maarifləndirirdi. Çox sayda hədis yazan və əhkam elminə vaqif olan insanlar yetişdirir. Şeyx Tusi bu şagirdlərin sayının 185 nəfər olduğunu bəyan edir...


Sədəqəni necə vermək? – Həzrət İmam Rzadan (ə) nümunə


Sədəqəni necə vermək? – Həzrət İmam Rzadan (ə) nümunə Yəsə ibni Həmzə nəql edir: “İmam Rzanın (ə) məclisində idik. Çox sayda insan bu məclisdə iştirak edirdi. Həzrətə (ə) halal və haramdan, əhkamdan suallar verirdilər. İmam (ə) da onların cavablarını verirdi. Bu zaman məclisə uzun boylu bir kişi daxil oldu,salam verib İmama (ə) dedi: “Mən sizin, pak atalarınızın dostlarındanam. Həcc səfərində pulum qurtardı və vətənimə qayıtmaq üçün pulum yoxdur. Əgər imkan varsa, yol pulunu mənə verin ki, vətənimə çata bilim. Allah məni öz nemətlərindən bəhrələndirmişdir. O zaman ki, vətənimə çatacağam, həmin pulu sizin adınızdan sədəqə verəcəyəm”. İmam Rza (ə) ona buyurdu: “Əyləş, Allah sənə lütf etsin”. Sonra mübarək üzünü insanlara çevirdi və onların suallarını cavablandırdı. İnsanların hamısı getdilər. Həmin müsafir kişi qaldı. Mən, Süleyman, Xəsimə İmamın (ə) xidmətində qaldıq...


İmam Hadi (ə) öz ordusunu xəlifəyə necə göstərdi?


İmam Hadi (ə) öz ordusunu xəlifəyə necə göstərdi? Qətəb Ravəndi nəql edir: “Mütəvəkkil öz ordusuna əmr verir ki, Samirranın ətrafında olan 90 min əsgər öz atlarını qırmızı güllərlə doldursun və geniş küçələrdə bir-birinin üzərinə səpsinlər. Xəlifənin bu əmrini yerinə yetirdilər və bu zaman xəlifə ordunun başında dayandı və İmam Hadini (ə) çağırmaqlarını əmr etdi. Niyyəti öz ordusunun əzəmətini İmama (ə) göstərmək idi. Çünki İmamdan (ə) qorxusu var idi və qorxurdu ki, İmam (ə) birdən qiyam edər. Üzünü İmam Hadiyə (ə) çevirib, dedi: “Sizi bura çağırmışam ki, mənim ordumu müşahidə edəsiniz”. Həzrət (ə) buyurdu: “İstəyirsənmi ki, mən də öz ordumu sənə göstərim?”. Dedi: “Bəli”. İmam (ə) dua etdi və buyurdu: “Bax!”. Xəlifə göyə baxdı və gördü ki, göylə yer arasında şərqdən qərbə qədər mələklər silanlamış halda dayanıblar. Xəlifə bu mənzərəni görəndə huşdan getdi.


İmamın (ə) məsumluğunun 4 sirri nələrdir?


İmamın (ə) məsumluğunun 4 sirri nələrdir? “İmamda (ə) ismət sifəti nədir və nəyi ilə tanınır?”.
Hişam demişdi: “Bütün günahlar dörd yoldan peyda olar ki, beşincisi yoxdur. O, dörd dənə ibarətdir: hərislik, həsəd, qəzəb və şəhvət. Bu dördü də İmamdan (ə) uzaqdır. Çünki caiz deyildir ki, İmam (ə) dünyaya qarşı həris olsun, İmam (ə) bütün müsəlmanların xəzinadarıdır. Bütün dünyanın ixtiyarı onun əlindədir. Ona görə də nə üçün hərislik etsin ki? Caiz deyildir ki, İmam (ə) həsəd aparsın. Çünki insan özündən üstün insana həsəd aparar. Halbuki, İmamdan (ə) üstün varlıq yoxdur ki, ona həsəd aparsın. Bütün insanlar Həzrətin (ə) məqamından aşağıdadırlar. Aşağı məqamda olanlara həsəd aparmaq aqil deyildir.
Həmçinin caiz deyildir ki, İmam (ə) dünya işlərinə görə qəzəblənsin. Onun qəzəbi Allahın rizası üçün olar. Bu halda nəinki caizdir, əslində mədh olunandır.


Ataya hörmət insanın nəslini paklaşdırıb İlahi dəgrahda məqamlı edər?!


Ataya hörmət insanın nəslini paklaşdırıb İlahi dəgrahda məqamlı edər?! Lavi, Həzrət Yusifin (ə) ən böyük qardaşı idi və bir çox müsbət xüsusiyyətləri vardı: Lavi digər qardaşlarından uzaqgörən idi və Yusiflə (ə) də çox mehribanlıqla rəftar edərdi. Qardaşları Yusifi (ə) öldürmək istəyəndə dedi: Gəlin Yusifi su quyusuna ataq... (Yusif/9-10-cu ayə.) Həmçinin Lavi atasına çox bağlı idi. Onu narahat görməyə dözümü yox idi. Elə bu səbəbdən də Yusifin (ə) anabir qardaşı olan Benyamini oğurluq adıyla öz yanında saxlamaq istədiyini eşidəndə Lavi qardaşlarına deyir: Mən sizinlə Kənana qayıtmayacağam. Çünki Benyaminin həbs olunması xəbərini atamız Yaquba (ə) xəbər vermək mənimçün çox çətindir... (Yusuf/ayə-79.) Allah-təala onun bu iki yaxşı əməlinin əvəzini bu dünyada ona nəsib etdi və peyğəmbərlik nurunu onun nəslində bərqərar etdi. (Bürhan təfsirindən çıxarış, c. 2, səh. 270, hədis 12.) Hz Musa (ə) üç vasitə ilə onun övladlarındandır. (Nəzhətul-məcalis, c. 1, səh. 111.)


Əgər ağıl varsa, dinə nə ehtiyac?


Əgər ağıl varsa, dinə nə ehtiyac? ...İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır. Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək...


İmam Sadiq (ə) yatmaq haqqında hansı tapşırığı verir?


İmam Sadiq (ə) yatmaq haqqında hansı tapşırığı verir? İslam dinində gecə yarı ibadət etmək tövsiyyə olunur. Amma gecəni bir müddət oyaq qalmaq əsas vermir ki, insan gündüz çox yatsın. Çünki gecə yatıb gündüz işləmək təbiidir. Yer kürəsinin bəzi nöqtələrindən bir neçə ay gecə, bir neçə ay gündüz olur. Uyğun məntəqələrdə yaşayanlar yuxu və iş rejiminə ciddi əməl edirlər. Əksər məntəqələrdə isə gecə və gündüz bu işdə insanlara köməkçidir. «Muzzəmmil» surəsinin 6-7-ci ayələrində buyurulur: «Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək (dua) daha münasibdir. Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır»...


Duanın qəbul dedikdə necə başmək olar?


Duanın qəbul dedikdə necə başmək olar? -Allahın cavabı, nəzəri və iltifatı: Allahın qəbul etməsi Onun cavabı, diqqəti və iltifatıdır. Mənim və sizin istəklərimizin bəzən bizim xeyrimizə olduğunu düşünürük, lakin bizim ziyanımıza olur və həyata keçmir. Amma sizin \"ya Allah!\" demənizin ardında, şübhəsiz, bir \"ləbbeyk\" vardır.
-ÜRƏKDƏ VÜCUDA GƏLƏN NUR: Əgər ünsiyyət qura bilsəniz, görəcəksəniz ki, cavabların çoxusu həmin anda sizə veriləndir. Yəni insan düşünməməlidir ki, duanın cavabı mütləq Allahdan istədiyi puldur və o çatmalıdır. Bəzən cavab həmin anda sizə veriləndir. Sizin qəlbinizdə elə nur yaranır ki, cavabınızı həmin saatda aldığınızı görürsünüz. İnsan bəzən hiss edir ki, duada malik olduğu haldan başqa bir şey istəmir...


Həzrət Peyğəmbər (s) ölümü hədislərindən necə tanıtdırır?


Həzrət Peyğəmbərdən (s.a.v.v) ölüm barədə●:
Bir nəfər Həzrət Peyğəmbərin (s.a.v.v) xidmətinə gəlir və deyir: “Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”. Həzrət (s.a.v.v) buyurur: “Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10 hədiyyə hazır etsin, sonra bu səfərə daxil olsun”. Sonra Həzrət (s.a.v.v) buyurdu: “Həzrət Əzrayilə (ə) hədiyyə, qəbir üçün hədiyyə, Münkir və Nəkir üçün hədiyyə, tərəzi üçün hədiyyə, Sirat üçün hədiyyə, (cəhənnəm məmuru) Malik üçün hədiyyə, (behişt məmuru) Rizvan üçün hədiyyə, Allahın Peyğəmbəri (s.a.v.v) üçün hədiyyə, Həzrət Cəbrayil (ə) üçün hədiyyə və sonda isə Allah üçün hədiyyə.
•Əzrayilin (ə) hədiyyəsi dörd şeydir: 1. Boynunda haqqı olan insanları razı salmaq. 2. Qəza olan namaz və orucları yerinə yetirmək. 3. Allahla görüşməyə şövqə malik olmaq. 4. Ölümü arzulamaq...


Axıril-zamanın əlamətləri haqda İslam maarifində hansı hadisələrə işarə edilib?


Axıril-zamanın əlamətləri haqda İslam maarifində hansı hadisələrə işarə edilib? Axıril-zamanın əlamətləri:
1. Cəmiyyətdə qorxu artacaq. İ. Baqir (ə): “Həzrət Qaim (ə.f) qiyam etməz, məgər qorxu ilə dolu bir dövranda”.
2. Məscidlərin hidayətdən boşalması. Hz Peyğəmbər (s): “Həmin zamanın məscidləri yalnız abad və gözəldir. Hidayət azalar...”.
3. İnsan hissləri soyuyar. Hz Peyğəmbər (s): “O ruzigarda böyüklər əlinin altında olanlara və kiçiklərə rəhm etmirlər, qüvvətli zəifə rəhm etməz...
4. Əxlaq fəsadları artar. İmam Baqir (ə): “O zaman ki, kişilər özlərini qadınlara və qadınlar özlərini kişilərə bənzədərlər”.
5. Övladı az arzu etmək. Hz Peyğəmbər (s): “Qiyamət bərpa olmaz, o zamana qədər ki, beş övlad sahibi dörd övlad sahibi olmağını arzu edər..
6. Ani ölümlər. Hz Peyğəmbər (s): “Qiyamət bərpa olmaz o zamana qədər ki, ağ ölüm zahir olar”. Soruşurlar ki, ağ ölüm nədir? Buyurur: “Ani ölüm”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter