Hz. Əlinin (ə) 300 dirhəmlik sədəqəsinin qəbulu hansı 3 əhvalata görə baş verdi?


Hz. Əlinin (ə) 300 dirhəmlik sədəqəsinin qəbulu  hansı 3 əhvalata görə baş verdi? ... Peyğəmbərin (s) yanına gəlib əhvalatı danışdım. O buyurdu: “Ya Əli! Cəbrail deyir ki, Allah sənin sədəqələrini qəbul edib, işini paka çıxarıb. Birinci gecə yüz dinar verdiyin günahkar qadın evə gedib tövbə qılıb və həmin yüz dinarı dolanışığı üçün sərmayə qərar verib. İndi isə ərə getmək barədə düşünür. İkinci gecə yüz dinar verdiyin oğru tövbə qılıb və sənin verdiyin pulla ticarətə başlayıb. Üçüncü gecə sədəqə verdiyin varlı adam uzun illər idi ki, xüms-zəkat ödəmirdi. Sən yüz dinarı verəndən sonra özünü danlayaraq deyib: “Çox paxıl adamsan! Əli ibn Əbi Talib heç nəyi olmadığı halda yüz dinar infaq etdi. Sən isə varlı olduğun halda vacib zəkat ödəmirsən.” Bunu deyib boynunda qalan bütün zəkatı ödəyib. Bu səbəbdən də Allah sənin haqqında ayə nazil edib. (“Əl-mənaqib”, 2-74)


İmam Hüseyn (ə) qiyam etməsəydi...


İmam Hüseyn (ə) qiyam etməsəydi... ... Əgər İmam Hüseyn (ə) qiyam etməsəydi, tənbəllik və məsuliyyətdən qaçmaq ruhiyyəsi zülmə qarşı barışmazlıq və məsuliyyət hissetmə ruhiyyəsinə çevrilərdimi?! Nə üçün deyirik ki, məsuliyyət hissetmə ruhiyyəsi ölmüşdü? Ona görə ki, İmam Hüseyn (ə) İslam böyüklərinin övladlarının mərkəzi olan Mədinədən Məkkəyə getdi. Abbasın övladı, Zübeyrin övladı, Ömərin övladı, İslamın ilk xəlifələrinin övladları Mədinədə toplaşmışdılar, amma onların heç biri həmin qanlı və tarixi qiyamda İmam Hüseynə (ə) kömək etmədi. -Ayətullah Seyid Əli Xamenei


Hz. Nuh (ə) düzəltdiyi kuzələri nə üçün sındırmaq istəmədi?


Hz. Nuh (ə) düzəltdiyi kuzələri nə üçün sındırmaq istəmədi? Həzrət Nuha (ə) nazil olub dedi: - Bir neçə vaxt bundan öncə sənin işin nəccarlıq idi. İndi isə kuzə düzəlt. Nuh peyğəmbər çoxlu kuzə düzəltdi. Bir gün Cəbrail yenə nazil olub dedi: - Ey Nuh! Allah Taala buyurur ki, düzəltdiyin kuzələri sındır. Həzrət Nuh (ə) kuzələri yerə vurub sındırdı. Ancaq onları yerə yavaşca vurur, bəzilərini də sındırmağa ürəyi gəlmədiyi halda (ikrahla) sındırırdı. Onun hərəkətlərinə diqqət edən Cəbrail dedi: - Ey Nuh! Kuzələri sındırmağa nə üçün ürəyin gəlmir? Nuh (ə) dedi: Zəhmət çəkib hazırladığım bir şeyi sındırmağa ürəyim gəlmir. Cəbrail dedi: - Bu kuzələrin heç birinin nə canı var, nə atası, nə anası, nə övladı... Su və palçığı da Allahındır. Sən yalnız zəhmət çəkdiyin cansız bir şeyi sındırmaq istəmirsən. Bəs, Allahın yaratdığı canlı, atalı-analı, övladlı... məxluqu nifrin edib onların həlak olmağına necə ürəyin gəldi? Bundan sonra o çoxlu ağladı və Nuh (növhə deyən, matəm saxlayıb ucadan ağlayan) ləqəbi ilə tanındı...


Sükutun bərəkəti nədir?


Sükutun bərəkəti nədir? İslami hədislərdə sükutu “somt” kimi təfsir etmişdilər. Sükut əxlaqi fəzilətdir ki, insanın bir çox təhlükəli günahlardan, o cümlədən qeybət, yalan, töhmət kimi günahlardan pak qalması üçün zəminə yaradır. Peyğəmbər (s) Əbuzərə verdiyi nəsihətdə deyir: “Dörd şey vardır ki, ancaq möminlər onları əldə edə bilərlər. Sakitlik, ibadətin birinci addımıdır”.
-İmam Rza (ə) buyurur: “Sükut hikmətin qapılarından biridir, sükut məhəbbət gətirər, sükut insanın hər bir xeyir və yaxşı işlərə yol göstərənidir”. -İmam Həsən (ə) buyurur: “Sükut edən insan zəhmlidir”...


Həzrət Peyğəmbərin (s) sükutunun səbəbləri nə idi?


Həzrət Peyğəmbərin (s) sükutunun səbəbləri nə idi? İmam Hüseyn (ə) buyurur: “(Atamdan) o Həzrətin sükutu barəsində soruşdum, buyurdu: Peyğəmbərin (s) sükutu dörd cür olardı: 1. Mülayimlik. 2. Çəkinmək. 3. Təqdir. 4. Təfəkkür üçün.
-Mülayimlik və səbirdəki sükutu bu idi ki, heç bir şey Həzrəti qəzəbləndirməzdi.
-Çəkinməkdəki sükutu dörd şeyə görə olardı: 1. O yerdə ki, istəyərdi işin ən yaxşı formasını tapsın ki, insanlar da həmin işdə ona iqtida etsinlər...
-Təqdirə görə sükutu bu idi ki, bütün insanları bir gözlə görmək və hamısının sözünə eyni cür qulaq asmaq istəyirdi.
-Təfəkkürdə sükutu isə belə idi ki, nələrin qalıcı və nələrin fani olması barəsində düşünərdi”.


İmam Sadiqin (ə) hədisndə Möminin digər mömin üzərində olan 7 haqqı hansılardır?


İmam Sadiqin (ə) hədisndə Möminin digər mömin üzərində olan 7 haqqı hansılardır? İmam Sadiq (ə) buyurur: “Möminin başqa möminin boynunda 7 haqqı vardır ki, Allah Təala tərəfindən ona vacib edilmişdir:
1. Onu öz nəzərində böyük hesab etmək.
2. Qəlbində sevmək.
3. Onun xeyirinə maddi güzəşt etmək.
4. O şeyi ki, özü üçün bəyənir, onun üçün də bəyənmək.
5. Onun haqqında pis danışmağı rəva bilməsin.
6. Xəstə olan zaman yanında hazır olmaq və (ölərsə) cənazəsi ardınca getmək.
7. Öləndən sonra isə yaxşılıqdan savayı onun barəsində bir şey deməsin”.


“Ayaqlarınızı kitaba tərəf uzatmaq isə hörmətsizlikdir” – böyük alim tələbənin sirrini haradan bildi?


“Ayaqlarınızı kitaba tərəf uzatmaq isə hörmətsizlikdir” – böyük alim tələbənin sirrini haradan bildi? Qazi ağanın şagirdlərindən biri çox dindar və təqvalı bir insan idi. Ayətullah Şeyx Muhəmmədtəqi Aməli onu, Qazi ağanın bir nömrəli şagirdi hesab edirdi. Həmin şagird nəql edir: “Mən uzun müddət görürdüm ki, Qazi ağa Vadius-səlamda 2-3 saat keçirir. Öz-özümə deyirdim ki, insan qəbirləri ziyarət edib qayıdar və ölüləri “Fatihə” oxuyaraq şad edər. Başqa mühüm işlər vardır ki, qayıdıb onları görmək lazımdır. Bu fikir ürəyimdə idi və heç kəsə də o haqda bir şey deməmişdim. Hər gün müəllimin xidmətinə gedir və ondan bəhrələnirdim. Nəhayət İrana qayıtmaq vaxtım gəlib çatdı. Ancaq mən qayıtmaq üçün şübhə edirdim və qəti qərara gələ bilmirdim. Bu niyyət mənim qəlbimdə idi. Gecə yatağıma uzandım ki, yatım. Yatdığım çarpayının aşağısında kitab şkafı var idi və mənim elmi və dini kitablarım orada yerləşirdi. Yatan zaman istər-istəməz ayağım bu kitablara dəyirdi. Öz-özümə düşünürdüm ki, bu cür yatmağım kitablara hörmətsizlik olarmı? Bu kitablar şkafın yuxarısında yerləşirdi və düşündüm ki, hörmətsizlik sayılmaz. Səhər Qazi ağanın yanına getdim və ağa mənə buyurdu: “Sizin İrana getməyiniz məsləhət deyildir və ayaqlarınızı kitaba tərəf uzatmaq isə hörmətsizlikdir”.


Əhli-Beyt (ə) ticarət üçün necə istixarə edirdi?


Əhli-Beyt (ə) ticarət üçün necə istixarə edirdi? İmam Baqir (ə) buyurur: “Nə zaman İmam Səccad (ə) həcc və ya ümrəni, qul azad etməyi və ya almağı qəsd etsə idi, dəstəmaz alar və 2-rükətli istixarə namazı qılardı. Həmin namazda “Həşr” və “Rəhman” surələrini oxuyardı. Namazdan sonra Allahdan 200 dəfə xeyir istəyərdi. Sonra “Tövhid”, “Nas”, “Fələq” surələrini oxuyardı və buyurardı: “Allahım! Elə bir iş görməyi qəsd edirəm ki, Sən ona alimsən. Əgər onun din, dünyam və axirətim üçün xeyir olduğunu blirsənsə, mənim üçün təqdir et. Əgər onun din, dünyam və axirətim üçün şər olduğunu bilirsənsə, məni ondan çəkindir. Pərvərdigara! Hidayət yolunu bizə əta et, istər onu bəyənək, istərsə də bəyənməyək. “Bismilləhir-Rahmənir-Rahim”in yardımı ilə. Allah Təala nə istəsə, o olsun. O, mənə kifayət edər və necə də yaxşı vəkil olacaqdır”. Sonra qərar verib, onu yerinə yetirərdi...


Həzrət Əbu Talib (ə) İmam Əlinin (ə) adını nəyə əsasən qoymuşdur?


Həzrət Əbu Talib (ə) İmam Əlinin (ə) adını nəyə əsasən qoymuşdur?Əhli-təsənnün və Əhli-Beyt (ə) hədis mənbələrinə görə, İmam Əlinin (ə) adı xilqətdən əvvəl Allah Təala tərəfindən təyin edilmişdir. Cabir Həzrət Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurmuşdur ki, İmam Əlinin (ə) adı səma və yer xəlq olmazdan iki min əvvəl behiştin qapısında həkk olmuşdur: “Allah təkdir, Muhəmməd (s) onun peyğəmbəri və Əli (ə) Allahın vəlisidir”.
Bu hədislərə nəzər salan insan belə qənaətə gəlib çata bilər ki, İmamın (ə) adı onun doğumundan əvvəl artıq məlum idi. Ancaq qayda belədir ki, övladın adını qoymaq atasının vəzifəsidir. Belə görünə bilər ki, Həzrət Əbu Talibin (ə) oğluna ad qoymaqda heç bir rolu olmamışdır? Lakin belə deyildir...


Doğrudanmı, İslam qılınc dinidir?


Doğrudanmı, İslam qılınc dinidir? «İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah-təala öz peyğəmbəri Məhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!». (Yunis/ 99.) Ayədən məlum olur ki, məcburi imanın heç bir faydası yoxdur. Bundan əlavə, insanlardan bir qrupunun iman gətirib, digər qrupunun iman gətirməməsi, onların iradə azadlığının sübutudur. Bu gün məzlum kütlələrin qanını içib, başına mərmi yağdıran dünya zorluları, İslamı və müsəlmanları zorda ittiham edirlər. Müsəlman torpaqlarını işğal edənlər sülhsevər, vətənini müdafiə edənlər isə, terrorist adlandırılırlar. Bədənini satan qadın azad, örtüklü qadın isə, kölə kimi təqdim olunur. Bununla belə, İslam topsuz-tüfəngsiz Avropa və Amerikada anbaan genişlənir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter