İblis Qurani-Kərimin hansı ayəsi nazil olan zaman nalə çəkdi?


İblis Qurani-Kərimin hansı ayəsi nazil olan zaman nalə çəkdi? İmam Sadiqdən (ə) nəql edirlər: “O zaman ki, bu ayə nazil oldu, “Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”. (“Ali-İmran” 135), İblis Məkkədə Sur adında dağın başına çıxdı və ifritlərinə bacardığı qədər nalə çəkdi və hamısı gəldilər və dedilər: “Ey bizim ağamız! Bizi nə üçün çağırmısan?”. İblis dedi: “Bu ayə nazil olmuşdur. Kim onun meydanına gedər?”...


Nə üçün \"Meyiti qəbrə tez qoymayın!\" deyə tapşırılır?


Nə üçün "Meyiti qəbrə tez qoymayın!" deyə tapşırılır? Həzrət Əba Abdullah (ə) buyurur: “O zaman ki, mömin qardaşını qəbrə tərəf aparırsan, onu dərhal qəbrə qoyma, bu yolla qəbri və meyitin daxil olmasını onun üçün çətinləşdirmə. Bəlkə meyiti qəbrin aşağı hissəsindən 2-3 zərə (məsafə ölçüsüdür) fasilədə qərar ver ki, hazırlıq əldə etsin. Sonra onu qəbrin dibinə qoy və əgər bacarsan, üzünü torpağa toxundurasan. Ona görə də üzünü aç və torpağın üzərində qoy. Yaxşı olar ki, meyitin vəlisi meyitin başının cənub tərəfində dayansın və şeytandan Allaha pənah aparıb, sonra “Fatihə”ni, “Nas”ı, “Fələq”i, “İxlas”ı, “Ayətül-kürsü”nü oxusun. Ondan sonra haqq əqidəsini dilinə gətirsin və İmamları (ə) bir-bir etiraf etsin və ta İmam Zamana (ə.f) qədər gəlib çatsın”...


Batini gözəlliklə yanaşı, zahiri nuraniyyət əldə etmək istəyənlərə 6 tövsiyə hansılardır?


Batini gözəlliklə yanaşı, zahiri nuraniyyət əldə etmək istəyənlərə 6 tövsiyə hansılardır? Əgər insan batini gözəlliklə yanaşı, zahiri nuraniyyət də istəyirsə, gərək bu 6 məsələyə diqqə yetirsin:
1. Dəstəmaz almaq. Hədislərdə oxuyuruq:Hz Peyğəmbər (s) buyurur ki, İmam Əlinin (ə) davamçıları dəstəmazın vasitəsilə behiştə daxil olarlar və üzləri ağ olar.
2. Bütün gecəni yatmamaq. Hz Əli (ə) buyurur: “Üzün nurani olması bütün gecəni yatmaqla bir yerə sığmır”.
3. Gecə namazı. İmam Sadiq (ə) buyurur: “Mən üzün nuraniliyini istədim və onu gecə namazında tapdım. Gecə namazı gözəllik iksiridir”.
4. Təvazökarlıq. İmam Əli (ə) buyurur: “Möminin gözəlliyi – təqva və təvazökarlığındadır”.


İnsan Allahı nə üçün yada salmalıdır?


İnsan Allahı nə üçün yada salmalıdır? O zaman ki, Allahın zikri insanın can və qanı ilə qarışar, həyatına çox dəyərli təsirlər qoyar. Allahı zikr edən insan: 1. Allahın əmrlərinə itaət edər. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).
2. Bəsirət və ayıqlıq əldə edər. “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, özlərinə gələr və onda gözüaçıq olarlar”.(“Əraf” 201).
3. Nifaqdan amanda olar. “Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır . Onlar namaza durarkən süst qalxır, camaatla riyakarlıq edir və Allahı çox az yada salırlar”. (“Nisa” 142)...


Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır?


Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır? Fədakarlıq elə bir fəzilətli sifətdir ki, insanlara aid edilir. Fədakar insanlar Allahın sevimli bəndələridir. Onların başı səmada, ayaqları yerdə olar. Fədakarlığın dərəcələri vardır. Özlərini Allah yolunda fəda edən insanlar bir neçə dəstəyə bölünürlər:
1. Bəziləri başqalarının yaxşılığı qarşısında yaxşılıq edərlər. Bu iş dəyərlidir və xeyir mükafat hesab olunur.
2. Bəziləri özləri başqalarına yaxşılıq edərlər və mükafatı da Allahdan gözləyərlər. Bu iş də pis deyildir, ancaq hər bir halda ticarətdir.
3. Bəziləri özləri başqalarına yaxşılıq edərlər və bunu gözləntisiz edərlər.
4. Bəziləri başqalarının pisliyi qarşısında yaxşılıq edərlər və bu əməl – məkarim əxlaqdır.


Müsəlmanın əsl düşməni kimdir?


Müsəlmanın əsl düşməni kimdir? İmam Sadiqin (ə) nəsihətlərindən: İnsanların dünya həyatına nəzər salsaq hamının nəticə ardınca gəzdiyini görərik. Əgər bir şəxs bütün günü işləyib günün sonunda aldığı zəhmət haqqını çölə atarsa, onun bu hərəkətini məntiqi adlandırmaq olmaz. İnsan hökmən işə başlayarkən hansısa məqsəd güdür; o, zəhmətinin qazancını Allahının razılığını qazanmaq məqsədi ilə bir başqasına da verə bilər. Amma xəsis və paxıl insanlarda çox maraqlı bir hal müşahidə olunur. Onlar min bir zəhmətlə qazandıqları pulu ailə-övladları və öz boğazlarından kəsərək xəzinə toplayır, nəhayət, dünyada qoyub gedirlər. Bəzən bu xəzinələr elə adamların əlinə düşür ki, cəmiyyət üçün zərərli işlərə xərclənir... Onlardan «nə üçün düşmənə qulaq asırsan?» -deyə soruşsan təəccüb edərlər. Bu insanlar anlamır ki, insanın ən böyük düşməni nəfsdir.


İslam terrora icazə verirmi?


İslam terrora icazə verirmi? İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur. (“Maidə”, 32) İslam ədəbiyyatında “terror” mənasını “fətək” sözü ifadə edir. İslam fiqhinə görə: 1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir. 2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər...


İnsan ehtiyaclıya nə edirsə, Allaha edir - bu deyimi necə başa düşək?!


İnsan ehtiyaclıya nə edirsə, Allaha edir - bu deyimi necə başa düşək?! Allah Təala Qiyamət günü bəndələrinə buyuracaqdır: Ey Adəm övladı! Xəstə oldum, məni ziyarət etmədin?
Bəndə deyəcək: Allahım, aləmlərin Pərvərdigarı olan Səni necə ziyarət edim?
Buyurar: Məgər bilmirdin ki, Mənim filan bəndəm xəstədir, onu ziyarət etmədin. Məgər bilmirsən ki, əgər onu ziyarət etsəydin, Məni onun yanında tapardın?
Allah buyurar: Ey Adəm övladı! Mən səndən yemək istədim, Mənə yemək vermədin. Bəndə deyər: Allahım, aləmlərin Pərvərdigarı olan Sənə necə yemək verərdim?...


Hz İbrahimin (ə) atəşpərəst qonağının hidayəti Allah-Taalanın (c.c) hansı sualı ilə baş verir?


Hz İbrahimin (ə) atəşpərəst qonağının hidayəti Allah-Taalanın (c.c) hansı sualı ilə baş verir? Bir gün Həzrət İbrahim (ə) atəşpərəsti qonaq çağırır. Yemək zamanı ona deyir: “Əgər müsəlman olsan, yeməkdə qonağım olarsan”. Bu atəşpərəst ayağa qalxır və İbrahimin (ə) evindən çıxıb gedir. Xitab gəlir: “İbrahim! Məzhəbini dəyişmək şərti ilə yeməyini vermədin, ancaq Mən 70 ildir ki, onun küfrünə baxmayaraq, ona ruzi verirəm”. İbrahim (ə) onun dalınca gedir və onu evə gətirir. Onun üçün yemək süfrəsi açır. Atəşpərəst İbrahimə (ə) deyir: “Niyə öz şərtindən peşman olmusan?”. İbrahim (ə) Allahın sözlərini ona danışır. Atəşpərəst fəryad çəkir: “Mehriban Allah mənimlə bu cür rəftar edir? İbrahim! İslam dinini mənə öyrət”. Sonra yeməkdən qabaq Haqqın bu inayətinə görə müsəlman olur”.


İmam Əli (ə) cinlərin şahı ilə görüşübmü?


İmam Əli (ə) cinlərin şahı ilə görüşübmü? İmam Əli (ə) bəşər üçün tanındığı kimi, cin tayfası üçün də tanınmışdır. Şeyx Müfid də nəql edir ki, Peyğəmbər (s) İmam Əliyə (ə) vəzifə vermişdi ki, kafir cinlər ilə döyüşsün. İmam Əli (ə) də onlarla Vəğər çölündə görüşür və onların çox hissəsini müsəlman edir.
İmam Əlinin (ə) məqam və fəziləti çox üstündür. O, Peyğəmbərdən (s) sonra varlıq aləminin üstün insanı olmuşdur. Xızı peyğəmbər (s) də dəfələrlə onun hüzuruna gəlmişdir. Mötəbər mənbələrdə nəql edirlər ki, Xızr peyğəmbər (ə) Məscidul-Nəbi məscidində İmamın (ə) yanına gəlir və bir dəfə də Nəxilədə onun yanına gəlir və İmama (ə) gələcək haqqında sual verir və İmam (ə) da ondan keçmiş haqqında soruşur. Bir dəfə Peyğəmbər (s) vəfat edən zaman gəlib, Əhli-beytinə (ə) başsağlığı vermişdi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter