Allah təkəbbür və qəzəbi necə aşkar etdi? Əhvalat


Allah təkəbbür və qəzəbi necə aşkar etdi? Əhvalat İmam Sadiq (ə) nəql edir: “Səhrada yaşayan bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Allahın Rəsulu! Mən sərhada yaşayıram və səfərə gedirəm. Mənə bir şey öyrət (ki, dünya və axirət səadətimi təmin etsin)”.
Həzrət (s) buyurur: “Qəzəblənmə”. Ərəb bu sözü sadə qəbul edir və Həzrətin (s) yanına qayıdıb, sualını təkrar edir. Peyğəmbər (s) də ona eyni cavabı verir. Kişi özünə gəlir və deyir: “Artıq bir şey soruşmayacağam. Həqiqətən məni nəsihət etdi və məni xəbərdar etdi ki, qəzəblənən zaman töhmət vurmayım və kimisə qətl etməyim”. İmam Sadiq (ə) buyurur: “Qəzəb – hər bir şərin açarıdır...


Böyük alim cavan və təqvalı oğlu üçün niyə ölümü istədi?


Böyük alim cavan və təqvalı oğlu üçün niyə ölümü istədi?... Mirzənin ancaq bir oğlu vardı və başqa övladı yox idi.Çox gözəl və təqvalı bir Allah bəndəsi idi. Ancaq bununla belə, bu evliliyə razı deyildi və ona görə də belə bir dua edir. Allahdan istəyir ki, oğlunu yanına aparsın və bu evlilik baş verməsin. Hal dili ilə deyir: “Allahım! Bu yeganə oğlumun ölümü mənim üçün belə, bir evlilikdən daha sevimlidir”. Bir müddət keçmir ki, Mirzənin oğlu suda boğulub ölür. Alimin Allah yanında o qədər dərəcəsi böyük idi ki, belə bir da duası qəbul olur. Nəticədə, nə zalım şahın şəri yer alır, nə də oğlunun aqibəti məhv olur. Böyük alimin oğlu mələkut aləminə köç edir və zalımla qohum olmaqdan, onun şər işlərində şərik olmaqdan amanda qalır.


Əqil ibn Əbi Talib Müaviyənin çirkin simasını hansı sözlərlə tanıtdırır?


Əqil ibn Əbi Talib Müaviyənin çirkin simasını hansı sözlərlə tanıtdırır?... Müaviyə heç bir etiraz etmədən yüz min dirhəm verib belə deyir: Əqil camaatın qarşısına çıxıb Əlinin (ə) səninlə etdiyi kobud rəftarın bəyan edib mənim isə sənə qarşı etdiyim yaxşılığı nalayiq sözlərlə bəyan et. Əqil bir dəstə camaatın qarşısında durub Allaha həmd-səna oxuyub Peyğəmbərə salavat-salam deyəndən onra belə deyir: Ay camaat pula ehtiyacım olduğundan Əlinin xidmətinə gedib haqqımdan yəni dinin təyin etdiyi miqdardan artıq istədim, amma Əli (ə) dinin haqqını hifz edib məni rədd etdi, amma Müaviyə mənə hörmət edib dinin həqqini rədd etdi. Ay camaat! Müaviyə mənə təkid edir ki, haqq sahibi olan Əliyə (ə) qarşı ləyaqətsiz sözlər deyim, amma mən isə sizlərə deyirəm. Bütün ləyaqətsiz sözlərə Müaviyə özü layiqdir...


Hansı 15 günahdır ki, bəlanı insana tez nazil edər?


Hansı 15 günahdır ki, bəlanı insana tez nazil edər?İmam Əli ibn Əbutalib (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mənim ümmətim on beş günaha aludə olduğu zaman onlardan ötrü bəla nazil olar; müharibədə əldə olunan qənimət xüsusi şəxslərin cibinə axar, camaatın əmanəti qənimət hesab olunar, zəkatı özlərinə zərər bilərlər, kişi öz qadınına itaət edər, ata-anaya zülm olunar, lakin dostlarla xoş rəftar olunar, rəhbərlər ən alçaq insanlardan ibarət olar, camaat onlara qorxudan hörmət edər, məscidlərdə səs-küy olar, ipək paltarlar geyərlər, xanəndə kənizlər hazırlanar, saz çalınar və nəhayət, ümmət özlərindən əvvəlkilərə lənət edər. Belə bir zamanda qırmızı küləklərin yeri xaraba qoymasının və xilqətdə (məsx) əvəzolunmaların intizarında olun.”


Dünya pisdirsə, Allah nə üçün onu yaradıb?


Dünya pisdirsə, Allah nə üçün onu yaradıb?Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya qul olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyən qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür. Amma dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur. İslam Peyğəmbəri (s) buyurur: «İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır». Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunurlar. Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: «Məbada dünyaya könül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir»...


Nə üçün həzrət Əlinin (ə) qılıncı \"Züfüqar\" adlanır?


Nə üçün həzrət Əlinin (ə) qılıncı "Züfüqar" adlanır?İbn Abbas deyir: Tanrı, Adəmi “Zülfüqar” qılıncı ilə birlikdə cənnətdən çıxardı. Adəm , o qılınc vasitəsi ilə düşmənlər, cinlər və şeytanlarla vuruşurdu. Nəhayət Əli ələyhis-salamın əlinə çatdı. O, o qılıncla Peyğəmbərin düşmənləri ilə vuruşurdu. “Zülfüqar”- “fəqərə” sahibi mənasındadır. Deyilənə əsasən bu qılıncın arxasında əyri və düz oyuqlar (çıxıntılar) olduğu üçün belə adlanıb. Bu qılınc, islamın əziz Peyğəmbəri (s) tərəfidən Uhud döyüşündə İmam Əli ələyhis-salama əta edilib. Qılıncı yerə enən zaman nidaçı nida etdi: “La Seyfə İlla Zülfəqar, La Fəta İlla Əli “ (tərcümə: Zülfüqar kimi qılınc, Əli kimi igid yoxdur.” (“İləlüş-şərae”, c. 1, s. 160)


Bəşər nəyin intizarını çəkir?


Bəşər nəyin intizarını çəkir? Bəşər intizardadır. Bəs nəyin intizarındadır? Bir dəyişlikliyin intizarındadır? Bir hadisənin intizarındadır? Hansı mühüm hadisədir ki, bəşəri bu qədər intizarda qoyur? Bu mühüm sual bəşərin əvvəllərindən indiyə qədər aqil və arif insanları düşündürmüşdür. Bəs bu intizarın yaranmasına nə səbəb olmuşdur? İlk növbədə əgər belə bir intizar meydana gəlirsə, deməli insanlar malik olduqları vəziyyətdən razı deyildirlər. Bu intizar insanların haqqının tapdalanmasından və əksər millətlərə qarşı edilən ədalətsizlikdən irəli gəlir. İnsan – ümid bəsləməyi sevən bir varlıqdır...


Nә üçün bәzilәri ölümdәn qоrхur?


Nә üçün bәzilәri ölümdәn qоrхur? Tәbii, fitri оlаrаq hәr bir insаn özünü sеvir. Özünüsеvmә insаn tәbiәtinin әsаs sәciyyәlәrindәndir. Bu sеvgini dоğurаn insаn bаtinindәki әbәdilik mеylidir. İnsаnın özünü sеvmәsi hаnsısа bir zаmаn kәsiyindә mәhdudlаşmır. İnsаn özünü sеvәrәk әbәdi hәyаt hаqqındа düşünür. Bеlә ki, bu gün özünü sеvәn sаbаh dа, о biri gün dә, uzаq gәlәcәkdә dә bu sеvgi ilә yаşаyаcаqdır. Dеmәk, insаn vаrlıqdаn хоşlаnır, yохluq hissi оnu әridir. Әgәr insаn tәbiәtindә bеlә bir mеylin vаrlığı qәbul оlunursа, еlm vә mәrifәtin bu mеyli istiqаmәtlәndirmә imkаnı dа tәsdiq оlunmаlıdır...


Ağvalideyn olmağın 5 bəlalı təsiri hansılardır?


Ağvalideyn olmağın 5 bəlalı təsiri hansılardır? Muhəmməd ibni Sənan nəql edir: “Həzrət İmam Rza (ə) yazdığı məktubda mənə buyurmuşdu: “Allah ağvalideyn olmağı və onlara itaətsizlik etməyi haram buyurmuşdur və onun sirri bir neçə şeydir:
1. Valideynə itaətsizlik edəndə, insan Allah Təalaya itaət tövfiqindən xaric olur.
2. Ağvalideyn olmaq səbəb olur ki, insan ata və anasına təzim etməsin. (Hörmət etməsin).
3. Valideynə itaətsizlik – insanı nemətə küfrdən çəkinməkdən saxlayar.
4. Ağvalideyn olmaq – nemətə şükrü məhv edər.
5. Ağvalideyn olmaq – nəslin qət olmasına səbəb olar. Bütün bunların səbəbi odur ki, övlad ata və anaya yaxşılıq etməyi tərk edər”.


Həzrət Zəhranın (s.ə) mübarək məzarı haradadır?


Həzrət Zəhranın (s.ə) mübarək məzarı haradadır? Şeyx Səduqun nəzərinə görə Xanımı (s.ə) öz evində dəfn ediblər. Onun yanındakı məscidi genişləndirən zaman qəbir də məscidin tərkibinə daxil olur. Əllamə Hilli və Məclisi də Xanımın (s.ə) öz evində dəfn olduğunu iddia edirlər. Şeyx Tusi isə Xanımın (s.ə) Peyğəmbərin (s) bağında dəfn olunduğunu iddia edir. Həzrət Peyğəmbərdən (s) gələn hədis də bunu təsdiq edir: “Qəbir və minbərim arasında behişt gülşənindən olan bağ var”. Bir nəfər İmam Rzadan (ə) Həzrət Fatimənin (s.ə) qəbrinin yerini soruşur. Həzrət (ə) buyurur: “Fatiməni (s.ə) evində dəfn etdilər. Bəni-Uməyyə məscidi genişləndirən zaman Fatimənin (s.ə) qəbri məscidə daxil oldu”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter