Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi?


Kiçik bir kənd necə İslam dünyasının elmi mərkəzinə çevrildi? Qum şəhəri Məsumə xanımdan öncə quraqlıq və kasıbçılığın hökm südüyü kiçik bir kənd imiş. Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini bir dini-elmi mərkəzə çevirmişdir. Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib. Həzrət Məsumə hazırda َQumda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır... Ayətullah Əbdül-Kərim Hairi 1922-ci ildə Qum şəhərində Elmiyyə Hövzəsi təsis etdikdən sonra bütün islam dünyasından elm araşdırmaçıları və tələbləru bu şəhərə axışmağa başladı.


Namazda Həmddən sonra amin demək olar?


Namazda Həmddən sonra amin demək olar? Namazda Həmd surəsindən sonra amin demək təkcə şiə ilə sünni məzhbləri arasında ixtilaflı məsələ olması ilə yanaşı sünni məzhəbinin firqələri arasında da bu məsələyə eyni cür yanaşılmır. Bu onların əllərində səhih hədisin olmaması ilə əlaqədardır. Onlar Həmd surəsindən sonra amin deməyi Əbi Hüreyranın nəql etdiyi hədisə əsasən düyirlər. Amma şiə bu növ hədisləri etibarlı hədis hesab etmir.( Tarixil İslam, Əl Zəhəbi, cild 4, səh 356 və Əl bədayə vəl nəhayyə, İbn Kəsir, cild 8, səh 121) Mənbələrinə əsasən Əbi Hüreyra Ömər Xəttab tərəfindən Allahın kitabının düşməni və oğru hesab edir. Əlidə (ə) Nəhcül bəlağə kitabında Əbi Hüreyrə barəsində heç də xoş sözlər söyləməmişdir və onu yalançı hədis söyləyən hesab etmişdir. Bu barədə İmam Sadiq (ə) belə buyurur: Hər vaxt İmamın arxasında namaz qılarsansa, Həmd surəsindən sonra “ ƏlHəmdulillahir Rabbil Aləmin” de! Amin söyləmə! ( Əli Ətai İsfəhani)...


Nə edək ki, dünyaya qarşı laqeyd olaq?


Nə edək ki, dünyaya qarşı laqeyd olaq? Deməli, dünyanın həqiqəti – onun keçici olmasındadır. İnsan gərək bunu dərk etsin. Əgər biz bu həqiqəti dərk edə bilsək, ürəyimiz dünyadan soyuyar. Bütün qəm və qüssələrimizin səbəbi - dünya sevgisidir. Əgər bu sevgidən xilas ola bilsək, daha rahat və hüzurlu ola bilərik.
Şeytan bizi üç tərəfdən aldadar: 1. mal toplamağa həvəsləndirər; 2. qohumlarla əlaqəni kəsməyə təşviq edər və onlara ehsan etməkdən bizi saxlayar; 3. İlahi haqqı və sədəqəni verməkdən bizi saxlayar. Hər bir müsəlmanın boynunda İlahi haqq vardır və bu haqq – yoxsulların haqqıdır. Əgər insan mənəvi cəhətdən inkişaf etməzsə, dünya onu aldada bilər. Dünya sevgisindən xilas olmağın ən yaxşı yolu – nəfsi islah etməkdir...


Ayətullah Məkarim Şirazi dünya və axirət haqda hansı nəsihətləri edir?


Ayətullah Məkarim Şirazi dünya və axirət haqda hansı nəsihətləri edir? Ayətullah Məkarim Şirazi buyurur: \"Mənim əzizlərim! Allah buyurur ki, dünya qürur və aldatmaq yerindən başqa bir yer deyildir. Fikir etdiyimizdən də çox boş və mənasızdır. Cavidan həyata etiqad ancaq o biri dünyadadır. Əgər o, olmasaydı, bu dünyanın nə dəyəri olardı, nə də hədəfi. Mən bütün ömrüm boyu mənəvi və insanlıq dəyərindən başqa bir dəyərli şey tapmadım. Bütün maddi dəyərlər ilğım kimidir. İnsanlar yuxudadırlar, insan həyatında daima əziyyət içindədir. Dünənin uşaqları bu günün cavanlarıdır. Bu günün cavanları sabahın qocalarıdır! Sabahın qocaları torpaq yatağındadırlar. Elə bil ki, heç olmamışdılar kimi. Bəzi alimlərin evlərinin yanından keçən zaman yada salıram ki, dünən bu evə nə qədər insan gəlib-gedirdi. Nə qədər göz bu evə dikilmişdi. Ancaq bu gün toz-topağın içində unudulmuşdur...


İmam Əli (ə) buyurur: Bu 6 əmələ sarılın ki behiştə yetişə biləsiniz?


İmam Əli (ə) buyurur: Bu 6 əmələ sarılın ki behiştə yetişə biləsiniz? İmam Əli (ə) buyurur: \"O kəsdə ki, altı sifət cəm olar, behiştə daxil olmaq və cəhənnəmdən qaçmaq üçün heç bir istəyi əldən verməz:
1. O kəs ki, Allahı tanıyar və itaət edər.
2. O kəs ki, şeytanı tanıyar, itaətsizlik edər.
3. Haqqı tanıyar və ardınca gedər.
4. Batili tanıyar və ondan çəkinər...


Kimlər şəfaətə layiqdir və kimlər bu nemətdən məhrum olacaqlar?


Kimlər şəfaətə layiqdir və kimlər bu nemətdən məhrum olacaqlar? İmam Rza (ə) buyurur: \"O kəs ki, Allahın Rəsulunu (s) inkar edər və ona etiqad bəsləməz – o Həzrətin (s) şəfaəti ona çatmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: \"Qiyamət günü mən dörd nəfərin şəfaətçisi olacağam:
1. O kəs ki, övladlarımı əziz tutmuş və hörmət etmişdir.
2. O kəs ki, onların istəklərini yerinə yetirmişdir.
3. O kəs ki, onların işini görməkdə səy göstərmişdir, o zaman ki, həmin işə ehtiyac duymuşdular.
4. O kəs ki, onları dili və qəlbi ilə sevmişdir”.


Müsəlman şəxs ölümündən sonra 3 əməlindən faydalana bilər?


Müsəlman şəxs ölümündən sonra 3 əməlindən faydalana bilər? İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər! Peyğəmbər (s) buyurub: Möminin nişanəsi üç şeydir; az yeyər az danışar az yatar. Mən özümdən sonra ümmətimdən ötrü üç şeydən qorxuram; hidayət olduqdan sonra azmaqdan, insanı azdıran fitnələrdən, qarın və fərc şəhvətpərəstliyindən.
İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər: Birincisi, uzun müddətli sədəqə digəri insanların faydalandığı xeyir əməllər (məsələn, tədris, kitab yazmaq və s.), üçüncüsü isə valideyni barəsində dua edən saleh övlad.


Nə üçün \"Fərəc\" duasının oxunmasında Şeytan narahat olur?


Nə üçün "Fərəc" duasının oxunmasında Şeytan narahat olur? Fərəc duasının ən böyük təsirlərindən biri – şeytanın narahat və əsəbi olmasıdır. İnsan Allaha hər nə qədər yaxın olarsa şeytan bir o qədər narahat və əsəbi olar. Çünki həmin bəndəyə yaxınlaşa bilməz. Fərəcin tezləşməsi üçün dua etmək – ən fəzilətli ibadətlərdəndir ki, imanın kamilləşməsinə və Sübhan Allaha yaxınlaşmağa səbəb olar. İnsan ibadətdə hər nə qədər kamala çatarsa, lənətlik şeytandan bir o qədər uzaqlaşar. Hz Peyğəmbər (s) buyurur: \"Şeytan o zaman ki, mömin beş namazın vaxtına nəzarət edər, davamlı olaraq ondan qorxar. O zaman ki, onları zay edər, şeytan ona cürət edər. Onu böyük günahlara daxil edər”. lbəttə, insan əgər Allahın buyurduğu ibadətləri kamil şəkildə yerinə yetirərsə, Allaha yaxınlaşar. O cümlədən: namaz qılmasında, oruc tutmasında, dua etməsində, Quran oxumasında...


Şeytan həqiqidir, yoxsa xəyali? - O insanı necə aldadır?


Şeytan həqiqidir, yoxsa xəyali? - O insanı necə aldadır? İnsan dünyaya gələndən hey çarpışır. Özüylə(nəfsi ilə), dünya ilə, xəstəliklərlə, maddi çətinliklərlə və sair: Bunlar azmış kimi bir yandan da şeytan var. Şeytanın canlı, müstəqil bir varlığ olduğunu bəziləri qəbul etmir. Hətta onu mənəvi bilənlər də vardır. Amma kimin necə bilməyindən aslı olmayaraq Allah-Təala onu bir varlıq kimi təqdim etmiş və onu insanın açıq aşkar düşməni olduğunu buyurmuşdur: Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir (Yasın-60). Qurani-Kərim ayələrinə əsasən şeytan insanın aşkar düşmənidir. O insanları azdıracağına, onları həlakətə, məhvə sürükləyib, cəhənnəmə tökdürəcəyinə and içib. Özü də Allah Təala qarşısında. (İblis) dedi: \'Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam (Sad-82).


Günahkarın əməlindən də böyük günahı hansı işdir?


Günahkarın əməlindən də böyük günahı hansı işdir? Mərhum Ayətullah Behcətdən ən böyük günah barədə soruşduqda, o böyük şəxsiyyət İmam Sadiq(ə) dan hədis rəvayət edib buyurdu: Bir şəxs bir günaha mürtəkib (düçar) olarsa, onun Allah Təalanın rəhmətinə, bağışlanmasına naümüd olması daha böyükdür. Əgər günaha düçar olduqca qarşısını almasaq, Allahın ayələrinin inkarına, ələ salmağa, yalanlamağa gətirib çıxardar və ya elə bir yerə gəlib çıxar ki, Allahın rəhmətinə ümidsiz olar. Geniş ilahi rəhmətdən ümidi üzülər (bu daha pisdir). Baxmayaraq ki, İmam (ə)buyurur qiyamət olanda Allah Təalanın rəhməti hər yeri elə bürüyər, hətta İblis belə bu rəhmətə ümidli olar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter