Hansı günahların əzabı elə bu dünyada verilər? Hz Peyğəmbərdən cavab


Hz Peyğəmbər (s) buyurur: “Üç günah var ki, onların əzabı elə bu dünyada verilər və axirətə qədər gözlənilməz:
1-Ata-ananı incitmək,
2-İnsanlara zülm edib gücünü göstərmək,
3-Başqalarının yaxşılığı qarşısında naşükürlük etmək./Mənbə, Şeyx Mufidin əl-Əmali kitabı, cild. 1, səh: 237.


Əxlaq ustadlarından tövsiyələr! hansı üç məsələyə daha çox diqqət olunmalıdır?


Həmişə gərək üç məsələyə diqqətli olaq!
1-Tək olan zaman düşüncələrimizi günahlardan qoruyaq, (Başqalarının haqqında sui-zən ... etmək qadağandır)
2-Ailə ilə olan zaman əxlaqımızın tünd olmamasına çalışmaq, (Qohumlarla yaxşı rəftar etmək insanın ruzisinə bərəkət və ömrünün uzanmasına səbəb olar)
3-Cəmiyyətlə birlikdə olan zaman dilimizə sahib çıxaq. (İnsanların onun dilindən amanda olmayan şəxs islam maarifinə əsasən müsəlman hesab edilmir.)


İmam Sadiqdən (ə) sual... Namazları birləşdirib qılmaq olarmı?


Bir kişi iki namazı bir-birinin ardınca, səbəb olmadan belə, qılınması haqqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə cavab verdi: “Rəsulullah artıq bunu etmişdir və istəyi də bu oluşdur ki, ümmətini bu əməllə rahat etsin” (“Vəsailüş-şiə”, c- 2, səh-161).
İmam Əli (ə) buyurmuşdur: “Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam və xiftən namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir”


Namazı gündə 3 dəfə qılmaq olarmı ?


Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde:
“Səhih Müslim” 1154-cü hədis, həmçinin “Müsnədi Əhməd”in 2156-ci hədisində Abdullah ibn Şəqiq deyir ki, “Bir gün İbn Abbas əsr namazından sonra sözünü uzatdı və günəş batıb ulduzlar görünməyə başlayanda insanlar (digər rəvayətdə Bəni Təmim qəbiləsindən bir şəxs) ona “Namaz, namaz” deyə çar çəkdi. İbn Abbas bunu görüb hirsləndi və “Mənə sünnətimi öyrədəcəksən? Mən Peyğəmbərin (s) zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qıldığını gördüm”...


Niyə bəzi namazlar səsli bəziləri səssiz qılınır?


Fəzl ibni Şəzzan, bəzi namazların səsli, bəzilərinində səssiz qılınması haqqında İmam Rzanın (ə) belə buyurduğunu rəvayət edir: “Səsli qılınan namazlar hava qaraldığı zaman qılınan namazlardır. Səbəbi budur ki, ətrafdan keçən bir nəfərin camaat namazının fərqinə varması və camaata qatıla bilməsi üçün namazda səsin yüksəldilməsi lazımdır. Çünki qaranlığa görə namaz qılanları görməsə belə onların səsini eşidərək camaat namazının qılındığını başa düşər...


Şeytanın Həzrət Nuha (ə) etdiyi etiraf nə haqda idi?


... İmam Hadi (ə) belə buyurur: Həzrəti Nuh İblisə əmr etdi: Danış! İblis danışmağa başladı: Adəm övladını paxıl, həris, həsəd, zalım və tələskən halda gördüyüm an onu ələ tez keçirirəm. Əgər bütün bu sifətlər onda cəmlənərsə o kəs bizdəndir. Onu özümüz kimi üsyənkar Şeytan adlandırırıq.
İmam və Peyğəmbərlərin (ə) kəlamlarındakı hədəfləri insanların qəflətdən ayılması və hidayətidir. Çünki insanda şeytanı xıslətlərin formalaşması, insanın şetanlaşlamısı deməkdir. Bu vəziyyət də onun yaradılış hədəfinə ziddir. Əgər belə olmasaydı Şeytan insanla düşmənçilik etməzdi (yəni əl çəkərdi).


Səs-küylü otaqda namaz qılan adam oradakıları sakitliyə çağırmaq üçün “Allahu əkbər”i ucadan desə, namaz pozularmı?


Cavab: Ümumiyyətlə, namaz zamanı namaza aid olmayan bir sözü qəsdən söyləmək namazı batil edər.Bu sözün böyük ya kiçik olması şərt deyil, məna bildirməsi kifayətdir. Amma bu iş bilməyərəkdən olsa, namazın axırında bir cüt səhv səcdəsi etməklə əvəzi verilir. Namaza aid olan, amma öz yerində qəsdən işlədilməyən sözlər də bu qəbildəndir. Məsələn, adam zikr yeri olmadan başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, namazı pozular. Amma əgər o yerdə zikr demək müstəhəbdirsə, həm müstəhəb zikr söyləmək, həm də başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, eybi yoxdur...


Namaz qılmayan adamı kafir saymaq düzgün fikirdirmi?


Cavab: Küfr əqidə ilə bağlı olan bir məsələdir. İman gətirilməsi vacib olan bir prinsipə əks çıxmaq, onu qədd etmək küfr deməkdir. Şəriət hökmlərini yerinə yetirməmək, əxlaqi normaları gözləməmək küfr sayılmaz. Amma bu hallar (yəni şəriətə və əxlaqa əməl etməmək) günah sayılar, həm bu dünyada, həm də axirətdə ilahi cəzaya hədəf olar. Şəriət hökmlərinə əməl etməmək o zaman küfrə gətirib-çıxarar ki, insan bir hökmün vacib olduğunu bilə-bilə qəsdən onu inkar etsin və o hökmün vacib olmadığını yalandan iddia etsin. Məsələn...


Cəhənnəm əhlinin çəkdiyi 8 ruhi əzab haqda Qurani-Kərim nə buyurur?


Qurani-Kərimin bir çox ayələrində cəhənnəm əhlinin çəkdiyi əzablara işarə edilmişdir. Bu əzabların bəziləri ruhidir ki, onlarla tanış olaq:
1. Allahın gözündən düşmək və Onunla rabitəni itirmək. “(Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»”. (“Muminun” 108).
2. İlahi rəhmətdən uzaq olmaq. Və (onlara) deyilər: «Siz (dünyada) bugünkü görüşünüzü unutduğunuz kimi, (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır»”. (“Casiyə” 34)...


Hz Əli (ə) dünyanın dəyərini necə tanıtdırır?


Həzrət Əlidən (ə) soruşdular: “Xeyir nədir?” Buyurdu: “Xeyir bu demək deyil ki, var-dövlətin və övladın çox olsun. Xeyir budur ki, elmin çox, əməlin kamil olsun, Allah da sənin ibadətinlə fəxr etsin. Allah da sənin o ibadətinlə fəxr edər ki, yaxşı iş görən zaman Allaha şükür, edəsən, pis iş görən zaman isə tövbə edəsən. Dünyada iki qisim insandan başqa heç kəsdə xeyir yoxdur. Biri günahlarını tövbə vasitəsi ilə aradan aparanlar, digəri isə xeyir işlər görməyə sür`ətlə tələsənlər. Təqva vasitəsilə görülən heç bir ibadət az deyil. Bir əməl ki, Allah dərgahında qəbul olunur, az ola bilər?!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter