Möminin bərzəx sarayını nə vaxt od bürüyər?


İslaminSesi bildirir ki, Mömin bəndələrdən olan Molla Əli Qarzuni təqvalı insanlardan olmuş və sadiq yuxulara malik olmuşdur. O, nəql edir ki, bir gecə yuxuda böyük bir şəhər görür ki, axırını müşahidə etmək mümkün deyildi. Ortasında böyük və təmtəraqlı bir saray görür və heyrət edir ki, bu saray kimindir. Gözətçilərdən birindən soruşur və o, da deyir ki, bu saray Həbib Nəccar Şirazinindir.Abid deyir: “Mən onu tanıyırdım və onunla dostluq edirdim. Bu zaman onun məqamına qibtə etdim və anidən gördüm ki, bir ildırım çaxdı və o sarayın bir mərtəbəsini və şəhəri oda bürüdü. Şəhər yanmağa başladı və aradan getdi, sanki heç olmamışdı kimi. Mən qorxu və dəhşət içində yuxudan ayıldım. Başa düşdüm ki, elə günah etmişdir ki, əməllərini məhv etmişdir...


İmam Əli (ə) buyurur: Sizlərinə səkkiz sayətinə görə dualarınız qəbul olmur?!


Bir nəfər İmam Əlinin (ə) yanına gələrək duasının qəbul olunmamasından şikayət edərək, dedi: Bir halda ki, Allah-Taala (c.c) buyurmuşdur: “Siz dua edin mən qəbul edərəm.” Nə üçün biz dua edirik, amma qəbul olunmur?? İmam sual edənin cavabında buyurdu: “Həqiqətən qəlb və fikriniz 8 xasiyyətlə sizə xayənət etmişdir: (bu səbəbdən dualarınız qəbul olunmur)
1-Sizlər Allahı tanımısınız, amma onun haqqını ödəməmisiniz, buna görə də tanımanız sizə heç bir fayda yetirməmişdir!
2-Sizlər Onun göndərdiyi şəxsə iman gətirmisiniz, amma onun istəklərinə qarşı çıxmısınız. Belə olan halda imanınızın faydası harda görsənər?
3-Onun kitabını oxumusunuz amma əməl etməmisiniz, dediniz eşitdik, itaət etdik sonra da müxalifətçiliyə qalxdınız!...


Kəbirə günahı necə tanımaq olar?


Kəbirə günahı necə tanımaq olar? Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir:
Birinci yol: Mötəbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır. (Həmin kitabın ikinci fəslində müəyyən rəvayətlər və onların tərcüməsi verilmişdir.)
İkinci yol: Аyə və ya mötəbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir.
Üçüncü yol: Allah-tәala Qurani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur.
Dördüncü yol: Ağıl və nəql yolu; ağıl və ya nəql təsdiqləyir ki, bir günah hansısa böyük günahdan daha ağırdır...


Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?


Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı? Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona “istifadə qaydaları” adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox! İnsanın da yaradanı var və bu yaradan ona Quran adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. “Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır.” (“Mülk”, 14.) Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.


Ölüm mәqаmındа tövbәnin fаydаsı vаrmı?


Ölüm mәqаmındа tövbәnin fаydаsı vаrmı? Аyәtullаh Cәvаdi Аmuli bu bаrәdә buyurur: “Tövbә bir növ ölüm vә qаyıdışdır. Tövbә еdәn kәs әslindә şәhvәt vә qәzәbini öldürür. Şәhvәt vә qәzәbin susdurulmаsı bu iki аzğın yönümdә tаrаzlıq әldә еdilmәsidir. Bеlә оlduqdа insаndа şәhvәt, qәzәb vә cәhаlәt ölür. Bu yоlu dаvаm еtdirmәk üçün şәhvәt vә qәzәbin ölümü ilә kifаyәtlәnmәk оlmаz. İnsаn öz аğlının göstәriş vеrdiyini аnlаmаğа çаlışmаlı vә оnа әmәl еtmәlidir. Yәni әqli lәzzәtlәrlә bаğlаnmаlıdır.” (“Qurаndа әхlаq mәrhәlәlәri”, c. 11, s. 162.) Hәzrәt Әli (ә) “әstәğfirullаh” dеmәklә tövbә еtdiyini düşünәn bir şәхsi mәzәmmәt еdib buyurdu: “Tövbә, istiğfаr “illiyinә” (аli mәqаmа) аid dәrәcәdir.” Sоnrа Hәzrәt әlаvә еtdi: “İstiğfаr vә tövbә аltı әsаs üzәrindә qurulmuşdur: Kеçmişdәki günаhlаrа pеşimаnlıq, gәlәcәkdә günаhı tәrk еtmәk qәrаrı...” Әхlаq аlimlәri bu iki şәrti tövbәnin sütunlаrındаn sаymışlаr. (“Mәnәvi söhbәtlәr”, s. 144-151.)...


İslam Peyğəmbərinin (s) meracı elmi və əqli baxımdan necə sübut olunur?


Həzrət Peyğəmbər (s) Məkkədən Beytül-müqəddəsə hərəkəti əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur. Nəzərə alsaq ki, insan ruh və bədəndən ibarətdir, insanlıq ruha aiddir, bədən bir vasitədir, cism ruha tabedir, güclü ruh hər işə qadirdir, onda ağıl İsra hərəkətini inkar etməz. İmam Sadiq (ə) buyurur: “Niyyət güclü olanda bədən heç bir iş qarşısında aciz olmur.” (“Biharul-ənvar”, c. 70,s, 210-212.) Həzrət İsanın həvarilərinin suyun üstü ilə yeriməsindən söhbət düşərkən İslam Peyğəmbəri (s) buyurdu: “Əgər yəqinlikləri daha çox olsaydı, hava ilə də gedə bilərdilər” (“Biharul-ənvar”, c. 70,s, 210-212.) Ruhun gücü hesabına cismin hərəkəti “teyyül-ərz” adlanır. Belə insanlar haqqında kifayət qədər məlumatlar var. Amma bu hərəkətin dərəcəsi bədənin ruha tabeçilik dərəcəsindən asılıdır. İslam peyğəmbərində (s) bu tabeçilik ən yüksək dərəcədə idi. Bu günki dünyamızda ruhun gücünə havada dayanan təriqətçiləri görənlər Peyğəmbərin (s) merac səfərinə şübhə etməməlidirlər...


Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?


Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?3 şey üçün səhv səcdəsini yerinə yetirmək lazımdır:
1. Bilməyərəkdən namazda söz demək.
2. Bir səcdəni unutmaq.
3. 4-rükətli namazda ikinci səcdədən sonra şəkk edər ki, dördrükətli qılmışdır, yoxsa beşrükətli.
Bundan başqa iki hal da vardır ki, ehtiyati-vacib səhv səcdəsi yerinə yetirilməlidir:
1. Namaza salam verməyin lazım olmadığı yerdə. Misal üçün 4-rükətli namazda ikinci rükətdə salam vermək lazım olmadığı halda, bilməyərəkdən salam vermək.
2. Təşəhhüdü unudan zaman.


İnternetdə qızla oğlanın çatlaşması günahdırmı?


İnternetdə qızla oğlanın çatlaşması günahdırmı?Sual:İnternetdə qızla oğlanın çatlaşması günahdırmı? Sadəcə salam verib və dini sual-cavab etmək kimi şeylərə icazə varmı? Zəhmət olmasa cavablandırardınız.
Cavab: Naməhrəmlə çatlaşmaq əgər lazımlı və zəruri bir məsələ üçün olsa (misal olaraq şərii suala cavab vermək) və çatlaşmada ləzzət almaq qəsdi və şəhvətin oyanmasına səbəb olan sözlər olmasa zərurət miqdarında çatlaşmaq olar. Amma əgər çatlaşmaq cinsi ləzzət almaq üçün və fəsada səbəb olsa haramdır.
(Bu fətva Ayətullah Xamneinin fətvasına əsasəndir.)


Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı?


Cavab: Dinimizə görə, spirtli içki içilən məclislərə qatılmaq – o məclisin bir üzvü olmaq şərti ilə - günahdır. Məsələn, toy və qonaqlıq kimi məclislərdə, hətta stollardan birinə araq verilməsə də, amma eyni məclisin üzvü sayılırlar, çünki eyni məqsəd üçün bir araya gəliblər və eyni məsələni qeyd edirlər. Toy və ad günü məclislərinin evdə ya restoranda keçirilməsi də fərq etməz. Lakin adi vaxtlarda restoran, yeməkxana kimi yerlərdə hər stol müstəqil sayılır. Hər masa arxasında əyləşənlər bir-birini tanımır, öz menyuları əsasında yemək seçir və öz hesablarını verirlər. Ona görə də, bir stolda oturanla başqa stolda oturan eyni məclis əhli sayılmır...


Sulu qəlyan çəkmək olarmı?


Sulu qəlyan çəkmək olarmı?Cavab: Müctəhidlərin əksəriyyətinin fikrincə, nə tütünlə çəkilən qəlyan, nə də sulu qəlyan haram deyil. Amma bunlar insan sağlamlığına ziyan olduğuna görə, istifadəsi bəyənilən sayılmır və imkan dairəsində bu vərdişdən qurtulmaq məsləhətdir. Sulu qəlyana gəlincə, bəzi elmi araşdırmalar onun hətta adi qəlyandan daha ziyanlı olduğunu göstərir. Doğrudur, sulu qəlyanda nikotinin miqdarı az olur, amma əvəzində dəm qazının miqdarının daha çox və daha yüksək temperaturda olması onun zərərini artırır. Eləcə də, ictimai yerlərdə sulu qəlyanın növbə ilə çəkilməsi, bu zaman gigiyena qaydalarına riayət edilməməsi ağız boşluğu vasitəsilə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Gənclərdə alışqanlıq yaratması və onları faydalı fəaliyyətdən yayındırması da sulu qəlyanın mənfi cəhətlərindən biridir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter