Qurani Kərim hansı dəstə insan, kimləri hansı əməllərinə görə lənətləmişdir?


Qurani Kərim hansı dəstə insan, kimləri hansı əməllərinə görə lənətləmişdir?Qurani-Kerimde lenet haqda ayeler...
1. Kafirlərə (Ələhzab sur.ayə:64-68)
2. Həqiqəti gizlədən kitab əhlinə (Əlbəqərə sur.ayə:159)
3. Qohumluq əlaqəsini kəsənlərə (Ərrəd sur.ayə:25)
4. Allah və peyğəmbərlərlə kəsilən əhdi pozanlara (Ərrəd sur.ayə:25)
5. İblisə (Əlhicr sur.ayə:35___Sad sur.ayə:78)
6. Zalimlərə (Ğafir sur.ayə:52___Əraf sur.ayə:44)
7. Bəni üməyyəyə (Əməvilər)(Əlisra sur.ayə:60)
8. Peyğəmbəri inkar edənlərə (Əlbəqərə sur.ayə:89)...


Əhli-sünnə alimləri zühuru inkar edənlər barədə nə düşünür?


Əhli-sünnə alimləri zühuru inkar edənlər barədə nə düşünür?Bəzi əhli-sünnə alimləri həzrət Mehdinin (ə.f) zühuruna imanı vacib saymışlar. Bəziləri hətta bu həqiqəti inkar edənləri kafir hesab etmişlər. Əhməd ibn Məhəmməd ibn Siddiq deyir: “Həzrət Mehdinin (ə.f) zühuruna iman vacibdir. Zühurun baş verəcəyi Peyğəmbər (s) tərəfindən də təsdiq olunduğu üçün qətidir...” Bənzər fikir və ifadə Hənbəl, Nasiruddin Əlbani, Əbdül-Möhsin ibn Məhəmməd Əl-İbad tərəfindən də işlədilmişdir. Əhməd ibn Məhəmməd ibn Siddiq Ğəmari Əzhəri Məhdəviyyət barədə nəql olunan hədislər haqqında deyir: “Bu hədislər mütəvatirdir (yetərli həddədir), onları inkar edənlər bidətçi və azğın sayılır.


Səhih hədisi qeyri-səhih hədisdən necə fərqləndirmək olar?


Səhih hədisi qeyri-səhih hədisdən necə fərqləndirmək olar?Peyğəmbərin (s) dövründən başlayaraq saxta hədis qondaranların mövcudluğunu nəzərə almaqla, səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün bir sıra meyarlara ehtiyac duyulur. Həmin meyarlardan 3-ü qeyd edirik:
1. Quranla uyğunluq – İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: “Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın”.
2. Məsumların buyuruqları ilə uyğunluq – Həsən ibn Cəhm deyib: (İmam) Rzaya (ə) dedim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. (Həzrət) buyurdu: “Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil”...


İmam Mehdinin (ə.f) doğulmasını necə sübut edək?


İmam Mehdinin (ə.f) doğulmasını necə sübut edək?İmam Mehdinin (ə.f) doğulması mövzusunda yəqinə çatmaq üçün aşağıdakı amillər nəzərə alınır:
1. İmam Mehdinin (ə.f) dünyaya gəlişi və bunula bağlı müjdəverici (insanları müjdələyən) xəbərləri uyğun (mütabiq) dəlillə sübut edilən hədislər. Onların toplusu 214 hədisdən ibarətdir (“Kəmalud-din” səh.407-408, 424-426 və 430-433).
2. İmam Mehdinin (ə.f) doğum ili barədə nəql edilmiş hədislər (“Biharul-ənvar”, c.51, səh.422).
3. Həmin ilahi şəxsə istinad edilən məktublar. Bu məktubların sayı onlarlarladır ki, bu haqda gələcək məqalələrdə danışacağıq.
4. Bəni-Abbas hakimiyyəti tərəfindən İmam Mehdini (ə.f) ələ keçirmək və onu qətlə yetirmək kimi siyasi təzyiqlərin müşahidə edilməsi.
5. Qısamüddətli qeyb dövründə dörd naibin varlığı və insanların onlar vasitəsi ilə İmam Mehdi (ə.f) ilə əlaqə saxlamaları...


Rəcəbəli Xəyyat naməhrəmi görən zaman günaha düşməmək üçün hansı zikri tövsiyə edirdi?


Rəcəbəli Xəyyat naməhrəmi görən zaman (belə ki, təsiri dəf etmək üçün) təsirli olan zikrlərdən birini tövsiyə etmişdir. Alim bu zikrin işə yaradığını bildirmiş və onu bütün yaxınlarına tövsiyə etmişdir. O, deyir: “Gözün naməhrəmə dəyən zaman, gözünü bağla və başını aşağı salıb de: یا خَیرَحَبیبٍ و مَحبوبٍ صَلِّ عَلی مُحمّدٍ و آلِه Ya xəyra Həbibi və Məhbubi, səlli əla Muhəmməd və alih.
Mahiyyəti budur ki, ey Allahım, mən səni sevirəm, Səni istəyirəm. Bu gördüklərim heç də sevimli deyildir (belə ki, sevən və sevilənlərin ən xeyirlisi sənsən), onlara (Səndən başqasına) bel bağlamağa dəyməz...


Möminlər öləndən sonra görüşəcəklərmi?


Əmirəl-mömininə (ə) sual verirlər ki, ölülər bir-biri ilə ünsiyyət qururlarmı? Həzrət (ə) buyurur: “Bəli, əgər gözünün önündəki pərdə götürülsə, onları görərsən ki, halqa-halqa əyləşiblər və öz əmmamələri və ya başqa bir şeylə ayaqlarını bir-birinə bağlayıb, bu cür əyləşib və söhbət edirlər. Dünyada elə bir mömin yoxdur ki, dünyadan getsin, məgər o halda ki, onun ruhuna deyilər Vadius-səlama qoşulsun. Vadius-səlam – Ədn behiştinin türbəsidir”. İmam Əli (ə) buyurur: “Əgər gözünüzün önündəki pərdə götürülsə, görərsiniz ki, möminlərin ruhları Vadius-səlamda halqa şəkildə əyləşib, bir-biri ilə söhbət edirlər. Ancaq kafirlərin ruhları Bərəhutdadır”....


Namazda Fatihədən sonra surəni tam oxumaq vacibdirmi?


Gündəlik vacib namazlarda Fatihədən sonra bir surə oxunmalıdır. Hədislərdə və fəqihlərin fətvalarında buyurulur ki, namazlarda İxlas surəsi tərk edilməsin. Xüsusən də ikinci rəkətdə Fatihədən sonra. Bəs Həmddən sonra oxunan hər hansı bir surənin yarsını oxuya bilərikmi? Bu surə tam oxunmalıdır? Cavab: Ayətullah Xamenei: Ehtiyat vacib budur ki, Həmddən sonra bir tam surə oxunsun. Əgər vaxtın azlığı və ya başqa qorxu olarsa gərək surə oxumasın.
Ayətullah Sistani: Bəli. Ehtiyat vacibə görə surə tam oxunmalıdır.
Ayətullah Məkarim Şirazi: Ehtiyat vacibə görə Qurani Kərimdən tam bir surə oxusun.


Quranda adı keçən Calut kimdir?


Qurani Kərimdə Calutun adı Bəni-İsrail qövmu ilə birgə çəkilir. Xususən də Talutla və Davud (ə) peyğəmbərlə döyüşləri xatırlanır. (Bəqərə 249-250) Calut da demək olar ki , Bəni İsrailin başının bəlası idi. Tarixi mənbələrdə onu Misir və Şam arasında qüdrətli bir hökümdar kimi vəsf edirlər. Calut Bəni İsraillə dəfələrlə müharibə etmiş, onları qarət etmişdi. Xüsusən də Musa (ə) peyğəmbərdən qalan, Allahın Qurani Kərimdə \"Tabut\" adlandırdığı əmanəti əllərindən almışdı. Bəni İsrail qövmü də zəmanə peyğəmbərləri Samuel (ə) adlı peyğəmbərlərinə şikayət edir, döyüşmək üçün Allahdan yardım istəyirlər. Samuel (ə) Talut adlı sərkərdəni onlara rəhbər təyin edir və Calutla döyüşə göndərir. Döyüş əzmi olmayan qövm Caluta məğlub olmaq üzrə ikən Allah Taala Hz. Davudun (ə) əli ilə Calutun sonunu gətirir...


“Cümə gününün qüslu”nu cümənin gecəsində almaq olarmı?


Cümə gününün qüslu təkidlə buyurulmuş müstəhəblərdəndir. Müstəhəbdir ki, cümə günü sübh əzanından zöhr əzanına qədər vaxt ərzində cümə qüslu alınsın. Daha yaxşı olar ki, bu müstəhəb qüsul zöhrə yaxın edilsin. Lakin bəzən müyyən işlərlə əlaqədar bu işi də edə bilmirik və cümə gününün müstəhəb qüslunun fəzilətində məhrum oluruq.Bu zaman cümə axşamı gecəsi “Cümə” qüslu ala bilərikmi?
Cavab: Layiqdir ki, hər kəs cümə günü su tapmayacağı və qüsul almağa müəssər olmayacağını bilərsə cüməaxşamı günü (cümənin gecəsində) qüsul ala bilər. Bəlkə bunu ümüd inyyəti ilə etsin. (Ayətullah Xomeyni və Ayətullah Vəhid Xorasani)


Əgər zəlzələni hiss etməsək belə Ayət namazı bizə vacib olurmu?


Xatırladaq ki, ayət namazı zəlzələ, ay - günəş tutulması və qara – qırmızı küləklər zamanı qılınan namazdır.
İslaminSesi.info- Ayət namazı aşağıdakı 4 hadisə zamanı qılınan vacib namazdır: Günəş tutulması -Ay tutulması -Zəlzələ olduqda - Qara – qırmızı qorxuducu külək əsdikdə.
Sual: Bəs zəlzələ zamanı bu zəlzələni hiss etməsək və ya qoxmasaq bizə namaz vacib olurmu?
Cavab: Ayətullah Xamenei : Əgər zəlzələ zamanı özünüz onu hiss etməsəniz Ayət namazı sizə vacib deyil.
Ayətullah Sistani: Ayət namazı o halda vacib olur ki, onu vacib edən hallar baş versin və hiss olunsun. Yalnız o yerin əhalisinə vacib olur. Başqa yerin əhalisinə vacib deyil. (Tozihul-məsail)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter