Mərhum Ayətullah Behcət (r) ailənin səmimiyyəti üçün hansı tapşırıqları verir?


... Ailənin səmimiyyət və səfası barəsində İslamın böyük şəxsiyyətləri də öz dəyərli tövsiyələrini vermişlər. Ayətullah Behcət (r) ailə səfa və səmimiyyətində valideynləri diqqətli olmağa çağıraraq buyurur:
“Əgər ailədə səfa, səmimiyyət, istilik istəyiriksə, gərək səbr, dözümlülük, göz yummaq, inciməmək kimi keyfiyyətləri özümüzə sərmayə edək. Bunlarla ailənin isti mühitini qoruyaq. Belə olmazsa qarşıdurma və çəkişmə irəli gələr. Ailənin də bütün ixtilafları məhz belə qarşıdurmalardan nəşət tapır” (Ayətullah Behcət)|


Hz Əli (ə) bütün zikrləri hansı cümlələrdə cəmləşdirdi?!


Hz. Əli (ə)dan bir hədis nəql olunur. Hədisdə buyrulur ki, İmam (ə) bir nəfərin dəftərdən uzun bir zikr oxuduğunu görür və buyurur: “Uzun duanı eşidib cavab verən Allah həmçinin qısa duaya da cavab verər.” Kişi: Bəs mən nə edim? İmam: “O uzun duanın yerinə bu qısa kəlmələri oxu:
1-Əlhəmdu lillahi alə kulli niməh – Onun bütün nemətlərinə həmd olsun.
2- Əsəlulahə min kulli xeyr – Bütün xeyrləri Allahdan istəyirəm.
3- Əstəğfirul-lahə min kulli zənb – Bütün günahlar üçün Allahdan bağışlanma diləyirəm.
4- Əuzu billahi min kulli şərr – Bütün şərrlərdən Allaha sığınıram...


Allaha yaxınlaşmaq əzmində olanlar hansı üç yoldan birini seçməlidir?


Saleh insanlar və saleh cəmiyyətlə rabitənin zərurəti: İnsan ictimai bir varlıqdır. Onun həyatı başqaları ilə rabitələrsiz ötüşmür. Allah-təala insanı öz həmnövləri ilə maddi və mənəvi rabitələrə ehtiyaclı xəlq etmişdir. Tənha, cəmiyyətdən uzaq yaşamaq istəyən insan nə maddi, nə də mənəvi baxımdan inkişaf edə bilər. Çünki maddi həyat başqalarının elm və təcrübəsindən istifadə ilə davam edir. İnsan dini məclislərdə iştirak etmədən, moizə və nəsihətlərdən faydalanmadan mənəvi baxımdan inkişaf edə bilmir. Demək, mənəvi baxımdan təkamül üçün də ictimai rabitələrə ehtiyac var. İnsanlar ictimai rabitələri qırıb həmkarlıqdan çəkinsələr hansısa mənəvi təkamüldən danışmağa dəyməz. Şübhəsiz ki, əgər cəmiyyətdə saleh insanlar varsa ictimai rabitələr faydalıdır. Saleh insanlarla rabitələr gücləndikcə insan kamilləşir...


Sirat körpüsündən keçmək üçün cümə günü qılınan namaz hansıdır?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü dörd rükət namazı qılar ki, hər rükətdə “Həmd”dən sonra 51 dəfə “Tövhid” və 50 dəfə “Ayətül-kürsü” oxuyar, axirətdə Allah Təala ona iki qanad verər ki, Sirat körpüsünün üzərindən və behiştdə hara istəsə uça bilər”. Digər gözəl əməl barədə İmam Sadiq (ə) buyurur: “Cümə günündə heç bir əməl Muhəmməd (s) və onun nəslinə göndərilən salavatdan üstün deyildir”. Cümə günü sədəqə vermək baxımından da xüsusi fəzilət daşıyır. İmam Baqir (ə) buyurur: “Cümə gününün sədəqəsi, cümə gününün başqa günlərdən fəzilətinə görə ikiqat hesab olunur”...


Həzrət Məhdi (ə.f), zühur zamanı neçə yaşında görünəcəkdir?


Yer üzü hüccətdən boş olmaz. İmam Zaman ağa (ə.f) buyurur: “Yer, heç bir zaman hüccətdən boş olmayacaqdır – istər o hüccət zahir olsun, istərsə də gizli”.
Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər, onu 40 yaşında və daha az hesab edər”. Mövla (ə.f), yollarda addım atar və insanlara salam verər. Əmirəl-möminin (ə) buyurur: “Əlinin (ə) Pərvərdigarına and olsun ki, Allahın hüccəti (ə) insanların arasındadır. Yollarında (küçələrində) addım atar, onlara salam verər, ancaq müəyyən vaxta və İlahi vədəyə qədər tanınmaz”...


\"Amin\" nə deməkdir?


"Amin" nə deməkdir?Tək tanrılı dinlərin hamısında ən sıx istifadə edilən söz \"amin”dir. İnsanların bu qədər sıx istifadə etdikləri bir sözün mənasını da təbii olaraq bilmələri lazımdır.Bəzi insanlar bu sözü olur-olmaz hər yerdə istifadə edirlər.
Bəziləri «Amin»in bir duanın bağlanışında söyləndiyini, bəziləri də «dualarım qəbul olsun» mənasını verdiyini düşünər. Halbuki, kəlimənin mənası çox daha geniş, mənşəyi də çox köhnədir.İslam hədislərinə görə, Hz. Məhəmməd(s.ə.s) Fatihə Surəsini oxuyarkən sonuna gəldiyində Cəbrayıl görünmüş və ona «amin de» deyə xəbərdarlıq etmişdir. Bu hadisədən sonra Hz. Peyğəmbər Müsəlmanlara İmam «Amin» dediyində camaatın da səsli olaraq amin deməsinin lazım olduğunu buyurmuşdur. Camaatın «amin» səsləriylə mələklərin səsləri bir-birləriylə uyğunlaşdığı təqdirdə keçmiş günahlarınız bağışlanar...


Niyə bu zikri demək, 100 dəvə qurbanından üstündür?


Niyə bu zikri demək, 100 dəvə qurbanından üstündür?Allaha aşiqcəsinə rabitə qurmağın yolarından biri - zikr deməkdir. Yəni, insanı dili və qəlbi ALLAHın gözəl adlarını və sifətlərini zikr edər və ruhunu bu İlahi yağışın damcıları ilə sevindirər. Əgər insan ALLAHı davamlı olaraq zikr edərsə, günahın zəncirlərini qəlbindən söküb, ata bilər. Çünki ALLAH Təalanı yaddan çıxartmaq qəlbi daş edər. İlahi zikrin heyrətamiz təsiri və səmərəsi vardır. Zikrlərin içərisində \"SübhənALLAH” zikrinin öz xüsusi yeri vardır. Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim yüz dəfə \"SübhənALLAH” deyərsə, yüz dəvə sürməkdən daha yaxşıdır (Özü ilə həccə aparıb orada qurban kəsmək üçün)”. Bir nəfər İmam Əlidən (ə) soruşur: \"Ey Əbulhəsən! \"SübhənALLAHın” təfsiri nədir?” Həzrət (ə) buyurur: \"ALLAHın izzətini böyük tutmaqdır. Onu, müşriklərin ALLAHın pak zatına nisbət verdikləri hər cür çirkinliklərdən pak və böyük bilməkdir. Nə zaman bəndə bu kəlməni deyər, bütün mələklər onun üçün rəhmət istəyərlər”...


Şəriət kitablarında gələn \"Caiz\" kəlməsi nə deməkdir?


Şəriət kitablarında gələn "Caiz" kəlməsi nə deməkdir?Sual: Caizdir demək halaldır demək ola bilərmi? Əgər belə isə niyə \"Caiz\" yerinə \"Halal\" və ya \"Caiz deyil\" yerinə \"Haramdır\" deyilmir? Caiz sözü, cümlədə istifadə edildiyi yerə görə müxtəlif mənalara gəlir:
1 - Caiz, ümumi olaraq sənəd verilmişdir, günah deyil mənasındadır. Lakin, caiz deyilən şeyi etməmək daha yaxşıdır.
2 - Edilməsi daha yaxşı deməkdir.
3 - Edilməsi tənzihən məkruh deməkdir.
4 - Edilməsi təhrimən məkruh deməkdir.
5 - Edilməsi mübah deməkdir.
6 - Edilməsi vacib, lazımdır deməkdir.
7 - Edilməsi günah deməkdir...


Həris insanı gözləyən 2 yol hansılardır?


Həris insanı gözləyən 2 yol hansılardır?İmam Baqir (ə) həris insan haqqında buyurur: “O qədər həris insan dünya məsələlərini əldə etmişdir və öz bədbəxtliklərinə səbəb olanları hazır etmişdir”. Bu hədis bizə xəbərdarlıq edir ki, həris insanın axırı heç də yaxşı olmur. Həris insanı iki yoldan qeyrisi gözləmir.
-Birincisi budur ki, həris insan dünya malına bağlı olduğu üçün daha çox mal əldə etmək yolunda şəxsiyyətini itirər, hətta depressiyaya düşər və ruhi çətinlik çəkər.
-İkincisi isə həris insan dünya malına qərq olduğu üçün başqa insanları, xüsusilə də dindarları məsxərə edərlər. “Dünya həyatı kafirlərin gözündə zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir”. (Bəqərə/212).


İmam Sadiqin (ə)-ın müdrik insanlarla bağlı bu nəsihəti həyatınızı dəyişəcək?!


İmam Sadiqin (ə)-ın müdrik insanlarla bağlı bu nəsihəti həyatınızı dəyişəcək?!İmam Sadiq (ə) müdrikliyin əhəmiyyətinə və bu işin bütün insanların insanı bir öhdəliyi və vəzifəsi olmasına işarə edərək buyurub: “Müdrik (ağıl sahibi) insan o kəsdir ki, hər şeydən əvvəl öz vəzifəsini və yerini bilsin, öz dilinə nəzarət edə bilsin və zəmanəsini tanıyan olsun” İmamın (ə) bu kəlamına diqqət etsək görərki ki, qeyd olunan hər üç mətləb həm fərdi, həm də içtimai mətləbləri ehtiva edir: Vəzifə və yerini bilmək insandan böyük, geniş baxış tələb edir. Dərin və geniş baxışla baxan insan özünü görə bilir. Özünü görən insan bir məxluq olaraq Xaliq qarşısındakı yerini və vəzifəsini, digər məxluq qarşısındakı öhdəliyini bilər. Dil insanın daxili aləminin gösdəricisidir. Necəki Hz. Əli (ə) buyurub: “Kişi dilinin arxasında gizlənib”. Daxili aləmi paklaşan insanın dili də pak olar. Dil içtimai münasibətlərin qorunmasında və dəvamiyyətində ən mühüm amillərdəndir. Bu səbəbdən dilin paklaşmağı önəmlidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter