Məsumların hədisinə əsasən Allah yolunda kasıbların haqqı olan zəkatın ödənməsinin fayda və təsirləri nələr olar?!


Zәkаt ödәmәyin dünyәvi tәsir və faydası:
1. Cаnın vә mаlın sığоrtаlаnmаsı –Hәzrәt Pеyğәmbәr (s) buyurur: \"Öz хәstәlәrinizә sәdәqә ilә çаrә qılın, mаlınızı zәkаt ödәmәklә hifz еdin.”
2. Günаhlаrın bаğışlаnmаsı –Әziz Pеyğәmbәrimiz (s) buyurur: \"Zәkаt günаhlаrı yuyаr.”
3. Ruzinin аrtmаsı –İmаm Bаqir (ә) buyurur: \"Еy Cаbir, zәkаt insаnın ruzisini аrtırır.”
4. Yохsullаrın еhtiyаcının tә`mini –İmаm Kаzim (ә) buyurur: \"Zәkаt tә`yin оlunub ki, yохsullаrın ruziyә vә mаlа оlаn еhtiyаcı ödәnsin...


Hz Əli (ə) Cəməl müharibəsindən sonra Bəsrə xalqını hansı nəsihətlərlə möizə etdi?!


Təlhə, Zübeyr və s. Bəsrədə Əli (əleyhissalam)-ın əleyhinə Cəməl müharibəsinə başladıqda Bəsrə camaatı da kor-koranə ara qızışdıranların ardınca düşərək haqsızların tərəfində durdular. Döyüş bitdikdən sonra İmam Əli (əleyhissalam) şəhər əhalisini şiddətli tənqid atəşinə tutaraq onları üzləşəcəkləri böyük bəlalardan uzaq olmağa çağırırdı. Çünki Bəsrə camaatı öz fikirlərini şeytana ov etdilər və eləcə də öz qüdrət və imkanlarını dünya pərəst günahkarların ixtiyarında qoydular. Həzrət onlara buyurdu: \"Siz filan arvadın qoşunu, eləcə də heyvan (dəvə) dalınca düşənlər idiniz, sizin əxlaqınız pozğun, əhdinizsə tapdanmış yalan idi.
Allah əzabının göy və yerdən sizlərin üstünə enməsini sanki hiss edir və hamınızın məhv olmasını görürəm...


Adəm övladı nə qədər qocalsa da hansı iki xasiyyət onda cavanlaşar?!


Belə nəql edirlər ki, bir gün Harun Ər-Rəşid öz yaxın işçilərini bir yerə yığıb belə deyir:
Ürəyim istəyir bir şəxsi tapasınız ki, Rəsuli Əkrəm (s)-ı görüb və O həzrətdən eşitdiyi hədisi mənə nəql etsin. (Harun Ər-Rəşid xilafəti 170 h.q. ilində oluşdur. Peyğəmbər (s)-ı görən bir şəxs olsaydısa xeyli qoca olardı). Harunun məxsus adamları belə bir şəxsi tapmaq üçün hər yerə nümayəndələr göndərdilər. Tamamilə haldan düşmüş, zəif bir qoca kişi tapıb ehtiyatla yumşaq zənbildə Harunun xidmətinə gətirirlər. Harun qoca kişidən soruşur: Peyğəmbəri görüb bir söz eşitmisən? Belə cavab verir:
Uşaq idim atam əlimdən tutub həzrətin xidmətinə apardı. Ondan sonra peyğəmbəri görməmişəm. Harun soruşur: O gün peyğəmbərdən bir söz eşidib yadında saxlamısan ya yox? Belə cavab verir: ...


Allah-təala bəndələrini özünə itaətə və günahdan çəkinməyə çağırır? Bir bu qədər əmr və qadağanın hikməti nədir?


İlahi şəriətlərdə bəyan olunmuş və peyğəmbərlər tərəfindən insanlara çatdırılan bütün göstərişlərdə Allaha bəndəlik və günahdan çəkinmək haqqında danışılır. Allah-təala buyurur: \"Bir vaxt İbrahim qövmünə dedi: \"Bir Allaha pərəstiş edin, Ondan qorxun. Əgər bilsəniz, bu sizin üçün daha yaxşıdır.” Başqa bir ayədə oxuyuruq: \"Allahdan qorxun və mənə itaət edin.” Düşünməyə dəyər ki, nə üçün Allah-təala bəndələrini özünə itaətə və günahdan çəkinməyə çağırır? Bir bu qədər əmr və qadağanın hikməti nədir? Nə üçün Allah göstərişlərinə itaət onu razı salır, Ona qarşı günah Onu qəzəbləndirir? Bu nöqtələri anlamaq üçün Allah və onun sifətlərini tanımağa ehtiyac duyulur. Yalnız uyğun tanışlıqdan sonra insan öz yaranış məqsədi və dinin göndərilmə illətini anlayır. Yuxarıdakı suala qısa şəkildə belə cavab vermək olar ki, Allahın əmr və qadağaları insana təkamül yolunu göstərir. İnsan Allahın vacib əmrlərinə əməl etmək və qadağalarından çəkinməklə ilahiləşir.


Hz Əli (ə) Çirkin nəfsin insana verə biləcəyi bədbəxtçiik haqda nə buyurmuşdur?!


\"Bu dünyada hər bir şəxsə çirkin nəfsinin istəyi onun sağlam ağlına qələbə çalsa onun rüsvayçılığı aşkar olar.\"
(Yəni hər bir günah qarşısında özünü saxlaya bilməyib hər bir haram qarşısında göz yumub keçə bilmədiyi halda özü öz üzünə rüsvayçılıq qapısını açar)
Allah təala bizləri çirkin nəfsimizə həmişə qələbə çalanlardan qərar versin.Amin! * * *
Allahın Rəsulu (s) ailə quranlar barədə belə buyurur: \"Hər bir şəxs qadının malına-dövlətinə görə onunla ailə qursa,Allah təala ancaq malın-dövlətin məhəbbətin o şəxsə verər. Əgər qadının gözəlliyinə,camalına görə evlənsə,bütün acığı gəldiyi və ya xoşlamadığı xususiyyətləri belə ailəsinə baxanda görər.
Amma hər bir şəxs dininə,abrına,həyasına görə həyalı,abırlı qadınla evlənsə,Allah təala bütün yaxşılıqları,məhəbbəti onlar üçün qərar verib,onların arasında mehribanlıq icad edər...


Hz Peyğəmbər (s) Ayətəl-Kursini oxumağın dəyər və savabı haqda nə buyurmuşdur?!


Ayətəl Kürsinin fəzilətləri: Peyğəmbər (s.a.s) buyurur: Quranın ən əzəmətli ayəsi Ayətəl kürsidi. Merac gecəsi iki bükülmüş səhifə göründü. Birində Fatihə surəsi, o birində isə bütöv Quran yazılmışdır. Bu iki lövhədən üç nur saçırdı. Cəbrayil (ə)-dan soruşdum ki, bu nurlar nədir? Cəbrayil (ə) dedi: Bu nurun biri İxlas surəsi, ikincisi Yasin surəsi, üçüncüsü isə Ayətəl kürsidir. Ayətəl kürsi oxunan evə 30 gün şeytan, 40 gün sehirbaz daxil ola bilməz. Ayətəl kürsi nazil olan gecə şeytan özündə qorxu hiss etdi. Mədinəyə gəlib bir kişidən soruşdu: Bu gecə nə hadisə baş verib? Kişi cavab verdi:
Bu gecə Ayətəl kürsi nazil olub İmam Baqir (ə) buyurmuşdur. Kim bir dəfə Ayətəl kürsini oxusa, Allah ondan 1000 dünya 1000 axirət bəlasını dəf edər... dünya bəlalarının ən asanı olan kasıbçılıq, axirət bəlalarının ən asanı isə qəbir əzabını yüngülləşdirər.


Allah-Təala (c.c) sadə yaşayış və şöhrətdən uzaq durmaq haqda Hz Musaya (ə) nə buyurmuşdu?!


Allah dostlarının sadə yaşayışı və şöhrətdən qaçması: Allah-təala həzrət Musaya tövsiyə edir ki, təzə yox, köhnə libas geyinsin. Bəli, mö’min bir tərəfdən zahiri dəyərlərə uymamalı, digər bir tərəfdən bilməlidir ki, sadə libas ondakı təvazö halını gücləndirəsidir. Adətən, insanlar təzə və qiymətli libas geyənlərə qibtə ilə baxır. Təzə və qiymətli libas geyinən şəxs başqalarının ona olan diqqətinin artdığını görüb daha artıq bəzənməyə çalışır. Bu halda onun qəlbindəki Allah qorxusu zəifləyir. Sadə və köhnə libasa isə heç vaxt əhəmiyyət verən olmur. İnsan bu qəbil libaslarda başqalarının diqqətini cəlb etmir, zahirinə görə sevinmir. Onun üçün ilahi və mə’nəvi gözəlliklər cəvahir gözəlliyindən çox dəyərlidir. Bu qəbil insanlar üçün gözəl libas kimi dünya cazibələri əhəmiyyətsizdir. Onlar çalışırlar ki, xalqın diqqətini cəlb etməmək üçün təzə libaslar geyməsinlər. Onlar əmindirlər ki, təkamül fikrində olanlar üçün xalq diqqəti böyük bəladır...


Şəhidin məqam və Allah Dərgahında qazancı haqda Hz Peyğəmbər (s) nə buyurmuşdur?!


Həzrət Peyğəmbər (s) nəql edilir: Şəhiddə yeddi xislət var. Onlardan birincisi budur ki, şəhidin qanının ilk damlası yerə toxunanda artıq onun bütün günahlari bağışlanmış olar. O hədisdə zikr edilən sonuncu xislət isə budur: Şəhid vəchullaha tamaşa edər. Və bu nəzər hər bir şəhid və peyğəmbər üçün hüzur və rahatlıq vəsiləsidir.
Məhz insan özü özü ilə ilahi gözəlliklər arasında bir pərdədir... İstər nurdan olsun, istərsə də zülmətdən, bütün hicablar bu hicabdan qaynaqlanır. Və əgər insan bu hicabı məhv edərsə, bütün hicabları məhvərimdən yox edib, özünü tam olaraq Allaha təqdim etmiş olar. Beləcə o, təkəbbürünü və xudbinliyini imanının ayaqları altına atmış olar...


Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı üç dəstə insanlar behiştə daxil olmayacaqlar?!


Rəsuli Əkrəm (s) etdiyi sifarişlərindən birində belə buyurur:
Camaatın bir neçə dəstəsi behiştə daxil olmayacaqlar:
1 - Valideyinlərinin tərəfindən nifrətlənən övlad.
2 - Öz ailəsinin (həyat yoldaşının) pis yolda gəzdiyini bilib, yenə onu qəbul edib, onunla birlikdə yaşayan kişi.
3 - Bir də özünə qadın kimi arayiş verib bəzənib-düzənən və ya danışığı, hərəkəti ilə özünü qadına oxşadan kişilər behiştə daxil olmayacaqlar...


Allah Təalanın (c.c) razılığı və qəzəbi hansı iki əməldən asılıdır?!


Qeyd etdik ki, Allah-təala buyurur: \"Mənim razılığım mənə itaətdə və günahdan çəkinməyinizdədir.” Şadlıq da qəzəb kimi hadisələrə insanın daxili reaksiyasıdır. Məsələn, insan öz istəyinə çatdıqda sevinir, biri ona müxalif olduqda qəzəblənir. Belə bir sual yaranır ki, Allah-təala dini mənbələrdə nə üçün şadlıq və qəzəb sifətləri ilə vəsf olunur?
Cavab budur ki, Allah haqqında danışarkən uyğun tə’birlərin işlədilməsində məqsəd mövzuları bizim qavrayacağımız şəkildə açıqlamaq istəyidir. Çünki insan düşüncəsi ilahi sifətləri birbaşa dərk etməkdə çox acizdir. İnsana aid olan sifətlərin Allaha aid edilməsi yalnız izahat məqsədi daşıyır və \"istiarə” adlanır. Əgər insanın sifəti ilə Allahın sifətində zərrəcə oxşarlıq olursa, Allah haqqında danışarkən də uyğun sifətlərdən istifadə olunur. Əslində insanın sifətləri üçün məhdudiyyət olduğu halda, ilahi sifətlər üçün heç bir məhdudiyyət yoxdur. İlahi sifətlər dəyişməz və zavala uğramazdır. Şadlıq deyilən hal Allahda yaranmır..


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter