Həzrət Muhəmməd (s) buyurub: Hər gün qəbir bu beş kəlmə ilə fəryad edər?!


Həzrət Muhəmməd (s) buyurub: Hər gün qəbir bu beş kəlmə ilə fəryad edər?! Həzrət Muhəmməd (s) buyurub: Hər gün qəbir bu beş kəlmə ilə fəryad edər:
1. Mən yoxsulluq eviyəm, özünlə xəzinə gətir; 1. Xəzinə - La ilahə illəllah
2. Mən tənhalıq eviyəm, özünlə munis gətir; 2. Munis - Quran tilavəti
3. Mən ilanlarla dolu evəm, özünlə padzəhər gətir; 3. Padzəhər - Sədəqə
4. Mən zülmət bir evəm, özünlə çıraq gətir; 4. Çıraq - Gecə namazı
5. Mən torpaqdan bir evəm, özünlə yataq gətir. 5. Yataq - Saleh əməl


Quranda birbaşa və ya işarə ilə 12 qadının adı çəkilmişdir ki, onlar haqda nələr gəlmişdir?


Quranda birbaşa və ya işarə ilə 12 qadının adı çəkilmişdir ki, onlar haqda nələr gəlmişdir? Quranda birbaşa və ya işarə ilə bir neçə qadının adı çəkilmişdir ki, onlarla tanış olaq.
1. Fironun həyat yoldaşı Asya. “Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən. qurtar!»”. (Təhrim/11)
2. Sara. İbrahim (ə) peyğəmbərin həyat yoldaşı. “Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü”. (Hud/71).
3. Musanın (ə) anası. “(Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman. (Ona ilham etdik) ki: “Onu bir sandığa qoy və onu dənizə at”. Sonra gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın”. (“Taha” 38-39)...


İlahi Peyğəmbərlər (ə) haqda 18 suala cavab...


İlahi Peyğəmbərlər (ə) haqda 18 suala cavab... İlahi Peyğəmbərlər (ə) haqda suallara cavab:
1. Peyğəmbərlərin dillərinə gətirdikləri ən gözəl cümlə nə olmuşdur? - Peyğəmbərlərin ən gözəl cümləsi \"La ilahə illəllah” cümləsidir.
2. Hansı peyğəmbərin xəstəliyi 40 il çəkmişdir? - Əyyub Peyğəmbərin xəstəliyi 40 il sürmüşdür.
3. Ən uzun ömülü peyğəmbər (ə) kimdir? - Peyğəmbərlər arasında ən çox ömür sürən Nuh (ə) peyğəmbərdir.
4. Hansı peyğəmbərlər həyatı boyu evlənməyiblər? - Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) subay dünyalarını dəyişiblər.
5. Hansı peyğəmbərlər yer üzünün hökmdarı olmuşlar? - Yerin üzünün şahı olmuş peyğəmbərlər, Həzrət Süleyman və Zülqərneyndir (ə)...


Hz Peyğəmbər (s) gecə namazının dəyər və təsiri haqda nə buyurmuşdu?


Hz Peyğəmbər (s) gecə namazının dəyər və təsiri haqda nə buyurmuşdu? İslam Peyğəmbəri (s) buyurur: “Gecə namazı Allahın razılığını, mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir. Gecə namazı peyğəmbərlərin sünnəsi, mərifət nuru, imanın köküdür... O, düşmənlər əleyhinə çəkilən bir silah, duaların və əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisinə bərəkət verir, ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur. O, qəbrin çırağı və döşəməsi, Münkirlə Nəkirin cavabıdır, qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi və munisi olacaqdır. Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır...


Həzrəti Suleyman (ə) təvazökarlığını hansı rəftarı ilə göstərdi?


Həzrəti Suleyman (ə) təvazökarlığını hansı rəftarı ilə göstərdi? Hz Süleyman (ə) o qədər cah-cəlallı, əzəmətli idi ki, tayı-bərabəri yox idi. Amma belə bir məqam sahibi özünü o qədər təvazökar aparardı ki, hətta qarışqa da onu mühakimə edib haqqını istəyərdi. Bir gün Süleyman peyğəmbər əlinin üstündəki qarışqanı yerə qoydu. Süleyman o qədər təvazökar idi ki, qarışqa belə ona etiraz edib dedi: “Bu xudpəsəndlik nədir? Məgər bilmirsən ki, mən də sənin kimi Allahın yaratdığıyam? mənimlə belə rəftar edirsən?” Süleyman düşündü ki, qiyamət günü bu şəkildə mühakimə edilsə, çətin olacaq. Süleyman (ə) dedi: “Nə üçün belə qəzəblə etiraz etdin?” Qarışqa cavab verdi: “Mənim bədənim zəifdir. Sən məni tutub yerə atanda bədənim əzildi, narahat oldum. Bu rəftarına görə də etiraz etdim.” Süleyman (ə) həmişəki təvazökarlıqla dedi: “Mən bu işi pis niyyətlə etməmişəm, sənə verdiyim əziyyətə görə üzr istəyirəm!...


\"Əsil insanlıq nədir\" sualına İslam alimindən gözəl cavab nə oldu?


"Əsil insanlıq nədir" sualına İslam alimindən gözəl cavab nə oldu? Bəs əsl insanlığ nədir? _ “Əsl insanlığ (bu 4 xislətə yiyələnməkdir):
1-Yüksəliş vaxtı təvazökar olmaq (özünü böyük bilməmək),
2-Qüdrətli olduğun vaxtı bağışlamağı bacarmaq,
3-Ozü çətinlikdə olsa belə səxavətli olmağı bacarmaq,
4-Verdiyini minnətsiz vermək.”...


Allah Tur dağında Hz. Musaya (ə) belə vəhy etdi: Bu vəsiyyətimi heç vaxt unutma!


Allah Tur dağında Hz. Musaya (ə) belə vəhy etdi: Bu vəsiyyətimi heç vaxt unutma! Həzrət Əli (ə) öz hədislərinin birində belə buyurur: “Allah Təbarəkə və Təala Musaya (ə) belə buyurdu: Ya Musa! Mənim sənə olan bu 4 vəsiyyətimi heç vaxt unutma!
1-Yaşadığın müddətcə öz günahlarını (pis işlərini) heç vaxt unutma! Bu sənin başqalarının eyibləri ilə məşğul olmağına maneə olar.
2-Ömrün boyu, heç vaxt Mənim xəzinələrimi tükənmiş hesab etmə (umidsiz olma)! Ruzin barədə qəmgin olma!
3-Heç vaxt Mənim mülkümdən üz döndərib, Məndən qeyrisinə ümidli olma!
4-Yaşadığın müddətcə heç vaxt Şeytanı ölü bilmə (yox bilmə)! Onun hiyləsindən amanda olduğuna arxayın olma!” (Xisal - 1/217)


Kişi üçün nöqsan olan amma qadınlara fəzilət hesab edilən xasiyyətlər hansılardır?


Kişi üçün nöqsan olan amma qadınlara fəzilət hesab edilən xasiyyətlər hansılardır? Həzrət Əli (ə) buyurur: “Qadınların xislətlərinin ən yaxşısı, kişilər üçün ən şərr hesab olunur. Bunlar:
1-Təkəbbür - Məğrurluq qadını qoruyar. Bu xislət qadın üçün sipər rolunu oynayır. Bu xislət yalnız ailə daxilində qadın üçün nöqsandır.
2-Qorxmaq – Bu onu qarşısına çıxan şeylərdən qoruyar. Bu xislət insanın diqqətini özünə, öz mənəvi və əxlaqi keyfiyyətlərinə yönəldir. Qadına həyanın və ədəbin əhəmiyyətini öyrədir.
3-Paxıllığ – bununla özünün və ərinin malını qoruyur. Paxıllığ, yəni yığıcılıq və qənaətkarlıq qadın üçün bir fəzilətdir. Çünki bu işi ilə o həm ailənin sərvətini, həm də qürurunu qoruyur.


İslama görə dünya və axirətdə insana fərəh gətirən bu işlər nələrdir?


İslama görə dünya və axirətdə insana fərəh gətirən bu işlər nələrdir? Hədis və Quran ayələrinin göstərişlərinə əsasən bəzi əməllər vardır ki, bunlar insanın həm dünya, həm də axirət rifahına, fərahlığına qovuşmağın yollarını öyrədir. Bunların ən əsası Allahı tanımaq və Ona həqiqi bəndə olmaqdır. İslam alimləri bir neçə əməl bəyan ediblər ki, bunlar həm dünyada , həm də axirətdə insanın səadətinə vasitə olur. Bunlar 7-dir:
1- Qohumları ziyarət, yoxlamaq,
2- Valideynlərə yaxşılıq və diqqət,
3- Gözəl əxlaqlı olmaq,
4- Az yemək (bədən sağlamlığı, mənəviyyat üçün)...


İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı?


İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı? Quran və hədislərdə valideynlər övlada qarşı diqqətli olmağa, övladların haqqlarına riaət etməyə çağırılır. Hətta Qurani Kərim “özünüzü və ailənizi oddan qoruyun” (Təhrim-6) deyərək ailənin nizam və intizamında ailə başçısını məsul bilir.
Bu mətləbə aydınlığ gətirən bir neçə hədisi təqdim edirik: 1-Allah Rəsulu (s) buyurub: Ey Əli (ə)! Allah lənət eləsin o valideynlərə ki, övladlarının ağvalideyn olmalarına səbəbkar olurlar. Ey Əli (ə)! Allah rəhmət eləsin o valideynlərə ki, ovladlarının onlarla xoşrəftar olmalarına səbəkar olurlar.
Ey Əli (ə)! Övladın valideynlərə ağ olması ilə valideynlərin övlada ağ olmsının günah və nəticəsi eynidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter