Qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşı zəiflədirmi?


Qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşı zəiflədirmi? Cavab: Bəli, qəbirlərin üzərindəkiləri oxumağın yaddaşsızlığa səbəb olduğu deyilir. Toplam şəkildə iki rəvayət nəql olunmuşdur. Bu rəvayətlər sənəd baxımından zəifdirlər. Lap bunu qəbul etsək və sənədinin zəif olmasına göz yumsaq belə, belə bir fikir irəli sürmək olar, ola bilər ki, qəbir üzərində yazılanların oxunmamasını tövsiyə etməkdə məqsəd budur ki, insan qəbiristanlıqda ölüm haqqında təfəkkür etmək, yaxud tanışlarının məzarı başında Quran oxumaq əvəzinə oturub başqalarının məzar daşında yazılanları oxuyaraq zehnini qarışdırmamalıdır.
Nəql olunan rəvayətlər isə belədir: Peyğəmbər buyurmuşdur ki, on xislət unutqanlığa gətirib çıxarır ki, bunlardan biri qəbirlərin üzərini oxumaqdır. (Məclisi, “Biharul-Ənvar”, c.73, s.321)...


İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?


İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?“Nəcaşi” (nequs, nquse) konkret bir şəxsin adı deyil, ümumilikdə Həbəşistan hökmdarlarının ləqəbi idi...O və ya ondan əvvəlki nəcaşi Həbəşistana hicrət etmiş müsəlman mühacirlərə sığınacaq vermişdi. Hicri 7-ci (miladi 628-ci) ildə İslam Peyğəmbərinin məktubunu alan nəcaşi o həzrətə öz ehtiramını bildirərək bir neçə hədiyyə göndərdi. Rəvayətə görə, hətta nəcaşi gizli şəkildə İslam dinini qəbul etmiş, amma bunu camaata bildirməmişdi. Nəcaşi iki il sonra vəfat etdi. Onun vəfat xəbəri Mədinəyə gəlib-çatmazdan əvvəl Peyğəmbər bu barədə öz səhabələrinə məlumat vermiş və nəcaşinin ruhuna qiyabi olaraq cənazə namazı qılmışdı.


Allah-Taala (c.c) üç dəstəyə təəccüb edər?!


Allah-Taala (c.c)  üç dəstəyə təəccüb edər?!Müdrik alim danışırdı: Allah üç dəstəyə təəccüb edər:
O kəs ki, namaz qılır, kimin qarşısında durduğunu bilir, ancaq namazda hüzuri-qəlbi yoxdur. Hüzuri-qəlb odur ki, namazda həm də sənin qəlbin iştirak etsin. Hiss üzvlərin, fikrin namazda olsun.
O kəs ki, bir ömür Allahın ruzisini yeyib. Ancaq sabahın ruzisinin dərdini çəkir.
O kəs ki, gülür. Halbuki Allahın ondan razı qalıb-qalmadığının fərqində belə, deyil. Bu haqda heç düşünmür də!


Namazda salam vermək, verilən salamın cavabını almaq olarmı?


Namazda salam vermək, verilən salamın cavabını almaq olarmı? Cavab: Namaz əsnasında insan kiməsə salam verməməlidir. Əgər bir başqası ona salam versə, gərək “salam” kəlməsi öndə tutulmalıdır. Məsələn, “Əssəlamu əleykum”, yaxud “Səlamun əleykum” deməlidir, daha “Əleykum səlam” deməməlidir.
İnsan – istər namaz olsun, yaxud namaz olmasın, dərhal salamın cavabını verməlidir. Əgər qəsdən, yaxud unutqanlıq üzündən salamın cavabını bir qədər uzatsa, belə ki, cavabı verdiyi halda artıq həmin salamın cavabı sayılmazsa, namazda olduğu halda cavab verməməlidir. Namazda olmasa, daha cavab vermək vacib deyil.


İffətli insan üçün Şeytanın 8 tələsi hansılardır?


İffətli insan üçün Şeytanın 8 tələsi hansılardır? İffət – insanın öz nəfsi istəklərinin qarşısında müqavimət göstərməsidir. Hər nə ki, şəhvət qüvvəsini təhrik edər – iffətin bəlası hesab olunar. Ona görə də iffətin bəlaları:
1. Haram baxışlar. İffətin ən təhlükəli bəlası – haram baxışlardır. İmam Əli (ə) buyurur: “Gözlər – şeytanın tələləridir”.
2. Naməhrəmlə xəlvət etmək. Məsumlarımız (ə) buyurur ki, hər kim naməhrəmlə xəlvət edər, orada üçüncü şəxs şeytan (lən) olar.
3. Bekar olmaq. İmam Əli (ə) buyurur: “Allah sağlam və bekar insanı ki, nə dünya işindədir, nə də axirət – düşmən bilər”...


Quran ayələrinə əsasən yaxşılıq etməyin 4 faydaları nələrdir?


Quran ayələrinə əsasən yaxşılıq etməyin 4 faydaları nələrdir? Quran ayələrinə əsasən yaxşılıq edən insan 4 böyük mükafat və xeyirə çatar:
1. İqtisadi cəhətdən inkişaf etmək. “Allah yolunda xərcləyin və özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (Bəqərə/195).
2. Günahların bağışlanması. “Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı! Allahın onların daha pis əməllərini bağışlaması və onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!”. (Zumər/34-35).
3. Ruhi hüzur. “(Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat vardır və şübhəsiz, axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!”. -Nəhl/30...


İnsalıq üçün Əxlaq niyə zəruridir?


İnsalıq üçün Əxlaq niyə zəruridir? Əxlaq fəzilətləri sayəsində insan nicat tapar. İnsanı cavidan səadətə çatdırar. Əxlaq rəzillikləri isə insanı həmişə bədbəxt edər. Ona görə də nəfsi bu rəzil sifətlərdən pak etmək və onu fəzilətlərə bəzəmək - ən mühüm vacibatlardandır. O, olmadan həqiqi həyata çatmaq qeyri-mümkündür.
Ona görə də hər bir aqil insan əxlaq fəzilətləri üçün çalışmalıdır. Rəzilliklərdən isə uzaq olmalıdır. Əgər bu sahədə səhlənkarlıq etsələr, əbədi həlakətə çatarlar. İnsan əxlaq rəzilliklərindən pak olmayınca, fəzilətərlə bəzənə bilməz. Nəfsi müqəddəs feyzlərə çata bilməz. Yəni insanın çirkin siması aradan getməzsə, gözəl simaya bəzənə bilməz...


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır? Quran və hədislərimizin nəzərinə görə, Həzrət Mehdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır. Bu cəmiyyətin ən bariz üç sifətləri nə olacaqdır?
1. Ədalət. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.
2. Rifah və rahatlıq. Hz Peyğəmbər (s) buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”...


Loğman (ə) dünyanın ləzzəli yemək, yataq və saraylarında yaşa nəsihətini necə başa düşək?!


Loğman (ə) dünyanın ləzzəli yemək, yataq və saraylarında yaşa nəsihətini necə başa düşək?! Bir gün Loğman oğluna “Sənə üç nəsihət vermək istəyirəm!” deyir: –Birincisi, çalış ləzzətli yeməklərini yeyəsən. –İkincisi, çalış rahat yataqlarda yatasan. –Üçüncüsü, çalış yaxşı saraylarda yaşayasan. Loğmanın oğlu nəsihətlərdən təəccüblənərək “Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm?” – deyir.
Cavabında Loğman buyurur: “Oğlum, əgər gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. Əgər çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Əgər insanlarla mehriban davranıb onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.”


Həkimin təyin etdiyi nəcis şeylərlə müalicə olunmaq icazəlidirmi?


Həkimin təyin etdiyi nəcis şeylərlə müalicə olunmaq icazəlidirmi? Cavab: Nəcasətlər bədənə, libasa və ya başqa nəyə isə dəyəndə, oranı pak etmək lazımdır. Nəcasətləri yemək və içmək qəti surətdə haramdır. Xüsusi hallar, yəni susuzluqdan ya acından ölmək halları istisna olunur. İmamlarımız buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Əgər həkim hər hansı nəcasəti, məsələn, araq və ya donuz piyini dərman kimi təyin edibsə, ondan alternativ müalicə tələb etmək lazımdır. Çünki hər xəstəliyi bir neçə yolla müalicə etmək olar. Nəcasəti bədənə sürtməyə gəlincə, əgər zərurət tələb edirsə, bunu etmək olar. Amma sonra bulaşmış yeri yuyub pak etmək lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter