Niyə hədislərdə bəzən yoxsulluq mədh olunur?


Niyə hədislərdə bəzən yoxsulluq mədh olunur? Yoxsulluq İslam dininin nəzərində bəyənilməyən və məzəmmət olunan ictimai haldır ki, dinimiz bütün qanunları ilə onu aradan qaldırmağa cəhd edir. Lakin bəzən elə hədislərə rast gəlirik ki, dinimizin məzəmmət etdiyi yoxsulluğu mədh edir. Bəs niyə? İmam Əli (ə): “Yoxsulluq şəhadət kimidir ki, Allah yanında xəzinələri vardır və onu hər kimə istəsə əta edər”. İmam Cavad (ə): “Səbir balışına başını qoy, yoxsulluğu ağuşuna al və şəhvətləri özündən qov”. Təbiidir ki, rifah içində olan həyat yoxsul həyatdan daha üstündür. Ancaq əgər insanın malik olduğu sərvət onu Allaha itaətsizliyə vadar edərsə və qəflətə salarsa, bu zaman yoxsulluq mədh olunmağa başlayar. Yoxsul insanın Allaha diqqəti zəngin və rifah içində olan insanın diqqətindən daha çox olar. Ona görə də bu cür yoxsulluq təbiidir ki, qəflətdə olan zənginlikdən daha yaxşıdır.


Islam maarifinə əsasən ən yoxsul insan kimdir?


Islam maarifinə əsasən ən yoxsul insan kimdir? Bu dünyada ən yoxsul və ən fəqir insan – cahil insandır. Ona görə də deyə bilərik ki, yoxsulluqdan da pis bəla – cəhalətdir. O cahil ki, dini mərifətdən uzaqdır, o, ən yoxsul və ən bədbəxt insandır.
Allah Təala Quranda buyurur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurur: “Ey Əli! Yoxsulluq və fəqirlik nadanlıqdan ağır deyildir”.


İmam Əlidən (ə) 14 hikmətli öyüd (Nəhcül-Bəlağə)


İmam Əli əleyhis-salam buyurmuşdur:
1. Kim öz eybinə baxsa, başqasının eybini görməz.
2. Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz.
3. Kim zülm qılıncını (qınından) çəksə, həmin qılıncla öldürülər.
4. Kim işlərdə özünü əziyyətə salsa, həlak olar.
5. Özünü çətinlik və əziyyət burulğanlarına atan kəs boğular (məhv olar).
6. Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar.
7. Çox danışan kəs çox səhv edər...


Sual: Dövrümüzdə məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?


Cavab: Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Bir halda ki, Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilahamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir. (Şəhid Mutəhhəri)
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər...


İmam Baqir (ə) dünyasını dəyişmiş insanı necə geri qaytardı?


İmam Baqir (ə) dünyasını dəyişmiş insanı necə geri qaytardı?Şam əhalisindən biri İmam Baqiri (ə) çox sevirdi. Bacardığı qədər Həzrətin (ə) görüşünə və ziyarətinə gedirdi. O zaman ki, bu şamlı vəfat edir, dostları İmamın (ə) yanına gəlib, vəsiyyətini elan edirlər. Həzrət (ə) buyurur: “Dəfnində əcələ etməyin ki, mən də gəlim”. Sonra Şama tərəf hərəkət edir və o zaman ki, bu şamlının evinə daxil olur, kənarında əyləşib dua zümzümə edir. Sonra onun adı ilə çağırır. Anidən üzünə ağ parça örtülən bu şamlı kişi hərəkət etməyə başlayır və İmamın (ə) cavablarını verir. Sonra İmam (ə) onu əyləşdirir və onun üçün xüsusi şərbət hazırlayır, onu içizdirir. O zaman ki, tamamilə yaxşı olur, İmama (ə) deyir: “Şəhadət verirəm ki, sən xəlqin üzərində olan Allah hüccətisən. Hər kim sizdən qeyrisinə müraciət edər, həqiqətən o, yolunu azmış olar”.


Təqvalı olmaq istəyən hansı 4 nöqtəni bilməlidir?!


Təqvalı olmaq istəyən hansı 4 nöqtəni bilməlidir?!Təqvanı əldə etməyin ən mühüm yolu budur ki, insan varlıq aləminin həqiqətini görməyə çalışmalıdır. ”Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14). “O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir”. (“Ğafir” 19). İnsan əgər Quranın buyurduğu bu həqiqətləri dərk etsə, şübhəsiz ki, özünü həm zahirdə və həm də batində günahdan qorumağa çalışacaqdır ki, bu da təvqa deməkdir.


Həqiqi infaqın ən mühüm əlaməti hansıdır?


Həqiqi infaqın ən mühüm əlaməti hansıdır?Bəs Allahın nəzərində hansı infaq daha üstün və dəyərlidir? Quran bu haqda buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).
Bu ayə onu bəyan edir ki, həqiqi infaq odur ki, sevdiyiniz şeyi ehsan edəsən, nəinki geyinmədiyin və ya yemək istəmədiyin bir şeyi. Əsil infaq odur ki, insan sevgiyi şeydən keçər və onu Allah yolunda infaq edər. Budur həqiqi infaq./Deyerler.


Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik?


Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik?Bu bayram günlərində hər kəs yaxınlarını sevindirməyə və ehtiyacı olanlara yardım etməyə, küsülü olanları barışdırmağa çalışır. Ancaq biz müsəlmanların Məsumlardan (ə) qalma başqa bir sünnətimiz də vardır ki, bayram günlərində ölülərimizi də sevindirir, onları ziyarət edirik. Axı onların bizim ziyarət və dualarımıza ehtiyacları daha çoxdur. Həzrət Peyğəmbərin (s) buyurur: “Ölüləriniz üçün hədiyyə göndərin”. Səhabələrdən biri soruşur: “Ölülərin hədiyyəsi nədir?”. Həzrət (s) buyurur: “Sədəqə və dua”...


Söz gəzdirənlərə qarşı bizim üzərimizdə olan hansı 6 vəzifəmiz vardır?


Söz gəzdirənlərə qarşı bizim üzərimizdə olan hansı 6 vəzifəmiz vardır?Söz gəzdirmək – əxlaqın rəzil sifətlərindəndir ki, həm sahibi və həm də onunla əlaqə saxlayanlar üçün böyük ziyan gətirər. Möminin söz gəzdirəni haqq yoluna hidayət etməsi üçün 6 vəzifəsi vardır ki, onlarla tanış olaq:
1. Birinci vəzifə budur ki, onların dediklərini təsdiq etməyək. (“Hucurat” 6).
2 və 3. İkinci və üçüncü addım əmr-be-məruf və nəhy-əz-munkərdir. Ona başa salaq ki, söz gözdirmək günahdır. Hər kim belə günah edər, Allahın ən nifrət etdiyi kəsə çevrilər.
4-Axirətdəki halını yada salmaq. Belə ki, hər kim söz gəzdirər, qəbir əzabı görər, məhşərdə meymun sifətində olar, behiştdən məhrum olar...


Allah-Taala (c.c) ehsanında 3 məsələyə diqqət yetirənin əməlini qəbul edər?


Allah-Taala (c.c) ehsanında 3 məsələyə diqqət yetirənin əməlini qəbul edər?Əgər Allah bəyənən kimi ehsan etmək istəyirsinizsə, gərək bir neçə nöqtəyə diqqət edəsiniz. Ancaq bu zaman Allahın sizin ehsanınızdan razılığı olar.
1. Allah razılığı üçün niyyəti. Ehsan edən insanın ilk edəcəyi iş budur ki, niyyətini xalis etməlidir.
2. Ehsanın pakizə olması. Ehsan mövzusunda riayət olunmalı ikinci nöqtə isə budur ki, o şeyi ki, ehsan edirsən – gərək pak və sevilən bir şey olsun. Allah-Təala buyurur: “Sevdiyiniz şeylərdən xərcləməyincə əsla yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).
3. Minnət qoyulmadan edilən ehsan. İmam Sadiq (ə) buyurur: “Hər kim möminə ehsan edər, sonra münasib olmayan sözləri ilə onu incidərsə və ya ona minnət qoyarsa – sədəqəsini batil etmiş olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter