Quranda Allaha doğru yüksəldiyi bildirilən “pak söz” nədir?


“Hər kəs izzət-qüdrət istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar.” (Fatir-10) Ayətullah Məkarim Şirazi ayənin təfsirində buyurur: “Mütəal Allah yağış qətrələri ilə olu torpağa həyat verdiyi kimi, “pak söz” və “saleh əməllə” insanı ucaldar, Öz yaxınlıq və rəhmətinə daxil edər.” (Nümunə c. 18) “Məcməul-bəyan” təfsirində deyilir: “Yüksəlmək ifadəsi Allah Təalaya nisbət verilir. Necəki deyərlər onların işi sultana, padişaha qaldırıldı (ğötürüldü), “pak sözə” gəlincə isə Allahı böyük bilmək (allahu Əkbər), pak və münəzzəh bilməkdir (sübhanəllah). Ən üstün kəlimə “La ilahə illəllah” zikridir. (cild 20. Səh-311)


Hz Peyğəmbərin (s) İslam ümməti üçün tövsiyələri...


... Bütün bunlarla yanaşı Allahın Rəsulu (s) mən əxlaqı kamilləşdirmək üçün göndərilmişəm deyə buyururb. Həzrət Peyğəmbərin (s) həm varlığı, həm də davranışı insanlığa və əxlaqa kamil bir nümunədir, həmçinin dediyi kəlamlar “hədis” olaraq neçə yüz illiklərdir ki, insanların əxlaq və mənəviyyatının paklaşmasına xidmət edir. Çünki peyğəmbərlərin (ə) bütün bildikləri, dediyi sözlər və rəftarları ilahi vəhy əsasındadır.
“Rəbbim mənə 7 şeyi tövsiyə edib: -Gizlində və -aşkarda ixlaslı (xalis, pak niyyətli) olağı, -mənə zülm edəni bağışlamağı, -məni məhrum edəni məhrum etməyim, -məndən əsrgəyənə vermə bilməyi, -susmağım, sakitliyim fikrim (təfəkkürüm) olsun, -baxışım ibrət olsun. “(Kənzul-fəvaid 2/11)


Nə üçün qiyamətə “həsrət günü” də deyilir? – İmam Sadiqin (ə) izahı


Dini mənbələrdə qiyamətin dəhşəti nə qədər ağır təsvir olunsa belə insan yenə də rəbbinin rəhmətinə ümidlidir.
Qiyamət günü öz ağırlığı və çətinliyi səbəbi ilə müxtəlif adlarla vəsf edilmişdir. Bunlardan biri də “youmul-həsrətdir”. Yəni “həsrət günü”. Bu gün hər kəs Allah Təalanın rəhmətinin həsrətində olacaqdır. İmam Sadiq (ə) qiyamətin “həsrət günü” adlandırılmasının səbəbini belə izah edir:“Youmul-həsrətdir” qiyamətin bir adıdır. O gün hər kəs həsrət çəkəcək. Hətta yaxşı əməl sahibləri belə həsrət çəkəcək. Deyəcəklər nə üçün daha çox xeyirli işlərlə məşğul olmadıq.” (Vəsailuş-şiə. Cild-7)


“Pis şeylərdən uzaqlaş!” ayəsində məqsəd nədir və hədəf kimdir? – Muddəsir (5)


... Cavab: ” Ayədə hər növ günah və Allaha üsyandan çəkinməyə əmr edilib.Təfsir alimlərin\' əsasən Peyğəmbər (s) künahdan məsumdur, insanlar üçün ülgüdür. Peyğəmbərlərdən (ə) günah və pis əməl baş verməz. Əslində müfəssirlər tərəfindən yekdilliklə bu xitabın möminlərə deyildiyi qəbul olunur. Necəki övlada oğurluq etmə deyirsən. Bu o demək deyil ki, uşaq oğurluq edir! Peyğəmbərin (s) məsumluğunun dəlili Quranda “Nəcm” surəsində zikr olunmuşdur: “O, kefi istəyəni danışmır. Bu, ancaq nazil olan bir vəhydir.” (Nəcm|3-4)” Qeyd edək ki, ayədəki “ricz” kəlməsi əzaba səbəb olacaq hər bir günah və üsyandır. Allah Təala ayədə bu cür xitab etməklə bütün insanlara hər növ günahdan çəkinməyi əmr edir.|Yaşar Nuriyev


“Biz səni müjdəçi və qorxudan göndərdik” – Peyğəmbər müjdə verəndir, qorxudan?


Quranda buyurulur: Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).
İlkin baxışda müjdə verənlə qorxudan kəlmələri arasında ziddiyyət görünsə də, həqiqətdə belə deyildir. Digər Quran ayələri, hədis və təfsirlərə müraciət etdikdə məsələnin mahiyyətini anlamaq olur. Müjdə verən xoş aqibət vəd edən mənasındadır. Bu istər dünyada olsun, istər axirətdə. Allah Təala yaxşı əməl sahiblərini və iman gətirənləri böyük mükafatla müjdələyir. Onlara dünyada izzət, axirətdə isə əbədi cənnət vəd edir. Qorxudan isə pis əməl sahiblərinə aiddir. Peyğəmbərlər necəki iman gətirənləri xoş aqibətlə müjdələyir, həmçinin şirk və günah əhlini də ilahi əzabla təhdid edib qorxudur.


Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavabları nə oldu?!


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq:
- Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq.
- Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir.
- Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq.
- Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır...


Yemək yeməklə bağlı Həzrət Zəhra (s.ə) hansı 3 tövsiyəsiyələri buyurmuşdur?


Xanım Zəhra (s.ə) buyurur: “İnsanlar yemək yeyən zaman süfrə başında 12 mühüm qaydaya əməl etməli və riayət etməlidirlər. Onlar üç dəstəyə bölünür. Hər birində dörd qayda vardır. Birinci hissə vacib və zəruridir. İkinci hissə müstəhəbdir. Axırıncı hissə insan şəxsiyyətinin nişanəsidir. Zəruri olan 4 qayda:
1. Bu nemətlərin haradan və Kim tərəfindən bizə çatdığını bilmək.
2. Allah tərəfindən bizə təqdir edilən şeylərə razı olmaq.
3. Yeyən zaman Allahın adını dilə gətirmək.
4. Allahın verdiyi nemətə görə əvvəldə və axırda Allahın şükrünü yerinə yetirmək...


İmam Kazim (ə): “Bizim şiələrimizin dörd şeyə ehtiyacı vardır”?!


İmam Kazim (ə) buyurur: “Bizim şiələrimizin dörd şeyə ehtiyacı vardır:
1. Üzərində namaz qılmaq üçün səccadəyə.
2. Barmağına taxmaq üçün üzüyə.
3. Dişlərini fırçalamaq üçün fırçaya.
4. İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehə”./“Təhzibul-əhkam”, c. 6, səh. 75.


İmam Əlinin (ə) “Ədalət üstündür, yoxsa səxavət” sualına cavabı nə oldu?


İmam Əli (ə) “Ədalət üstündür, yoxsa səxavət?” sualına cavabından: Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür.


Borc verdiyimiz insanla necə davranmalıyıq?


Allah Rəsulu (s) bir hədisində belə buyurur: “Kim dara düşən borcluya möhlət verər və ya bağışlayarsa, Allah-Təala onu öz kölgəsindən başqa heç bir kölgə olmayan qiyamət günü ərşin kölgəsinə qoyar” Peyğəmbərimiz alacağını istəyəndə müştərini sıxışdırmayanlara “Satanda, alanda və alacağını istəyəndə müsamihəli davranan şəxslərə Allah mərhəmət etsin” üçün belə dua edib. Qatadə adlı səhabə borc verdiyi bir nəfəri axtarır ki, pulunu alsın. Borclu isə ondan gizlənir. Daha sonra onu tapır, ancaq borclu “Vəziyyətim yaxşı deyil, dardayam”, – deyə üzrxahlıq edir. Qatadə də: “Allaha and içərsən?” – deyə soruşur. Borclu: “Vallah”, – deyə and içir. Əbu Qatadə də: “Mən Rəsulullahın (s) “Kim qiyamət günü Allahın onu dardan qurtarmağını istəyirsə, darda olana möhlət versin və ya borcunu tamamilə bağışlasın”, – buyurduğunu eşitmişəm”, – deyir və borcluya daha bir möhlət verir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter