Sinə və burun suyunu udmaq orucu pozurmu?


Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına bu barədə sual ünvanlayıb:
-Sinədən gələn bəlğəmin və ya burundan gələn suyun udulmasının hökmü nədir? Orucu pozurmu?
-Cavab: -Ağız boşluğuna yığılmayan sinə və baş suyunun udulmasının müşkülü (problemi) yoxdur. Yox, əgər ağız boşluğuna yığılarsa və bilərəkdən udularsa oruc batil olar (pozular).


“Oruc tutanın mükafatını Mən Özüməm” – Bu qüdsi hədisin mənası nədir?


Ayətullah Məzahiri qeyd olunan həisi-qüdsi barəsində buyurur: ” Bu hədisi 3 cür məna etmişlər:
1- Birinci məna elə camaat arsında məşhur olan mənadır. Beləki “Orucun mükafatın Mən Özüm verəcəm” deyə buyrulur. Burada bir irad ortaya çıxır ki, niyə həcc, cihad, namaz, bu kimi digər ibadətlər barəsində bu cür hədis gəlməyib. Onların mükafatını Allah Özü vermirmi?
2- İkinci mənada isə, bir dəstə insanlar deyir ki, oruc insanı “Allahıa doğru”, “Allah yanına” ucaldır. Dəlil olaraq da bu şərif ayəni qeyd edirlər: \'Ey xatircəm olan nəfs! Dön Rəbbinə! (Fəcr/27-28)
3- Üçüncü məna daha əzəmətlidir. Belə ki Mütəal Allah buyurur: Oruc bəndəmi Mənə “bənzədir”. Bu orucun mükafatı Mən Özüməm! Yəni? Yəni oruc insanı “liqa” və “fəna” məqamına çatdırır. Bu da o deməkdir ki, insanın qəlbində yalnız Allah hakim olar. O qəlb Rəhman Allahın ərşi olar!...


İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar?!


... Hər kim istiğfar edərsə, qətiyyən gərək naümid olmasın. Çünki ümidsizlik böyük günahlardandır. Ancaq istiğfar və tövbə dedikdə, həqiqi tövbəni nəzərdə tuturuq. Dildə deyilən, amma ürəkdə inkar olunan tövbəni deyil. Bunu da qeyd etməliyik ki, İlahi övliyalar günahdan uzaq olmaqlarına baxmayaraq, istiğfarı heç bir zaman əldən verməmişdilər. Çünki onun nicat kəndiri olduğunu həmişə dərk etmişdilər. Bu kəndir biz adi insanlara əlbəttə ki, daha çox lazımlıdır. Ona görə də tövbələrin geri qayıtmadığı bu mübarək ayda istiğfar etməyi və peşman olmağı əldən verməyək və Allaha doğru pak şəkildə qayıdaq.


Hz Əli (ə) buyurur: Bu iki şeyə bel bağlamayın?!


İmam Əli (ə) buyurur: “Yaxşı deyildir ki, Allah bəndəsi həyatı boyu iki şeyə etimad edib ürək bağlasın. Biri – salamatlıq və sağlamlıqdır. O birisi isə sərvət və ehtiyacsızlıqdır.
Çünki ola bilsin ki, salamat halda olsun, ancaq anidən bir neçə xəstəlik ona hakim olsun. Ya imkanı yaxşı olsun, anidən çarəsiz və yoxsul olsun.
Ona görə bilməliyik ki, dünya və onun bütün imkanları dəyərsiz və vəfasızdır. Ancaq saleh əməl faydalıdır”./Deyerler.


Ramazan ayında ibadətlərin qəbul olunmasının nişanələri varmı?


Biz, Quranın bizi görmək istədiyindən çox geridəyik, baxmayaraq ki, elm inkişaf etmiş və yüzdən çox təfsir vardır. Ancaq günah ətəyimizi buraxmır. Quranın nümunə insanlarından ola bilmirik. Bizim bu müqəddəs ayda ibadətlərimizin qəbul olmasının nişanələri vardır. Əgər ərlə arvad bir-biri ilə tənə ilə danışarsa, deməli əməlləri qəbul olmamışdır.
Əgər kimsə bu ayda bir başqasının qeybətini edərsə, deməli əməli qəbul olmamışdır.
Əgər kimsə qəlbində bir başqasının pisliyini istəyərsə və niyyəti bu olar ki, ona ziyan vursun – namaz və ibadətləri qəbul olmaz.
Əgər kiminsə gəliri haramdır və bu haram tikə ilə iftar edirsə - əməlləri qəbul deyildir.


Qurani-Kərimin baxışına əsasən İslam ümmətinin düşmən qarşısında vəzifəsi nədir?


Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur. (“Ali-İmran”, 103; “Ənfal”, 42.)
Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər. Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif istedadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır...


Namaz və orucun qəbul olması üçün Hz Əli (ə) Kümeylə (r) hansı nəsihəti edir?


Hz Əli (ə) səhabəsinə belə buyurur: “Ey Kumeyl! Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil. Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı üçün və xuşu ilə yerinə yetirəsən.” (“Tuhəful-uqul”, 174.)
Hz Peyğəmbər (s) buyurur: “Namaz dinin qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz peyğəmbərlərin yoludur.” (Xisal/2-522.) “Tə’rifi böyük olan Allah gözümün nurunu, qəlbimin sevincini namazda qərar verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın, su isə təşnənin məhbubudur. Şübhəsiz ki, ac yedikcə doyur, təşnə su içdikcə sirab olur. Mən isə namazdan doymuram.” (Məkarimul-əxlaq/461) “Elə ki, namaza durdun, qibləyə üz tutdun, “Fatihə” və müyəssər olan bir surə oxudun, rükuya getdin, səcdələri başa vurdun, təşəhhüd və salam oxudun, səninlə qıldığın namaz arasında olan bütün günahlar növbəti namazadək bağışlanar.” (“Əmaliye-Səduq”, 544.)


Həqiqətənmi ramazan ayında Şeytanın əlləri zəncirlənir? – Bu nə deməkdir?


İslam alimləri Şeytanın zincirlənməsi məsələsinin izahında əsas iki diqqət olunası mətləbə işarə ediblər:
- Birinci orucun sipər olması məsələsidir. Yəni insan oruc tutmaqla özünü müdafiə edir. Necəki Allah Rəsulu (s) buyurub: Şeytan Adəm övladının bədənində, qanında dolaşır, elə isə aclıqla onun yollarını sıxışdırın və maneə yaradın. (Biharul-ənvar .C-70.S-62)
- İkinci məsələ isə ilahi inayətdir. Bu ayda Allah Təala tərəfindən bəndəsinə xüsusi inayətin və xüsusi rəhmətin olmasıdır ki, şeytanın əl qolunu bağlayır. Bu ayda dualar qəbul olur, edilən ehsanlar və münacatlar yüksək dərəcədə ilahi dərgahda qiymətləndirilir. Təbii ki bütün bunların müsbət nəticəsi sonda insanın özünə qayıdır və Şeytanla mübarizə aparmaq üçün, onu ram etmək üçün insanın sipərinə, silahına çevrilir. Nəticədə oruc insanın şeytanla mübarizə vasitəsi, silahı olur. İnsan oruc vasitəsi ilə həm şeytana, həm də nəfsi əmmarəsinə ( pisliyə dartan nəfs) qalib olur.


Orucu pozulan şəxsə hansı halda yalnız qəza vacib olur?


Cavab: Oruc tutan üçün bir neçə hal vardır ki orucu puzulur, yalnız orucun qəzası vacib olur, kəffarə vacib olmur.
1-Ramazan ayında bilərəkdən qusan adam
2-Ramazan ayının gecəsində cunub olan və sübhdən qabaq ayılmayan kəsə
3-Orucu pozan iş görməyüb, amma niyyət də etməyən kəs (orucu batildir)
4-Cənabət qüslu almağı unudub və neçə gün belə oruc tutana (qəza vacib olur)
5-Sübh olmadığını güman edə, araşdırmadan orucu pozan işlərdən edə, tək orucun qəzası vacib olur. Amma araşdıra yəqin edə ki , sübh olmayıb orucu pozan işlərdən edə və sonra biləki sübh olubmuş qəza olmaz.(batıl olmaz)...


“İnşəallah” kəlməsi nə deməkdir? – Bu kəlmənin fəlsəfi izahı


Şəhid Mutəhhərinin “İnşaallah” kəlməsi barədə belə buyurur: Biz hətta ən qəti olan işlərimizdə də “İnşəallah” deyirik (Yəni Allah izin verərsə, Allah istəyərsə). Yaxud bəzən “Allah istəsə, sabah olarsa” kimi ifadələr də işlədirik.
Bir bəndə olaraq bucür demək bizim cəsarətimizdə, bizim ləyaqətimizdə deyildir. Hətta Mütəal Allah öz bəndələrinə bu ədəbi öyrətmək üçün bu barədə peyğəmbərinə (s) belə vəhy edib. Beləki bir nəfər Allah Rəsulundan (s) bir şey barədə sual soruşur. Cavab vəhyə bağlı olduğu üçün peyğəmbər (s) “sualına sabah cavab verərəm” deyir. İnşəallah kəlməsini işlətmir. Bu səbəbdə ilahi vəhy 40 gün gecikir. Peyğəmbər (s) çox narahat olur. Sonra vəhy nazil olur: ““Və heç bir şey barəsində: \'Mən onu sabah edəcəyəm!\' – demə!
Ancaq: \'İnşallah deyəcəyəm!\' – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada sal...” (Kəhf-23-24)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter