İnsan mənəviyyatının ən böyük bəlası nədir? - Peyğəmbərdən (s) tövsiyə


“Hər kəm duasının qəbul olmasını, hacətinin əta edilməsini istəyirsə qidasını və qazancını paklasın.” Yaxud Həzrət (s) digər bir mənbədə buyurur: “Qidanı pakla, daxilinə haram qəbul etmə!” İmam Sadiq (ə) bu məsələ ilə bağlı bir hədisdə buyurub: “Mütəal Allah haram yeyənin və boynunda başqasının haqqı olan bir kimsənin duasını qəbul etməz!” İnsan mənəviyyatının, şəxsiyyətinin xilası bəndənin Rəbbi ilə ünsiyyətində və Allahın ona olan bəxş etdiyi mərhəmət payındadır. Ünsiyyətə yetişməyin yolu isə halallıq və paklıqdan keçir. Həzrət peyğəmbər (s) qidanı və qazancı mənəviyyatın və rəhmətin açarı kimi tanıtdırıb. Bununla yanaşı bu məsələyə diqqətsizlik isə mənəviyyat və yoxsulluğun ən böyük bəlasıdır.


Müslim ibn Əqilin Küfədən İmam Hüseynə (ə) göndərdiyi məktub həzrətə nə haqda şikayətçi idi?!


Müslim 30 günlük yolu iki silahdaşı ilə 20 günə qət edərək Kufəyə yetişir və ilk olaraq Muxtar Səqəfinin evinə gəlir. Müslümlə görüşən və İmama (ə) beyət edənlərin sayı hesabı yox idi. Müslüm 40 gün Kufədə qalıb vəziyyət tam öyrəndikdən və 18min kufəlidən beyət aldıqdan sonra İmama məktub aşağıdakı məzmunda məktub yazır:
“Salamun aleykum. Göndərilən məktublar öz əhlini inkar etmir (yalan deyil). 18 minə yaxın Kufəli mənimlə beyət edib. Məktubum sizə yetişən kimi təcili hərəkətə keçin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.” (Musirul-əhzan. 32) Sonra Ubeydullah ibn Ziyadın Kufəyə gəlişi vəziyyəti tam dəyişdi və kufəlilər onun qorxusundan Müslim ibn Əqili tək qoydular. Muslim Kufədə ələ keçərək şəhid edildi. Muslimin məktubu İmama (ə) onun şəhadətində 27 gün sonra yetişir. Artıq İmam Məkkədən yola çıxmışdı.


Nə üçün şiələr “Məfatihul-cinan” və sair dua kitablarını qəbul edib oxuyur, sünnilər isə günah imiş kimi bu işə e’tiraz edirlər?


Sünnə əhli, xüsusi ilə də vəhhabilər dua və ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Mə’sumlardan nəql olunmuş dualardan uzaq gəzən bu adamlar dua və minacatın, ziyarətin ləzzətindən məhrumdurlar. Əgər onlar tövhid və günahların tövbəsindən danışan “Kumeyl”, “Xəms əşərə”, “Əbu-həmzə” kimi duaları oxusaydılar, sözsüz ki, münasibətləri dəyişərdi. Amma onlar bu işdə ilahi yardımdan məhrumdurlar. “Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir.”1Vəhhabilər daha çox “Məfatihul-cinandakı, “Aşura ziyarəti”ndən narahat olurlar. Bu narahatlıq birinci, ikinci və üçüncü lə’nətlərdən, eləcə də Əbu-Sufyan və Müaviyənin lə’nətlənməsindən yaranır.


Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?


Qur’anda buyurulur: “Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.”6 Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mö’təbər kitablarından olan “Səhihe Müslimdə” nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: “Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.” Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar.


Nə üçün biz də sünnilər kimi sübh azanında “əssəlatu xəyrun minənnovm” demirik?


Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə mə’lumat olmadığından onu azanda demək caiz deyil, bid’ətdir. Amma bə’zi qeyri-mö’təbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.1 Bə’zi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.2 Ən əsası isə sünnilərin “Səhihe Buxari”, “Səhihe Müslim” kimi mö’təbər kitablarında bu barədə heç bir mə’lumat verilmir.3 Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.4


Hz Peyğəmbər (s) dualarında Allah-Taaldan (c.c) hansı nemətləri istəyərdi?


İslam Peyğəmbəri (s) dualarında Allah-Taaladan bu nemətləri istəyərdi:
-Allahım Özünü mənə tanıtdır. Əgər Öz mərifətini mənə nəsib etməsən Sənin Rəsulunu tanımaram.
-Allahım Rəsulunu mənə tanıtdır. Əgər Rəsulunu tanımasam Sənin Höccətini tanımaram.
-Allahım Höccətini mənə tanıtdır. Əgər Höccətini tanımasan dinimdə zəlalətə düşərəm.
Bu dua oxunması ən çox tövsiyə olunan dualardandır. Xüsusəndə zəmanə İmamını (ə.f) tanımaq, axir-zaman fitnələrinə uymamaq, ilahi mərifət əldə etmək üçün hər gün oxunması tövsiyə olunur.


Allahın bizdən təkidlə istədiyi salamat qəlb hansıdır?


Təmiz qəlb, sağlam qəlb hansıdir? İmam Sadiq (ə) təmiz qəlb barədə buyurub: “Sağlam, təmiz qəlb o qəlbdir ki, Rəbbi ilə görüşə bilsin (ünsiyyət qura bilsin, Rəbbini hiss etsin) və o qəlbdə Allahdan qeyrisi olmasın”. Şəhid Mütəhhəri salamat qəlb barədə buyurur: “Sağlam qəlb odur ki, onda kin, küdurət, həsəd və bu kimi nəfsin rəzil xislətləri olmasın. Həmçinin bəyənilməz sifətlər olmasın”. Böyük alim, arif Ayətullah Muhəmməd Hadi Həmədani sağlam qəlb barəsində buyurur: “Sağlam qəlb odur ki, onda Allahdan və Allah sevgisindən savayı heçnə olmasın”. İnsanın ən mühüm vəzifəsi onun şəxsiyyətinin göstəricisi olan qəlbini paklası və sonda Rəbbinin hüzurunda onu pak halda təhvil verməsidir.


Sübh namazına aid olan Quranda qeyd olunan ağ sapla qara sapdan məqsəd nədir?


Cavab: Ağ sapdan məqsəd, gün işığı və qara sapdan məqsəd gecə qaranlığıdır. Fəcr, üfüqdə üfüqi şəkildə yayılan işıqdan ibarətdir ki, gecənin qaranlığı içində ağ bir kəndir kimi fərq edilir. Əlbəttə, gecənin sonunda iki fəcr baş verir. Biri kazib (yalancı) fəcrdir ki, onun işığı olduqca qısadır və üfüqdə şaquli şəkildə çıxıb dərhal itir. Digəri isə sadiq (doğru) fəcrdir ki, onun işığı üfüqdə üfüqi şəkildə yayılır. Ayənin məqsədi sadiq (doğru) fəcrdir. Bu səbəbdən sadiq (doğru) fəcr ortaya çıxmadan əvvəl yemək yeyə bilər və doğru fəcr üfüqdə özünü göstərdiyi anda isə imsaq etməlidir. Bu fəcrlə (günəş şəfəqi ilə) b birlikdə sübh namazının da vaxtı girmiş olur....


Qüsl (dəstəmaz) aldıqdan sonra insanın barmağı kəsilsə, yenidən qüsl (dəstəmaz) almaq lazımdırmı?


Oxucu sual verir: Qüsl və ya dəstəmaz aldıqdan sonra insanın barmağı kəsilsə və ya üzündəki sızanaq deşilib qan gəlsə, yenidən qüsl almaq lazımdırmı?
Qüsl (eləcə də, dəstəmaz) hökmlərində bunları batil edən hallar açıqlanır. Qüsl və dəstəmaz bədəndən yara qanı gəlməklə batil olmaz. Yalnız qadınlara məxsus heyz, nifas və bəzən istihazə qanı gəlməklə qüsl və dəstəmaz batil olar. Bədən yaralanmaqla və ya sızanaq deşilməklə qan gəlsə, dəstəmaz öz qüvvəsində qalır. Amma namaz qılmaq üçün bədənin və libasın pak olması şərtdir. Buna görə də, dəstəmaz və qüsldən sonra bədənindən yara (sızanaq) qanı gəlmiş şəxs qanı yuyub, həmin yeri pak etməlidir. Bundan sonra namaz qılmaq olar. Dəstəmaz və qüslü təzələməyə ehtiyac yoxdur.


Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?


bir gün Yuşə ibn Nunu çağırıb ona öz vəsiyyətlərini edir. Sonra bir gün təkcə \"Tur\" dağından keçəndə bir kişinin qəbir qazmaqla məşğul olduğunu görür. Ona yaxınlaşıb deyir: \"İstəyirsən sənə kömək edim?\" Həmin kişi \"bəli\" deyə cavab verir. Musa Peyğəmbər (ə) ona kömək etməyə başlayır. Qəbri qazıb qurtardıqdan sonra Həzrət Musa (ə) qəbrə daxil olur. Onun içində uzanır ki, qəbrin uzunluğunun düz olub-olmadığını yoxlasın. Həmin andaca Allah-Təala onun gözləri önündən pərdəni kənara çəkir. Həzrət Musa (ə) özünün Cənnətdəki məqamını görür. Musa Peyğəmbər (ə) deyir: \"Allahım, mənim ruhumu Öz yanına apar!\" Həmin vaxt Həzrət Əzrail (ə) onun canını alır və o qəbri Musa Peyğəmbərin (ə) məzarı edərək üzərini örtür. Əslində, qəbirqazan elə Həzrət Əzrailin (ə) özü olur. O, Özünü həmin surətdə göstəribmiş. Bu vaxt Haqqın carçısı səmada uca səslə belə deyir: \"Kəlimullah (Allahın həmsöhbəti olmuş) Musa da öldü. Daha bundan sonra kimdir ölməyən?\" Bəzi hədislərə əsasən, Həzrət Musanın (ə) qəbri Nəcəfdə yerləşən \"Tur\" dağında, yaxud da \"Sina\" bölgəsindədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter