Üstünlük nədədir? Qədimlikdə, məhəbbətdə, yoxsa...?


Qurani-Kərim buyurur: “(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə)sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 123-124).
Bu gün ancaq Əhli-Beytə (ə) olan məhəbbətlərinə ümid bəsləyənlərin sayı az deyildir. Onların şəfaəti niyyəti və arzusu ilə yaşayırlar. Ancaq bu yolda ən kiçik əməl belə, yerinə yetirmirlər. Əlbəttə, Əhli-Beyti (ə) sevmək – çox dəyərli bir əməldir. Ancaq əgər bu arzu əməllə birlikdə olmazsa, səmərə verməz.






Həzrət Xızr (ə) sağ olduğu üçün, insanlara hüccət sayıla bilərmi?


Allahın hüccəti mövzusunda gərək deyək ki, Allah Məsumu (ə) müəyyən zaman üçün təyin edər. Həmin zaman bitəndən sonra Məsumun (ə) hüccətliyi də sona çatar.
İndiki zamanda Allah yer üzünün hüccəti kimi İmam Zaman ağanı (ə.f) bizlərə tanıtmışdır, Həzrət Xızr (ə) peyğəmbəri deyil. Çünki, sağ olmasına baxmayara, onun bəzi şərtləri hal-hazırda mövcud deyildir, O cümlədən: 1. Din təbliğindəki hərtərəflilik. Hədislərə əsasən, Həzrət Xızr (ə) xüsusi bir qövm üçün məbus olmuş peyğəmbər idi. Onun vəzifəsi ancaq həmin qövmün islahına aid idi. Amma İslam Peyğəmbərinin (s) dini bütün bəşər üçün gəlmişdir. Ona görə də o Həzrətin (s) canişinləri də eyni vəzifəyə malikdirlər. Bu səbəbdən Həzrət Xızr (ə) hal-hazırda insanlar üçün hüccət ola bilməz.
2. Fərdi xüsusiyyətlər. Məsum İmamların (ə) xüsusi sifətləri vardır ki, onları Həzrət Xızrdan (ə) üstün edir. Məntiq deyir ki, bilikdə ən üstün şəxs gərək Allahın hüccəti olsun...


Həzrət Musanın (ə) Uca Allahdan xəbər aldığı adamlar kimdir?


Ustad Ənsarian nəql edir: “Bir gün Musa ibn İmran (ə) Allaha buyurur: “Mənim elm, dərk və ibadət cəhətdən qiymətim neçədir?”. Allah Təala buyurur: “Qiymətin 5-dir. Heç bir əskiyin yoxdur”. Musa (ə) deyir: “Allahım! İnsanların arasında elələri var ki, bizim arxamızca yersiz sözlər danışırlar?”. Allah buyurur: “Çoxdur”. Deyir: “Niyə?”.
Buyurur: “Bəzi insanların əxlaqı – yersiz danışmaqdır”. Deyir: “Allahım! Sənin böyük qüdrətin vardır. Elə bir iş görə bilməzsən ki, onların yersiz danışmaqlarını qət edəsən?”.
Buyurur: “Xeyr, Mənim dünyada insanların işi ilə işim yoxdur. Onlar nəinki sənin arxanca yersiz söz danışırlar, bəlkə onları xəlq edən Allah olan Mənim də arxamca minlərlə yersiz söz danışırlar. Onlar deyirlər ki, bu aləmin Allahı yoxdur. Halbuki, Mən varam və onların ruzisini verirəm”.


Həyatın yorucu olmaması üçün nə etməli?


İmam Səccad (ə) Səhifeyi-Səccadiyə kitabının 42-ci duasında buyurur: “Allah, Sən Quranı Həzrət Muhəmmədə (s) və Ali-Muhəmmədə (s) – Allahın salamı və salavatı ona və nəslinə olsun – nazil etmisən. Möcüzəvi elmi, kamil şəkildə ona ilham etmisən. Onun elmini təfsiri ilə birlikdə bizə irs buraxmısan. Bizi, ondan (bu elmdən) xəbərsiz olanlardan üstün bilmisən. Onun agahlıq qüdrətini bizə mərhəmət etmisən ki, bizi ona agahlığı olmayanlardan üstün edəsən”. İmam Səccad (ə) buyurur ki, Quranın möcüzəvi elmi Həzrət Peyğəmbərə (s) kamil şəkildə ilham olunmuşdur və Həzrət (s) də bu elmi özündən sonrakı vəsilərinə miras olaraq buraxmışdır. Burada diqqət etməli oldumuz nöqtə budur ki, vəhy – başqa şeydir, ilham – tamamilə başqa şeydir. Vəhyi adətən Cəbrayil (ə) Allah tərəfindən gətirərdi. Ancaq ilham belə deyildir. İlham özündə gizli işarələr daşıyan bir elmdir. İlhamın vasitəsi yoxdur və hətta başqa pak insanlara belə, ömrü boyu nazil ola bilir. İlham mövzusu – daha geniş bir mövzudur...


Hansı halda insan öz həyatından razı olur?


Şadlıq nədir? Şadlıq – insanın hədəfinə yaxınlaşan zaman büruzə verdiyi həyəcandır. O kəsin ki, həyatda hədəfi kiçik olar, daha xoşbəxt həyata malik olar. Gözü dünya malında olmaz və tək hədəfi – malik olduqları ilə qənaətlənməsidir. “Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur”. (“Nəcm” 43).
Yəni, Allahın insanların qəm və şadlığının kökündə iradəsi vardır. O kəslər ki, Allah yolunda addım atarlar, Allah onları həyatdan razı və şad edər.
“De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58).


Alimlərin ömürlərinin uzun olmasının sirri nədədir?


Bu gün tibbi elmi insan ömrünü uzada bilən bir çox amilləri araşdırmaqdadırlar. Adətən bu tədqiqatlar insan cismi ilə bağlı olur. Misal üçün deyirlər ki, vaxtında yatmaq və səhər tez durmaq, idman etmək, düzgün qidalanmaq və s. insan ömrünü uzada bilər. Ancaq bunu qeyd etməliyik ki, insan ömrünün uzanması üçün cismi amillərin olması kifayət deyildir. İnsan ruhunun da sağlam və hüzurlu olması mühüm şərtlərdəndir. O cümlədən həyatdan ləzzət almaq, düzgün ictimai rabitələrə malik olmaq, mütaliə, həyata ümid bəsləmək və bir çox bu kimi. Əgər din alimlərinin həyatına nəzər salsaq, görərik ki, bəzi yeməklərdən çəkinməkləri, daima mütaliə halında olmaqları, dünyaya ürək bağlamamaqları və s. – ömürlərinin uzun olmasına təsir edən amillərdəndir.


Nə edək ki, qəlbimiz bərkiməsin?


Çox danışmaq ağlı azaldar və qəlbi bərkidər! Mühüm amillərdən biri də insanın çox danışmasıdır. Çox danışmaq qəlbi bərkidən amillərdən biridir. Dinimiz heç danışmamağa da müsbət baxmır. Amma, bir insan çox danışmağa meyilli olarsa, bu da bəyənilən hal deyil. Çünki, çox danışan insanın səhvlərə, xətalara, bəzən günahlara yol vermək ehtimalı da artmış olur. Həzrət İsa (ə) buyurur: “Çox danışmayınız ki, qəlblər bu halda bərkiyər və o kəs ki, çox danışar – ağılı azalar və qəlbi bərkiyər”.
Deməli, həddən artıq çox danışmaq ağlı azaldar və qəlbin bərkiməsinə səbəb olar. Mənası olmayan, boş-boş şeylər danışmaq da qəlbin qəsavətini artıran mövzulardandır.


Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?


Ustad Ənsarian buyurur: “Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Qiyamət günü üç şey insanlardan şikayət edəcəkdir.
Biri – məsciddir ki, deyəcəkdir: “Allahım! Mən inşa edilmişdim, təmiz və gözəl idim. Ancaq insanlar gəlmirdilər”.
İkinci şikayətçi – Qurandır ki, deyəcəkdir: “Allahım! Mən bu insanların arasında idim. Mənə əməl etmədilər”.
Üçüncü şikayətçi – alim olacaqdır ki, deyəcəkdir: “Allahım! Mən uzun illər dərs oxumuşam, halal və haram mövzuları öyrənmişəm.
Əllamə Cəfəri buyurardı: “Mən uzun illər Qumda və Nəcəfdə dərs oxumuşam. Ancaq dərs oxumağıma görə heç bir zaman rahat olmamışam. Çünki ümidim yoxdur ki, Qiyamət günü mənə desinlər ki, ey Muhəmmədtəqi, gəl və dərs dediyin üçün nicat dəstəyin vardır.


Rəd surəsinin 7-ci ayəsinə əsasən yer üzü rəhbərsiz qalmamalıdır?!


Bütün zamanlar üçün hidayətçinin olması! \"Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.\" (Rəd, 7). İzah: İmamət prinsipini sübut edən ayələrdən biri də “Ümmətin hidayətçisi (yolgöstərəni)” ayəsidir. Bu ayədə Allah Peyğəmbərə (s) müşriklərin müxalifət etməsinə qarşı təskinlik verməklə yanaşı o həzrətə müraciətlə bildirir ki, sən yalnız xəbərdar edənsən və onların hidayət olmaması ilə bağlı məsuliyyət daşımırsan. Hər bir qövmün hidayət edəni, yol göstərəni vardır. İbn Abbasdan nəql olunur: Peyğəmbər (s) buyurdu: “Mən xəbərdar edənəm”. Sonra İmam Əliyə (ə) işarə etdi və buyurdu: “Sən isə hidayətçisən və möminlər sənin vasitənlə doğru yola yönələcəklər”.


İslam rəhbəri Rum surəsinin 30 cu ayəsinə görə nə cür şəxs olmalıdır?!


Hədis: İmam Rza (ə): “Bu ayə Qiyamətə qədər hər bir zalımın İmamət və xilafətini batil edir.” (Kafi, c. 1, səh. 199, hədis: 1).
Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də İmamət istədi. \"Rəbbi İbrahimi (bəzi) kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) “Mən səni insanlara İmam edəcəyəm!” – dedi. “Nəslimdən də!” – dedi. (Allah:) “Zalımlar Mənim əhd nail olmazlar!” – dedi.\" (Rum, 30).
İzah: Bu ayə həzrət İbrahimə (ə) ağır ilahi sınaqlardan başıuca çıxdıqdan sonra İmamət məqamının verilməsindən xəbər verir. Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də İmamət istədi. Amma Allah təkidlə bildirdi ki, İmamət xüsusi bir məqamdır və onun nəslindən zalım olanlara verilməyəcəkdir. Bu ayə İmamın məsum olmasını göstərən dəlillərdən biridir. Çünki hər növ zülm və ədalətsizliyin, harada olursa olsun, kimin etməsindən asılı olmayaraq, yüksək İmamət məqamından məhrum olmağa səbəb olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter