Ramazan ayının ikinci günündə Allah-Taaladan (c.c) hansı diləyi arzu edək?!


Ramazan ayının ikinci gunu oxunan dua: İlahi! Bu gündə Səni razı salacaq əməlləri etməyi mənə nəsib et! İlahi! Səni qəzəbləndirəcək, hayif çıxacaq və əzab verəcək əməllərdən məni uzaq saxla! İlahi! (Bu gündə) Sənin göndərdiyin Qurani Kərimin ayələrini oxumağı mənə nəsib et! Ey mərhəmətli və mehribanların mehribanı.
Qurani Kərimi oxumağın faydaları nələrdir? Məsumlardan hədislər İslam Peyğəmbərinin (s) və Əhli-beytin (ə) hədislərinə əsasaən Quran oxumağın fayda və bərəkətləri:
1- İslam Peyğəmbəri (s) buyurmuşdu: “ Sizlərdən hər kim Allahla danışmaq istəsə, gərək Quran oxusun.” (1) Allahın razılığını qazandıran əməlləri yalnız Quranın ayələrində tapmaq olar.
2- İmam Əli (ə) buyurmuşdu: “Quran oxunuşu imanın inkişafıdır.” (2) Quranın uca maarifi insanın imanının möhkəmlənməsinə səbəb olar!
3-İslam Peyğəmbəri (s) buyurmuşdu: “Qurani Kərimin oxunuşu günahların kəffarəsidir.” (3) Quran oxuyan günahlarının mənfi təsirlərini həyatından uzaqlaşdıra bilər!


Ramazan ayının fəziləti haqda məsumlardan bir neçə hədis


1-İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı vardır, Quranın da baharı (savabı və...) ramazan ayıdır.” (1)
2-İslam Peyğəmbəri (s) buyurur: “Əgər bəndə (insan) biləsydi ki, ramazan nədir! Arzulayardı ki, ramazan ayı bir il olsun!” (2)
3-Hz Muhəmməd (s) buyurur: “Göylərin qapıları (rəhmət) ramazan ayının birinci gecəsində (insanların üzərinə) açılar və onun sonuncu gecəsinə qədər bağlanmaz!” (3)
4-İmam Rza (ə) buyurur: “Hər kim bu ayda bir ayə Qurani Kərimdən oxuyarsa, (Allah-Taala (c.c) ona) başqa aylarda bir Qurani xətm miqdarında (savabını) hesaba vurar...


Hədislərə əsasən oruc tutmağın fəlsəfələri necə izah olunur?!


Cavab: İslam şəriətində hər bir əməlin fəlsəfə və təsirləri qeyd olunmuşdur. O cümlədən İslam maarifində oruc tutmağın fəlsəfələri haqda hədislərdə belə izahatlar verilir:
1-İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə deyilir: “Oruc tutun, sağlam olasınız”. (1)
2- İmam Əli (ə) buyurmuşdu : Hər bir şeyin ödəniş haqqı vardır, sağlam bədənin ödəniş haqqı isə oruc tutmaqdır.” (2)
3-İmam Sadiq (ə) buyurmuşdu: “Allah-Taala (c.c) orucu vacib etdi ki, varlı ilə kasıb bərabər olsunlar.” (3)
4-İslam Peyğəmbəri (s) buyurmuşdu: “Orucluq ramazan olaraq adlanıb, Çünki (Ramazan və orucluq) günahları məhv və əridər.” (4)...


Orucun fəziləti haqqında bir neçə hədis


Orucun fəziləti haqqında bir neçə hədis
1-İmam Sadiqdən (ə) nəql olunan hədislər deyilir: “Ən üstün cihad (Allah yolunda çətinliyə dözmək) isti havada oruc tutmaqdır!” (1)
2-Həzrəti Peyğəmbər (s) nəql olunur: “Adəm övladtının bütün əməlləri özü üçündür, Yalnız Orucdur ki, mənim üçün yerinə yetirilər və mən onun əvəzini verərəm.” (2)
3-Hz Peyğəmbərdən (s) nəql olunur: “Hər bir şey üçün (giriş üçün) qapı vardır, ibadətin (bəndəliyin) qapısı isə orucdur.” (3)
4-Həzrəti Muhəmməd (s): Oruc tutmaq mömin üçün qiyamətdə (cəhənnəm atəşi qarşısında) qalxandır.


Ramazan ayının birinci gunundə Allah-Taaladan (c.c) istəyimiz nə olmalıdır?!


Cavab: İslami dua kitablarında gəlmişdir: Ramazan ayının birinci gunundə belə dua edilir:
“İlahi! Mənim bu günkü orucumu həqiqi oruc tutanların orucunun cərgəsinə sal! İlahi! Mənim bu günkü oyaq qalmağımı həqiqi oyaq qalanların cərgəsindən hesab et!
İlahi! Məni bu gün qəflətə düşənlər yuxusan oyat və günahlarımı bağışla Ey dünyadakıların Allahı! İlahi! Mənim günahlarımdan keç – Ey Günahları bağışlayan Allah!
İslam hədislərə əsasən oruc tutanların üç mərtəbəsi vardır:
1- Oruca yeni başlayanların oruc tutması! Bu cürə oruc şəriətdə müəyyən edilmiş 9 əməldən uzaq durmağın vacıbliyindən ibarətdir.
2-Xüsusi insanların orucu! Bu dəstə oruc tutanlar isə şəriətin haram buyurduqlarından uzaq durmaqdan əlavə göz, qulaq, əl, ayaq, bədən üzvlərini haram işlərdən də qorusun...


Oruc tutanlar üçün hansı 5 tövsiyəyə diqqət yetirmək tövsiyə olunur?!


Bu müqəddəs ay isti yay günlərinə təsadüf etdiyi üçün oruc tutanlar bəzi nöqtələrə diqqət etməlidir. Oruc tutmağın öz üsul və qaydası vardır. Yayın bu isti günlərində oruc tutanlar bu üsullara riayət etsələr, sağlam şəkildə oruclarını tutacaq və bu mübarək ayın feyzindən bəhrələnə biləcəklər.
Birinci nöqtə budur ki, oruc tutan iftar açan zaman yeməyini yaxşı yeməldiir, ancaq israf və ifrat etməməlidir. Kifayət qədər maye içməlidir ki, bədənin suya olan ehtiyacını təmin edə bilsin. Bu ayı sağlam başa vurmaq üçün sizə 5 tövsiyəmiz vardır:
1. Bədəninizin suyunu təmin edin. Uzun yay günlərində oruc tutan üçün ən mühüm məsələ - bədənin suyunu təmin etməkdir. İftar süfrəsində əyləşən zaman bacardığınız qədər su və mayeni çox için. Nəzərə alın ki, gün uzundur və ona görə də səhər obaşdana qalxmağı ləğv etməyin. Əgər bədəninizdə kifayət qədər su olarsa, orucunuzu rahat şəkildə tuta biləcəksiniz. Sulu meyvələrdən, qarpız, yemişdən çoxlu istifadə edin. Göyərti yeməyi unutmayın. Şüyüd ilə cəfəri sizə çox yardım edəcəkdir. Yeməkdən çox, içəcəklərə üstünlük verin...


Mübarək Ramazan ayında niyə xurma yeyilir?


Ramazan ayında iftar süfrələrinin əvəz olunmaz neməti yenə də xurma olacaq. Müqəddəs Qurani-Kərimdə də adı keçən xurma, olduqca faydalı bir qidadır. Alimlərin apardığı araşdırmalarda xurmanın ürək xəstəliklərinə və mədə narahatlıqlarına qarşı müsbət təsirlərinin olduğu aşkarlanıb. Bəs nə üçün Ramazan ayında xurma yeyirik?
Vətəni Ərəbistan yarımadası və Şimali Afrika olan xurma barədə Peyğəmbərimiz (s) belə demişdir: \"Möminin obaşdan yeməyinin xurma ilə olması, nə gözəldir\"; \"Oruclu xurma ilə iftar etsin. Çünki xurma bərəkətlidir\". Xurma zülal və karbohidrat tərkibinə malik tək meyvə kimi də tanınır. Bu səbəbdən iftar və obaşdan qidalanması baxımından insanların bütün ehtiyaclarını təmin edir. B1 və B2 vitaminləri olan xurma, qaraciyərin güclənməsini də təmin edir...


Oruc tutarkən obaşdan etməməyin mənfi təsiri və zərərləri vardırmı?!


Yuxularını bölməmək üçün obaşdanaya qalxmadan oruc tutanları, qan şəkərinin düşməsi, halsızlıq və baş ağrısı gözləyir. Qidalanma və pəhriz mütəxəssisləri, obaşdanada yemək yemədən tutulan orucun həm çətin olduğunu, həm sağlamlığa zərər verdiyini, həm də kökəlmə riskini artırdığını bildirib. Mütəxəssislər bu mövzu barəsində ətraflı məlumat verdilər: \"Oruc tutanlar mütləq obaşdana etməlidir. Çünki obaşdanaya qalxmadan oruc tutulsa, aclıq müddəti daha da artacaq. Bu da insanda maddələr mübadiləsinin sürətinin və qanda şəkərin səviyyəsinin düşməsinə, halsızlığa və baş ağrısına səbəb olacaqdır. Digər tərəfdən, obaşdanasız oruc tutanlar, iftarda özünü çox yeməkdən saxlaya bilməyəcəklər. Bununla yanaşı, şəkər yemək istəyini də artır və bu da kökəlməyə səbəb olur. Bu səbəbdən, mütləq şəkildə obaşdana edilməlidir.\"


İnsan nə etsin ki, qəbir əzabını yüngülləşdirsin?


İnsan fanidir və bir gün dünyasını dəyişəcək və başqa dünyaya köç edəcəkdir. Cansız bədəni isə yeni evi olan qəbirdə qalacaq və əzab görəcəkdir. Hədislərimiz buyurur ki, çox az insan vardır ki, qəbir əzabı görməz. Hətta bəzi böyük şəhidlər belə, qəbir əzabından əziyyət çəkmişlər. Qəbir əzabını azaldan əməllər vardır ki, onlarla tanış olaq. Azaldan əməllər:
1. Gecə namazı və rükunu kamil şəkildə yerinə yetirmək. İmam Rza (ə) buyurur: “O kəs ki, gecə namazı qılar və vitr namazının qunutunda 70 dəfə istiğfar edərsə, qəbir əzabından pənahda olar”. İmam Baqir (ə) buyurur: “Hər kim namazının rükusunu kamil şəkildə yerinə yetirərsə, qəbir əzabı ona çatmaz”...


Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?


Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünən kimi cəhənnəmin qapıları bağlanar və behiştin qapıları açılar. Şeytanlar zəncirə vurular”.
Digər yerdə əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “O zaman ki, Ramazan ayının hilalı görünər, qovulmuş şeytanlar zəncirə vurular”.
Bu hədisi İmam Baqir (ə) öz cəddindən nəql etmişdir. Həzrətin (ə) nəqlinə görə, Həzrət Peyğəmbər (s) o zaman ki, Ramazan ayının hilalını görərdi, üzü qibləyə dayanıb buyurardı: “Allahım! Bu ayı bizim üçün əmin-amanlıq, iman, sağlamlıq, müsəlmanlıq, çoxlu ruzi, xəstəlikləri dəf etmək, Quran tilavəti, namaz və oruca yardımla yenilə. Allahım, bizi Ramazan ayı üçün sağlam saxla, Ramazan ayını da bizim üçün. Bizdən qəbul et o zamana qədər ki, Ramazan ayı sona çatar və biz bağışlanmış olaq”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter