Nə üçün hədislərdə mömin xurma ağacına bənzədilmişdir?!


İslam Peyğəmbərinin (ə) bu barədə belə bir kəlamı var: “Mömin xurma ağacına bənzəyir, ondan nə götürsən faydalı və xeyirlidir.” (“Nəhcül-fəsahə”, səh.564, hədis 2727.)
Xurma ağacı doğrudan da, çox bərəkətli ağaclardan biridir. Onun meyvəsi yeyilir və o, qidalanmaq üçün ən yaxşı yeməklərdən sayılır; onun çəyirdəyindən yanacaq kimi istifadə edilir, yarpağından həsir, papaq, süfrə və s. kimi şeylər toxunulur. İmanlı şəxslər də eynilə xurma ağacı kimidirlər. Onların düşüncələri faydalı, danışıqları xeyirli, oturuşu tərbiyəvi, məktəbləri yaradıcı, dostluqlarında sadiq, vədlərində vəfalıdırlar. Xülasə, onların hər bir işi qiymətli və dəyərlidir.


Quran və hədislərə əsasən insan həyatının böyük dəyəri hansı iki əməldən asılıdır?!


Qurаni-Kərim nəzərindən insаnın dəyəri onun imаnı və əməlisаlehliliyindən ibаrətdir. Qurаni-Kərimin bir çox ayələrində bu iki məsələnin yanaşı qeyd olunmаsının şаhidi oluruq: “Kəhf” surəsinin 88-ci ayəsində buyurulur: İmаn gətirib yаxşı iş görənləri isə ən gözəl mükаfаt gözləyir. Biz onа аsаn bir şey əmr edəcəyik!”
“Məryəm” surəsinin 60-cı ayəsində də belə buyurulur: إِلاَّ مَنْ تَابَ وَ امَنَ وَ عَمِلَ صَالِحاً فَأُولئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَ لاَيُظْلَمُونَ شَيْئاً “Tövbə edib imаn gətirən və yаxşı işlər görənlərdən bаşqа! Onlаr heç bir zülm, hаqsızlıq görmədən cənnətə dаxil olаcаqlаr.” İnsаnlаr iki dərəcəyə mаlikdirlər: Biri təqvа əhli və fəzilət sаhibləridir. Təqvа əhli və fəzilət sаhibləri peyğəmbərlər, sаlehlər, övliyаlаr, siddiqlər və şəhidlərdir. Elə bu səbəbdən də, həzrət Аdəmə (ə) mələklər səcdə etdilər...


Quran ayələrinə əsasən namaz əhli hansı 9 dərəcəyə çatmalıdır?!


Namaz əhlinin 9 dərəcəsi:
1. Bəziləri namazı “xüşu” ilə qılırlar: “(Möminlər) O kəslərdir ki, namazlarında xüşu əhlidirlər.” (“Muminun”/2.)
2. Bəziləri namazı layiqincə qoruyub saxlayır, onu vaxtlı-vaxtında qılırlar: “…Namazlarını qoruyub saxlayırlar.” (“Ənam”/92.)
3. Bəziləri namazı işdən üstün tutur, namaza görə işdən əl çəkirlər: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…” (“Nur”/37.)
4. Bəziləri sevinclə namaza doğru tələsirlər: “...Allahı zikr etməyə tələsin...” (Cümə”/9.)...


Namazın qəbul olunması üçün hansı şərtlərə diqqət yetirmək lazımdır?!


1- İlkin şərtə görə namaz zamanı Allahın əzəməti unudulmamalıdır. İnsan Allahın əzəmətini daha çox dərk etdikcə, öz kiçikliyini daha çox anlayıb, daha çox təvazökarlıq göstərir. İmam Sadiqdən (ə) nəql olunan “qüdsi hədis”də Allah-Taala buyurur: “Həqiqətən, Mən, Mənim əzəmətim müqabilində təvazökarlıq göstərən şəxsin namazını qəbul edirəm.”
2-Namazın qəbulu üçün insan Allah xatirinə öz nəfsani istəklərindən əl çəkməlidir. Qeyd edilən “qüdsi hədis”in davamında Allah-Taala buyurur: “İnsan Mənə xatir nəfsini şəhvət və nəfsin istəklərindən qoruyub-saxlamalıdır.” İnsan acizliklə ərz etməlidir ki, ilahi, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir. İnsan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. “Məryəm” surəsinin 58-ci ayəsində buyurulur: “Onlar Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.”



İslam Peyğəmbərini (s) qocaldan ayə hansı ilahi qanuna tabe olmağa dəvət edir?!


Qurani-Kərimin bir neçə ayəsində Allah-Taala Öz Peyğəmbərini (s) “istiqamət”ə – möhkəmliyə, dözümlüyə və düzlüyə çağırır ki, həmin ayələrdən biri də “Hud-112-ci ayəsidir: “ sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğru gələnlər də.) Həddi aşmayın ki, O, etdiyiniz işləri görəndir.”
Rəvayətdə Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsinin bu ayəsi məni qocaltdı.” Bu ayənin ilk cümləsi eynilə başqa bir surədə – “Şura” surəsinin 15-ci ayəsində bəyan olunsa da, sözügedən ayənin davamı onu uyğun xüsusiyyətlə tanıtmışdır. Çünki bu ayədə həm Peyğəmbərin (s) özü, həm də ətrafındakılar səbat və möhkəmliyə dəvət olunur. Görünür ki, Peyğəmbəri-Əkrəmin (s) ətrafındakılardan ona vəfasız və səbirsiz olanlar da var imiş. Həzrət onların vəfasızlığı və səbirsizliyindən əziyyət çəkirmiş. Mərhum İmam Xomeyni öz söhbətlərində təkrar-təkrar bu hədisi xatırladaraq buyurarmış ki, insanı qocaldıb qəddini əyən həmin bu “istiqamət”dir – əqidədə, sözdə və əməldə doğruluq, möhkəmlikdir. (“Sireyi-İmam Xomeyni”, 5-ci cild, səh.187-188.)


Hansı günahdır ki, qiyamətdə savab və yaxşılıqları əldən alacaq?!


“Həqqun-nas” məsələsi İslamda xüsusi əhəmiyyətə malik mövzulardan biridir və ən böyük günahdır, hətta “həqqullah”dan (Allahın haqqı) da böyükdür.
Nə çox insan bu dünyda bir “həqqun-nas”a görə bütün savab və yaxşılıqlarını itirəcək, ziyana uğrayacaq. Bu məsələdə olduqca diqqətli olmalıyıq ki, onun acı nəticəsinə mübtəla olmayaq! Peyğəmbəri-Əkrəm (s) buyurur: “Qiyamət günü çoxlu savab və yaxşılığa sahib olan bir şəxsi sevinc içində “məhşər” səhrasına gətirdikdə, birdən bir nəfər gəlib deyəcək: “İlahi, bu şəxs (dünyada) mənə zülm və haqsızlıq edib.” Bu zaman onun yaxşı işləri əlindən alınıb həmin şəxsə əta olunacaq və hətta onun bir yaxşı əməli belə qalmayacaq. Bununla belə, həmin şəxs hələ də razılıq verməyəcək və öz haqqını tələb edəcək. Bu zaman onun yaxşı əməlləri qalmadığından zülmə məruz qalmış şəxsin günahları onun boynuna yüklənəcək və beləcə, həmin (zalım) şəxs cəhənnəmə atılacaq.” (“Mizanul-hikmə”, 6-cı cild, səh.535.)


Əsl zənginlik və əsl fəqirliyi harada tapmaq olar?!


İmam Əli (ə) buyurmuşdur: لا غِنَى‏ كَالْعَقْلِ وَ لا فَقْرَ كَالْجَهْلِ؛ “Ağıl kimi sərvət və nadanlıq kimi yoxsulluq yoxdur.”[1]
Qeyd etməliyik ki, zənginlik iki qismə bölünür: 1. xarici-zati zənginlik; 2. daxili-zati zənginlik.
1. Xarici-zati zənginlikdə məqsəd budur ki, insan məqam, vəzifə, qüdrət, dost, pul və s. amillər kimi zatından xaric olan amillər vasitəsilə başqalarından ehtiyacsız olur. Bu növ zənginlik etibarsız olduğundan insanın ruhi-mənəvi susuzluğunu aparmır. Elə buna görə də sərvətlilər ən susuz insanlardır! Bəhluldan: “Bir şəxs insanların ən yoxsuluna maddi yardım etməyi nəzir etsə, kimə yardım etməlidir?” – deyə soruşduqda dedi: “Xəlifə Harunər-Rəşidə!” (Nəql olunur ki, bir gün Harunər-Rəşid, Bəhlula bir miqdar pul verdi ki, onu yoxsullara versin. Bəhlul pulu aldıqdan az sonra, yenə xəlifənin özünə qaytardı. Xəlifə Harun səbəbini soruşduqda, Bəhlul belə cavab verdi: “Çox fikirləşdim, amma xəlifədən yoxsul (möhtac) bir şəxs tapmadım!”)...


İnsanı cəhənnəmə aparan şeytanın iki tələsi hansılardır?!


Cündəbin oğlu Abdullah soruşur: “Ey Rəsuləllahın övladı! Həmin tələlər nədən ibarətdir?” İmam Sadiq (ə) buyurur: “Tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. İkinci tələ isə Allahın vacib buyurduğu namazları vaxtında qılmamaq üçün insanların yuxuya getməsidir. Agah olun ki, Allaha olunan heç bir ibadət mömin qardaşlara yardım və onları ziyarət etmək qədər üstün deyil. Vay olsun namazı yüngül tutanlara, yuxuya dalıb namazdan qafil olanlara!...” Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Diqqətimizi hansısa bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var.


Qurani-Kərimə görə hansı dəstə insanlar qiyamət günü unudulacaqlar?!


“Casiyə” surəsinin 34-cü ayəsində də belə oxuyuruq: “(Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!”
Bu o demək deyil ki, bəzi bəndələr Allahın yadından çıxacaq. Söhbət ləyaqətsiz insanların ilahi nemətlərdən məhrum ediləcəyindən gedir. Bəli, Allah Onunla görüşə inanmayanları Öz lütfündən məhrum edər. “Taha” surəsinin 124-126-cı ayələrində oxuyuruq: “Hər kəs Məni yad etməkdən üz döndərsə, həqiqətən, yaşayışı çətin olar və qiyamət günü onu kor məhşur edərik. O deyər: “Pərvərdigara, məni nə üçün kor məhşur etdin, axı mən görürdüm.” Ona buyurular: “Sənə ayələrimiz gəldikdə, onları unutduğun kimi sən də unudulursan.””


Məsciddə ibadət etməyin fəziləti haqda hədislərdə nə buyurulmuşdur?!


Peyğəmbəri-Əkrəm (s) Əbuzərə buyurur: “Ey Əbuzər! Heç bilirsənmi ki, “... Səbir edin, dözün, hаzır olun və Аllаhdаn qorxun ki, bəlkə nicаt tаpаsınız!” (Ali-İmran”/200) – аyəsi nə bаrədə nаzil olmuşdur? Dedim: “Аtаm- аnаm sənə qurbаn, bilmirəm!” Dedi: “Nаmаzdаn sonrа nаmаzın intizаrındа olmаq bаrədə nаzil olmuşdur.” (“Əmali”, Şeyx Tusi, 2-ci cild, səh. 135-152.)
Аyədəki “mürаbitə” kəlməsinin mənаsı müxtəlif cür təfsir olunmuşdur. O cümlədən, qeyd edilir ki “mürаbitə” kəlməsinin kökünü həm “bаğlаmаq” mənаsındа olаn “rəbt” (ربط) kəlməsindən götürmək olаr, həm də “bir məkаndа bir şeyi bаğlаmаq” mənаsındа olаn “rəbаt” (رباط) kəlməsindən. “Rəbаt” kəlməsinin mənаsınа аydınlıq gətirmək üçün bir misаl çəkək; məsələn, аtı bir yerdə bаğlаmаq, sonrа onu düşmənlə döyüşə çıxаrmаq üçün sırаdа yerləşdirmək və döyüşə hаzırlаmаq mənаsındа gəlir. Bu cəhətinə görə “mürаbitə” sərhədlərin qorunmаsı, düşmənlə döyüşə hаzır olmаq mənаsındа bаşа düşülür...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter