Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavabları nə oldu?!


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq:
- Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq.
- Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir.
- Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq.
- Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır...


İmam Əlinin (ə) “Ədalət üstündür, yoxsa səxavət” sualına cavabı nə oldu?


İmam Əli (ə) “Ədalət üstündür, yoxsa səxavət?” sualına cavabından: Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür.


Yalnız İmam Hüseynə (ə) xas olan 14 məziyyət (üstünlük) hansılardır?


İmam Hüseyni digər insanlardan və hətta digər məsumlardan fərqləndirən məziyyətlər:
1- O yeganə İmamdır ki, doğulduğu gün atası, anası və sair qohumları ağladılar.
2- On dəfə məqbərəsini sökdülər ki, ondan əsər-əlamət qalmasın.
3-Onun barəsində \"ərbəin\" və ərbəin ziyarəti var.
4- Onun qübbəsinin altında dualar qəbul olur.
5- Ata və anası və ondan gələn 9 övlad, nəvə və nəticə məsumdur.
6- Onun türbətini (az miqdarda) dadmaq və yemək halaldır.


Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?


Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyənin yanına gəlir və buyurur: “Bir qab su gətir!”.Muhəmməd suyu gətirir və Həzrət (ə) əllərini yuyub buyurur: “Allahın adına təbərrük edirəm, Ondan yardım istəyirəm. Həmd Allaha məxsusdur ki, suyu pak və pak edən yaratmışdır”.
Sonra suyu ağzında dolandırdı və buyurdu: “Allahım! O gün ki, Səninlə görüşəcəyəm, hüccətimi mənə təlqin et və dilimi zikrin üçün aç”.
Sonra su ilə burnunu yudu və buyurdu: “Allahım, behiştin iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, behiştin ətrini hiss etsin”.
Sonra üzünü yudu və buyurdu: “Allahım! O gün ki, günahkarlar qaraüzlüdürlər, məni ağ üzlü et. O gün ki, salehlər üzü ağdırlar, üzümü qara etmə”...


Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb?


Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb? Cabir nəql edir ki, mən Əbu Əbdillahdan (ə) soruşdum: Nə üçün Həzrət Fatimə “Fatimə” adlandırılmışdır? Həzrət buyurdu: Çünki Allah Fatiməni Öz nurunun əzəmətindən xəlq etmişdir. Onun nuru parlayan zaman asimanlar və yer onun vasitəsi ilə nurani olub parlamağa başladı, məlaikələrin gözləri o nuru müşahidə etməkdən qamaşdı və Allah dərgahında səcdəyə düşüb dedilər: Ey Allah, ey bizim mövlamız, bu nə nurdur? Allah onlara belə vəhy etdi: Bu, Mənim nurumdandır. Mən onu asimanlarda müstəqər edib onu Öz əzəmətimdən yaratmışam. Mən bu nuru, peyğəmbərlərimdən birinin sülbündən çıxaracağam və o peyğəmbəri bütün peyğəmbərlərdən fəzilətli edəcəyəm...


Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir?


Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir? Ayətullah Seyyid Sistaninin dəftərxanasından cavab olara deyilib:
Cavab: Xanım Zəhranın (s.ə) ismət məqamına gəlincə, burada ismət peyğəmbərliyin və ya İmamətin dövr alınması deyil ki, Xanım Zəhra (s.ə) İmam və yaxud peyğəmbər olsun. İsmət ilahi, mənəvi bir məqamdır. İnsan bunu Allaha yaxınlıq fəzilətiilə əldə edir. İsmət yalnız Allaha itaət və bəndəçiliklə əldə edilir.


Həzrəti Əli (ə) Şiqşiqiyyə xütbəsindən sonra verilən suallara hansı cavabları verdi?


Həzrəti Əli (ə) Şiqşiqiyyə xütbəsindən sonra verilən suallara hansı cavabları verdi? Onlardan beşinə işarə edək: 1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: \"Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır\".
2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: \"Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır\".
3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: \"Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. \"Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın\"\". (\"Nisa\" 43)...


Qiyamət günü kimlər Peyğəmbəri (s) görməkdən məhrum olarlar?


Cavab: Hz Peyğəmbər (s) buyurdu: Qiyamət günü bütün müsəlmanlar məni görə biləcəklər. Məni görməkdən məhrum olanlar 3 dəstə əmələ sahib olanlardır:
1-Valideyninin üzünə ağ olanlar,
2-Allah-Taalanın (c.c) qadağan etdiyi içkiləri içənlər,
3-O kəslər ki, mənim adımın çəkilməsi zaman mənə salavat deməzlər...


Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua hansıdır?


Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua hansıdır? İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs Həzrət Əli (ə)-ı görmək istəyirsə, yatanda bu duanı oxusun: Əllahummə inni əsəlukə ya mən ləhu lutfu xəfiyy. Və əyadihi basitətn la tuqbəz. Əsəlukə bilutfikəl-xəfiyyi ma lətuftə bihi liəbdin illa kufiyə ən turiyəni məvlayə Əmirəl-mumininə Əbi Talibin fi mənami.\"
Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün oxunan dua Hər kəs vəfat etmiş ölünü yuxuda görmək istəyirsə, sağ çiyni üstündə yataraq \"Şəms\", \"Ləyl\", \"Kafirun\", \"Tohid\", \"Fələq\" və \"Nas\" surələrini hər birini yeddi dəfə oxuyub desin: \"Əllahummə ərini mənami kəza.\" \"Kəza\" sözünün əvəzinə yuxuda görmək istədiyi ölünün adını çəkib və daha sonra belə desin: \"İcəl li əmri fərəcən və məxrəca.\"...


Əmirəl-mömininin (ə) təsbihatı necədir?


Əmirəl-mömininin (ə) təsbihatı necədir? Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq. Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra:
10 dəfə “Subhənallah”. 10 dəfə “Əlhəmdulilləh”. 10 dəfə “Allahu Əkbər”. 10 dəfə “Lə iləhə iləllah” demək.
Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: “Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”. (və sair saysız dünya və axirət savabına çatar... Bəra deyir: “Bəli”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter