İmam Hüseynin (ə) bəşəriyyətə verdiyi hansı 6 dəyərli dərs vardır?


İmam Hüseyn (ə) hər bir Məsum İmam (ə) kimi bizlərə dəyərli dərslər və ibrətlər vermişdir. İmamın (ə) bizə verdiyi altı ibrətli dərsi ilə tanış olaq:
1. Aşura günü haqq ordusu ilə batil ordusu vuruşurdu. Əziz İmam Hüseyn (ə) əvvəldən axıradək haqqı bəyan edir və batili ifşa edirdi. İmamın (ə) bəzi buyuruşlarına diqqət edək: «Heyhat, zillət bizdən çox-çox uzaqdır». Düşmən qoşunundan bəzisi İmam Hüseynin (ə) şəhid olmasını güman edib, xeymələrə hücum etmək istədikdə, İmam (ə) fəryad edib buyurdu: “Əgər dininiz yoxdursa və Qiyamətdən qorxmursunuzsa, heç olmasa azad kişi olun (dünyada qeyrətiniz olsun)”...


Fərqli mübarizə metodlarından istifadə edən məsum imamların arasında məqsəd fərqi varmı?


Bütün İmamların məqsədi insanların təkamülüdür!
Bütün İmamların məqsədi tövhiddir və bu məsələdə şübhəyə yer yoxdur. Amma hər bir İmamın hərəkəti mövcud şəraitə görə fərqlənmişdir. Qayçının iki ağzı bir-birinə zidd hərəkət etsə də əslində eyni bir işi görür. Komanda oyunlarında hər oyunçu öz mövqeyinə uyğun hərəkət etsə də, ümumi məqsəd komandanın qələbəsidir. Bəli, bütün İmamların məqsədi insanların təkamülüdür. Amma bu məqsədə çatmaq üçün bəzən vuruşmaq, bəzən elmlə məşğul olmaq, bəzən hicrət etmək, bəzən də susmaq lazım gəlir.


Həzrət Zəhranın (s.ə) bu dünyada xüsusən sevdiyi 3 əməl hansılardır?


Həzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar. Xanım (s.ə) buyurur: “Sizin dünyanızdan üç şeyin məhəbbəti qəlbimə düşmüşdür: Quran tilavəti, Allah Peyğəmbərinin (s) üzünə baxmaq, Allah yolunda infaq etmək”. Quran tilavəti.
Biz müsəlmanların çox təəssüf ki, ən az diqqət etdiyimiz dəyərli əməllərdən biri Quran tilavətidir. Bu əziz kitabı alırıq və evimizin ən yuxarı yerinə qoyuruq, ancaq çox vaxt onu vərəqləyib oxumuruq. Halbuki, Allah Təala Quranda buyurmuşdur:“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 57-58).


Peyğəmbərimiz (s) qonağı necə yola salardı?


Qonağı mənizlin qapısına qədər ötürmək İslam əxlaqındandır. Bu yolla qonağa demək istəyir ki, səni gördüyümə şadam və bir daha gəlmiyini istəyirəm. Həzrət Peyğəmbər (s) buyurur: “Qonağın ev sahibi üzərindəki haqlarından biri budur ki, onunla birlikdə getsin, o zamana qədər ki, mənzilindən xaric olar”.
Peyğəmbər (s) o zaman ki, bir möminlə xudahafizləşər idi, ona buyurardı: “Allah sizə təqva azuqəsi versin, sizi bütün yaxşılıqlara agah etsin, hacətlərinizi yerinə yetirsin, din və dünyanızı sağlam etsin, mənə tərəf salamatlıqla qayıdasınız”. Başqa hədisdə oxuyuruq ki, Peyğəmbər (s) müsafiri yollayan zaman əlindən tutub buyarardı: “Allah yaxşı yoldaşları sənə nəsib etsin, xoşagəlməz hadisələri sənin üçün asan etsin, uzağı sənə yaxın etsin, azuqəni sənin üçün kifayət etsin, din və əmanətini qorusun, əməlini xeyirlə xətmləndirsin, səni bütün yaxşılqlara agah etsin. Allahın bərəkəti ilə hərəkət et”...


Qədir-Xumun daimiliyinin zəmanəti nədədir?


Allah Təala bir hadisəni tarixin yaddaşında qalmasını qərar verirsə, o hadisəni müxtəlif fraqmentlərlə tarixə həkk edir. Qədir-Xum – məhz bu cür hadisələrdəndir. Bu mübarək hadisə insanlıq tarixinə bir neçə cəhəti ilə qeyd edilib. Hadisənin reallaşması insanlıq üçün kifayət qədər mühümdür. Məhz bu səbəbdən bu mübarək gün öz yerini ən çətin zaman kəsiklərində belə, qoruya bilib. Bu hadisəni yaddaşlarda saxlayan fraqmentlərin bəzilərini gözdən keçirək:
1. Vida həcci. 23-illik peyğəmbərlik yolunun sonu. Dünyaya gəlib-gedəcəklərin hamısının arasında ən üstün bir şəxsin son həcci – çox mühüm və hüznlü bir hadisədir. Yer ilə göy arasında vəhy rabitəsinin qırılmasının və 124 min peyğmbər zəncirinin kamala çatmasının tarixdə təkrarı olmayacaq...


4 mindən çox tələbəsi olan İmam Sadiq(ə) kimdən dərs alıb?


Həmçinin tarixi mənbələrdə İmam Əlidən (ə) öncəki xəlifələrin çətin vəziyyətdə olanda, yəhudi alimlər və kahinləri sual üçün xəlifənin yanına gəldikdə İmam Əliyə (ə) üz tutmaları, İmamın da hər kəsi heyran edəcəyi halda cavab verməsi, yaxud İmam Rzanın (ə) vaxtında elmi bəhslərdə hər kəsin heyran olması, İmam Baqir(ə) heç kəsdən təlim almadan 3 oxu bir-birinə vurması bəşərdən üstün bir elmə malik olmalarının göstəricisi deyilmi? Elə isə bu şəxslər (ə) öz elmini kimdən almışlar? Onları (ə) kim öyrətmişdir? Peyğəmbərin (s) əmanət qoyduğu, Qiyamətə qədər Qurandan ayrı düşməyən Əhli-Beyt kimdir? Allahın Quranda Kitabı miras olaraq əmanət etdiyi paklanmışlar kimdir? Həzrət peyğəmbərin (s) işarə etdiyi, Qureyşdən olan və qiyamətə qədər Quranı təhriflərdən qoruyan 12 İmam kimdir? Quranın:” (İbrahim:) “Nəslimdən də (İmam et)!”– dedi. (Allah:) “Zalımlar Mənim (İmamət) əhdimə nail olmazlar!”– dedi.” Ayəsinə əsasən bu ümmətin zərrə qədər zülm etməyən immları kimlərdir? 4 min tələbəsi olan və elmdə misli olmayan İmam Sadiq(ə) bəs kimdən dərs alıb?


Əziz İslam peyğəmbərinin (s) adı çəkilən Quran ayələri hansı surələrdə gəlmişdir?


Əziz İslam peyğəmbəri də Quranda nəbi, rəsul, həmçinin adı ilə qeyd olunur. Peyğəmbərin adı Quranda 4 dəfə zikr olunur:
-“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz?” (Ali-İmran-144)
- “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab-40)
- “İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir (yaxşılaşdıracaqdır).” (Məhəmməd-2)...


İmam Əliyə (ə) məxsus \"Əbu-Turab\" ləqəbinin heyrətamiz tarixçəsi və mənası nədir?


Həzrət peyğəmbər (s) İmamı (ə) bu adla çağıranda səhabələr bu künyənin (ləqəbin) mənasını və səbəbini soruşduqda peyğəmər (s) buyurdu: \"Qiyamət səhnəsi bərpa olanda kafirlər Allahın Əli (ə) üçün və onun (ə) dostları üçün hazırladığı cənnət mükafatlarını gördükdə deyəcəklər- Ey kaş! Mən də torpaq olaydım! Yəni Əlinin (ə) davamçılarından (şiələrindən) olaydım. Bu Allahın sözüdür!\" (Nəbə-40) İləluş-şərae. Biharul-ənvar-35/51) Bu mətləb həm də Əhli-sünnənin mötəbər mənbələrində qeyd olunub: Hədisdə deyilir, bir gün peyğəmbər (s) İmamın (ə) evinə gəlir və onun məsciddə olduğunu bilib ora doğru gedir. Peyğəmbər (s) gəlib Əlini (ə) torpaq üzərində yatan görür və gəlin başı üzərində durur. Sonra əlini torpağa sürtüb İmamın kürəyinə çəkir və deyir: \"Otur,Ey Əbu-Turab!\". (Səhih Buxari.Mənaqib- Mənaqibu Əli ibn Əbu talib) (Səhih Muslim-Fəzailus-səhabə. Əli ibn Əbu-Talibin fəzilətləri babı)/


Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavablar


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq: - Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq. - Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir. - Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq. - Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır...


Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı?


Peyğəmbər (s) həzrət Əliyə (ə) bəzi işlərin vacibliyinin həddini çatdırmaq üçün belə tövsiyə edir: Ey Əli!
1. Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et.
2. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et.
3. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get.
4. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get.
5. Dəvəti qəbul etməkdən ötrü üç millik yol get.
6. Mömin qardaşını ziyarət etməkdən ötrü dörd millik yol get...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter