Həzrət Zəhranın (ə) şəhadətdən öncə son sözləri nələr oldu?


Həzrət Zəhranın (ə) şəhadətdən öncə son sözləri nələr oldu? Xanım Zəhranın (s.ə) son sözləri
Ya Əli (ə) - Nə olar ağlama... Baxma mənim ağlamağıma; Mən sənin üçün gözyaşı tökürəm, sən niyə ağlayırsan? Sənin gözlərini yaşlı görməyə dözə bilmərəm Əli, nə olar ağlama...Həm, halına ağlanılacaq biri varsa o da Sənsən; Səndən daha məzlum, səndən daha qərib və səndən daha yalnız kim var?...
-Səni və balalarımı Allaha əmanət edirəm Əli. Qiyamətə qədər bütün övladlarımıza salamımı söylə. Allah yarınız, köməkçiniz olsun.
Ah! Əli, bax!... Sən də görürsənmi mənim gördüyümü? Bax, bu Cəbrayıldır! Mənə xoş gəldin deyir, təbrik edir, bax! ...
- Allahın seçilmiş mələkləri mənim görüşümə gəliblər. - Əleykesselam ey ölüm mələyi! Al canımı da, atama qovuşdur məni... Ata!... Nə qədər də darıxdım sənin üçün, bir biləsən!
Allahım! Rəbbim! Ey ucalar ucası! Mən sənə gəlməkdəyəm indi, al məni Allahım! Bəli, sənə gəlməkdəyəm indi, atəşə deyil!
Salam atam! Vədlərin həmişə haqq çıxıb, salam olsun sənə! Salam o təbəssümünə! Fatimən gəldi, Zəhra-yı Merziyyən gəldi! Gözün aydın olsun ata! Mərhaba!.


Əmirəl-Mömininin (ə) hədisində dəyərli insanlar kimlərdir?


Əmirəl-Mömininin (ə) hədisində dəyərli insanlar kimlərdir? Həzrəti Əmirəl möminin (Allahın salamı və salvatı olsun ona) buyurur:
Dünyada 4 dəyər:
1.Elminə əməl edən alimin dedikləri.
2. Elm öyrənməkdən çəkinməyən cahil.
3. Malını Allah yolunda xərcliyən səxavətli.
4. Axirətini dünyasına satmayan fəqir.


İslam Peyğəmbərinin (s) hədisində kimlərin namazı qəbul olunmayacaq?


İslam Peyğəmbərinin (s) hədisində kimlərin namazı qəbul olunmayacaq? Allahın Rəsulu Həzrəti Muhəmməd Mustafa (ə) buyurur: Beş nəfərin namazı yox kimidir.
1-Əri narazı olan qadının namazı hesaba gəlməz.
2- İmam camaat ki, ona iqtida edənlər onun əməllərindən narazıdırlar.
3-O şəxs ki, dini qardaşı ilə əlaqəsini kəsibdir və üç gündən çox onunla danışmaya,
4-O şəxs ki, davamlı olaraq şərab içir. (eləcə də deyə bilərik böyük günahları edən şəxsin tövbə etməyə qədər ibadətləri qəbul olunmaz.
5-Mömin şəxsin qeybətini edən şəxsin namazı hesaba gəlməz, o zamana kimi ki, qeybəti olunan şəxs haqqını bağışlaya.


Imam Sadiqin (ə) hədisində Fatimeyi Zəhranın (ə) adlarının hikməti nədir?


Imam Sadiqin (ə) hədisində Fatimeyi Zəhranın (ə) adlarının hikməti nədir? İmam Sadiqin (ə) hədisində xanım Zəhranın (ə) adlarının hikməti:
İmam Sadiq (ə) buyurdular: “Fatimənin Allah yanında 9 adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddisə və Zəhra
Adlarının hikməti: 1-Fatimə (s) yəni o və şiələri cəhənnəm odundan uzaqlaşdırılmışlar” 2-Siddiqə (s) Düz sözdən başqa heç bir söz danışmadı, 3-Mübarəkə: Çoxlu xeyrə sahib olan, (ən bariz nümunəsi ümmətin hidayətini gətirən İmamların anasıdır). 4-Tahirə: O (xanım bütün ) zahiri və mənəvi çirkinliklərdən uzaqdır”. 5-Zəkiyyə: Zəka yəni inkişaf və irəliləyiş eləcə də paklıq mənasındadır. Hər iki məna o xanımın haqqında təsəvvür oluna bilər. 6-Raziyə: Xanımın həyatı çoxlu çətinlik və qəmlərlə dolu idi. Amma heç zaman dilini şikayətlə açmadı. 7-Mərziyyə: O müqəddəs xanımın bütün işləri Allahın razılığı və Peyğəmbərinin göstərişi ilə olardı. 8-Mühəddəsə: Ona göylərdən mələkələr yerə enər və o xanımla həmsöhbət olardılar”. 9-Zəhra: Bu müqəddəsə xanım mehrabda duranda onun nuru göylərdə yerləşənlər üçün saçardı. O cürə ki, göylərin ulduzları yer əhli üçün nur və işıq saçarlar”.


İmam Huseyindən (ə) günahla mübarizə yoluna aid bir hədis yazın?


İmam Huseyindən (ə) günahla mübarizə yoluna aid bir hədis yazın? Günahla mübarizə yolu İmam Huseyin (ə) hədisində:
Bir kişi İmam Huseynin (ə) hüzuruna gələrək dedi günahkaram və günahdan çəkinə bilmirəm. Bu şeytani yoldan uzaqlaşmaq üçün mənə nəsihət edin. İmam Huseyin (ə) cavabında buyurdu: Beş iş yerinə yetir onlardan sonra hər nə qədər günahlar istəyirsən et! O əməllər ibarətdir:
1-Allahın ruzisini yemə və hər nə qədər günah istəyirsən et! 2-Allah hökumətindən çıx hər nə qədər günah istəyirsən et! 3-Günah üçün elə bir yer seç ki, Allah səni görməsin hər nə qədər günah istəyirsən et! 4-Əzrail canını almaq üçün gələndə onu uzaqlaşdır hər nə qədər günah istəyirsən et! 5-Cəhənnəm sahibi səni oda atanda, alova girmə hər nə qədər günah istəyirsən et! (İmam günahkar şəxsə demək istəyir ki, əgər bunları etməyə qüdrətin varsa onda günaha etməkdə azadsan əks təqdirdə bəs nə üçün bu qorxuları hiss edərkən günahdan çəkinməyə çalışmırsan?!). İmam Huseyin (ə) sözlərinin ensiklopediya kitabı, Hədis: 559.


Hansı saleh əməllərdir ki, Yaradan cavabsız qoymaq?


Hansı saleh əməllərdir ki, Yaradan cavabsız qoymaq? Peyğəmbərdən (s) nəql olunan hədislərdə gəlmişdir, həzrət buyurur:
Allah-təala buyurur: “Ey mənim bəndələrim! Altı şey sizdəndir, altı şey Məndən;
1- tövbə sizdəndir, bağışlamaq Məndən, 2-itaət sizdəndir, behişt Məndən, 3-şükr sizdəndir, ruzi Məndən,
4-riza (razılıq) sizdəndir, qəza (təqdir) Məndən, 5-səbr sizdəndir, bəla Məndən, 6-dua sizdəndir qəbul etmək Məndən.


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır?


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır? Əziz İslam Peyğəmbəri Hz. Məhəmməd (s): Altı şey altı yerdə qəribdir: 1). Məscid namazqılmayanlar arasında; 2). “Müshəf” (Quran ya hər hansı bir kitab) onu oxumayanlar arasında; 3). Quran fasiqlərin ağzında - (onu fasiq oxuyarkən); 4). Müsəlman qadın zalim, fasiq və pis əxlaqlı kişinin əlində; 5). Müsəlman saleh kişi rəzil və pis əxlaqlı qadın əlində; 6). Alim, ona qulaq asmayanların (onun elmindən istifadə etməyənlərin) arasında.
Allah-Taala Qiyamət günü onlara (bu altı şeyi qərib edənlərə) baxmayacaq (onlardan üz çevirəcək).


Möminliyin əlamətlərini rəvayətlər baxımında yazın?


Möminliyin əlamətlərini  rəvayətlər baxımında yazın? İmam Həsən Əsgəri (ə) buyurur: “Möminliyin əlaməti beşdir:
1-Gecə-gündüz vaxtında 51 rəkət vacib və nafilə namazlarını qılmaq, 2-İmam Huseyin (ə) ərbəinində (İmamın qırxında) İmamı ziyarət etmək və ya əl çatmaza İmamın ziyarət naməsini oxumaq. 3-Sağ ələ üzük taxmaq, 4-Alını torpağa səcdəyə qoymaq, 5-Bismillahir-Rəhmanir-Rəhimi ucadan demək.
(Şeyx Səduq fiqhi kitabı olan “Təhzib”-ində və “Misbahuz-Ziyarədə” bu duanı İmam Sadiqdən (ə) ərbəinə aid olduğunu nəql etmişdir.


İmam Zamanın (ə) qeybi dövründə İmam Sadiq (ə) hansı duanı oxumağı bizə vəzifə olaraq tanıtdırır?


İmam Zamanın (ə) qeybi dövründə İmam Sadiq (ə) hansı duanı oxumağı bizə vəzifə olaraq tanıtdırır? İmam Sadiq (ə) İmam Zamanın (ə) qeybət dövründə oxunmağı lazım bildiyi dua ibarətdir:
\"Allahummə ərrifni nəfsəkə fəinnəkə in ləm tuərrifni nəfsəkə ləm ərif nəbiyyəkə. Allahummə ərrifni rəsuləkə fəinnəkə in ləm tuərrifni rəsuləkə ləm ərif höccətəkə. Allahummə ərrifni höccətəkə fəinnəkə in ləm tuərrifni höccətəkə zələltu ən dini\".
(İlahi! özünü mənə tanıtdır əgər tanıtdırmasan sənin nəbini tanıya bilməyəcəm. İlahi Rəsulunu mənə tanıtdır əgər onu tanımasam zamananın höccətini tanıyamıyacağam. İlahi zamanamızın höccətini tanıtdır əgər tanımasan (zamanamızın höccətini dinimi saxlamaxda yolumu səhv gedərəm.


İmam Rzanın (ə) tövsiyələrindən bir neçəsini yazın?


İmam Rzanın (ə) tövsiyələrindən  bir neçəsini yazın? İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: “Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu açmasınlar... ”. (Tebyan) İmam Rza (ə) buyurur: “İnsanlara de ki, xəyanət etməsinlər”.
İmamın bizlərə tövsiyə etdikləri: 1. Şeytanın yolunu açmayaq. 2. Danışan zaman düz danışaq. 3. Əmanətə xəyanət etməyək. 4. Sükut etmək və yersiz söz, danışmamaq. 5. Bir-birimizi görməyə gedək. 6. İmam (ə) insanlara tövsiyə verməklə yanaşı, bəzilərini nifrinləyir və buyurur: “Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. 7. İmam (ə) buyurur: “Allah Əhli-beyt (ə) davamçılarından iki dəstəni bağışlamaz: müşrik olanı və ürəyi bədbin olanı”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter