Namazda hansı şərt olarsa qıldığımız namaz həqiqi namaz hesab olunar?!


Namazın bir zahiri vardır ki, ona əməl etmək vacibdir. Dəstəmaz alırıq, səcdəyə və rükuya gedirik. Namazın surələrini düzgün tələffüs edirik və bu kimi. Bunlar – namazın zahiri əhkamlarıdır.
Batini hissə odur ki, qıldığımız namazda Allaha diqqət edərik və qəlbimizlə Allahla əlaqə yaradarıq. Bu, həccə bənzəyir ki, insan Kəbənin Sahibinə olan eşqinə görə, bu müqəddəs məkanın hər tərəfini qucaqlayıb öpmək istəyir. Sanki kimisə itirmişdir və bütün qəlbi və ruhu ilə onu tapmağa çalışar. ...
Mərhum Ayətullah Qazinin şagirdlərindən biri deyir ki, o, namazı xüsusi eşq ilə qılırdı. Bəzən hava soyuq olduğu üçün çoxlu paltar geyinərdi ki, ona soyuq olmasın. Ancaq elə ki, namaz qılardı, istilənər və üst-üstə geydiyi paltarları bir-biri çıxarardı. Mərhum Qazi buyururdu ki, mən saqqalımı girov qoyaram ki, əgər kimsə şövqlə namaz qılarsa, həmin namaz onu kamallara çatdırar...


İmam Baqir (ə) onun zəhmətkeşliklə qazanmasına etiraz edən şəxs necə cavab verdi?!


Zəhmətkeşlik - Məhəmməd ibn Münkədər deyir: Əli ibn Hüseynin oğlu Məhəmməd ibn Əlini görənə qədər düşünməzdim ki, onun özündən üstün bir canişini olsun. Onunla görüşdə nəsihət vermək istədim. Amma o mənə nəsihət verdi.
Çox isti saatlarda Mədinə ətrafına getmişdim. İmam Baqiri (ə) qan-tər içində işləyən gördüm. Öz-özümə dedim ki, sən Qüreyşin böyük şəxsiyyətinə bax! Günün isti saatlarında dünya dalınca qaçır! And içdim ki, ona nəsihət verəcəyəm. Yaxınlaşıb salam verdim. Tövşüyə-tövşüyə salamımı aldı. İstinin təsirindən üz-gözündən tər axırdı. Ona dedim ki, Allah işini avand etsin, Qüreyşin belə bir böyük insanı günün istisində dünya üçün çalışır?...


Allah Təalanı (c.c) zikr etmək nə deməkdir?!


Cavab: «Zikr» ərəbcədən tərcümədə «yada salmaq» deməkdir. Allah-təala Quranda buyurur: «Məni yada salın ki, mən də sizi yada salım».
Sözsüz ki, Allahı yada salmaq, təkcə dilə aid deyildir. Dil qəlbin tərcüməçisidir. Allahın zikri dedikdə, insanın Onu bütün varlığı ilə yada salması nəzərdə tutulur. Bu elə bir zikrdir ki, insanı günahdan uzaqlaşdırır, onu itaətə sövq edir.
Həzrət Peyğəmbər (s) buyurur: «Bu ümmətdə üç işi tam yerinə yetirməyə qüvvə çatmır: var-dövlətdə din qardaşı ilə bərabərlik, ədalətli mühakimə ilə xalqın hüququna riayət, Allahın ardıcıl zikri. Zikr «sübhanallah», «əlhəmdu lillah», «la ilahə illəllah», «əllahu əkbər» deyil. Zikr odur ki, qarşıya haram iş çıxdıqda ,Allahı yada salıb, bu işdən uzaq olasan»...


Niyə bu zikri demək, 100 dəvə qurbanından üstündür?


Zikrlərin içərisində \"SübhənALLAH” zikrinin öz xüsusi yeri vardır. Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim yüz dəfə \"SübhənALLAH” deyərsə, yüz dəvə sürməkdən daha yaxşıdır”. Bir nəfər İmam Əlidən (ə) soruşur: \"Ey Əbulhəsən! \"SübhənALLAHın” təfsiri nədir?” Həzrət (ə) buyurur: \"ALLAHın izzətini böyük tutmaqdır. Onu, müşriklərin ALLAHın pak zatına nisbət verdikləri hər cür çirkinliklərdən pak və böyük bilməkdir. Nə zaman bəndə bu kəlməni deyər, bütün mələklər onun üçün rəhmət istəyərlər”.
İmam Baqir (ə) buyurur: \"Peyğəmbər (s) buyurub: \"Hər kim \"SübhənALLAH” desə, ALLAH onun üçün behiştdə ağac əkər”.
Yunis ibni Yəqub nəql edir ki, İmam Sadiqə (ə) dedim: \"O kəs ki, yüz dəfə \"SübhənALLAH deyər”, ALLAHı çoxlu yada salıb zikr edənlərin zümrəsindən olarmı?”. Həzrət (ə) buyurdu: \"Bəli””. İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: \"O zaman ki, bəndə \"SübhənALLAH” deyər, ALLAHın ərşindən aşağıda olanlar onunla \"SübhənALLAH” deyərlər. Deyənə on bərabər səvab verilər...


Quran və hədislərdə qeyd olunan «Liqaullah» nədir?


Cavab: Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, «liqaullahdır». Liqaullah, ərəb dilindən tərcümədə «Allahla görüş» mənasını verir. Allah-təala cism olmadığımızdan onun adi gözlə görünməsi də, sözsüz ki, mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur. Allahın mükafat, cəza, nemət və əzabı bu qüdrətin təzahürlərindəndir. Bu sözün başqa bir mənası da zahir yox, iç gözü ilə Allahın varlığına şahid olmaqdır. İnsan elə bir kamillik mərtəbəsinə çata bilər ki, Allah-təalanı sanki qəlb gözü ilə görər və onun varlığına bir zərrə də olsun şəkki qalmaz...


Güc çatmayan məsələni necə həll etmək olar?


Cavab: «Fürqan» surəsinin son ayəsində buyurulur:«De ki, duanız olmasa, Rəbbimin yanında heç bir dəyəriniz yoxdur».
Ayə və rəvayətlərdəduanın əhəmiyyətinə kifayət qədər işarə olunmuşdur.Nəfsini paklandırmaq, kamil bir insan olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır.İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki,İslama ümid yeri, sığınacaqkimi baxan cəmiyyətlərdə«Allahdan yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv olma təhlükəsi ilə üzləşmiş əkin sahələrinixilas etmək üçün insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına təsadüf olunmayıb.


Özünü islah etməmiş insan, başqalarını islah edə bilərmi?


Cavab: İslam dini öz ardıcıllarını cəmiyyətin islahına çağırır. Ümumiyyətlə, müəyyən bir yola bağlanmış insan, fitri olaraq başqalarını da bu yolda görmək istəyir. Amma bu işdə heç də hamı müvəffəq deyildir.
Qurani-kərimdə «Allaha tərəf çağırın»-deyə əmr olunur və bu çağırışın proqramı təqdim olunur. «Fussilət» surəsinin 33-36-cı ayələrinə əsasən, təfsirçilər Allaha tərəf çağırışın dörd mərhələsini qeyd edirlər:
1. Dəvət edənlər iman və əməl baxımından özlərini islah etməlidirlər;
2. Pisliklər yaxışlıqla aradan qaldırılmalıdır...


Ziyarət sözünün lüğətdə və dini termində mənası nədir?


Ziyarət sözü lüğətdə görüş, termində isə şəfaətli məsumlar qarşısında hazır olub ilahi insanlarla ruhani görüşməkdən ibarətdir.
Ziyarət: İman və məsum rəhbəri ilə qəlbi bağlılıq rabitəsi yaratmaqdır.
Ziyarət: Özünü İmamın pənah və feyz zonasında qərar verməkdir.
Ziyarət: Bircə an belə hidayət etmək, yönəltmək və təmin fikrindən qafil olmayan və bütün bərukətin ömrünü xalqın təmin və tərbiyəsinə sərf etmiş (ilahi) rəhbərlərə hörmət qoyub onları uca tutmaqdır.
Ziyarət: Bütün ömür boyu fədakarlıq və güzəşt edən dini rəhbərlərdən təşəkkür etməkdir...


Sual: Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bə`zi namaz qılanlar günaha yol verir?


Cavab: İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.Məktəb və universitetin işi insanın elmi təkamülünü tə`min etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.


Sual : Butun insanlarin,,\'gozunde bedenezer var? umumyetle bednezer nedir?


Cavab: Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.
Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir».
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...» . Həzrət Əli (ə) buyurur:«Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gözdəymə duası hazırlamışdı». Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil. Bəs, gözdəymə həqiqətdir amma hər kəsin gözündə belə xüsusiyyət yoxdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter