Namaz və ibadətlərin qəbul olunmasının 6 şərti hansılardır?!


Namazın və ibadətlərin qəbul olmasının 6 şərti vardır ki, onlarla tanış olaq:
1. Etiqadi şərt. Namaz qılanın gərək Allaha imanı olsun. Allah Təala Quranda buyurur: “Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).
2. Vilayət şərti. İlahi rəhbərə malik olmaq – ibadətin qəbul olmasının ən mühüm şərtlərindən biridir. Hədislərimiz buyurur ki, əgər insanın İlahi rəhbəri olmazsa, etdiyi ibadətlərin nəticəsi və səmərəsi olmaz.
3. Əxlaqi şərt. Allah ancaq təqva əhlindən qəbul edir. Ona görə də təqva – ibadətin qəbul olma şərtlərindən biridir...


İSLAM DİNİ ÖVLADI OLMAYANLARA HANSI 9 TOVSİYƏNİ EDİR?!


1. Heç zaman ümidinizi üzməyin, hər şey Allahın əlindədir!
2. Ailə həyatında soyuqluğa yol verməyin.
3. Qadın övladı olana qədər hamiləliyin qarşısını alan heç bİr vasitədən istifadə etməməlidir.
4. İmam Səccaddan (ə) nəql olunmuş bu duanı yetmiş dəfə oxuyun:
رَبِّ لا تَذَرْنِی فَرْداً وَ أَنْتَ خَیْرُ الْوارِثِینَ وَ اجْعَلْ لِی مِنْ لَدُنْکَ وَلِیّاً یَبَرُّ بِی فِی حَیَاتِی وَ یَسْتَغْفِرُ لِی بَعْدَ وَفَاتِی وَ اجْعَلْهُ خَلْقاً سَوِیّاً وَ لَا تَجْعَلْ لِلشَّیْطَانِ فِیهِ شِرْکاً وَ لَا نَصِیباً اللَّهُمَّ إِنِّی أَسْتَغْفِرُکَ وَ أَتُوبُ إِلَیْکَ إِنَّکَ أَنْتَ الْغَفُورُ الرَّحِیمُ
5. Ər və arvad hər sübh və axşam 70 dəfə \"sübhanəllah”, 10 dəfə \"əstəğfirullahə rəbbi və ətubu iləyh”, 9 dəfə \"subhanəllah” və bir dəfə \"əstəğfirullahə rəbbi və ətubu iləyh” desinlər...


İnsan həyatını işıqlandırmaq Allahı zikr etməklə mümkündür! Hansı zikrləri edək?!


Zikrin gətirdiyi faydalardan biri də ağlın bişməsi və hikmət əldə etməkdir. Zikr insan idrakını coşdurar və ayıldar. Həzrət Peyğəmbər (s) səhabəlrəinə buyurur: \"İstəyirsinizmi ki, sizi dinar və dirhəmdən daha yaxşı və mənəvi dərəcənizi qaldıra bilən əməldən agah edim?”. Hamı dedi: \"Bəli”. Həzrət (s) buyurdu: \"Bu, Allahı çoxlu zikr etməkdir”.
Bəs hansı zikrləri edək?
1. Təsbihati-ərbəə. \"سبحان الله و الحمد الله و لا اله الاّ الله و الله اکبر (\"Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər”)”
Həzrət Peyğəmbər (s) buyurur: \"Beş şey tərəzidə ağır olar: təsbihati-ərbəəni çox demək, müsəlman olan layiqli övladın ölməsi, övladı ölən zaman səbir ətəyindən əl çəkməmək və Allahın hesabına tapşırmaq”...


İnsan həyatını xilas edən duanın möcüzə nə həddə düzgün fikirdir?!


Əsri Səadətdə ticarətlə məşğul olan bir mömin tacir vardı. Bu tacir ticarətində halalı, haramı gözləyirdi. Allah və Rəsulu üçün ticarət edər, hamının haqqını qoruyardu. Ticarətini Şam və Mədinə şəhərləri arasında aparar, çox vaxtda karvanla deyil təkbaşına getməyi sevirdi.
Bir gün aldığını almış, satdığını satmış Şamdan Mədinəyə doğru yola çıxmışdı. Xeyli yol getmişdiki, başdan aşağı silahlanmış bir quldurla qarşılaşdı. Quldur bu mömin taciri hədələyərək dedi:- Mallarını yerə tök, dəvələrinidə bu ağaca bağla! Mömin tacir: - Mallarım səninki olsun, məni burax gedim-dedi.
Quldur: - Bu günə qədər elə bir adam olmayıbki soyub, özünüdə öldürməyim! -dedi. - Madamki, məni öldürəcəksən, səndən son bir istəyim var...


Allah-Təalanın (c.c) həqiqi qulu hansı məsələləri unutmamalıdır?!


Qul odur ki, Allah Rəsulunun (s) dəvətini qəbul edir.
Qul odur ki, acizliyini, heç kimliyini və möhtac olduğunu bilir.
Qul odur ki, Həmzələ (ra) kimi \"münafiq oldum!” deyə daim ürəyində narahatlıq hissi yaşadır.
Qul odur ki, Rəsulullah (s) yatarkən,ona zərər verməsin deyə ilan dəliyini topuğuyla bağlayıb, sonra isə ilan sancmasının verdiyi əziyyətə səbr edir.
Qul odur ki, Əli ibn Əbu Talib və onun zövcəsi Fatimə bintu Muhəmməd (s) kimi özləri ac ikən yeməyi miskinə verir.
Qul odur ki, əməllərini tək Allah rzası üçün edir.
Qul odur ki, insanları daim yaxşılığa dəvət edir, münkər işlərdən uzaqlaşdırır...


1 dəqiqənin hökmü İnsan həyatında nəqədərdir?!


Sən vaxtı öldürənə kimi vaxt səni öldürür.
1 dəqiqədə beş dəfə \"Fatihə\" surəsini oxuyub hər dəfə 1400 savab qazanmaq olar. Beş dəfə oxumaqla 7000 savab qazanmış olarıq.
1 dəqiqədə 10 dəfə \"İxlas\" surəsini oxuyub Quranı 3 dəfə xətm etmək olar. Hər gün 1 dəqiqə \"İxlas\" surəsini ayırsaq, ayda 300, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir.
1 dəqiqədə Quranın bir səhifəsini oxumaq olar.
1 dəqiqədə qısa bir hədis, və ya qısa bir ayə əzbərləmək olar. 1 dəqiqədə otuz dəfə Kəlməyi Şəhadəti iqrar edə bilərik.
1 dəqiqədə 12 dəfə \"Subhanəllahı vəlhəmdulillahi və la ilahə iləllah\" (Allah pakdır, şükür və sənalar Onadır və Allahdan başqa Allah yoxdur) zikrini təkrar edib Allahın əhv və mərhəmətinə nail olarıq...


İslam Maarifinə əsasən insanı həqiqi yoldan azdıran 5 əsas amil hansılardır?!


İnsanı həqiqi yoldan azdıran amilləri tanıyaq== İnsanın səadətə tərəf hidayət olması fitri olaraq, varlığına qoyulmuşdur. Bu fitri amillə bir yerdə çox sayda başqa amillər vardır ki, insanı düz yoldan azdıra bilər. İmam Əli (ə) insanı həqiqi yoldan azdıra bilən amilləri tanıtmış və təkamül yolunu nişan vermişdir.
1. Havayi nəfs.
Hisslər insanın həyat mənbəyidir və əgər insan hisslərindən azad olarsa, məhv olar. Ancaq bunu da nəzərə almaq lazımdır ki, hər bir şeyin həddi və sərhədi olduğu kimi, hisslərin də sərhədi və həddi olmalıdır. İnsan hisslərinin oyuncağına çevrilməməlidir. Havayi-nəfs - əslində insanın varlığında olan heyvani hisslərdir. Əgər məntiqli şəkildə məhdudlaşdırılarsa, insan həyatının mənbəyinə çevrilər. İmam Əli (ə) bu haqda buyurur: \"Sizə təqvanı tövsiyə edirəm. Öz nəsihətləri ilə üzr yolunu sizin üçün bağlayan və aydın dəlili ilə hücəti tamamlayan \"tanrıdan” pəhrizi tövsiyə edirəm...


Ailə münasibətlərində kişilər xanımları ilə hansı münasibətlərlə davranmalıdırlar?!


Kişilərə bir neçə sehirli məsləhət:
Xanımınızı başqalarının yanında tənqid etməyin! İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin!
Xəstə olduğu günlərdə ona xüsusi qayğı göstərin!
Xanımınızın ev fealiyyətini ananızın və başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətleərini muqayisə etməkdən başqa) onu tənqid etməyin!
Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin! Sizə etdiyi xidmətlərə görə ona təşəkkür etmeəyi unutmayın!
Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın! Xanımınızı onun xoşladığı adla cağırın!


Ayətullah Cəvadi Amuli duaların qəbul olunması üçün hansı tapşırığı verir?!


(Ayətullah Cavad Amulinin əxlaq dərsindən) Dini təlimlərdə oxuyuruq ki, əgər günaha düçar olsan, tez bir zamanda yaxşı bir iş gör ki, həmin günahı aradan apara bilsin. Çünki əgər günah parçalanarsa, insanın varlığında çürüklər əmələ gətirər və onu kor və kar edər. Günahın qəlbimizi kor etməməsi üçün ALLAHı zikr etməliyik. Bu zikrlərin zaman və məkanı yoxdur. \"Ey iman gətirənlər, ALLAHı çox zikr edin!”. ALLAH bəzi ayələrdə buyurur ki, zikr üçün ən yaxşı zaman - namaz zamanıdır. \"(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda ALLAHı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın”. (\"Nisa” 103).
Daima ALLAHı xatırlayın, ALLAHı daima xatırlamaq insanı qəflətdən uzaqlaşdırar. Nəql edilir ki, Həzrət Peyğəmbər (s) bir bağın kənarından keçirmiş. Ağac əkən bağbana buyurur: \"İstəyirsənmi ki, mən səni ağac əkməkdən daha faydalı bir işlə agah edəm?” Deyir: \"Bəli”. Buyurur: \"Sənin əkdiyin ağacın səmərəsi müvəqqətidir. Ancaq hər səhər və hər axşam təsbihati-ərbəəni desən, ALLAH sənin üçün behiştdə hər bir təsbihin qarşısında bir ağac əkər ki, daima meyvə verər”...


Şeytan və onun iblis balaları insanları əsasən hansı günaha çəkməyə vəzifəlidirlər?!


Şeytanın övladlarının adları və onlarınvəzifələri bunlardır:
1. Hanzəb: Namazda vəsvəsə verər. Təqibatın düzgün yerinə yetirilib-yetirilməməsində,sözlərin deyilib-deyilməməsində, rəkətlərin sayında və s.-də çaşdırmaq istəyər.
2. Vəlha: Təmizlikdə çox su istifadə etməyiniz,bir yeri bir neçə dəfə lazımsız olaraq silib təmizləməniz üçün vəsvəsə verər. Çox su istifadə etdirər,gərəksiz təmizlik etdirər və daha sonra isə gülüb lağ edər.
3. Zəllənbur: Bu da bazarlarda satıcılara xarab mal satmağı, yalandan and içməyi, malını tərifləməyi, malın qüsurunu gizləməyi və insanları aldatmağı mənfəətli, gözəl göstərər.
4. Vəsna: Yuxu şeytanıdır. Namaz və digər ibadətlər üçün başı və göz qapaqlarını bağlayar, zina və oğurluq kimi haramlar üçün insanı təhrik edər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter