Təvəlla və təbərranın anlamı və həqiqətinin mənasını yazın?


Təvəlla və təbərranın anlamı və həqiqətinin mənasını yazın? Təbərra- Qurani-kərimdə daha çox dönmək və arxa çevirmək mənalarında gəlib Bəzi ayələrdə isə ilk mənasında işlədilib. Misal üçün, “Maidə” surəsinin 51-ci ayəsində buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”
Təvəlla - Şiə qaynaqlarında təvəlla Allahı, Peyğəmbəri (s) və İmamları (ə) sevib dost tutmaq, təsdiq etmək, onlara tabe olmaq və vilayətlərini qəbul etməkdir. Bu mənaya işarə edən ayələr sırasına “Maidə” surəsinin 55 və 56-cı ayələri də daxildir, belə ki, buyurur: “Sizin rəhbər və haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir və(həmçinin) namaz qılır və rükuda olduqları halda zəkat verən şəxslərdir. Kim Allahı, Onun elçisini və iman gətirənləri (özünə)dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir”.


Allah-Taala (c.c) hansı imanlı insanları sevər?


Allah-Taala (c.c) hansı imanlı insanları sevər? Allah şərəfli və gözəl işləri sevir...
-Allah işləyib çalışan mömini sevir.
-Allah hər bir qəmgin qəlbi sevir (o halda ki, qəlbi mənasız və günah iş üçün qəmgin olmasın).
-Allah şərəfli və gözəl işləri sevir, dəyərsiz və alçaq işlərdən xoşlanmır.
-Allah Onun haramlarından çəkinməyi sevdiyi kimi halallarından da istifadə etməyi sevir.
-Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü, şübhənin irəli gəldiyi vaxt kamil və dəqiq əqli, həmçinin bir neçə xurma qədərində də olsa bəxşişi və bir ilan öldürmək qədər olsa da şücaəti sevir.


Allah-Taalanın hansı adını zikr olaraq demək insan xəstəliklərinə şəfa gətirər?


Allah-Taalanın hansı adını zikr olaraq demək insan xəstəliklərinə şəfa gətirər? Allah Təalaya aid olan “Huvə” ismi – zati isimlərdəndir və bəzi isimlərdən daha üstün sayılır. Belə ki, “Ədilə” duasının şərhində bu məqam qeyd olunmuşdur. Əgər bir şəxs sübh namazından sonra 1000 dəfə \"Ya Allah, ya Huvə\" desə, yəqin əhlindən olar və qeyb nuru onun üçün zahir olar. Əgər bir şəxs gecə yarısında dəstəmaz alıb, üzü qibləyə oturaraq bu zikri yerinə yetirsə, din elmlərindən bəhrələnmiş olar və mərifət əhlindən olar.
\"Əl-Vahid\" - yəni yeganə və həmtayı olmayan deməkdir. Elə bir fərddir ki, ikincisi yoxdur. Məna etibarı ilə hasil olan budur ki, şəriki yoxdur və mürəkkəb deyil, bəsitdir. Bu ismi davamlı olaraq zikr etmək üns, ülfət və izzətə nail olmağa səbəb olar və əgər bir şəxs bu ismi təamın üzərinə oxuyub, ondan yesə qəlbi nuraniləşər və əgər əlacdan əlini üzmüş xəstə gündə 101 dəfə bu ismi oxusa, şəfa tapar.


Allaha görə oruc tutmağın yeddi imtiyaz hansılardır?


Allaha görə oruc tutmağın yeddi imtiyaz hansılardır? Rəsuli-əkrəm (s) buyurub: \"Elə bir mömin yoxdur ki, Ramazan ayında Allaha görə oruc tutsun, Allah ona yeddi imtiyaz verməsin:
1. Bədənində haramdan əmələ gəlmiş ət əriyib gedər.
2. Allahın rəhmətinə yaxınlaşar.
3. Bu ayda oruc tutmaq günahlarının kəffarəsi hesab olunar.
4. Ölümün çətinlikləri onun üçün asanlaşar.
5. Qiyamət gününün aclığından və susuzluğundan amanda olar.
6. Behiştin ləziz və dadlı yeməklərindən bəhrələnər.
7. Cəhənnəmin atəşindən amanda qalar\".


Ramazan ayında bağışlanma üçün hansı böyük fürsətlər var?


Ramazan ayında bağışlanma üçün hansı böyük fürsətlər var? İnsan yarandığı ilk gündən xata işlədən bir varlıqdır. İstər bu xataları kiçik və ya böyük – onu Allahdan uzaqlaşdırmışdır. Mömin – o insandır ki, günahlarını etiraf edər və onlara görə Allahdan bağışlanma istəyər.
Mömin insan tövbə etmək üçün yaxşı fürsətlər axtarar. Mübarək Ramazan ayı da bu qızıl fürsətlərdən biridir. Çünki bu ayda:
1. Rəhmət qapıları açılar və qəzəb qapıları bağlanar. Peyğəmbər (s) buyurur: “Ey insanlar! Həqiqətən (bu ayda) behişt qapıları açıqdır...
2. Şeytanlar zəncirə vurularlar. İnsan kamala doğru hərəkət edən zaman çox sayda maneə ilə üzləşər. Bu maneələrdən biri – şeytandır (lən). Peyğəmbər (s): “Şeytanlar zəncirdədirlər. Ona görə də Allahdan istəyin ki, onları sizə hakim etməsin”.
3. Dualar qəbul olar. Ramazan ayı – o mübarək aylardandır ki, İlahi rəhmət qapıları açıq olar. Bəndə hər nə dua edərsə Allah onları qəbul edər. Bu ayda edilən ən yaxşı dualardan biri də günahların bağışlanılmasıdır.
4. Səhər obaşdana qalxmaq tövfiqi. Səhər obaşdan vaxtı elə bir fəzilətli zamandır ki, Allah duaları yerinə yetirər və tövbələri qəbul edər.


Övladınıza verdiyiniz ilk hədiyyə nə olmalıdır?


Övladınıza verdiyiniz ilk hədiyyə nə olmalıdır? H. Muhamməd (s) buyurur: “Qiyamət günü siz adlarınız və ataların adları ilə çağrılacaqsınız. Buna görə də adlarınızı gözəlləşdirin.” (əl-Kafi, c.6, hədis 10).
Tarixi qaynaqların da təsdiq etdiyi kimi Hz. Peyğəmbər (s) əshabı ilə yanaşı onların uşaqları ilə də yaxından maraqlanmış, doğulduqları andan etibarən əxlaqlarının formalaşmasına təsir edən ən incə təfərrüata belə diqqət göstərilməsini tövsiyyə etmişdir. Məsələn, müasir dövrdə çox da fikir verməsək də, uşaqlara gözəl adın qoyulması Allah rəsulunun (s) etina ilə yanaşdığı mövzulardan olmuşdur. Xüsusilə Mədinə dövründə sahabələrin böyük əksəriyyəti uşaqlarını onlara ad qoyması və dua etməsi üçün Hz. Peyğəmbərin (s) yanına gətirərdilər. Allahın elçisi də əsasən Allah-təalaya qulluğun vurğulandığı adlara, habelə keçmiş peyğəmbərlərin və saleh şəxslərin isimlərinə müraciət edərdi. Belə ki, çox sevdiyi ümmətinin gözəl adlarla anılmasını istəyən Allah Rəsulu (s) bu nümunəvi davranışını aşağıdakı kimi müxtəlif hədislərlə biz müsəlmanlara miras qoymuşdur: “Bir şəxsin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl bir ad seçməsidir. Bu səbəblə övladlarınız üçün gözəl adlar seçin!” (əl-Kafi, c.16, hədis 3)


Az yeməyin bədən və ruha 10 müsbət təsiri nələrdir?


Az yeməyin bədən və ruha 10 müsbət təsiri nələrdir? Az yeməyin və ac qalmağın bir çox faydaları vardır ki, onlara işarə edək:
1. Ruh və cismin sağlam qalması. İmam Sadiq (ə) buyurur: “Az yemək - bütün dünya insanları yanında bəyənilən sifətlərdəndir, zahir və batinin faydasınadır”.
2. Pak düşüncə. İmam Əli (ə) buyurur: “Hər kim yeyən zaman ölçüsü olarsa, sağlamlığı artar və düşüncəsi sağlam qalar”.
3. Yeməkdən ləzzət almaq. İmam Hadi (ə) buyurur: “Gecə oyaq qalmaq - yuxunu şirin və aclıq - yeməyi ləzzətli edər”.
4. Allah yanında ən sevimli əməl. H. Peyğəmbər (s) buyurur: “Nəfsinizlə cihad edin, aclıq və susuzluğunuzla. Əcri o kəsin əcri kimidir ki, Allah yolunda cihad edər.
5. Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Hər kim yeməyi az olarsa (yəni az yeyərsə), az hesab verər”.
6. Hikmət əta olunar. Peyğəmbər (s) buyurur: “Hikmət nuru - aclıqdır. Toxluq Allahdan uzaqlaşmaqdır. Ona görə də tox olmayın ki, mərifət nuru qəlblərinizdə sönər”.
7. İbadət. Həzrət Peyğəmbər (s) buyurur: “Az yemək - ibadətdir”.


Mərhum Behcət (r) Ayətullah Xameneiyə (ə) hansı duanı oxumağı tövsiyə edib?


Mərhum Behcət (r) Ayətullah Xameneiyə (ə) hansı duanı oxumağı tövsiyə edib? Ayətullah Seyyid Əli Xamenei Qum hövzəsi tələbələrinin qarşısında etdiyi söhbətlərinin birində o dahi arifin və müctəhidin mənəviyyatla dolu həyatından danışarkən onun tövsiyə etdiyi duaya işarə edib.
Ayətullah Xamenei deyib: “Mərhum Behcət Ağa (Allah ondan razı olsun) buyurdu ki bu duanı çox oxuyun: Ya Allahu, Ya Rəhmanu, Ya Rəhim, Ya Muqəllibəl-qulub, Səbbit qəlbi əla dinik. (Ey Allah Ey Mərhəmətli vəRəhimli Allah, Ey qəlbləri alt-üst edə bilən Allah, Mənin qəlbimi öz dinində sabitqədəm et”
Ayətullah Xamenei söhbətini belə davam edir: “ Ayətullah Behcət bu duanı tövsiyə edib. O bununla yanaşı dua ilə bağlı fikrimizə gələn iradları da cavablandırıb. Əgər kimsə “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə fikiləşə bilər ki, bəs biz hazırda dində və din yolunda deyilikmi?. Ayətullah Behcət buyurardı ki dində olanların (iman) təbəqəsi və səviyyəsi müxtəlifdir. Ona görə hər kəsə bu duanı etmək düşər. Əgər imanlı bir insan “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə o Allahdan imanın yuxarı pillələrində qalmağı iltimas edir\"


Ayətullah Behcətin ölüm öncəsi vəsiyyəti nə idi ?


Ayətullah Behcətin ölüm öncəsi vəsiyyəti nə idi ? Dünya şöhrətli arif və müctəhid Ayətullah Behcətin vəsiyyəti
İslaminSesi xəbər verir ki Ayətullah Məhəmməd Təqinin vəfatından yeddi il keçir.
Milyonlarla müqəllidi və müridi olan mərhum ayətullah Behcətin ölüm öncəsi vəsiyyətində gəlib ki, o həzrət əmlakının üçdə birinin İmam Hüseynə (ə) təziyə məclislərinin qurulmasına sərf edilməsini istəyib.
28 yaşında müctəhidlik dərəcəsinə çatan Ayətullah Behcətin İmam Hüseynə eşqi o qədər böyük olub ki, o həzrət Aşura Ziyarətini gündəlik oxuyar və onu heç bir gün tərk etməzdi.
Mərhum Qərəvi İsfahani bildirir ki, “Behcət Allaha həmişə dua edərdi ki, Aşura Ziyarəti heç bir gündə onun tərəfindən tərk edilməsin. O Aşura Ziyarətini 100 lən və 100 salamla birgə hər gün oxuyardı”.


Pulla olmayan sədəqənin 7 növü hansılardır?


Pulla olmayan sədəqənin 7 növü hansılardır? Hər birimiz hər gün elə xeyir işlər yerinə yetiririk dinimizin nəzərinə görə onlar da sədəqə hesab olunur. O cümlədən:
1. Hər bir xeyir iş. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir. O kəs ki, xeyir işə yol göstərər, o kəs kimi olar ki, onu yerinə yetirər. Allah çarəsizlərin çətiliklərini aradan qaldırmaq üçün yardım etməyi sevir”.
2. Şəri tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Pisliyi və şəri yerinə yetirməmək – sədəqədir”.
3. Özün üçün sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Dilini saxla, çünki dili büdrəmədən qorumaq – sədəqədir ki, onu öz salamatlığın üçün yerinə yetirirsən”.
4. Gözəl danışıq. Həzrət Peyğəmbər (s) buyurur: “Pakizə söz – sədəqədir və həmçinin namazı yerinə yetirmək üçün atdığınız hər addım – sədəqədir”.
5. Susuza su vermək. İmam Sadiq (ə) buyurur: “Ən yaxşı sədəqə - ürəyi yanan susuzlara su vermək və onları sərinlətməkdir. Hər kim ciyəri yanan susuz insana və ya heyvana su içizdirərsə, Allah Qiyamət günü ona kölgə salar”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter