Allahın işinə müdaxilə etmək olmaz! kəlamın mənasını necə başa düşək?


Günlərin birində Səffarilər dövlətinin şahı Yəqub Leys xəstələnir. Həkimlər onu müalicə edə bilməyin deyirlər: Bəlkə din böyükləri sənin xəstəliyinə bir çarə tapalar. Dövrün tanınmış arifi Şeyx Səhl ibn Abdullah Şustəri xahiş edirlər ki, dua etsin. Şeyx dua edərək deyir: “İlahi, onun günahlarının cəzasını verdin. İndi də onun ibadətlərinin mükafatını ver ki, xəstəlikdən nicat tapsın”. Bu duadan sonra Yəqub Leys dərhal şəfa tapır. Belə ki, o heç bir ağrı hiss etmir. Şah, arifə çoxlu qızıl verir. Ancaq arif şaha deyir: “Biz tamah ilə deyil, qənaət etməklə və başqalarından heç nə almamaqla bu dərəcəyə çatmışıq”. Beləliklə, şahın bağışladığı qızıllara etina etmir. Şahın göstərişi ilə arifi evinə qaytarmaq üçün xüsusi araba gətirilir. Yolda xidmətçi ona deyir: “Ey Şeyx! Şahın verdiyi pulları alıb, fəqir camaata paylamağın daha yaxşı olmazdımı?” Arif deyir: “Allahın bəndələri öz ruzilərini Allahdan alırlar. Allahın işinə müdaxilə etmək olmaz”.


Şeytan hansı insanları öz hiyləsinə sala bilmir?


Şeytan hansı insanları öz hiyləsinə sala bilmir? Şeytan deyib: Beş nəfərdən başqa hamı mənim əlimdədir:
1. Düzgün niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər.
2. Gecə-güdüz çoxlu zikr deyənlər.
3. Özü üçün istədiyi hər bir şeyi mömin qardaşı üçün də istəyənlər.
4. Müsibət zamanı dözümsüzlük göstərməyib, səbr edənlər.
5. Allahın ona qismət etdiyinə razı olub, ruzi dərdi çəkməyənlər./ Qaynaq: “Əl-xisal”, c. 1, səh. 285.


Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz?


Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq. Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir.
İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın ne`mətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz? Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz...


Kamil imana çatmağın yolu nədir?


Kamil imana çatmağın yolu nədir? İmam Sadiq (ə) buyurur: “Allah-taala imanı yeddi əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib olur… (“Üsuli-kafi”, c.3,s. 83.)
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız ölümündən sonra məlum olmuşdur. Hazırkı dövrdə belə insanlara misal olaraq Qum şəhərində yaşamış Ayətullah Behcəti göstərmək olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında nəfsi tərbiyə etmək lazım gəlir.


\"Allahın gözəlliyi\" və \"Onunla görüş\" ifadələri nə məna daşıyır?


"Allahın gözəlliyi" və "Onunla görüş" ifadələri nə məna daşıyır? Deyilirsә ki, Аllаh gözәldir, söhbәt маddi gözәllikdәn gеtмir. “Аllаh gözәldir” dеyәrkәn Оnun hәqiqi kамilliyi nәzәrdә tutulur. Çünki Аllаh-tәаlа аğlıмızа gәlәn vә gәlмәyәn bütün kамilliklәrin sаhibi оlаn bir vаrlıqdır. Bеlә bir vücudun insаnlаr tәrәfindәn gözәl аdlаndırılмаsı tәbiidir. “Аllаhlа görüş” dеdikdә isә biziм dünyа hәyаtıмızdаkı görüş yох, Аllаhın qüdrәtinin, әdаlәtinin мüşаhidәsi nәzәrdә tutulur. Аllаhın vücudunun nişаnәlәri vә sifәtlәrinin tәzаhürlәri ilә görüş Оnun özü ilә görüş sаyılır. Әмirәlмöмinin Əli (ә) buyurur: “Nә gördüмsә, gördüyüмdәn qаbаq, gördüyüмdәn sоnrа, gördüyüмlә еyni vахtdа Аllаhı dа gördüм.” Hәzrәt (ә) nәzәrdә tutur ki, bütün мövcudlаrı мüşаhidә еdәrkәn Аllаhın еlм vә qüdrәtini görмәk оlаr...


Ayətullah Behcətin nadir tövsiyələri nə haqda olmuşdur?


Ayətullah Behcətin nadir tövsiyələri nə haqda olmuşdur? İslaminSesi.info Ayətullah Behcətin tövsiyələrini ehtiva edən “Be Suye Məhbub” əsərindən iqtibas edilmiş 6 irfani nəsihətləri təqdim edir:
1. Bildiyinizə əməl edin, bilmədiyinizdə isə ehtiyatlı davranın. İmkan verin məsələ aydınlaşsın. Əməl etməyən insandan möcüzə gözləməyin.z
2. Bəzi insanlara inanırsınız (Bəzi alimlərin müridisiniz). Əsas onların əməllərini diqqətdə saxlamaqdır.
3. Məlumdur ki, hər gün Quran oxumaq, dualar oxumaq, namazların təqibatını oxumaq məscidlərə getmək, alim və salehləri ziyarət etmək Allah razı salar.
4. Hədəfiniz gərək, bütün ömrünüzü Allahı yad etməyə, ona itaət və ibadət etməyə sərf etmək olsun...


Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir?


Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir? “Şübhəsiz, Allah insanlara heç bir zülm etmir, lakin insanlar özləri özlərinə zülm edirlər”. “Yunus/44 Bəs necə ola bilir ki, insan özünə zülm edir? İnsanın özünə zülm etməsinin səbəblərindən biri – qəflət və cahilliyidir. Cahilliyi üzündən belə xəyal edir ki, özünə fayda verəcəkdir, ancaq əskinə - ziyan vurar. Bir nəfər Peyğəmbərin (s) səhabələrindən birinə məktub yazıb nəsihət istəyir. Səhabə də cavabında yazır: “O kəsə ki, hamıdan çox sevirsən, pislik etmə”. Həmin kişi bu cümlənin mənasını başa düşmür və xahiş edir ki, bu cümləni onun üçün şərh etsin. Deyir: “Məgər bu mümkündürmü ki, mən bir kəsi çox istəyəm və ona pislik edəm?”. Səhabə cavabında yazır: “Bəli, mümkündür. O kəsi ki, hamıdan daha çox istəyirsən – sənin özünsən. Cəhalətliyin üzündən özünə xeyir vermək xəyalı ilə özünə pislik edirsən. Bütün günahlara batırsan və elə bilirsən ki, özünə fayda verirsən. Halbuki, bu əməl özünə qarşı düşmənçilik və xəyanətdən başqa bir şey deyildir”...


Namaz qılmamaq günahdırmı?


Namaz qılmamaq günahdırmı? Namaz hər bir müsəlmanın Allah qarşısında bəndəlik borcu, vicdan vəzifəsidir. Namaz yeganə ibadət növüdür ki, heç bir məhdudiyyətə baxmadan hər kəsə və bütün hallarda vacibdir. Müqayisə üçün deyək ki, orucu xəstə olmayan, səfərə çıxmayan şəxslər tutmalıdırlar. Həccə getmək üçün insanın sağlamlığı, maddi imkanı olmalıdır. Xüms və zəkat da maddi imkandan asılı olan ibadətlərdir. Cihad vəzifəsi sağlam kişilərə aiddir. Yalnız namaz həm sağlam, həm də xəstə, həm səfərdə, həm də vətəndə olanlara, həm kasıblara, həm də varlılara, həm kişilərə, həm də qadınlara fərzdir (qəti vacibdir). Hər kəs yetkinlik yaşına çatmışsa və psixi cəhətdən sağlamdırsa, namaz qılmaq vəzifəsi onun öhdəsindədir. Şəriətdə namazı heç bir bəhanə ilə tərk etməyə və təxirə salmağa icazə verilmir. Hətta namazın ayaq üstə yerinə yetirilməli olan əməllərini icra edə bilməyən xəstələr oturmuş halda, bunu da bacarmayanlar uzanmış vəziyyətdə namaz qılmalıdırlar...


İnsanın ən faydalı dövləti nəyə malik olması ilədir?


İnsanın ən faydalı dövləti nəyə malik olması ilədir? Peyğəmbərin (s) nəzmlə olan hikmətli kəlamları:
-Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.
-İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur.
-Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur...


Hansı surəni oxumaq körpəni bəladan və insanı tənəffüs xəstəliyindən qoruyar?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Bələd” surəsini oxuyar, Allah onu Qiyamət günü Öz qəzəbindən amanda saxlayar”. Bu surənin bərəkətləri.
1. Körpənin amanda olması. Hər kim bu surəni yazar və və təzə dünyaya gələn körpənin boynundan asar, körpənin düçar olduğu şeylərdən ona aman verər. Uşağın çox ağlamasına da nicat verər.
2. Tənəffüs xəstəliklərinin yaxşılaşması. İmam Sadiq (ə) buyurur: “Əgər “Bələd” surəsi yazılmış su ilə inhalyasiya etsə və burnu ilə yuxarı çəksə, tənəffüs yollarının ağrıları yaxşılaşar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter