Duadan sonra niyə əlimizi üzümüzə çəkirik?


Ayətullah Cavad Amili əllərin üzə çəkilməsi barəsində buyurub: Əllərini duaya qaldıran insan, Peyğəmbər (s) sünnəsinə uyğun olaraq müstəhəbdir ki, əllərini üzünə və başına çəksin. Bu ona görədir ki, o əllər Allaha doğru uzanıb, Mütəal Allah da o əllərə cavab verib. Yəqin ki, Allah Təala uzanan əlləri boş qaytarmaz. İlahı lütfdən pay alan əllər əzizdir, mübarəkdir. Yaxşı olar ki, o mübarək əllər üzə və başa çəkilsin. Necəki İmam Səccad (ə) bir möhtaca bir şey verəndə əllərini iyləyər və deyərdi: Bu əllər Allahın rəhmətinə yetişib. Çünki rəbbim buyurub: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar? (Tövbə-104).


İmanın dəyərli həddini hansı ölçü ilə tanımaq olar?


Hz Peyğəmbər (s) buyurur: İmanın ən uca həddi üçün bir dərəcə var. Və hər kim o hədd çatarsa xoşbəxt olar. İmanın o uca həddi ibarətdir o hissdən ki, imanlı şəxs daxilini elə paklaya ki, əgər əməlləri üzərə çıxarsa insanların məlamət etmək qorxusuna düşməsin, və əgər əməlləri gizli qalarsa onlardan əzab gəlməsinə görə Allahdan qoxu yaranmasın./Mənbə, Biharul-Ənvar kitabı, cild: 68, səh: 369, hədis: 19.


Ayətullah Kuhistanı boş sözlər danışmağın mənfi təsiri haqda nə buyurur?


Mərhum Ayətullah Kuhistaninin (r) mənasız sözlər danışmağın ziyanı haqda nəsihəti:
“Boş və mənasız sözlər danışmaq ruhun mənəviyyatında çox böyük təsirə malikdir. Faydasız sözlər danışmaq ruhun ölməsinə və nuraniləşməkdən məhrum olmasına gətirib çıxarır!
Mən mənasız söz danışmağın mənfi təsirini haram yeməyin təsirindən az bilmirəm!!”


İnsani dəyərlərə hörmət zəruridirmi?!


İnsani dəyərlərə hörmət zəruridirmi?! İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hisslərə necə təslim ola bilər?! Həzrət Əli (ə) buyurur: «Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür». İmam Səccaddan (ə) soruşdular ki, ən dəyərli insan kimdir? Həzrət cavab verdi ki, ən dəyərli insan özünü dünyadan dəyərli biləndir. Ruhani kəramətlərə diqqət özünütərbiyədə faydalıdır. İnsan özünə müraciət edə bilər ki, axı sən qüdsi-aləmdən gəlmisən. Axı sən Allahın xəlifəsisən! Axı sən əbədi həyat üçün yaranmısan! Sənə heyvani hisslərə tabe olmaq yaraşırmı?!...


Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?


Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?İnsan dəmir maşın deyildir ki, durmadan işləsin. Əslində, maşının da hissələri işlədikcə qızır, soyuması və yağlanması lazım gəlir. İnsan isə maşından fərqli olaraq cismlə yanaşı, ruha da malikdir. İnsanın gözü, əl-ayağı yorulub, istirahətə ehtiyaclı olduğu kimi, ruhu da yorulur və dincini almaq istəyir. İnsanı psixoloji yorğunluqdan çıxaran ən gözəl vasitə, sağlam əyləncədir. Təcrübədə sübut olunmuşdur ki, ruh yorulduqca, onun işinin keyfiyyəti aşağı enir. Qısa müddət əyləncə ilə məşğul olduqdan sonra ruh dirçəlir, yenidən işləməyə həvəs yaranır. İmam Sadiq (ə) buyurur: «Təbukdan qayıdan peyğəmbər, öz yaxınları arasında cıdır müsabiqəsi keçirdi. Həzrətin dəvəsinə minmiş Üsamə, cıdırda qalib gəldi». («Səfinətül-bihar», 1-ci cild, səh.596.)


Allah-Taalanın (c.c) bəndəsinə ən böyük rəhməti nədir?


Allah-Taalanın (c.c) bəndəsinə ən böyük rəhməti nədir? ... İnsan nəqədər günah etsə də, Rəbbi ilə olan bağlılığını qırsa da, yenədə Allah rəhm edən, əfv edəndir. Bəndə Rəbbinin ona bəxş etdiyi tövbə hissi ilə yenidən öz Rəbbinə doğru cəzb olur. Əsas odur ki,istəsin. O günahla nə qədər uzaqlaşsada, tövbə ilə yenidən Rəbbinə cəzb olacaq. Çünki Rəbbimizin rəhmət sonsuzdur.


Ayətullah Behcət: “Sübh namazının qəza olmasını istəmirsənsə...”


Ayətullah Behcət: “Sübh namazının qəza olmasını istəmirsənsə...” ... Sübh namazının önəmi hamıya bəllidir. Lakin bütün bunlara baxmayaraq möminlər tərəfindən ən çox qəzaya verilən namaz da məhz bu namazdır. Bəs necə edək ki, bu namazı qəzaya verməyək? Cavabı zəmanəsinin misilsiz alim və arifi olan Ayətullah Behcətdən eşidək: \"Sübh namazının qəzaya getməsini istəmirsənsə digər namazlarını zamanında qıl. Bu cür etsən Allah səni özü sübh namazına oyadacaqdır.”


Kəbə haqqında bunları bilirsizmi?


Kəbə haqqında bunları bilirsizmi? Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər Ramazan ayının və Həcc mövsümünün başlanılmasından 15 gün əvvəl yerinə yetirilir. Kəbənin açarları Bəni-Şeybə qəbiləsində saxlanılır. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur. Oranı Zəm-zəm suyu ilə Fars qızıl gül suyunun qarışığı ilə yuyurlar. Kəbəni həzrət Adəm Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evi olaraq tikib-qurmuşdur. Nuh peyğəmbərin (ə) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır. Kəbəni Hz. İbrahim peyğəmbər (ə) bərpa edib. Məhəmməd peyğəmbər (s) hələ hicrətdə – Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytul-Müqəddəsə, Qüds şəhərinə tuturdular...


Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər hansılardır?


Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər hansılardır? Bu dünyada azad olmağın şərtləri vardır. İmam Əli (ə) bu haqda buyurur: “Hər kim Allah bəndəliyinin şərtlərini yerinə yetirər – azad olmağa layiqli olar. Hər kim əməldə azadlıq şərtlərinə qarşı səhlənkarlıq edər, (bir başqasının) qulu olmağa düçar olar”.
İmam Sadiqin (ə) nəzərinə görə, o insan azaddır ki, onda bu dörd əxlaqi sifət meydana gəlsin. İmam (ə) buyurur: “Beş sifət vardır ki, əgər insanda onlardan biri olmazsa, onda çoxlu xeyir və bəhrə olmaz. 1. Vəfadarlıq. 2. Tədbir. 3. Həya. 4. Xoş əxlaq. 5. Azadlıq”.


İnsanın qəlbini təsir altında saxlayan iki mühüm amil hansılardır?


İnsanın qəlbini təsir altında saxlayan iki mühüm amil hansılardır? O iki şeyin birincisi təfəkkürdür. Təfəkkür elə bir nemətdir ki, yalnız insana məxsusdur. İnsan bu güclə Allahını dərk edir, bu güclə düşünür, elm kəsb edir, təbiətlə mübarizə aparır, özünü idarə edir, həyasını qoruyur, namusunu qoruyur. Bir sözlə təfəkkür əvəz olunmaz bir ilahi nemətdir. İnsanın bütün işləri onun təfəkkür “süzgəcindən” keçir. Hər bir əməl təfəkkürün məhsuludur. İnsan fikirləşir sonra əməl edir. Bu gün cəmiyyətimizin ictimai, əxlaqi fəsada getməsi, milli, dini dəyərlərimizin aradan itməsi, torpağlarınızın əldən getməsi də təfəkkür və dayaz düşüncəmizin məhsuludur.
İkincisi isə əməldir ki, birbaşa qəlbə təsir edir. İnsanın gördüyü işlər onda təsir qoyur. Yaxşı əməl müsbət təsir, pis əməl isə mənfi təsir qoyub qəlbi bərbad edir. Təbii ki, bərbad, xəbis qəlbdən də ardınca pis işlər gələr...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter