Tanınmış arif məclisdə qeybət olmasın deyə hansı zikri oxuyardı?


... Mərhum Dulabi deyilənlərə görə hər məclisə girəndə “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayardı və daha sonra dərhal salavat zikr edərdi.
Bismillahdan sonra deyilən salavat zikrinin səbəbini ondan soruşanda o həmişə deyərdi: “İmam Əlidən hədis nəql olunub ki, bir məclisdə qeybətin edilməsinin qarşısını almaq istəyirsinizsə Bismillahdan sonra salavat zikr edin. Çünki bu zaman Allah bir mələyi göndərər ki, o məclisi qeybətdən və qeybət edənlərdən qorusun”
Qeyd etmək lazımdir ki, burada ixlasın Allahla bəndəsi arasında səmimiyyətin olmayacağı təqdirdə bu zikrlər də fayda verməyəcəkdir.


Həqiqi namaza doğru hansı ilk addımları atmalıyıq?! 3 həqiqət


Həqiqi namaza doğru hansı ilk addımları atmalıyıq?! 3 həqiqət Namazın həqiqətinə çatmaq üçün lazım olan 3 mühüm məsələ:
İLK ADDIM: Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır. İnsan bəzən namaz zamanı \"həmddən” \"surəyə” necə keçdiyini hiss etmir.
İKİNCİ ADDIM: İnsan namazda dediyi hər bir cümlənin mənasına diqqət yetirməlidir. Bunu, tədricən də olsa, yaratmaq lazımdır.
ÜÇÜNCÜ ADDIM: Bu yolda üçüncü addım insanın dili ilə dediklərinə qəlbən inanmasıdır. \"Yalnız Sənə ibadət edir və Səndən kömək istəyirik” deyən insan Allahdan başqa heç kimsədən kömək intizarında olmamalıdır. \"Əllahu əkbər” deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır.


20 suala 20 mükəmməl cavab!


20 suala 20 mükəmməl cavab! İyirmi suala 20 mükəmməl cavab: 1-İnsanların ən varlısı olmaq üçün nə etmək lazımdır? -Qənaətkar olsan,insanların ən varlısı olarsan.
2-Ən xeyirli insan kimdir? -İnsanların ən xeyirlisi,insanlara ən faydalı olandır.
3-Kimə ən ədalətli insan demək olar? -Özü üçün istədiyini başqaları üçün də istəyənə.
4-Allahın ən sevimli bəndəsi olmaq üçün nə etmək lazımdır? -Allahı ən çox zikr edən insan Allahın ən sevimli bəndəsidir.
5-Ehsan sahibi (yaxşı əməl sahibi) olmaq üçün nə etmək lazımdır? -Allaha Onu görürmüş kimi ibadət etsən,ehsan sahibi (yaxşı əməl sahibi olarsan)


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək? Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir? Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”.


Rahat yaşamaq üçün nə edək?


Quran buyurur: “Əlinizdən çıxana kədərlənməyin, əlinizə bir şey gələndə şad olmayın.” (“Hədid”, 23.) Doğrudanmı, insan belə ola bilər? Bank işçisi bir gün xalqdan pulu toplayır, səhəri gün isə onu xalqa paylayır. Bu işçi üçün pulu almaqla verməyin heç bir fərqi yoxdur. Çünki, o, sadəcə, əmanətçidir. Traktor üçün asfaltla torpaq yolun fərqi yoxdur. Velosiped üçün isə asfalt yol daha rahatdır. Sərçə qonduğu budağı zədələmədiyi halda, zərif çiçəyi öz oturuşu ilə qırır. Bəli, böyük insanların ruhunu kiçik çətinliklər sındıra bilmir...


Nə edək ki, ixlasımızı qoruya bilək?


Nə edək ki, ixlasımızı qoruya bilək?İxlaslı əməlləri qorumaq üçün 3 yol tövsiyə olunur:
1. İxlası qorumağın yollarından biri budur ki, özünə təlqin edəsən ki, Allahın sənin ibadətlərinə ehtiyacı yoxdur. Bəlkə əməllər insanın öz xeyrinədir!
2. İxlası qorumaq üçün, yaxşı əməli görməzdən əvvəl və sonra insan nəfsani istəkləri və şeytani vəsvəsələr ilə mübarizə aparmalıdır. Yəni, insan böyük cihadın – nəfslə mübarizənin səngərində olmalıdır. Saleh əməlinin şeytan tərəfindən məhv edilməsinə imkan verməməlidir...
3. İxlası qorumağın yollarından biri də budur ki, insan öz xeyir əməllərini unutmalıdır. Sanki onu yerinə yetirməmişdir. Ancaq öz nöqsanlarını həmişə yadında saxlamalıdır.


Bir neçə şeyi bilməyimiz lazımdır?!


Onlar iman və mərifət sərmayəsini bizdən oğurlamaq istəyirlər.
1. Daim bizi təqib edən düşmənlərimiz var. Onlar iman və mərifət sərmayəsini bizdən oğurlamaq istəyirlər.
2. Təkbaşına bu düşmənlərin öhdəsindən gələ bilmərik. Buna görə Əmirəlmöminin (ə) buyurur: “İlahi, qəlbim hicablanmış, nəfsim nöqsanlı, əqlim məğlub və nəfs istəklərim qalib olmuşdur.” (\"Biharul-ənvar\", c. 84, s. 341.)
3. Düşmənlərin çəngindən elə bir kəsə doğru qaçmalıyıq ki, bizi nəfsimizin, cin və insandan olan şeytanların şərindən qorusun...


Peyğəmbər (s) və Ali Peyğəmbərə (ə) təvəssül edərkən hansı qaydalar diqqət yetirmək lazımdır?


Peyğəmbər (s) və Ali Peyğəmbərə (ə) təvəssül edərkən hansı qaydalar diqqət yetirmək lazımdır?Digər dualar kimi təvəssülün də xüsusi ədəbi və ğöstərişləri vardır:
1-Öncə paklığ əldə etmək. İstər cismani olsun, istər mənəvi.
2-Çoxlu salavat zikr etmək.
3-İki rəkət namaz qılmaq. Hər rəkətdə bir fatihə və yeddi ədəd ixlas surəsin oxumaq.
4-Hirzi İmam Cavadı (ə) oxumaq. Ya Nuru. Ya Bürhan. Ya Mubin. Ya Munir. Ya Rəbbi. İkfiniyəş-şururə və afatid-duhur. Əsəlukən-nicatə yaumə yunfəxu fis-sur!


Gözəlliyin zəkatlnı nə ilə ödəmək mümkündür?


“İmam Əli (ə) buyurub: “Gözəlliyin zəkatı iffətli (və nəcib) olmaqdır. \"Qürər əl-hikəm”, c. 4, səh. 105.
Əgər nemətdən düzgün və nemət sahibinin istədiyi kimi istifadə olunmazsa, o, problemlərə və başağrısına çevriləcəkdir. Gözəllik və yaraşıqlı olmaq Allahın bəxş etdiyi nemətdir. İffətli olub günahdan çəkinmək isə bu nemətin qarşılığında təşəkkür və zəkat hesab olunur. Bir çoxları öz “gözəllik”lərinin əsiridirlər....


Hər kəs eşidib cavab verməsə müsəlman deyil...


Allah Rəsulu (s) bızdən belə istəməyib. Peyğəmbər (s) buyurub: Hər kəs sübh edə və müsəlmanların işləri ilə maraqlanmaya müsəlman deyil. Və ya \"Hər kəs “ Ey Müsəlmanlar kömək edin!”-fəryadını eşidib ona cavab verməsə, müsəlman deyil.\" Peyğəmbər (s) müsəlmanları birliyə, bir-birinin halı ilə marağlanmağa, etinasızlığdan uzaq olmağa çağırır. Bu hər bir insanın insanlıq qarşısındakı içtimai borcudu. Pərişan və çıxılmaz vəziyyətdə olan hər bir insana gücü çatacaq qədərində əl tutmaq hər bir müsəlmanın insanlıq borcudur. Bəli insanların bir birinə yardım etməsi, insanın fitrətindən doğan insanlıq vəzifəsidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter