Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur!!


Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin. [Nisa, ayə 59
İmam Əli (ə) buyurub: “Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.”
“Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.” “Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.”
“Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.”
İmam Hadi (ə) buyurub: “Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.”


Hansı Dörd amil Allahın rəhmətini cəlb edər?!


Ayətullah Cavidanın tövsiyələrindən: “İmam Əlinin (ə) nəzərinə görə İlahi rəhməti cəlb edən ən üstün əməl – insanların hamısı ilə mehriban olmaqdır.
1. İmam Baqir (ə) tövsiyə edir ki, Allaha sidq ürəklə dua etmək və müraciət etmək – Allah bəndəsini İlahi rəhmət bulağından sirab edər.
2. İlahi rəhməti cəlb etməyin ikinci amili – insanlarla mehriban olmaqdır. Əgər insanlar bir-biri ilə həmdərd olsalar, o zaman cəmiyyətin özü İlahi rəhmətdən bəhrələnmiş olacaqdır.
3. Hz Peyğəmbərin (s) tövsiyələrinə diqqət etmək. Həzrət Peyğəmbər (s) buyurur: “O insan ki, özünə rəhm edər, yəni günah etməz, özünü İlahi qəzəbə məruz qoymazsa, həmçinin başqaları ilə mehriban olarsa – İlahi rəhmətdə qərar tutar”...


Dualarımız niyə bəzən qəbul olunmur? Bu halda nə etməliyik?


Dua yəni: Bir növ yaxın dost kimi insan Allahla dərdləşər və arzularını, istəklərini Ona söyləyər. Ancaq çox təəssüf ki, bəzən etdiyimiz dualar nəticəsiz qalır və biz ümidimizi itirmirik, lakin dualarımız yerinə yetmir. Görəsən bunun səbəbi nədədir? Hədislərimiz duanın yerinə yetməsinə mane olan amillərin mövcud olduğunu söyləyir və onları bizə tanıdır ki, aradan qaldıra bilək.
1. Günah. Günah səbəb olur ki, insanın ismət pərdəsi cırılsın. Allah-Taala (c.c) buyurur: “Bəzən bəndə Məndən hacət istəyir və Mən onu yerinə yetirirəm. Ancaq o, günah edir, Mən də mələklərə buyururam ki, bu bəndə günahı vasitəsilə özünü Mənim qəzəbimə düçar etdi və özünü Mənim nemətimdən məhrum olmağa layiqli etdi. Bundan sonra istəyi ilə Mənim yanıma nail olmayacaqdır, məgər o halda ki, bəndəm olmağa boyun əysə”.
2. Haram maldan istifadə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram tikə yeyər – 40 gecə namazı qəbul olmaz və 40 səhər duası həyata keçməz”.


Allaha ən üstün ibadət etmək, bu amildən keçir?!


Bir nəfər İmam Baqirin (ə) xidmətinə gəlir və deyir: “Mən ibadətdə çox da səy göstərmirəm. Müstəhəb namaz və oruc əhlindən deyiləm. Ancaq vacibatlarla kifayətlənirəm.
Haram tikədən əl çəkmişəm”. İmam (ə) ona buyurur: “Hansı səy qarın və şəhvət iffətini qorumaqdan daha üstündür”.
Ona görə də deyə bilərik ki, qarını haram tikədən qorumaq və haram qazanca yol verməmək böyük əhəmiyyətə malik olan əməllərdəndir. Ona görədir ki, İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – qarın və şəhvəti haramdan qorumaqdır”. Həzrət Baqir (ə) başqa yerdə buyurur: “Allah, qarın və şəhvəti haramdan qorumaq kimi üstün ibadətlə ibadət olunmamışdır”...


Allah-Taala (c.c) insanı yaratdıqda bəşər üçün hansı məqsədi nəzərə almışdır?!


Hədis: İmam Əli (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Səni mənfəət əldə etmək üçün yaratmadım. Əksinə, səni yaratdım ki, məndən faydalanasan. Elə isə hər şeyin əvəzinə Məni seç. Çünki Mən hər şeyin əvəzinə sənin haminəm.” (Şərhi-Nəhcül-bəlağə, c. 2, səh. 319, hədis: 665).
Məlumdur ki, Allah-Taala mütləq mənada zəngin və ehtiyacsızdır. Sözügedən məqsəd də Onun ehtiyacsız zatı ilə əlaqəli deyil. Əksinə, Rəbbi qarşısında xuzu və xuşu ilə öz yaradılışının təkamül nöqtəsinə çatmalı və Onun dərgahına yaxınlaşmalı olan insandır. Başqa sözlə, dünyanı yaratmaq Allaha hər hansı bir mənfəət vermir. Əksinə, bu hədəf bəndələrin özünə aiddir.


Sübh namazı niyə bəzən qəzaya gedir?


Bunun həm maddi və həm də mənəvi səbəbləri vardır. Maddi amillər:
1. Həyatında proqramsızlıq. Sübh namazını dərk etməyə mane olan amillərdən biri – həyatında proqramsız olmasıdır. Bu cür insan nə yuxusunu və nə də gördüyü işlərini tənzim edə bilməz. Ona görə də sübh namazına qalxmaq onun üçün çətin olar.
2. Gecəni çox yemək yemək. Gecə ağır yatmağa səbəb olan amillərdən biri yatmazdan əvvəl çoxlu yemək yeməkdir. Həzrət İsa (ə) Bəni-İsrayilə buyurur: “Ey Bəni-İsrayil! Yeməyinizi çox etməyin! Hər kim yeməyini artırarsa, yuxusunu da artırmış olar. Hər kim yuxusunu artırar, namazını azaldar. (Nəticədə) qafillərin zümrəsindən olar”.
3-Maddi və dünyəvi məsələlərə qərq olmaq. Həzrət İsa (ə) buyurur ki, dünyaya bağlanmaq insanı ibadətə qarşı hövsələsiz edər. O, buyurur: “Necə ki, xəstə yeməyə baxır və ağrının şiddətindən onun ləzzətini hiss etməz, həmçinin dünyaya bağlı olan insan mal-dövlətə olan sevgisinə görə ibadətdən ləzzət almaz”.


Allah yanında xoşagəlməz əməllər hansılardır?!


Allah yanında ən mənfur əməlin nə olduğunu Məsumların (ə) dilindən eşidək. “Kafi” kitabında Abdullah ibni Muhəmməd İmam Sadiqdən (ə) nəql edir: “Xəsəm qəbiləsindən olan bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: “Allah yanında ən mənfur əməl hansıdır?” Həzrət (ə) buyurur: “Allaha şirk etmək”. Soruşdu: “Bəs ondan sonra nədir?” Buyurur: “Qohumluq əlaqəsini kəsmək”. Soruşur: “Bəs ondan sonra?” Buyurur: “Əmr be-mərufu və nəhy-əz-munkəri tərk etmək”. İmam Səccad (ə) səcdə duasında buyurur: “Allahım! Sənin yanında ən mənfur əməl olan Sənə şərik və ya övlad qərar verməmişəm. Sənə itaətszilik etməmişəm”...


Dünyada xoşbəxtlik və izzətlilik üçün hansı 3 şeyi dərk etməliyik?!


Övliyaların nəsihətlərindən: “Ey insanlar! Bilin ki, dünya üç şeyə görə rəğbət edilməldir: izzət üçün, ehtiyacsızlıq üçün, rahatlıq üçün. O kəs ki, qənaət edər, davamlı olaraq əziz olar. O kəs ki, dünya məsələrinə qarşı rəğbət göstərməz və istəkləri, meyilləri olmaz – həmişə ehtiyacsız olar. O kəs ki, dünyaya çatmaq üçün səylərini az edərsə, rahat olar”. Hz Peyğəmbər (s) buyurur: “Bir şey vardır ki, hər kəs məndən qəbul edərsə, behişti onun üçün qəbul edərəm”. Suban deyir: “Mən qəbul edirəm”. Həzrət (s) buyurur: “Heç kəsdən heç nə istəmə. O şeyin ki, var – ona qane ol”...


Hacəti olan, bu surəni xüsusi qayda ilə oxusun!


Din alimlərinin nəzərinə görə, hacətlərin yerinə yetməsi üçün “Vaqiə” surəsinin xüsusi yolla oxunmasının çox böyük təsiri vardır. Belə ki, Məsumların (ə) tövsiyə etdiyinə görə, bu surənin xətm olunduğu gün – Qəməri ayının ilk günü ki, bazar ertəsinə təsadüf edir, o gündə xətm olunmalıdır.
Bu surə 14 gün oxunulur. Oxumaq qaydası belədir ki, birinci gün hacətini tutub, bu surəni bir dəfə oxuyursan. İkinci gün isə iki dəfə, üçüncü gün üç dəfə oxuyursan. Beləliklə 14-cü gün bu surəni 14 dəfə oxuyursan. Bu surələr gün ərzində oxuna bilər. Bu surənin oxunmasının bir çox fəziləti vardır ki, onlarla tanış olaq: ...


Dünya və axurət istəyən şəxsə İmam Hüseydən (ə) ibrətamiz cavab!


... İmam Sadiqdən (ə) nəql olunur ki, Kufə əhlindən bir kişi İmam Hüseynə (ə) məktub yazaraq ona yol göstərəcək nəsihətlər istəyir.
İmam cavabında yazır: Bismilləhir-Rəhmanir-Rəhim. Hər kim insanların yaratdığı maneələrə, çətinliklərə baxmayaraq Allahın razı olduğu işin ardınca olsa, Allah ona kifayət edər, insanlardan ehtiyacsız edər. Hər kim Allahın razı olmadığı, insanların razı olduğu işin ardınca getsə, Allah onu insanlara möhtac edər (ixtiyarını qeyrilərinin əlinə verər). (Biharul-ənvar)
Zamandan, şəraitdən aslı olmadan insan, hər bir işində insanların, başqalarının nə deməyini, nə düşünəcəyini deyil, öncə Allahın bu işdən razı olacağını düşünməlidir. Allahın dini və şəriəti ilə zidd olmadığı halda bu işi etmək, yaxud ardınca getmək olar. Yalnız bu halda Allah insana izzət və ucalıq bəxş edər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter