Hansı 11 əmələ diqqət etməklə müsəlman Şeytanı çarəsiz edə bilər?!


O kəslər ki, suluk dərəcəsinə çatıblar, səmanın yeddinci qatını kəşf etdiklərini iddia edirlər. Şeytanın (lən) da şühudu var idi, ancaq bu halda sürgün edildi. Bəs niyə? Çünki abid deyildi. Nəql olunur ki, Həzrət Peyğəmbər (s) bir gün şeytanı Məscidul-Həramda görür. Ona yaxın gedir və deyir: “Ey məlun, niyə narahatsan?”. Şeytan (lən) deyir: “Bu qədər səy edirəm ki, insanları yolundan azdıram, ancaq sən Qiyamət günü onlara şəfaət verəcəksən. Mənim bütün zəhmətlərimi hədər edirsən. Ona görə də səninlə düşmənəm”. Həzrət (s) buyurur: “Mənim ümmətimdən niyə narahatsan?”. Şeytan deyir: “Sənin ümmətinin elə xüsusiyyətləri vardır ki, başqa ümmətlərdə yoxdur:
1. Nə zaman bir-biri ilə üzləşsələr, salam verərlər. Salam – Allahın adıdır və mən bu addan qorxuram.
2. Nə zaman bir-birini görsələr, bir-birinə əl verərlər. Əlləri bir-birindən ayrılmamış, onların günahları bağışlanar.
3. Nə zaman yemək yemək istəsələr, “Bismillah” deyərlər.
4. Yedikdən sonra “Əlhəmdulilləh” deyərlər. Mən də yemək yeyə bilmirəm və ac qalıram...


Namazı əvvəl vaxtda qılanın əldə etdiyi 6 fəzilət nələrdir?!


Namazı əvvəl vaxtında qılmaq – çox böyük fəzilətlərə malikdir. Bu fəzilətlər ilə tanış olaq:
1. İstəklər həyata keçər. İmam Həsən Əsgəri (ə) buyurur: “Həzrət Musa (ə) Allahdan soruşur: “Allahım! Namazını əvvəl vaxtda qılanların savabı nədir?”. Allah Təala buyurur: “İstəklərini yerinə yetirərəm. Behişti ona mübah edərəm”.
2. Problemlər aradan gedər. Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, namazın vaxtına əhəmiyyət verər, mən üç şeyi onun üçün zəmanət edərəm:
- giriftarlıqların aradan qalxmasını, - ölən zaman rahat olmasını, - atəşdən nicat tapmasını”.


Hz Peyğəmbərin (s) hədisinə əsasən Sirat körpüsü və cəhənnəm atəşindən azad edən zikr?!


Həzrət Peyğəmbər (s) buyurur: ““Bismilləhir-Rahmənir-Rahim” – Allahın əzəmətli adına gözün ağının qarasına yaxın olduğu qədər yaxındır”. Allahın əzəmətli adı isə qürb məqamı deməkdir. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O zaman ki, bəndə bu zikrə adət edər, Siratdan keçmək istəyəndə adəti üzrə bu zikri dilinə gətirər. Elə ki, bu zikri deyər – nur əmələ gələr və ona deyilər: “Atəşdən keç!”. Bu ayənin bərəkətinə görə cəhənnəm atəşi sönər və o, rahatlıqla keçər”.
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, müəllim uşağa “Bismilləhir-Rahmənir-Rahim” zikrini öyrədər, uşaq bu zikri öyrənən kimi deyər: “Bismilləhir-Rahmənir-Rahim”, bu, həmin uşaq üçün, ata və anası üçün, müəllimi üçün atəşdən bəraət olar”. Hədislərimiz buyurur ki, hər kim övladına bu zikri öyrədərsə, behiştlik olar./Deyerler.


İnsan yatan zaman \"Bismilləhir-Rahmənir-Rahim\" deyərsə...


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim miniyinə minər və “Bismillah” deyər, o, miniyindən enənə qədər, mələk onu qorumaq üçün onunla birlikdə miniyə əyləşər.
Əgər minən zaman “Bismillah” deməzsə, şeytan onun yanında əyləşər və ona deyər ki, mahnı oxu. Əgər cavab versə ki, yaxşı bacarmıram, deyər, onda zümzümə et”.
Ümid edirik ki, səfərə çıxan zaman yanınızda həmişə mələk əyləşər, lənətlik şeytan deyil. (Beytutə)
Şeytanın (lən) şərik olduğu digər işlərə də diqqət edək.
İmam Sadiq (ə) buyurur: “Nə zaman sizlərdən biriniz dəstəmaz alar və “Bismillah” deməz, şeytan onda şərik olar.
Əgər yemək yeyər, su içər, paltar geyinər və hər bir işdə ki, Allahın adını çəkməlidir, yerinə yetirməz – şeytan onda da şərik olar”...


İmam Sadiq (ə): Bu zikr qəm və qüssəni aradan aparır!


Səyid ibni Yəsar, İmam Sadiqə (ə) deyir: “(Mən bəzən) qəmli oluram. Onu aradan qaldırmaq üçün lütfən mənə yol göstərin”. Əziz İmam (ə) buyurur ki, nə zaman vəsvəsədən qorxsan, belə de:
Allahummə inni əbdukə vəbnu əbdikə vəbnu əmətikə nasiyəti biyədikə mazin fi hökmukə ədlun fi qəzaikə əsəlukə bikulli ismin huvə ləkə səmməytə bihi nəfsikə əu ənzəltəhu fi kitabikə əu əlləmtəhu əhədən min xəlqikə əu istəsərtə fihi fi elmil-ğeybi indəkə ən cəələl-Quranə rəbiə qəlbi və nurə sədri və cəlaə huzni və zəhabi həmmi


Həyatı yemək üçün istəməyək, yeməyi həyat üçün istəyək! Hz Peyğəmbərin (s) hədisi


Bir gün Peyğəmbəri-Əkrəm (s) bir qəbiristanın kənarından keçirmiş və ölülərin qəbirlərini görən zaman üzünü tərəfdaşlarına tərəf çevirir və buyurur: “Bu qəbiristanın insanlarının çoxu dişləri ilə basdırılıblar”. Yəni, bu insanlar çox yemək yediklərinə görə ölüblər. Çünki əslində belə tezliklə ölməli deyildirlər. Yeməkdə həddi aşmaq – bu günün də ən böyük bəlalarından biridir. İnsan nəfsi o qədər həddini aşır ki, insan yediyinin ölçüsünə nəzarət etmir. İş o yerə gəlib çatır ki, artıq çəki, xəstəliklər, anidən gələn ölüm onu yaxalayır.
Halbuki, dinimiz hər bir şeydə etidala riayət etməyi tövsiyə edir və onu həqiqi möminin və kamil insanın sifətlərindən hesab edir. Əgər biz həqiqətən də Allaha yaxınlaşmaq istəyiriksə, gərək hər bir işimizdə etidala riayət etdiyimiz kimi, yediklərimizdə də riayət edək. Əks halda həm bu dünyamızı və həm də axərətimizi bada vermiş olarıq.
Həzrət Peyğəmbərdən (s) gələn hədislərin bir çoxu dəfələrlə bizə xəbərdarlıq edir ki, əgər sağlam olmaq istəyirsənsə gərək yediklərinə diqqət edəsən. Halal yeyəsən, həddini aşmayasan, yediklərin sağlam qidalar olmalıdır. Yemək vaxtlarına diqqət edəsən, acmadan yemək yeməyəsən...


Quran oxunan evdə nə baş verər?


Qurani-Kərim – nurdur və hər kim onunla təmasda olar, həmin nur ona da təsir edər. İnsan əgər Quranı evində oxuyarsa, bu nur evə və onun sakinlərinə də təsir edər. Bütün ev əhli xeyirli aqibətdə olar. Həzrət Peyğəmbər (s) buyurur: “Evlərinizi Quran oxuyaraq nurani edin. Onu yəhudilər və xaçpərəstlər kimi qəbiristana çevirməyin. Nə zaman evdə çoxlu Quran oxunarsa, xeyir və bərəkəti artar və ev əhli bir müddət ondan ləzzət alacaqdır. Necə ki, ulduzlar yer əhli üçün parlayır, (Bu ev də) səma əhli üçün parlayar”.
Əmirəl-möminin (ə) buyurur: “O evdə ki, Quran oxunar və Allah Təala zikr olunar – bərəkəti artar və mələklər ora gələrlər. Şeytanlar ondan uzaq olarlar”.
Quranın evdə oxunması ailə üzvlərinə də təsir edər. O ailədə ki, ata və ana Quran oxuyar, uşaqları da Quran oxumağa meyil edərlər. Hətta qonşuları belə, bəzən bu əməldən təsirlənər və Quran oxumağa əlaqə əldə edərlər.


Hədislərə əsasən dua etmək seçilmiş məkanlar haradır?!


Qurani-Kərimdən və hədislərimizdən belə qənaətə gəlmək olur ki, hər bir əməlin ədəb qaydaları olduğu kimi, dua etməyin də özünəməxsus qaydaları və şəraitləri vardır. Hər kim ona əməl edərək dua edərsə, duası daha tez qəbul olar. Bu qaydalardan biri də duanın edildiyi məkana aiddir. Dünyada elə məkanlar vardır ki, hər kim orada dua edərsə, duası qəbul olunar. Bu məkanları tanıyaq:
1. Məscid. İmam Sadiq (ə) buyurur: “Nə zaman atamın hacəti olsaydı, onu zöhr zamanı istəyərdi. Əvvəl sədəqə verərdi, bir qədər ətir vurardı və sonra məscidə tərəf gedərdi. Orada hacətini Allahdan istəyərdi”.
2. Məkkə. “Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin”. (“Bəqərə” 125)...


İslam maarifinə əsasən Ailə quran cütlərin şirin olması üçün hansı 5 addıma diqqət yetirmək lazımdır?!


Ailə quran cütlər bir qədər keçəndən sonra sabit həyat yaşamağa başlayarlar. Bu həyatda heç bir xüsusi yeniliklərə can atmırlar. Onu canlandırmaq üçün 5 addım tövsiyə olunur.
1. Həftə sonlarında qısa səfərə çıxmaq. İnsanlar adətən səfərə çıxmaq dedikdə, bir neçə günlük səfəri nəzərdə tuturlar. Halbuki, səfər bir neçə saatlıq da ola bilər. Ailə həyatında yeni qığılcımlar yaratmaq üçün həftə sonu bir qədər yemək bişirin və onu qablaşdırıb səfərə çıxın. Ən çox sevdiyiniz məkana gedib, orada istirahət edin.
Bu səfər həm sizi gündəlik problemlərdən uzaqlaşdıracaqdır və həm də yeni qığılcımların yaranmasına şərait yaradacaqdır.
2. Həyat yoldaşınıza sürprizlər edin. Həyat yoldaşınızı sürprizlər edərək sevindirin. Vacib deyildir ki, aldığınız və ya təşkil etdiyiniz sürprizlər bahalı olsun. Xeyr, ən az büdcə ilə həyat yoldaşınızı sevindirə bilərsiniz...


Namaz qılanların 4 dəstəsi. Hansındayıq?


Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədən ibarətdir: Namazda səhlənkarlıq edənlər, namazı zay edənlər, namazı tərk edənlər, namazda müti olanlar”.
1. Namazda səhlənkarlıq edənlər. Həzrət Rəsuli-Əkrəm (s) bu dəstə barəsində buyurur: “Bir dəstə namaz qılır, ancaq namazlarında səhlənkardırlar. Ona görə də Vəyl onlar üçündür”. Vəyl isə cəhənnəmin təbəqələrindən birinin adıdır. “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun”, 4-5).
2. Namazı zay edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə gah namaz qılır, gah da qılmırlar. Ona görə də Ğəyy onlar üçündür”.
Ğəyy – cəhənnəmin alt təbəqələrindəndir. “Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər”. (“Məryəm (s.ə)”, 59).
3. Namazı tərk edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə heç vaxt namaz qılmazlar. Səqər onlar üçündür”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter