Oruclu halda başı suya batırmağın hökmləri haqda yazın?


Oruclu halda başı suya batırmağın hökmləri haqda yazın? Oruc tutan halda Başı suya batırmaq
1. Əgər oruc tutmuş şəxs bilərəkdən başını tam suya batırsa vacib ehtiyata əsasən orucu batil və qəza olunmalıdır, 2. Başı suya batıran zaman bədənin suda olub-olmamasının məsələyə təsiri yoxdur, 3. Başın bir hissəsini suya batırıb çıxarıb, sonra o biri hissəsini batırıb çıxarsa oruc batil olmaz. 4. Əgər başı suya batırsa, amma tüklərindən bir hissəsi sudan bayırda qalsa oruc batil olmaz. 5. İnsan şübhə etsə ki, başı tam suya batıb yoxsa batmayıb, orucu düzgündür. 6. Əgər oruc tutan şəxs bilmədən suya düşsə və başı tam suya batsa, orucu batil olmaz. Amma dərhal başını sudan çıxarmalıdır. 7. Bir şəxs üzgüçülük libası geyinsə, suya girəndə bədəni islanmasa, bu libas başına möhkəm yapışsa, orucunun düzgünlüyü iradlıdır, qəza tutmalıdır, 8. Qabdan başa su tökmək orucu pozmur.


Oruclu halda Yemək və içməyin hökmlərindən yazın?


Oruclu halda Yemək və içməyin hökmlərindən yazın? Yemək və içmək
1. İnsan bilərəkdən, agahlıqla bir şey yesə və ya içsə onun orucu batil olar, istər halal və ya haram bir şey yesin və ya içsin, 2. İnsan dişlərinin arasında qalmış bir şeyi oruc olduğu zaman bilərəkdən udsa orucu batildir. 3. İnsan bilmədən bir şey yesə və ya içsə orucu batil olmaz. 4. Ağız suyunu udmaq orucu batil etmir. 5. Vacib ehtiyat budur ki, oruc tutan şəxs gücləndirici ampulların ineksiyasından (iynə vurdurmaqdan) çəkinsin. 6. Vacib ehtiyat budur ki, oruc tutan şəxs burun yolu və dilin altı ilə qəbul olunan narkotik maddələrdən (o cümlədən dərmanların maddələrində olanları qəbulu) çəkinsin. 7. Əgər yemək yediyi zaman başa düşsə ki, artıq sübh olub, ağzındakı tikəni çıxarmalıdır. 8. Baş və sinədən gələn bəlğəm, qatı maye nə qədər ki ağıza çatmayıb orucu batil etməz. Amma ağıza daxil olsa vacib ehtiyat budur ki, tüpürülsün. 9. Qan təzyiqinə qarşı həb qəbul etmək vacibdirsə oruc tutan şəxs həb qəbul edə bilər. Amma bu dərman orucu batil edir. Müalicə məqsədi ilə həb atmaq da yemək sayılır. 10. Damağdan gələn qan nə qədər ki udulmayıb orucu batil etməz. Əgər ağız suyuna qarışıb itsə onu udmağın eybi yoxdur.


Orucluqda cənabət, heyz və nifas halında sübh azanına qədər qalmağın hökmləri.


Orucluqda cənabət, heyz və nifas halında sübh azanına qədər qalmağın hökmləri. Cənabət, heyz və nifas halında sübh azanına qədər qalmaq
1. Bir şəxs ramazan gecəsi cünub olsa sübh azanından qabaq qüsl verməlidir, əks halda orucu batildir. 2. Cənabətli şəxs ramazan ayı günlərində qüsl verməyi fəcr tülusuna qədər yaddan çıxarsa, cünub halda səhəri açsa orucu batildir. 3. Bir şəxs cünub olmağın orucu batil etdiyini bilmədiyindən bir neçə gün bu halda oruc tutsa tutduğu oruclar batil və qəzası vacibdir. 4. Əgər bir şəxs mübarək ramazan ayında murdar su ilə qüsl versə, bir neçə gün sonra həmin suyun murdar olduğunu bilsə, tutduğu oruclar düzgündür. 5. Bir şəxs ramazan ayında gecə qüsl verməyə vəzifəlidirsə, vaxt dar olduğundan və ya su ona zərər etdiyindən qüsl verə bilməsə qüsl əvəzinə təyəmmüm etməlidir. 6. Oruc halda yuxuda cünub olsa, orucu pozulmaz. 7. Bir şəxs oyaq halda cünub olsa, ya yuxuda cünub olduqdan sonra oyansa, yatsa sübh azanına qədər oyanıb qüsl üçün oyana bilməyəcəyini bilsə, qüsl verməmişdən qabaq yata bilməz. 8. Əgər qadın aylıq adətdən və doğuş qanından pak olubsa qüsl verməli, əgər sübh azanına qədər ramazan ayında qüsulü təxirə salsa orucu batildir. 9. Oruc tutmuş qadın gündüz vaxtı özündə heyz və ya nifas qanı görsə orucu batil olar. Qüruba az qalsa da orucu batildir.


Orucun hökmlərindən 8 məsələ:


Orucun hökmlərindən 8 məsələ: Orucun hökmlərindən 8 məsələ:
1- Orucun vacib olmasının birinci şərti həddi büluğa çatmaqdır, Sırf zəiflik üzündən bir nəfər tuta bilməsə onun qəzası boynunda qalır, 2-Yenicə həddi buluğa çatmış qızların həddi buluğ yaşı 9 yaş hicri qəməri tarixi ilə hesablanır, oruc vacib olan halda o günü oruc tutacaq, Amma orucu tutmaq gündüzlər onlara zərər yеtirsə və ya dözülməz vəziyyət yaratsa, onda onlara oruc açmağa icazə vеrilir. 3-Orucun nə zaman vacib olduğunu bilməyən şəxs elə həddi buluğ yaşından qəzasını tutmalıdır. 4-Zərər qorxusu gümanı ilə oruc tutmayan və ya orucunu pozan şəxsə fərz olunan halda ona qəzadan əlavə kəffarə də vacib olar. 5- Səfərə gеtmək üzrü ilə ramazan ayının orucunu tutmayan və üzrü növbəti ramazan ayına qədər davam еdən şəxsə təkcə qəza vacibdir və fidyə lazım dеyildir. 6-Oruclu halda irtimasi qüsl onun oruc olmasını unutması və yaddan çıxarması ucbatından olsa, onda oruc və qüslü düzgündür və orucunun qəzası vacib dеyildir. 7-Qadın xəstəlikləri oruc saatlarının hansı vaxtında olsa oruc batil olur. 8-Vacib oruc qəzası olan şəxsə müstəhəb oruc tutmağa icazə verilmir.


Inanclı bir xanım içki içən bir bəylə ailə həyatı qura bilər?


Inanclı bir xanım içki içən bir bəylə ailə həyatı qura bilər? Əgər həmin şəxs müslmandırsa, şəri baxımdan bəli, ailə qura bilər. Lakin məsələnin əxlaqi və psixoloji tərəfləri də vardır. İnanclı və möminə bir xanım gələcək həyatında onun içki içməsinin böyük sıxıntılar törədəcəyini də bilməlidir. Əgər onu haqq yola qaytaracağına ərinin pis vərdişlərdən uzaqlaşdıra biləcək qüdrətə malik olduğunu əmindirsə, bunun eybi yoxdur. Quran məhz ona görə buyurur ki, mömin kişilər möminə xanımlarla, möminə xanmlar isə mömin kişilərlə evlənsinlər.


Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi?


Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi? Ənam, 68-ci ayə: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» Nisa» surəsi, ayə 140. Peyğəmbər (s) buyurur: Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.
Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır: 1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir; 3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir; 4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar; 5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.


Qalstukdan və Qərb mədəniyyətini təbliğ edən paltarlardan istifadə etməyin hökmü nədir?


Qalstukdan və Qərb mədəniyyətini təbliğ edən paltarlardan istifadə etməyin hökmü nədir? Qalstuk haqda Ayətullah Xamenei və Sistani həzrətlərinin fetvaları:
1-Qalstuk və sair qeyri-müsəlmanların şüarı sayılan və alçaq qərb mədəniyyətinin yayılmasına səbəb olan geyimlərdən istifadə etmək caiz deyil. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
2- Haram olmasına səbəb olan ikinci (sanəvi) ünvan ona şamil olmazsa, eybi yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Sistani, \"İstiftaat\",məs.1471\".


Sosial şəbəkələrdən xüsusən \"Facebook\"-dan istifadə etməyin hökmü nədir?


Sosial şəbəkələrdən xüsusən "Facebook"-dan istifadə etməyin hökmü nədir? Sosial şəbəkələrdən xüsusən də \"Facebook\"-dan istifadə etmək haqda iki böyük müctəhidin vetvası:
1-Qeyd olunan sosial şəbəkələrdən istifadə etmək, əgər fəsada (pozğunçuluğu yaymaq, yalan və faydasız mövzuları yazmağa) səbəb olarsa ya günaha düşmək qorxusu yaranarsa və yaxud İslam dini və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, icazə yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası\"
2-Əgər mənfi yönündən istifadə etməyəcəyinə əmindirsə və pisi yaxşıdan ayıra bilirsə, eybi yoxdur, olar. \"Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası\". fetva.313news


Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi?


Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi? Əksər muctəhidlər yazırlar: Kişi və qadın yalnız öz həyat yoldaşı önündə rəqs edə bilər. yəni kişi və qadın üçün istər məhrəm və istərsədə də naməhrəmlərin olduğu yerdə başqalarının gözü önündə rəqs edə bilməz.
Eləcə də kişilərin kişi məclislərində və qadınların qadın məclislərində rəqs etmələrinə şəriət icazə vermir.
İmam Xomeyninin (r) şəri suallara cavab (istiftaaat) kitabı cild: 2, səh: 35; Ayətullah Məkarim Şirazi həzrətlərinin istiftaatı kitabı, cild: 1, səh: 534.


Qadının naməhrəm qarşısında musiqi oxumasının hökmü nədir?


Müctehidlərdən mərhum İmam Xomeyni (rizvanullahi təala əleyh), Ayətullah Bəhcət (quddəsə sirruh), Ayətullah Fazil Lənkərani (ələllahu məqaməh), Ayətullah Təbrizi (qəddəsəllahu nəfsəhu şərifə), hal-hazırda dünya həyatında qeyd də olan Təqlid Mərcəsi Ayətullah Sistani, Ayətullah Nuri Həmədani və Dünya Müsəlmanlarının Ali Rəhbəri İmam Xamenei cənablarının (Allah vücudlarını bəlalardan hifz etsin) nəzərləri belədir: “Xanımların (istər Hicablı istərsə də hicabsız xanımlar olsun fərqi yoxdur) naməhrəm qarşısında oxuduğu musiqi iki sürətdə haramdır:
(1- Ğina – səsi ağızda haram (ləhv və ləib) məclislərinə xas olan şəkildə titrətmək (zəngulə vurmaq) ilə olarsa.
(2- Əgər ləzzət almaq və riybə qəsdi daşıyarsa, həmçinin günaha düşmək qorxusu olarsa və şəhvəti təhrik edərsə ha belə fəsada səbəb olarsa.
Göründüyü kimi əgər qadının kişi xəylaqı qarşısında musiqi oxuması yuxarıda deyilən iki sürət kimi olmazsa bunun heç bir iradı yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter