Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır?


Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır? Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi:
242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(1) (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(2) (yaxud yarımdan az və ya çox) verə bilərikmi? Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(3) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.
(1) Çəkisi üç kiloqram olan bir ölçü, (2) Yəni 20.5 “sa”, (3) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq hesablanır.


Fitrə zəkatını vermək yaddan çıxarılsa hökm nədir?


Fitrə zəkatını vermək yaddan çıxarılsa hökm nədir? Fitrə zəkatını verməyi unutmaq:
239. Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir?
Cavab: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən


Fitrə zəkatını başqa şəhərə göndərmək olarmı?


Fitrə zəkatını başqa şəhərə göndərmək olarmı? Fitrə zəkatını başqa şəhərə göndərmək
237. Fitrə zəkatını başqa şəhərə göndərə bilərikmi?
Cavab: Əgər mükəlləfin (fitrə vacib olan şəxs) yaşadığı yerdə və şəhərdə müstəhəq (fitrəni alacaq kasıb) tapılmasa, fitrəni başqa şəhərə apara bilər.


Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda 2 məsələ


Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda 2 məsələ Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda iki məsələ:
A) Fitrə zəkatının verildiyi qida məhsulu
232. Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir?
Cavab: Əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır.
B) Fitrə zəkatının miqdarı
233. Fitrənin miqdarı nə qədərdir? Cavab: Mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir. (Cənab Rəhbər Həzrət Ayətullah Xamenei həzrətlərinin fitvası əsasında)


Fitrə zəkatının vacib olma şərtləri haqda bir neçə məsələ


Fitrə zəkatının vacib olma şərtləri haqda bir neçə məsələ Fitrə zəkatının vacib olma şərtləri:
1-Qonağın fitrə zəkatı: Məsələ- 225: Onun fitrəsi ev sahibinin öhdəsinə deyildir. Məsələ-227: Qonaq (ev sahibinin çörək yeyəni) öz fitrəsini versə, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür. 2-Fəqirin fitrə zəkatı: Məsələ-228: Əgər fəqir olsa, fitrə zəkatı vermək ona vacib deyildir. …
3-Dolanışıq xərclərini təmin edən qadının fitrə zəkatı: Məsələ- 229: Əgər qadın ərinin və başqasının çörək yeyəni olmasa, qadının özü fitrə zəkatını verməlidir. 4-Naşizə qadının (Ərin haqlarına riayət etməyən qadın) fitrə zəkatı: Məsələ-230: Ər onun fitrə zəkatını verməlidir. Ancaq əgər qadın başqasının çörək yeyəni olarsa, onun fitrə zəkatı ərin öhdəsindən götürülər. 5-Ərin fitrə zəkatı verməməsi, zövcənin və övladın vəzifəsi: Məsələ-231: Onların bir vəzifəsi yoxdur və fitrə zəkatı vermələri lazım deyildir. (Cənab Rəhbər Həzrət Ayətullah Xameneinin fitvaları əsasında)


Oruc tutmayana (və ya batil edənə) kəffarə ödəmək düşər!


Oruc tutmayana (və ya batil edənə) kəffarə ödəmək düşər! Kəffarə nədir?
Kəffarə günahın təsirini aradan qaldırıb, onu insandan uzaqlaşdırdığı üçün ona «kəffarə» deyilir. Kafir insan da Allah, qiyamət, nübüvvət və bu kimi həqiqətləri inkar etdiyi və özündən uzaqlaşdırdığı üçün «kafir» adlanır. Kəffarə bütün şəriətlər və dinlərdə ilahi üsullara zidd hərəkətlərin qarşısını almaq üçün həyata keçirilir. Onun mühüm təsirlərindən biri də Allah-təalanın razılığını qazanmaq və Onun qəzəbini soyutmaqdır.
Oruc kəffarəsi 4 növdür: 1. Ramazan ayında qəsdən orucu yemək kəffarəsi; qul azad etmək; ya iki ay oruc tutmaq və ya altmış yoxsulu yedirtmək. 2. Zöhrdən (günortadan) sonra ramazan ayının qəza orucunu qəsdən pozmağın kəffarəsi; on yoxsulu yedirtmək və imkan olmadıqda 3 gün oruc tutmaq. 3. Müəyyən nəzir orucunun kəffarəsi: ramazan ayında qəsdən oruc yemək kəffarəsi kimi. Bəziləri (Təbrizi və Vəhid) onun kəffarəsini and kəffarəsi bilirlər və bu kəffarə qul azad etmək, on yoxsulu yedirtmək və ya on yoxsulu geyindirməkdir. İmkan olmadıqda isə üç gün oruc tutmaqdan ibarətdir. 4. Etikaf gününün oruc kəffarəsi: ramazan ayında qəsdən oruc yeməyin kəffarəsi kimi. Qeyd: Ramazan orucunu haram bir şeylə batil edən (misal üçün zina edə və ya haram bir içki ilə orucunu batl edə) şəxsə hər üç kəffarə yəni həm 60 nəfəri yedizdirməli, həm 60 gün oruc tutmalı həm də 1 qul azad etməlidir.


Səfərə çıxmış şəxsin orucunun hökmlərindən iki məsələ


Səfərə çıxmış şəxsin orucunun hökmlərindən iki məsələ Səfər çıxmış şəxsin orucuna aid iki şəri məsələ:
1-Oruc tutan şəxsin səfər çıxması ilə orucu batil olar. Necə ki səfərə çıxmış şəxsin namazı qəsr olur. Oruc tutmaq namazı qəsrli olan şəxs üçün icazəli deyildir. Və hər bir yerdə ki, səfərə çıxmış şəxs belə olsa namazı bütöv olsa oruc tutmasına da icazə vardır. misal üçün vətənindən şəri məsafəni (yəni 45 kilometri) uzaqlaşmış şəxs üçün oruc tutmaq olmaz. Amma getdiyi yerdə əgər 10 gün qalmağı niyyət etsə, belə bir vəziyyətdə həm namazı bütöv qılınacaq - dörd rəkətli namaz qəsr olmayacaq həm də oruc tutması məqsədə çatdığı zamandan ona vacib olur. və ya səfər etmək oruc tutan şəxs üçün iş hesab olunsa sürücülər kimi - belə səfərdə oruc tutulacaq və 4 rəkətəli namaz bütöv qılınacaq. 2-Oruc tutan şəxs əgər zöhr namazından öncə şəri məsafəni keçən həddə səfərə getsə əgər zöhr azanından sonra öz vətəninə qayıdarsa səfərdə orucunu pozmalı və sonradan tutmadığı orucun qəzasını tutacaqdır. Cənab Rəhbər XAMENEİ ağanın fitvaları əsasən: 206-məsələ.


Orucun düz olmasının şərtləri nələrdir?


Orucun düz olmasının şərtləri nələrdir? Orucun düz olmasının şərtləri:
1-İslam - yəni oruc tutan şəxs kəlmeyi şəhadətini deməlidir, 2-iman - yəni orucun Allah tərəfindən yazılışına inanmalıdır, yalnız faydalarına görə oruc tutmaq düzgün deyildir, 3-Əql - yəni bilə ki nə edir və kimin üçün oruc tutur, 4-Bihuş halda olmamaq, Oruc tutan şəxs bihuş olduğu zaman orucu pozular, 5-Müsafir olmamaq, yəni misal üçün bir nəfər səhərdən oruc niyyətlənibsə gün ərzində gunorta namazına qədər vətənindən şəri məsafədə səfərə getsə və gunortaya qədər vətəninə qayıda bilməsə orucu batil olar. (əgər səfəri işi olmasa ...) 6-Qadının nifas və heyz halında olması, Əgər bir xanım oruc tuta hətta iftara 1 saat qalmış bu qüsullardan biri onda görsənsə orucu batil olar. 7-Orucun zərəri olmasın, oruc tutan şəxs gün ərzində yəqin edə ki orucu davam etməsi ona zərər yetirir orucu atması vacibdir. 8-Niyyət, niyyət etməmiş və ya oruc niyyətindən dönən şəxsin orucu batil olar, amma həmin gün orucu batil edən işləri görməsinə icazə yoxdur. 9-Orucu batil edən işlərdən çəkinmək, - yəni orucu batil edən 9 şeydən birini gün ərzində oruc tutan şəxs etsə orucu batil olar, 10-Müstəhəb oruc tutmaq istəyən şəxsin boynunda vacib orucu olmasın, misal üçün qəzası olan şəxsə müstəhəb oruc tutmağa icazə verilmir. Əksinə qəza namazı olan şəxsə müstəhəb namaz qılmaq olar.


Orucun vacib olma şərtləri nələrdir?


Orucun vacib olma şərtləri nələrdir? Orucun vacib olma şərtləri səkkizdir:
1-Həddi büluğa çatmaq, - yəni uşağa oruc vacib deyil, 2-Aqil olmaq (yəni dəliyə oruc vacib deyil. 3-Oruc tutmağa qadir olmaq, (xəstə olana oruc vacib deyil misal üçün mədə yarası olan və ya şəkər xəstəsi olana oruc tutmaq vacib deyildən əlavə tutan şəxs günah da olar) 4-Ayıqlıqda olmaq, -yəni huşsuz olan şəxsi qidalandırmamaq düzgün deyil). 5-Müsafir olmamaq, -yəni öz vətənindən 8 fərsəx - get-gəli 45 kilmetrdən çox olan şəxsə oruc tutmaq qadağandır. Bu haqda təfərrüatlı hökmlər var müctehidlərin risalələriə müraciə etmək məsləhətlidir) 6-Qadının heyz və nifas halında olmaması, - yəni qadınlara aid üç növ qüsl var istihazə, nifas və heyz, istihazə halında olan qadına oruc tutmağa icazə verilir. Amma heyz və nifaslı qadına oruc tutmaq haramdır. 7-Orucun zərəri olmasın. Yəni əgər bir şəxs həkimin deməsi və ya özünün yəqin etməsi ilə ki bilə oruc tutması onun üçün zərərlidir bu halda oruc tutmasına icazə verilmir. 8-Oruc insanı məşəqqətə salmasın. Yəni bir nəfər əgər oruc tutan halda görə vəziyyəti o həddə pisdir ki davam etsə bədəninə ziyan yetirər onda açmasına icazə verilir.


Orucu batil edən 9 əməllər haqda yazın?


Orucu batil edən 9 əməllər haqda yazın? Orucu batil edən 9 əməl:
1. YEYİB_İÇMƏK- Miqdarından asılı olmayaraq orucluq vaxtı bilərəkdən yeyilən və ya içilən hər şey orucu pozur. Unutqanlıq üzündən olduqda oruc pozulmur.
2. CİNSU YAXINLIQ -Oruc tutulan müddətdə sübh namazından şam namazına qədər cinsi yaxınlıqda olmaq olmaz. 3. İSTİMNA - ONANİZM (spermanın xaric olması) yəni özünü cənabətli etmək, 4. Allaha, Peyğəmbər və İmamlara YALAN nisbət vermək, 5. TOZUN BOĞAZDAN KEÇMƏSİ -İstər halal, istərsə də haram olsun, qatı toz halında olan tüstünün boğazdan keçməsi orucu pozur. 6. BAŞI BÜTÜNLÜKLƏ SUYA SALMAQ- Orucluq vaxtı hamamda, dənizdə, hovuzda çimərkən başı suya salmaq orucu batil edir. yuxarıdan aşağı su axıtmaq orucu batil etməz. 7. İMALƏ- Müalicə məqsədilə olsa belə, orucluq vaxtı imalı etmək orucu pozur. 8. CÜNUB HALINDAN SÜBH NAMAZINA QƏDƏR QALMAQ. Sələnkarlıq üzündən və ya bilərəkdən bu vəziyyətdə qalmaq orucu pozmuş olur. [left][/left]9. QUSMA bilərəkdən olarsa, Qeyri-ixtiyari və unutqanlıq üsündən qusduqda isə oruc pozulmur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter