İbadətlərdə səfərdə necə riayət etmelıi - 5 məzhəbin hökmləri


İbadətlərdə səfərdə necə riayət etmelıi - 5 məzhəbin hökmləri Səfər – dini anlamda vətəni tərk edib, müəyyən məsafə qət etməyə deyilir. Səfər məsafəsi hənəfi məzhəbində üç günlük yol və ya təqribən 90 km, maliki, şafii və hənbəli məzhəblərində 16 fərsəx (80,64 km.) götürülür. Ən azı bu məsafə qədər yol gedən şəxs səfərdə sayılır və müsafir hökmünü daşıyır. Hənəfi və hənbəli məzhəblərində bu məsafənin 1,67–3,33 km., maliki məzhəbində isə hətta 13,36 km. qısa olmasına da icazə verilir. Cəfəri məzhəbində səfər məsafəsi getmək və gəlmək də daxil olmaqla üst-üstə 8 fərsəx qəbul edilib ki, bu da təqribən 43-44 km.-ə bərabərdir.
Cəfəri, şafii və hənbəli məzhəblərinə görə, insanın səfəri günah məqsədi daşıyırsa, bu səfər boyunca namazlarını bütöv qılmalı, orucunu tutmalıdır. Maliki və hənəfi məzhəblərində bu şərt qoyulmur
Həmçinin, cəfəri məzhəbinə görə, peşəsi səfərə çıxmaq olan şəxslər (məsələn, sürücülər, bələdçilər) səfər zamanı namazları bütöv qılmalı, orucu tutmalıdırlar. İnsan şəhərin uzaq qəsəbəsində yaşayrsa, amma iş yeri şəhərin mərkəzindədirsə, bu halda da onun işə getməsi peşə sayılır və həmin şəxs müsafir hökmünü daşımır.


Qəlyan çəkmək haramdırmı?


Qəlyan çəkmək haramdırmı? Qəlyan çəkmək , siqarə hökmünə daxildir.Siqarət çəkməkdə əlbəttə ki insana zərəri varsa haramdır.
Müsəlman çalışmalıdır ki, faydasız işlərdən çəkinsin.
Peyğəmbərimiz(s.a.a.v) buyurmuşdur:
\"Hər bir insan hansı əməl üzərində ölsə axirətdə o əməl üzərinə diriləcəkdir.
Bir anlığına düşün ki, qəlyan və ya siqrət çəkərkən bu dünyadan köçmüsən və qiyamət günü Allah dərgahına siqarət və qəlyanla gəlirsən.
O zaman nə edərsən!!!!!?


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır?


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır? Qurbanlar bir neçə növ olur: 1. Əqiqə qurbanı: bu, uşağın doğulması münasibəti ilə kəsilən qurbandır. Qız uşağı üçün bir qoyun, oğlan uşağı üçün iki qoyun olmaqla uşağın doğulduğu 7-ci, olmazsa 14-cü, olmazsa 21-ci günü və yaxud həddi-buluğa çatana qədər kəsilə bilər.
2. Kəffarə qurbanı: bu, həcc vaxtı hər hansı bir günahdan səbəbilə cərimə olaraq kəsilən qurban növüdür:-a) Həcc vaxtı ehram qaydalarının birini pozduqda, məsələn, tikili paltar geyinmək, saç, saqqal və ya dırnaqları kəsmək və s. günahlardan dolayı bir qoyun və ya bir keçi qurban edilir. -b) Vacib olan bəzi qaydaları pozduqda, məsələn, bayramın birinci gününün gecəsini Müzdəlifədə keçirmək, Minada şeytanı daşlamaq, təşriq günlərində Minada gecələmək, vida təvafı etmək kimi həccin vacib (rükn) olmayan bəzi qaydalarını tərk etməyin cəzası bir qoyun və ya bir keçi qurban kəsməklə ödənir.
3. Nəzir (ədəq) qurbanı: bu, bir işdən səbəbindən dolayı kəsməyə niyyət edilən qurban növüdür. Allahla əhd bağlandığı üçün kəsilməsi vacibdir. Niyyətdə hansı cins heyvanı və neçə dənə üşün tutulursa o sayda və o cins heyvanları kəsmək vacib olur. Münasib vaxtda kəsilə bilər.
4. Udhiyyə qurbanı: bu, qurbanların ən məhşur və ən kütləvi, ən möhtəşəm növüdür. Xalqımız arasında buna “İsmayıl qurbanı” da deyirlər. Bu qurbanın kəsilməsi alimlərin əksəriyyətinə görə vacib olmasa da, gərəklidir. Çünki bunu etməyənlər Peyğəmbər (s) tərəfindən qınanmışdır: “İmkanı olub qurban kəsməyənlər namaz qıldığımız yerə yaxınlaşmasınlar”


Müsəlman təhqir olunan kampyuter oyunlardan istifadə etməyin hökmü nədir?


Müsəlman təhqir olunan kampyuter oyunlardan istifadə etməyin hökmü nədir? Müsəlman və islam ümmətinin müqəddəslərini təhqir edən kampyuter oyunlardan istifadə etmək icazəli deyildir. İstər bu cür oyunların altı-satqısı belə olmuş olsun, müctehidlərin baxışında belə oyunlar qadağandır.
1-Ayətullah Safi Gülpayiqani: Kampyuter oyunları ki, onda camaatın baxışına görə İslam və müsəlmanlara təhqir gözü ilə oyanana belə oyunlardan istifadə haramdır.
2-ََAyətullah Məkarim Şirazi: Əgər kampyuter oyunlarında müsəlman və İslama qarşı təhqir və ya töhin olsa, eləcə də insanlar üçün pis örnək ifadə etsə belə oyunlardan istifadə etmək icazəli deyildir.
3-Nuri Həmədani: Kampyuter oyunlarında əgər müsəlmanların hörməti sındırılsa belə oyunlardan istifadə etmək icazəli deyildir.
4-Ayətullah Hadəvi Tehrani: İslam və müsəlmanları təhqir edən oyunların alqı-satqısı qadağandır və belə oyunlardan istifadə etməmək lazımdır.


Qadın kimlərin yanından hicab taxması vacib deyil?


Qadın kimlərin yanından hicab taxması vacib deyil? Qadına hicaba örtmək vacibdir. Qadın üçün bəzi şəxslər qarşısında hicab taxmamasına icazə verilir:
Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.


Qadınların qaşların alması günahdırmı?


Qadınların qaşların alması günahdırmı? Bismillahir-rəhmanır-rəhim:
Ayətullah Xameneinin fitvasına görə: Günah deyil və qadının öz əri üçün bəzənməsi bəyənilir. Lakin, zinət sayıldığı surətdə onu naməhrəmdən örtməlidir.


Sınıq istəkanda su içmək olarmı?


Sınıq istəkanda su içmək olarmı? Sual: Deyilənə görə dində belə bir qayda var: Sınıq stəkandan su içmək olmaz. Bu nə dərəcədə düzgündür?

Cavab: Peyğəmbərimiz həzrəti Muhəmməddən (s) nəql olunan bir hədisdə deyilir ki, qabın qırıq tərəfindən su içməyin və suya üfürməyin.
Buradakı qadağa qəti surətdə qadağandır, haramdır kimi başa düşülməməlidir. Hədisdə insanın sağlamlığı və təhlükəsizliyi nəzərdə tutulur. Yəni, stəkan və ya başqa bir qabın bir tərəfi qırıqdırsa, mikrob və bakteriyalar oraya cəmlənmiş ola bilər. Bundan isə qorunmaq lazımdır.
Əlavə olaraq, qabın qırıq tərəfi ondan su içən insanın dil və dodağına xəsarət yetirə bilər. Bu isə arzuolunmaz bir haldır.
İsti yemək və suya üfürüb onu soyutmağa çalışmaq da ağızdan çıxan zəhərli maddələrin onlara qarışmağına səbəb olur. Bundan da uzaq durmaq lazımdır. Bu, eyni zamanda insanlarda ikrah hissi yaradan xoşagəlməz bir haldır.


Başqasının bağına icazə almadan girmək olarmı?


Başqasının bağına icazə almadan girmək olarmı? Başqasının bağına ziyan vurmamaq şərti ilə girməyin hökmü:
Əgər bir şəxsin bağ və ya torpağından istifadə etmək istəsək almaq lazımdır. Amma əgər istifadə etmək üçün əminlik ola ki, sahibinin heç bir narazılığı yoxdur o torpaqdan keçmək və bağın məhsulundan istifadə etmək icazəlidir.
Bu barədə müctəhidlərin cavabları:
1-Ayətullah Xamenei: Başqasının torpağından keçmək və ya bağının məhsulundan istifadə etmək üçün icazə almaq vacibdir.
2-Həzrət Ayətullah Sistani: Əgər bağ və topağın hasarı olmasa və narazılıq əlaməti olmasa istifadə etmək olar. misal üçün qohumların bağ və torpağından istifadə etmək barədə razılığı olduğuna əmin olsa icazə almaq lazım deyil.
3-Ayətullah Safi: Bu əməl qəsb etmək hesab olunur və icazəli deyil.
4-5: Ayətullah Məkarim Şirazi və Nuri Həmədani: Fərz olunan sualın cavabı budur ki, sahibinin icazəsi olmadan istifadə etmək qadağandır.


İslam dinində vacib əməllərdir bunlar.


İslam dinində vacib əməllərdir bunlar. İslam dinində bir sıra işlər vacib buyurulub və Mütəal Allah onları yerinə yetirənləri mükafatlandıracaqdır. Bu əməllərdən bəziləri aşağıdakılardır;
1-Şəriət məsələlərini öyrənmək.
2-Gündəlik namazları və digər vacib namazları qılmaq.
3-Ramazan ayının orucunu eləcə də digər vacib orucları tutmaq.
4-Ramazan ayının orucunun qəzasını tutmaq.
5-Zəkat, xüms və digər şəri vergiləri ödəmək.
6-Vacib Həcci yerinə yetirmək.
7-Övrətyerni (ayıb yerləri) örtmək; istər kişi olsun, istərsə də qadın. Hətta yaxşı və pisi ayırd edən uşağın qarşısında da övrətyerni örtmək lazımdır.
8-Qadınların naməhrəm kişilərin qarşısında örtünməsi (yəni başı və bədənin bütünlüklə örtmək)...


İmam Camaatın şərtləri 8-dir.


İmam Camaatın şərtləri 8-dir. Camaat namazında İmam camaat duran şəxs gərək 8 xüsusiyyətə malik olsun, əkstəqdirdə günahkar və qılınan namazın bütün günahları onun öhdəsinə yazılır. İmam camaatın 8 şərtləri ibarətdir:
1-On iki İmam şiəsi olsun, Əhli-Beyt (ə) davamçıları üçün İmamlıq edən şəxs gərək Peyğəmbərin (s) təyin etdiyi 12 ilahi canişinini ilahi rəhbər olaraq qəbul etsin.
2-Aqil olsun, yəni İmam camaat duran şəxs hər növ dəlilikdən uzaq olsun. İstər bu dəlilik həmişə olsun istərsə də keçəri olmuş olsun. 3-Halalzadə olsun, yəni ata-anası kəbin kəsilməmiş ailədə dünyaya gələn uşağın həddi büluğa çatan zaman İmam camaatlılığına icazə yoxdur. 4-Baliğ olsun, Uşaq camaat namazında İmam camaat dayana bilməz. 5-Adil olsun, Yəni əgər bir şəxs aşkarda böyük günahlar edir və kiçik günahlardan qəsdən uzaq durmursa onun İmam camaat durmasına icazə yoxdur. 6-İmam camaat qiraəti düzgün oxusun. Camaat namazında İmamlıq edən şəxs gərək ərəb dilində namazın vacib zikrlərini düzgün oxusun. 7-İmam camaatın kişi olması. Əgər camaat namazında iqtida edən şəxslər kişilərdirlərsə lazımdır ki İmam camaat da kişi olsun. Kişi uşaq və qadına iqtida edə bilməz. 8-İmam camaatın üzərinə hədd təyin olunmamış olsun. Məsələn: Əgər bir şəxs başqasına töhmət vurubsa və ona şəri hökmlə cəza verilibsə o bu hadisədən sonra camaat namazında İmamlıq edə və ona iqtida etmək olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter