Qünut zamanı necə dua etmək məsləhətdir?


Qünut zamanı necə dua etmək məsləhətdir? Namazların ikinci rükətində qiraətlə rükunun arasında qünut tutmaq müstəhəbdir. Qünut zamanı əllər qoşalaşdırılıb sifət bərabərinə qaldırılır, açıq kitab vəziyyətində tutulur. Qünutda istənilən dildə istənilən duanı etmək olar. Qünut yeganə namaz əməlidir ki, insan onu qeyri-ərəb dilində də yerinə yetirə bilər. Qünut zamanı mənəvi məzmunlu dualar etmək daha çox bəyənilir. Məsələn, özünün və yaxın adamların günahlarının bağışlanması, axirət xeyrini qazanmaq, imanı və elmi artırmaq barədə. Bununla belə, halal dünyəvi və maddi istəklər üçün də dua etmək qadağan deyil. Peyğəmbərimiz qünutda bu ayəni çox oxuyardı: “Rəbbəna, atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar” (Bəqərə, 201). (Tərcüməsi: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”) Qünut duasını salavatla başlaıb salavatla bitirmək də müstəhəbdir.


Uduşlu kağızlar (lotorеya)- İslamda hökmü nədir?


Uduşlu kağızlar (lotorеya)- İslamda hökmü nədir? -Lotorеya bilеtlərini alıb-satmaq və mükəlləfin udduğu mükafatı götürməsinin hökmü nədir?
Cavab: Lotorеya bilеtlərini alıb-satmaq düzgün dеyil və mükafatı (uduşu) alan bir şəxs onun (şəri) maliki olmur və onu almağa haqqı yoxdur.
-Sual-1: Camaat arasında “еkoloji hədiyyə”, yaxud “rəhmət hüması” adları ilə hazırlanıb yayılan vərəqələri hazırlamaq, onlar üçün pul vеrmək və bu vərəqələr vasitəsilə püşkdə iştirak еtməyin hökmü nədir?
Cavab: Xеyriyyə işlərində sərf olunmaq, xеyriyyəçiləri püşk atmaq yolu ilə bu işə sövq еdib rəğbətləndirmək məqsədi ilə xеyriyyə vərəqələrinin hazırlanıb yayılmasının öz-özlüyündə şəri işkalı yoxdur. Еləcə də xеyriyyə işlərində iştirak еtmək məqsədi ilə bu vərəqləri hazırlamaq üçün pul vеrməyin еybi yoxdur.
-Sual-2: Bir şəxs öz maşınını bəxt yoxlamaq üçün qərar vеrmişdir (uduşa qoymuşdur). Bеlə ki, müsabiqədə iştirak еdən şəxs müəyyən tarixdə və müəyyən qiymətə püşk atılacaq vərəqəni alır və qеyd olunan müddət sona çatdıqdan və camaatın bir qrupunun püşk mərasimində iştirak еtməsindən sonra püşk kimin adına çıxsa, o şəxs udur və qiymətli maşını təhvil alır. Maşını satmaq üçün püşk atma yolundan istifadə еdilən bu üslub şərən caizdirmi? Cavab:


İslamda Böyük oğulun atanın qalmış namazlarının qəzasını qılmasının hökmü- 5-Sual-Cavab


İslamda Böyük oğulun atanın qalmış namazlarının qəzasını qılmasının hökmü- 5-Sual-Cavab Atanın qəza namazlarının böyük oğula düşməsi haqda 5 şəri hökm:
1-Sual: Böyük oğulun boynunda oruc-namaz qəzası olsa, bundan da əlavə, atasının oruc-namazı da onun boynunda olsa, bu halda (qəzalardan) hansını birinci еtməlidir? Cavab: Bu halda ixtiyar sahibidir; hansından başlasa, еlə o da düzdür.
2-Sual: Mənim atamın boynunda bir qədər qəza namazı vardır, lakin qəzasını qıla bilmir. Mən də ailədə böyük oğlanam. Atamın sağlığında onun fövtə gеtmiş namazlarını qılmağım, yaxud bu işi görmək üçün bir nəfəri əcir еtməyim caizdirmi? Cavab: Diri bir şəxsin oruc-namazının qəzasını yеrinə yеtirmək üçün naib tutmaq düz dеyil.
3-Sual: Bütün ibadi əməlləri bilərəkdən tərk еdən atanın 0böyük oğluna vacibdirmi ki atasının fövtə gеtmiş bütün oruc-namazlarını (təqribən əlli illik) qəza еtsin? Cavab: Qəsdən tərk еdən halda böyük oğula, onların qəzasını yеrinə yеtirməsi vacib dеyil, lakin müstəhəb еhtiyat budur ki, bеlə olan halda da (atanın əvəzində) onların qəzasını yеrinə yеtirsin.
4-Sual: Ata bütün ömrü boyu namaz qılan olmasa, bu halda onun bütün namazları qəzadırmı və böyük oğula onların qəzasını qılmaq vacibdirmi? Cavab: Vacib еhtiyat budur ki, bеlə olan halda da (onun əvəzindən) yеrinə yеtirilsin...


Namaz əsnasında hansı əməllərdən çəkinmək vacibdir?


Namaz əsnasında hansı əməllərdən çəkinmək vacibdir? Namazı qılan şəxs namaz arasında bu işlərdən çəkinməlidir:
1-Yeyib-içməkdən. hətta yeməkdən qalan ağızdakı qalıntıları belə udmamağa diqqət yetirmək lazımdır.
2-Qiblədən üzünü çevirmək. Qiblədən az miqdarda səhv durmağ namazı batil etməz.
3-Namazda namazın zikrlərindən başqa bir şeyləri bilərəkdən danışmaq. (Vacib salama cavab verməkdən başqa. hansı cümlə ilə salam veriibsə o cümlə ilə də cavab vermək vacibdir. Başqa cürə salam vermək namazı batil edər.
4-Namazda səsli gülmək. Gülümsəmək namazı batil etməz.
5-Namazda səsli ağlamaq ki səbəb ola dediklərini başa düşməyə. Allah qorxusundan sızıldamaq namazı batil etməz.
6-Namazın formasını qarışdırmaq. Misal üçün namazda hərəkət etmək. yerimək kimi.
7-Namazın rükn əməllərini artırmaq istər bilərəkdən istər bilmədən olsa belə. Misal üçün rükünü iki dəfə etmək namazı batil edər.


Fiqhdə məcburiyyət (zərurət) deyəndə nə başa düşülür?


Fiqhdə məcburiyyət (zərurət) deyəndə nə başa düşülür? MƏCBURiYYƏTiN (ZƏRURƏTiN) MƏNASI: Fəqihlər buyurur: «Məcburi hal odur ki, insan haram olan bir işi icra etməsə aşağıdakı hallardan biri baş verə bilər:
a) Həyatı və sağlamlığı təhlükə qarşısında qalar;
b) Şiddətli xəstəlik baş verər;
c) Xəstəliyi daha da şiddətlənər;
d) Malını itirmək təhlükəsi yaranar;
e) Başqa birinin həyatı və sağlamlığı təhlükə altına atılar.
Məsələn, hamilə bir qadın uşağını itirmək təhlükəsi qarşısında qalar, və ya “şərab içməsən, filankəsi öldürəcəyəm” deyə insanı təhdid edərlər.» Lakin “filankəsi öldürməsən, səni öldürəcəyik” deyilsə, bu hal fiqh elminin qəsd etdiyi məcburiyyət halına daxil deyildir. Yəni bu halda insan öz canını qorumaq üçün başqasını öldürə bilməz.
Qeyd etmək lazımdır ki, insan məcburiyyət qarşısında qaldıqda haramdan istifadə etməkdə həddini aşmamalıdır. Yəni məcburi halı aradan qaldıracaq miqdardan artıq haramdan istifadə etmək caiz deyildir.


Dəlinin müsəlman və ya kafir olması haqqında islamın hökmü nədir?


Dəlinin müsəlman və ya kafir olması haqqında islamın hökmü nədir? Dəlinin müsəlman və ya kafir olması haqqında 2 şəri hökm:

-Dəli olan bir uşaqın müsəlman və ya kafir olması onun valideyinlərinin hökmünə bağlıdır. Yəni əgər ata-anası kafirdirlərsə o da kafir hökmündədir. Əgər əksinə valideyinləri müsəlmandırlarsa dəlinin də hökmü müsəlman hökmünə aid edilir. Hətta İslamın baxışına görə əgər dəli uşağın valideyinlərindən biri müsəlman olarsa dəli uşağın hökmü də müsəlman olması ilə hökmlənir.

-Amma, əgər dəli olan şəxs həddi büluğa çatandan sonra hansı bu vəziyyətə düşübsə, həddi büluğ dövründə kafir və ya müsəlman olubsa o hökmdə qalır. İslamı qəbul edib dəli vəziyyəti onda yaranıbsa müsəlman olaraq hökmlənəcək. Əgər təklifə çatanda kafir olub və dəlilik vəziyyəti onda yaranıbsa kafir hökmündə olacaq.


Gündəlik vacib namazların nafilələri necə qılınır?


Gündəlik vacib namazların nafilələri necə qılınır? Gündəlik namazlar: Hər bir müsəlman üçün vacibdir ki, gündəlik 17 rəkət vacib namazlarını qılsın. Əgər tərk etsə Allah qarşısında günahkar və qılmadığı namazların qəzasını qılmalıdır.
Gündəlik vacib namazlardan əlavə hər 5 namaz üçün Məsumların hədislərində nafilə (müstəhəb) namazlar deyilmişdir.
Gündəlik namazların nafilə namazlarının qılınma qaydası:
-Sübh namazı üçün 2 rəkət müstəhəb namaz qılınması sübh namazından qabaq deyilibdir.
-Zöhr namazı üçün nafilə namaz olaraq qeyd olunan 8 rəkət iki rəkətli namaz gəlmişdir. vacib zöhr namazından öncə bu müstəhəb namazlar qılınar.
-Əsr namazının da nafiləsi eynən zöhr namazının nafiləsi kimi yerinə yetirilir.
-Şam-(Məğrib) namazının müstəhəb nafilə namazı 4 rəkət iki namaz şəklində qılınır məğrib namazından sonra.
- İşa namazının nafiləsi isə vacib namazdan sonra oturaraq 2 rəkətdir. Rəvayətlərdə: Nafilə namazları arasında Sübh və işa namazının nafilələrinin daha çox savablı olduğu deyilir. Yusif Əliyev.


Namazın ümumi vacib əməlləri hansılardır?


Namazın ümumi vacib əməlləri hansılardır? Namazın vacib əməlləri 11-dir:
1-Niyyət. Hansı namazı qıldığını fikrindən və ya dilində deməlidir.
2-Təkbirətül Ehram, yəni namaz qılan şəxs namazda dünya işlərini özünə haram edir.
3-Qiyam, yəni ayaq üstə iki müəyyən Qurandan surələri oxuyur.
4-Qiraət, ayaq üstə duranda surələrin oxunması,
5-Rüku, qiraətdən sonra əllərini dizinə çatdırmaq həddə əyilmək halətinə durmaq,
6-Səcdə. rükudan sonra iki səcdə bədənin 7 üzvünü yerə vurmaq şərti ilə, alını isə torpağa.
7-Zikr. namazın hər hansı durum tərzində xüsusi Allahı yada salan zikrlərdən demək.
8-Təşəhhüd. sübh namazında ikinci rəkətin səcdələrindən sonra, və 3 rəkətli namazın üçüncü rəkətinin səcdələrindən sonra və dörd təkətli namazın dördüncü rəkətinin iki səcdələrindən sonra xüsusi zikri \"təşəhhüdü bilərəkdən tərk etmək olmaz...


Kəbin barədə bilməli olduqlarınız.


Kəbin barədə bilməli olduqlarınız. Kişi ilə qadın bir-birlərinin həyatını birləşdirməyə qərar verdikdə, İslama görə, onların arasında mütləq kəbin kəsilməlidir. Yəni onlar arasında NİKAH bağlanması vacibdir. Bu zaman tərəflərin bu nikaha razı olmaları başlıca şərtlərdəndir. Əgər tərəflərdən biri, yaxud hər ikisi bu evliliyə razı deyilsə, onda onlar arasında bağlanan əqdin (kontraktın) heç bir qüvvəsi olmur. Belə kəbin batil sayılır. Əslində, kəbini kişi ilə qadın özləri kəsməlidir. Yəni tərəflər Allah qarşısında bir-birilə ailə qurduqlarını dilə gətirməklə əqd bağlamalıdırlar.
islam dinində ailə quran hər bir qadının mehriyyə almağa haqqı çatır, yəni bu, qadının vacib hüquqlarındandır: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!» («Nisa» surəsi, ayə 4). Mehriyyə kəbinin vacib hissələrindən biridir və mehriyyəsiz kəbin düzgün sayılmaz. Qeyd edək ki, mehriyyənin pul, qızıl, daşınan və daşınmayan əmlak və sair qismindən olması vacib deyil. Mehriyyə, məsələn, Quran öyrətmək, hər hansı bir iş görmək kimi də ola bilər və Peyğəmbər zamanında bəzi səhabələr mehriyyə kimi zövcələrinə Quran öyrədiblər. Quranda bildirilir ki, Musa Peyğəmbər Həzrət Şüeybin qızını alanda mehriyyə olaraq 8 il çobanlıq etmək öhdəliyini götürüb: «(Şüeyb) dedi: «Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm…». («Qəsəs» surəsi, ayə 27).


Ziyarətgahlarda şam yandırmaq düzgündürmü?


Ziyarətgahlarda şam yandırmaq düzgündürmü? Günümüzdə çox işlənən əməl haqda sual:
Ziyarətgahlarda şam yandırmaq ənənəsi İslamda yoxdur. Dini mətnlərdə bununla bağlı hər hansı məlumata rast gəlmirik. Buna görə bəzi alimlər bu ənənənin mövhumat nəticəsində xristianlıqdan İslama keçdiyini söyləyirlər. Bəzi hədislərdə məzarların üzərini işıqlı etmək və qaranlıq saxlamamaq tövsiyə edilir. Bu da yəqin ki, o zamanlar işıqlandırma sisteminin olmaması ilə əlaqədar idi. Hal-hazırda ən azından bütün iri ziyarətgahlarda müasir və güclü işıqlandırma sistemi fəaliyyət göstərir. Ona görə də ziyarətgahda şam yandırmağın heç bir mənası qalmır. Üstəlik, yuxarıda qeyd edildiyi kimi bu hərəkət xristianların dəbini xatırladır. Müsəlmana yaraşmaz ki, özünü qeyri-müsəlmanlara bənzətsin və öz müstəhəb dini ayinini onlar kimi yerinə yetirsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter