Pasportsuz və vizasız Kərbəla ziyarətinə getmək olarmı? - Fətva


Pasportsuz və vizasız Kərbəla ziyarətinə getmək olarmı? - Fətva Müctəhid Məkarim Şirazi Kərbəlaya ziyarətə getmək istəyən və eyni zamanda pasport və vizasız ziyarətə yollanaraq, İraqın qanunlarını pozmağın şəri baxımında qadağan olduğunu buyurub. İslaminSesi xəbər verir ki, Müctəhid Məkarim Şirazi bu barədə ötən gün “Ərbəin Mədəniyyəti Komitəsi”nin üzvləri qarşısında çıxışı zamanı deyib. Ərbəin günlərində 20 milyonluq zəvvar kütləsinin Kərbəlaya axışmasını təxmin edən Ayətullah Məkarim Şirazi dost İraq ölkəsinin bütün qanunlarına riayət etməyə çağırıb. Bu istiqamətdə müctəhid vurğulayıb ki pasport və digər lazımi sənədlər olmadan qeyri-qanuni şəkildə Kərbəla ziyarətinə getməyin şəriət baxımından iradı var...


Sual 29: İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?


Sual 29: İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi? Cavab: «Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və yolundan azanlara mane olmamalıdır.
Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və «nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «Doğru yola əmr edin və bu yoldan azanların qarşısını alın...


Din baxımdan riya ilə həyata keçirilən hansı əməllər düzdür?


Din baxımdan riya ilə həyata keçirilən hansı əməllər düzdür? İslaminSesi – Əməlləri həyata keçirilməsi zamanı niyyətin xalis olması vacibdir. Bunun əksi əməllərin riyakarlıq və saxtakarlıqla həyata keçirilməsidir. Alimlər riya əməlinin kiçik şirk bilirlər. Riyakarlıq ibadətlərdə olarsa o əməl batil olar və qəbul olunmaz. Çünki ibadətlərdə məsələn namaz və oruc kimi niyyət olunur ki Allah üçün həyata keçirilir. Bəs riya üzündən həyata keçirilən hansı əməllər batil olmaz və Allah dərgahında da qəbul edilər?
1- İnsan öz əmlakını vəqf edərsə və bu zaman riyakarlıq edərək bu işi görərsə onun vəqfi düzdür. Çünki vəqfdə “Qürbətən iləllah” niyyəti lazım deyil.
2- Salamın cavabını almaq vacibdir. Amma bu cavab riya üzündən alınarsa belə səhih və düzdür.
3- Nəcis əşyalar və paltarların yuyulması zamanı da riyakarlıq etməz, yuyulanı əşyanın nəcisliyində qalmasına səbəb olmaz.
4- Borcun ödənməsi: Borc riyakarlıqla ödənilsə belə şəriət baxımından ödənilmiş hesab edilir.


Hansı hədiyyələri geri almaq islam şəriətinə görə qadağandır?


Hansı hədiyyələri geri almaq islam şəriətinə görə qadağandır? Ayətullah əl-üzma Sistaninin cavabı: Başqasına hədiyyə verən kəs onu geri ala bilər. Amma beş hal müstəsnadır (yəni beş halda verdiyi hədiyyəni geri ala bilməz):
1. Hədiyyəni qürbət qəsdi ilə (Allaha yaxın olmaq niyyəti ilə) vermiş olsa.
2. Hədiyyəni qohumuna vermiş olsa. ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala və onların övladları kimi şəxslər.
3. Hədiyyə almış şəxs, onun hədiyyəsinin qarşısında əvəz vermiş olsa.
4. Hədiyyə digər bir şəxsin mülkiyyətinə keçmiş olsa. Məsələn, hədiyyəni almış şəxs onu satmıb və ya bağışlamışsa,
5. Hədiyyəni alan şəxs onda dəyişiklik yaranacaq bir təsərrüf etsin.


Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir?


Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir? Namazın elə əməlləri var ki, onları etməyəndə və yaxud sayını azaldıb-əskildəndə istər namazın içində, istərsə də sonra yadına düşərsə, səhvini düzəldə bilər. Unutduğu əməli yerinə yetirməklə və ya sonradan səhv səcdəsi etməklə bu kimi nöqsanlar aradan qalxır. Amma namazın bəzi əməlləri rükn adlanır və onları həm qəsdən, həm də bilməyərəkdən yerinə yetirməyəndə, sayını azaldıb-əskildəndə namaz batil olur. Bu əməllərə “rükn” deyirlər. Hər bir rükətdə mütləq rükn əməlləri var. Ona görə də əgər insan məsələn 3 rükətlik namazı 4 rükət qılıbsa, deməli, rüknlərin sayını da artırıb. Belə isə, namaz artıq batil sayılır və mütləq qəza edilməlidir.


Bir növ ləhv ilə kеçirilən tоy məclislərində iştirаk еtməmək аilə və qоhumlаr аrаsındа düşmənçiliyə səbəb оlur


Bir növ ləhv ilə kеçirilən tоy məclislərində iştirаk еtməmək аilə və qоhumlаr аrаsındа düşmənçiliyə səbəb оlur Suаl: Bir növ ləhv (еyş-işrət, kеf, şəriət tərəfindən yаsаq еdilən əyləncə) ilə kеçirilən tоy məclislərində iştirаk еtməmək аilə və qоhumlаr аrаsındа düşmənçiliyə səbəb оlur. Bu hаldа vəzifəmiz nədir?
-Həzrət Аyətullаh Хаmеnеyi: Hаrаmlаrа məhəl qоyulmаyаn məclislərdə iştirаk еtmək istənilən hаldа cаiz dеyil və əmr bе məruf və nəhy əz munkər hаmıyа vаcibdir.
-Həzrət Аyətullаh Bəhcət (Allahın rəhməti olsun Ona!): Bu cür bəhаnələr ilаhi hаrаmı hаlаlа çеvirməz.
-Həzrət Аyətullаh Sаfi Gülpаyqаni: Günаh məclislərində iştirаk еtmək cаiz dеyildir.
-Həzrət Аyətullаh Məkаrim Şirаzi: Оnlаrı pisliklərdən, günаh və yаnlış hərəkətlərdən çəkindirə bilməyəcəyiniz təqdirdə iştirаk еtməməlisiniz.
-Həzrət Аyətullаh Sistаni: Günаhа düşəcəyi hаldа cаiz dеyildir.


Borc alıb qurban kəsmək olarmı?


Borc alıb qurban kəsmək olarmı? “Yaxşı olardı ki, qurban əti daha çox fəqirlərə paylanılsın. Lakin bəzi vaxtlar qurban kəsilərkən ət verilən şəxslərin maddi imkanları nəzər alınmır ki, doğrudan da onların maddi imkanları aşağıdır yoxsa yox. Əksəriyyəti elə paylayaraq tez başından eləmək istəyir. Yaxşı olardı ki, maddi cəhətdən özlərini zəhmətə salanlar, bir qədər də zəhmət çəkib öz yaşadığı məntəqəni gəzsinlər daha ehtiyaclı insanları tapsınlar.”
Borc alıb qurban kəsmək məsələsinə də aydınlıq gətirən ilahiyyatçı alim bildirdi ki, belə bir iş görmək istəyən şəxs borcunun qaytara biləcəyi ilə bağlı əmin olsa və onun borca girməsi ilə əlaqədar özü və ailəsi zəhmətə düşməyəcəksə borc alıb qurban kəsə bilər: “Deyilənləri nəzərə alaraq əlində pul olmadığı üçün savab əməldən geridə qalmaq istəməyən şəxs, borc edib qurban kəsə bilər.”...


Reqs etmeyin (toyda ve s.), xalq mahnilarini dinlemeyin hokmu nedir?


Reqs etmeyin (toyda ve s.), xalq mahnilarini dinlemeyin hokmu nedir? Bismillahir-rəhmanır-rəhim:
1. Əgər rəqs şəhvətin təhrik olunmasına səbəb olsa, yaxud öz ardınca haram bir iş gətirsə, yaxud fəsada səbəb olsa, icazəli dеyil. Rəqs məclislərində iştirak еtmək də əgər başqalarının haram işini təsdiqləmək hеsab еdilsə, yaxud haram bir işlə nəticələnsə, icazəli dеyil. Bundan qеyri hallarda еybi yoxdur.
2. Camaatın nəzərində ləhv (puç, faydasız, oynadıcı, batil), еyş-işrət və kеf məclisləri ilə münasib olan hər bir musiqi haramdır, istər xalq musiqisi olsun, istərsə də qеyrisi. Əgər musiqi bеlə olmazsa, öz-özlüyündə haram dеyil. Mövzunun ayırd еdilməsi mükəlləfin ürfi nəzərinə həvalə еdilir. / Müctəhid: Ayətullah Xamenei


Rövzə oxunan zaman kiminsə üzünə sillə vurması, üzünü yaralaması, hətta nəticədə üzün göyərməsi icazəlidirmi?


Rövzə oxunan zaman kiminsə üzünə sillə vurması, üzünü yaralaması, hətta nəticədə üzün göyərməsi icazəlidirmi? Rövzə oxunan zaman kiminsə üzünə sillə vurması, üzünü yaralaması, hətta nəticədə üzün göyərməsi icazəlidirmi? Cavab:Bismillahir-rəhmanır-rəhim
Sinə vurmaqla zəncir vurmaqla bədən göyərdikdə bunun ciddi zərəri olmazsa, eybi yoxdur. Amma bu həddi aşdıqda, məsələn üz və bədən yaralandıqda düşmən bundan istifadə edə bilər. Baş yarmaq, od üstündən keçmək kimi əməllərin heç bir elmi əsası yoxdur. Hazırda düşmən bu məsələlərdən əhli-beyt (ə) məktəbinə qarşı istifadə edir. Amma sui-istifadəyə səbəb olmayan şəkildə zəncir vurulsa, bədən qızarsa, bədənə zərərli olmadıqda eybi yoxdur. /Müctəhid: Ayətullah Xamenei


Heyat yoldasini hicab baglamaga mecbur etmek olarmı?


Heyat yoldasini hicab baglamaga mecbur etmek olarmı? Cavab: Bismillahir-rəhmanır-rəhim. Kişi öz həyat yoldaşını hicab barədə əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət edib, pis işdən çəkindirmək) edə bilər, amma onu bu hicaba riayət etməyə məcbur edə bilməz. Lakin öz haqlarından istifadə edərək ona hicabsız çölə çıxmamağa icazə verməyə bilər. Çünki qadının haqqı yoxdur ki, kişinin icazəsi olmadan evdən çölə çıxsın. Kişi onun evdən çölə çıxmasına (hətta hicabla da olsa) mane ola bilər. Deməli, onunla belə şərt edə bilər ki, əgər hicaba riayət etsə, çölə getməyə icazəsi vardır. / Müctəhid: Ayətullah Sistani


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter