Oruc tutan şəxsə hansı işlər məkruh (bəyənilməyən) hesab olunur?


Oruc tutan şəxsə hansı işlər məkruh (bəyənilməyən) hesab olunur?Oruc tutan şəxsə məkruh olan və bəyənilməyən işlər:
1-Gözə dərman tökmək (Qeyri-zəruri halda) 2-Gözə sürmə çəkmək 3-Qan aldırmaq 4-Zəifliyə səbəb olacaq təqdirdə hamama girmək 5-Ətirli gülləri iyləmək 6-Qadının suda oturması 7-Əyindəki paltarını islatmaq
8-Diş çəkdirmək,yaxud ağızdan qan gəlməsinə səbəb olacaq hər hansı bır iş görmək (Qeyri zəruri halda)
9-Yaş ağacla mısvak etmək ( dişin dibini təmizləmək) 10-Şəhvəti təhrik edən işlər görmək.


Hansı 7 yerdə qüsl almaq vacib olur?


Hansı 7 yerdə qüsl almaq vacib olur? İnsana qüsl bir neçə yerdə vacib olur:
1. Bədəndən sperma xaric olsa (cənabət) - qadın-kişi üçün müştərək qüsl növüdür.
2. Ölən adama toxunduqda (məss-meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür.
3. Öləndə (meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür...
7. İnsan qusl etməyi nəzir və ya əhd etsə - qadın-kişi üçün müştərək qüsl növüdür.


Orucluqda səfərin gerçəkləşməsi üçün insan \"tərəxxüs\" həddini keçməlidirmi?


Orucluqda səfərin gerçəkləşməsi üçün insan "tərəxxüs" həddini keçməlidirmi?MÜBARƏK RAMAZAN AYINDA SƏFƏR HÖKMLƏRİ: Səkkiz fərsəx məsafə qət etmək insanın namazının səfərdə qəsr (4 rəkətli 2 rəkət) olmasına səbəb olur. Əlbəttə, istər bu səkkiz fərsəxlik məsafə birbaşa qət edilsin, - yəni, təqribən 44 və ya 45 km – istərsə də gedib-gəlmək birlikdə səkkiz fərsəx olsun. Yəni dörd fərsəx gedin və həmin yolu və ya onun qədər yolu qayıdın. Bunu hamı bilir ki, əgər ramazan ayında kimsə səfərə çıxarsa, - özünəməxsus şəraitdə - və bu qədər məsafəni qət edərsə, ona oruc vacib deyil. Yəni şiə məzhəbinə görə, səfərdə oruc tutmaq haramdır. Əlbəttə, əhli-sünnə də səfərdə oruc tutmağı vacib hesab etmir. Amma haram olduğunu da bildirmir. Onlar deyirlər ki, insan səfərdə oruc tuta bilər. Şiə alimlərinin fikrincə isə səfər halında oruc tutmaq icazəli deyil. Əgər bu səfər həyata keçərsə, belədir. Onun özünəməxsus şərtləri var ki, risalələrdə geniş şəkildə şərh edilib.


Mәhrәm оlmаğа sәbәb оlаn südvеrmәnin 9 şәrti vаr?!


Mәhrәm оlmаğа sәbәb оlаn südvеrmәnin 9 şәrti vаr?! Kişi və qadın cinsi bir-birinə şəriətə əsasən naməhrəm və onlarla əlaqədə bəzi qadağaları vardır. Yalnız iki yolla İslam şəriətində qadın-kişi, və kişi qadınla əlaqədə yarada bilər. ki ikinci yolu süd vasitəsidir. Yəni əgər oğlan uşağı bir xanımdan körpə olarkən süd yemişdirsə, həmin uşaq o qadına və ona bağlı olan bəzi insanlar məhrəm olur şəritə qadağaların bəzisi onların üstündən götürülür. Və bu süd məhrəmlik yalnız neçə şərtə riayət olunması təqdirdə hökmə sahiblənir. Ki ibarətdirlər:
1-Uşаq diri qаdının döşündәn süd әmsin; Dеmәli ölmüş qаdının döşündәn süd әmsә, fаydаsı yохdur (mәhrәmlik yаrаtmır).
2-О qаdının südü hаrаmdаn оlmаsın; Dеmәli zinаdаn dünyаyа gәlәn uşаğın südünü bаşqа uşаğа vеrsәlәr uşаq о süd vаsitәsilә hеç kәsә mәhrәm оlmur...


Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı?


Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı? Cavab: Ayaqyolunda zəruri ehtiyac olmadan danışmaq məkruhdur, amma zikr söyləmək məkruh deyil. Çünki Allahın zikrini hər zaman və hər yerdə söyləməyin savabı var. Təharət ehkamında deyilir ki, ayaqyoluna girəndə əvvəlcə sol ayağı içəri qoymaq və şeytandan Allaha sığınmaq mənasını ifadə edən bir zikri söyləmək müstəhəbdir.
Ayaqyolunda Allahın adlarını zikr etmək, təsbihat demək, hətta Qurandan ayət əl-kürsini oxumaq da məkruh deyil (ayət əl-kürsidən başqa Qurandan hansısa ayə oxumaq məkruhdur). Ayaqyolundan çxıarkən də bəzi duaları söyləmək müstəhəbdir. Ayaqyolunda söylənməsi müstəhəb olan zikr və duaların haqqında hədis toplularında və fiqh kitablarında ətraflı məlumat verilir.


Sual: Qünutda azərbaycan dilində dua etmək olarmı?


Sual: Qünutda azərbaycan dilində dua etmək olarmı? Cavab: Qünut namazda yeganə əməldir ki, onun sözlərini istənilən dildə söyləməyə icazə verilir. Qünut duadan ibarətdir, duanı hər hansı dildə etməyin günahı yoxdur. Qünutdan başqa namazın bütün sözləri mütləq ərəb dilində deyilməlidir. Qeyd edək ki, qünutda məsumlardan rəvayət edilən duaları orijinal şəkildə, ərəb dilində oxumağın daha böyük savabı vardır. Çünki bu dualar Allahın əzəmətini və bəndənin Allah qarşısında mövqeyini ən gözəl şəkildə ifadə edir. Əgər namaz qılan şəxs ərəb dilində dua bilmirsə yaxud Allahdan özəl bir istəyi varsa, bunu öz ana dilində də söyləyə bilər.


Yemək və ya içmək qana bulaşarsa, nə etmək lazımdır?


Yemək və ya içmək qana bulaşarsa, nə etmək lazımdır? Cavab: Şəriət baxımından bədəndən çıxan qan murdar sayılır. Qan hara düşərsə, oranı murdarlayır. Qana bulaşan yeri pak etmək lazımdır ki, murdarlıq yayılıb başqa yerlərə də ötürülməsin. Əgər almanı dişləyən zaman damağın qanı almaya dəysə, bu halda həmin dişlənmiş hissə murdar sayılacaq. Ona görə də almanın həmin bulaşmış hissəsini kəsib tullamaq lazımdır. Qalan hissələri yemək olar. Bununla yanaşı, damaq qanayan zaman ağızda olan tikəni də tüpürmək və bundan sonra ağzı su ilə yaxalayıb pak etmək lazımdır. Stəkanın içinə bircə damcı qan düşərsə, stəkandakı bütün maye murdar olar. Mayeni boşaldıb tullamaq, stəkanı yuyub pak etmək, ağzın da içini yuyub paklamaq lazımdır.


Namazda səcdələrin sayını unudan adam nə etməlidir?


Namazda səcdələrin sayını unudan adam nə etməlidir? Cavab: Əvvəla, hər şeydən əvvəl insan namazda diqqətli olmağa çalışmalıdır. Unutmamalıdır ki, namazın keyfiyyəti, Allah yanında dəyəri və qəbul olma şərti qəlbin də namazda iştirak etməsinə bağlıdır. Amma bəzi insanlarda diqqətsizlik və huşsuzluq xəstəlik halını almışdır və onların səcdələri sayması çətindir. Xüsusilə, yaşlı şəxslərdə bu hal daha çox baş verir. Belə olan halda səcdələrin sayını bilmək üçün namazı pozmayan bəzi əlavə köməkçi vasitələrdən istifadə etmək olar. Məsələn, dini mağazalarda səcdənin sayını göstərən möhürlər satılır. Həmin möhürün üstünə alın qoyulanda sayğac bunu qeydə alır. Təsbüh vasitəsilə də səcdələrin sayını yadda saxlamaq olar. Məsələn, birinci rükətin səcdələrindən sonra təsbehi bir dəfə qatlamaq, ikinci rükətin səcdələrindən sonra daha bir dəfə də qatlamaq və s...


Hansı quşların ətini yemək olar, hansıların ətini yemək olmaz?


Hansı quşların ətini yemək olar, hansıların ətini yemək olmaz? Cavab: Hansı heyvanların, quşların və balıqların ətini yeməyin halal olması barədə şəriət kitablarında məlumat verilir. Ümumi şəkildə nəzərə almaq lazımdır ki, havada süzməsi qanad çalmasından çox olan quşların əti haramdır. Məsələn, qartal, şahin, bayquş kimi quşlar havada bir-iki dəfə qanad çaldıqdan sonra xeyli məsafədə süzə bilirlər. Amma əti halal olan quşun qanad çalması süzməsindən çoxdur. Eləcə də, yırtıcı quşların əti yeyilməz.


Tapılmış malla necə rəftar etmək lazımdır?


Tapılmış malla necə rəftar etmək lazımdır? Cavab: Əgər tapılmış malın nişanəsi yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır. Nişanəsi olan malın sahibi tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi tapılmadıqda malın qiyməti on ikidə altı noxud gümüş sikkəsindən ucuzdursa, onu götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə sahibi tərəfindən sədəqə vermək lazımdır.
Sual Bir şəxs tapılmış mala sahib durursa, malı ona vermək olarmı?
Cavab: Əgər həmin şəxs malın nişanələrini deyirsə, malı ona vermək lazımdır. Amma həmin şəxsdən diqqəti cəlb etməyən nişanələri tələb etmək olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter