Həcc ziyarəti kimlərə vacibdir?


Həcc ziyarətinin vacib olması üçün aşağıdakı şərtlər ödənməlidir:
1. Yol azuqəsi və səfərdə ehtiyac duyulan şeylər, eləcə də nəqliyyat mövcud olmalıdır;
2. İnsan sağlam olmalı və həcc ziyarətini yerinə yetirməyə qüdrəti çatmalıdır.
3. Yolda maneə olmamalıdır;
4. Həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olmalıdır; ...


Səs-küylü otaqda namaz qılan adam oradakıları sakitliyə çağırmaq üçün “Allahu əkbər”i ucadan desə, namaz pozularmı?


Cavab: Ümumiyyətlə, namaz zamanı namaza aid olmayan bir sözü qəsdən söyləmək namazı batil edər.Bu sözün böyük ya kiçik olması şərt deyil, məna bildirməsi kifayətdir. Amma bu iş bilməyərəkdən olsa, namazın axırında bir cüt səhv səcdəsi etməklə əvəzi verilir. Namaza aid olan, amma öz yerində qəsdən işlədilməyən sözlər də bu qəbildəndir. Məsələn, adam zikr yeri olmadan başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, namazı pozular. Amma əgər o yerdə zikr demək müstəhəbdirsə, həm müstəhəb zikr söyləmək, həm də başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, eybi yoxdur...


Namaz qılmayan adamı kafir saymaq düzgün fikirdirmi?


Cavab: Küfr əqidə ilə bağlı olan bir məsələdir. İman gətirilməsi vacib olan bir prinsipə əks çıxmaq, onu qədd etmək küfr deməkdir. Şəriət hökmlərini yerinə yetirməmək, əxlaqi normaları gözləməmək küfr sayılmaz. Amma bu hallar (yəni şəriətə və əxlaqa əməl etməmək) günah sayılar, həm bu dünyada, həm də axirətdə ilahi cəzaya hədəf olar. Şəriət hökmlərinə əməl etməmək o zaman küfrə gətirib-çıxarar ki, insan bir hökmün vacib olduğunu bilə-bilə qəsdən onu inkar etsin və o hökmün vacib olmadığını yalandan iddia etsin. Məsələn...


Nərd oynamağın hökmü nədir ?


Nərd oynamağın hökmü nədir ?-Ayətullah Xamenei nərd oynamaq haqda belə fətva verib: \"Əgər ürf baxımından qumar aləti hesab olunarsa, oyun mərcsiz həyata keçirilsə belə, onu oynamaq mütləq şəkildə haram olar.\"
-Ayətullah Sistani: Haramdır.
-Ayətullah Məkarim Şirazi: Adı çəkilmış alət oyun aləti hesab olunmasa, ümumi kütlənin fikrində idman və əyləncə vasitəsi hesab olunmasa, olmaz. Hətta mərcsiz və uduşsuz olsa belə, onu oynamaq iradlıdır.


Zəkat verməyin vacibliyinin sirri nədədir?


Zəkat verməyin vacibliyinin sirri nədədir? İmam Riza (ə) cavab yazır: \"Zəkat – yoxsulların ruzisi və qüvvətidir. Zənginlərin malını qoruyar. Ona görə də Allah Təala düzgün insanları vəzifələndirmişdir ki, yoxsul və miskinlərə əl tutsun və onların işləri ilə məşğul olsun. Belə ki, Allah Təala buyurur: \"Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz”. (\"Ali-İmran” 186). Məqsəd odur ki, malınızın zəkatını çıxardasınız. Nəfsinizin imtahanı odur ki, nəfsinizi səbir etməyə hazır edəsiniz və Allahın nemətlərinə görə şükrünü əda edəsiniz. Ümidvar olun ki, bu nemətlər sizin üçün artacaqdır, bir şərtlə ki, siz də zəiflərə qarşı mehribanlığınızı artırasınız. Miskinlərə sevgi göstərəsiniz. Bu zəkat – zənginlər üçün öyüd və nəsihətdir. Belə ki, ona diqqət edərək, axirətin yoxsullarına çevrilə bilərlər və nəticədə axirətdə yoxsulluğu aradan qaldıra bilən şeyləri hazır edə bilərlər...


Əsr namazı nə zaman qəzaya düşür?


Əsr namazı nə zaman qəzaya düşür? Zöhr namazının məxsusi vaxtı bitəndən sonra ta məğrib azanına kimi əsr namazını qılmaq olar. Üzürlü səbəbdən bu müddət ərzində namaz qıla bilməyən adam məğrib azanına bir rükətlik vaxt qalana kimi əsr namazına başlaya bilər. Yəni onun namazının bir rükəti məxsusi vaxta təsadüf etsə, namazı düzgündür. Lakin namazı qəsdən bu qədər təxirə salmaq bəyənilmir.


Sınmış möhürlə namaz qılmaq olarmı?


Sınmış möhürlə namaz qılmaq olarmı? Cavab: Sınmış möhürlə də namaz qılmaq olar. Diqqət yetirmək lazımdır ki, möhürün ölçüsü şəriətdə nəzərdə tutulan həddən kiçik olmasın və ya insanın alnı ilə möhürün təması şəriətdə nəzərdə tutulmuş həddən az olmasın. Möhürün sahəsi üçün ən kiçik hədd bir dirhəm hesab olunur. Bir dirhəm təxminən baş barmağın dırnağının sahəsi qədər götürülür. Həmçinin, barmaqlardan hər hansı birinin bir bükümünün sahəsi də dirhəm miqdarına bərabər tutulur. Əgər alın bu qədər sahədə möhürə dəyirsə, səcdə düzgündür. Sınmış möhürü bitişdirib pak vasitə ilə yapışdırıb istifadə etmək də olar. Əgər istifadəyə yararlı deyilsə, sınmış möhürü hörmətsizlik göstərməmək şərti ilə torpaqda basdırmaq icazəlidir. Möhürü pak olmayan yerə tullamaq olmaz.


Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı?


Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı? Cavab: Sizin verdiyiniz qüsul doğru və düzgündür. Lakin daha ətraflı izah üçün bildiririk ki, qüslun iki növ vermək qaydası var. 1-Tərtibi. 2- İrtimasi.
1- Tərtibi qüsl: İlk öncə niyyət etdikdən sonra baş nahiyyəsini yumaq, sonra bədənin sağ tərəfin daha sonra sol hissəni yumaq lazımdır. Qeyd edək ki, tərtibi qüsl verdikdə bədənin murdarlanmış yerlərini öncədən yumaq vacib deyildir. Çünki bu işi insan qüsl verdikdə də edə bilər. Duşda verilən qüsul, tərtibi qüsuldur.
2- İrtimasi qüsl: Öncə insan bədənin murdara bulanmış yerlərini yuyub təmizləməli daha sonra niyyət edərək suyun içinə girib eyni vaxta bütün bədənini islatlamalıdır. Dənizlərdə, çaylarda və su hovuzlarında, həmçinin vannalarda (əgər kifayət qədər insanın bütün əndamını əhatə edə bilərsə) verilən qüsullar İrtimasi qüsul adlanır.


Ğina oxunan evdə edilən dualar qəbul olmaz, mələklər o evə daxil olmaz!


Haram musiq, ğina o mövzulardandır ki, Qurani-Kərim ona işarə etmişdir. Belə ki, oxuyuruq: “İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (Loğman/6). İslam dinində o müsiqi ki, haram məclislərinə uyğun olar, haram sayılır. Başqa bir ayədə oxuyuruq: “Əyri söz(lər)dən uzaq olun”. (Həcc/30) İmam Sadiq (ə) qonşusunun avaz səsinə qulaq asan bir səhabəsinə buyurur: “Tövbə qüslü al və bacardığın qədər namaz qıl. Əgər bu halla ölsəydin, necə də pis olardı. Pis işi əhli üçün qoy, çünki hər şeyin öz əhli vardır”... İmam Sadiq (ə) buyurur: “O evdəki ğina olar, ölüm və ağrılı əzabdan amanda deyildir. Orada edilən dualar qəbul olmaz, mələklər ora daxil olmaz”.


Gündəlik namazların savabını artırmaq üçün hansı əməlləri etmək lazımdır?


Gündəlik namazların savabını artırmaq üçün hansı əməlləri etmək lazımdır?Namazın savabını artıran bir neçə göstərişlər:
1-Namazda azan və iqamə demək səbəb olar ki, namaz qılanın arxasında çox saylı iki cərgə mələklər onunla birlikdə namaz qılsınlar, “Səvabul –Əmal/72
2-Kamil rükü edəndən Allah-Taala (c.c) qəbr əzabını götürər, Səvabul –Əmal kitabı/73
3-Namazda əqiq üzük taxmaq, Namazda əqiq üzükdən istifadə etmək həmin namazın dəyərini iki min savaba çatdırar. “İddətül-Dai/220”
4-Namazdan öncə dişi misvaklamaq, Dişi fırçalanmış halda iki rəkət namazın dəyəri dişi təmizləməmiş namazın yetmiş rəkətindən artıqdır... (Qəbul və ya savab baxımından) Mənbə, Şeyx Səduqun Mən La Yəhuzuruhul fəqih kitabı,..


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter