Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?


Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?3 şey üçün səhv səcdəsini yerinə yetirmək lazımdır:
1. Bilməyərəkdən namazda söz demək.
2. Bir səcdəni unutmaq.
3. 4-rükətli namazda ikinci səcdədən sonra şəkk edər ki, dördrükətli qılmışdır, yoxsa beşrükətli.
Bundan başqa iki hal da vardır ki, ehtiyati-vacib səhv səcdəsi yerinə yetirilməlidir:
1. Namaza salam verməyin lazım olmadığı yerdə. Misal üçün 4-rükətli namazda ikinci rükətdə salam vermək lazım olmadığı halda, bilməyərəkdən salam vermək.
2. Təşəhhüdü unudan zaman.


İnternetdə qızla oğlanın çatlaşması günahdırmı?


İnternetdə qızla oğlanın çatlaşması günahdırmı?Sual:İnternetdə qızla oğlanın çatlaşması günahdırmı? Sadəcə salam verib və dini sual-cavab etmək kimi şeylərə icazə varmı? Zəhmət olmasa cavablandırardınız.
Cavab: Naməhrəmlə çatlaşmaq əgər lazımlı və zəruri bir məsələ üçün olsa (misal olaraq şərii suala cavab vermək) və çatlaşmada ləzzət almaq qəsdi və şəhvətin oyanmasına səbəb olan sözlər olmasa zərurət miqdarında çatlaşmaq olar. Amma əgər çatlaşmaq cinsi ləzzət almaq üçün və fəsada səbəb olsa haramdır.
(Bu fətva Ayətullah Xamneinin fətvasına əsasəndir.)


Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı?


Cavab: Dinimizə görə, spirtli içki içilən məclislərə qatılmaq – o məclisin bir üzvü olmaq şərti ilə - günahdır. Məsələn, toy və qonaqlıq kimi məclislərdə, hətta stollardan birinə araq verilməsə də, amma eyni məclisin üzvü sayılırlar, çünki eyni məqsəd üçün bir araya gəliblər və eyni məsələni qeyd edirlər. Toy və ad günü məclislərinin evdə ya restoranda keçirilməsi də fərq etməz. Lakin adi vaxtlarda restoran, yeməkxana kimi yerlərdə hər stol müstəqil sayılır. Hər masa arxasında əyləşənlər bir-birini tanımır, öz menyuları əsasında yemək seçir və öz hesablarını verirlər. Ona görə də, bir stolda oturanla başqa stolda oturan eyni məclis əhli sayılmır...


Sulu qəlyan çəkmək olarmı?


Sulu qəlyan çəkmək olarmı?Cavab: Müctəhidlərin əksəriyyətinin fikrincə, nə tütünlə çəkilən qəlyan, nə də sulu qəlyan haram deyil. Amma bunlar insan sağlamlığına ziyan olduğuna görə, istifadəsi bəyənilən sayılmır və imkan dairəsində bu vərdişdən qurtulmaq məsləhətdir. Sulu qəlyana gəlincə, bəzi elmi araşdırmalar onun hətta adi qəlyandan daha ziyanlı olduğunu göstərir. Doğrudur, sulu qəlyanda nikotinin miqdarı az olur, amma əvəzində dəm qazının miqdarının daha çox və daha yüksək temperaturda olması onun zərərini artırır. Eləcə də, ictimai yerlərdə sulu qəlyanın növbə ilə çəkilməsi, bu zaman gigiyena qaydalarına riayət edilməməsi ağız boşluğu vasitəsilə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Gənclərdə alışqanlıq yaratması və onları faydalı fəaliyyətdən yayındırması da sulu qəlyanın mənfi cəhətlərindən biridir.


Siqaret çəkmək günahdırmı?


Siqaret çəkmək günahdırmı?Cavab: İslam alimlərinin əksəriyyəti baxımından siqaret çəkmək günah sayılmasa da, bəyənilən əməl hesab edilmir. Çünki siqaret çəkməyin heç bir xeyri yoxdur, əksinə, həm tibbi, həm də maddi baxımdan zərərlidir. Bəzi alimlər bu ziyanları nəzərə alaraq, siqaret çəkməyi mütləq mənada haram və günah hesab edirlər. Əksər alimlər bu fikri bölüşmür, bununla yanaşı qeyd edirlər ki, əgər siqaret çəkmək insanın sağlamlığına bilavasitə ciddi ziyan vurursa, haramdır. Beləliklə, siqarettin hökmü insanlara münasibətdə dəyişir. Kimin sağlamlığı bundan ciddi ziyan görürsə, siqareti tərgitməlidir. Kimin orqanizminə siqaretin təsiri adi həddi aşmırsa, onun siqaret çəkməsi haram deyil, amma bəyənilən iş də deyil.


Plastik əməliyyatda kişi həkim və qadın xəstə olmasına icazə varmı?


Plastik əməliyyatda kişi həkim və qadın xəstə olmasına icazə varmı?Ayətullah Xameneinin fitvasına əsasən: Kişi həkim tərəfindən qadınlarda gözəllik cərrahiyyə əməliyyatı (plastik cərrahiyyə) aparılması onlara baxılmasına və əl vurulmasına səbəb olarsa, caizdirmi (icazəlidirmi)?
Cavab: Gözəllik üçün aparılan cərrahiyyə əməliyyatı xəstəliyin müalicəsi hеsab olunmur və bu işə görə də haram olan baxış və toxunuş caiz dеyil...


Qadınla kişi əl görüşə bilər?


Qadınla kişi əl görüşə bilər?Cavab: Caiz deyildir. Yalnız paltarın üstündən eybi yoxdur ki, bu halda da ehtiyat-vacibə görə onun əlini sıxmamalıdır.
Ayətullah Xamenei: Naməhrəmlə əl verib görüşmək haramdır və arada paltar olmaqla əl verib görüşmək əgər fəsada səbəb olmazsa və bir-birinin əlini sıxmazlarsa caizdir.
Amma fəsada səbəb olarsa haramdır.
Ayətullah Sistani: Naməhrəmlə əl verib görüşmək caiz deyil, yalnız paltar üstündən eybi yoxdur.


Kişi öz həyat yoldaşına hicab və zinətlənmə mövzusunda hansı həddə göstəriş verə bilər?


Kişi öz həyat yoldaşına hicab və zinətlənmə mövzusunda hansı həddə göstəriş verə bilər? Məhəmməd Hüseyn Fəllahzadə hicab mövzusunda sualları Ayətullah Xameneinin nəzəri əsasında cavablandırır. Cavab: Hicab və zinətlənmə ərin münasibəti ilə şərtlənməyib. Bu, Allahın əmridir və xanımlar bu əmrə itaət etməlidir. Hətta ər hicaba müxalif olsa, qadın Allahın əmrinə itaət edib, hicabını gözləməlidir. Hicab vacib olmayan yerdə ər hicab bağlamağı əmr etsə qadın üçün hicab vacib olmaz. Amma belə vəziyyətlərdə ailədə dava-dalaş yaranmasın deyə qadın hicab örtə bilər.


Diqqəti çəkən hicabın hökmü nədir?


Diqqəti çəkən hicabın hökmü nədir?Məhəmməd Hüseyn Fəllahzadə hicab mövzusunda sualları Ayətullah Xameneinin nəzəri əsasında cavablandırır. Cavab: Naməhrəmin gözü qarşısında olan xanımlar ayaqlarını da örtməlidir. Qadın yalnız üzü və əllərini açıq saxlaya bilər. Üz və əllərdə diqqəti çəkən zinət olsa, üz və əllər də örtülməlidir. Amma naməhrəm olmayan yerdə əllər, üz və ayaqlar açıq vəziyyətdə namaz qılmaq olar.


Məcazi fəzada (internet) naməhrəmlə söhbət etmək olar?


Ayətullah Cavadi Amuli: Biz düşmənin caynağından, onun əhrimən planlarından qurtulmaq üçün böyük baha ödəmişik. Bu yolda: Böyük Peyğəmbərlər (ə) çox əzab çəkib... Məsum İmamlar (ə) çox əzab çəkib... Pak insanlar, təqvalı insanlar, iffətli-hicablı xanımlar çox əzab çəkib... Təqvalı alimlər, ariflər, Əhli-beyt təbliğatçıları çox əzab çəkib... İslam mücahidləri, yüksək məqamlı şəhidlər çox əzab çəkib... Belə rabitələr barədə hədislər çoxdur... Ləzzət məqsədi olmasa belə naməhrəmlə söhbətə kimsə icazə verməyib. Qadınlarımız və qızlarımız özlərini naməhrəmdən qorumalı, iffət gövhərini puça çıxarmamalıdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter