“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?


Namazın əvvəlində niyyətdən sonra deyilən birinci təkbirə “təkbirətul-ehram” deyilir. Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə “təkbirətul-ehram” deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür. Namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.
Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir. Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir. Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi? Cavab: Ayətullah Xameneyi: Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir. yətullah Sistani: Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz...


Hansı hallarda xalq fiziki gücdən istifadə edə bilər?


Əgər hansısa bir ölkədə İslam dövləti olmazsa, ya mövcud İslam dövləti zəifləyib əlindən bir iş gəlməzsə və xalq dinin ciddi təhlükə ilə üzləşdiyini hiss edərsə, belə yerdə həmin xalq münkər əleyhinə qiyama qalxmalıdır. Bu qiyam İslam həqiqətlərinin, İslam hökmlərinin qorunub saxlanması və insani dəyərlərin cəmiyyətdə dirçəldilməsi üçündür.
Ola bilər ki, cəmiyyətdə istər əqidədə olsun, istərsə də əməldə zülmün qarşısını alacaq qədər güclü İslam dövləti olmasın. Və ya dövlət kafir və ya islami dövlət adı altında hökumət edənlər əslində münafiq olsunlar...


Spirtli içkilər nə üçün murdardır?


Cаvаb: İslамdа bir şеyin мurdаr sаyılмаsının sәbәblәri vаr: Әvvәlа, zаtәn pаk оlмаyаn şеylәr мüхtәlif хәstәliklәr üçün мәnbә оlur. Мәsәlәn, nәcis, qаn, sidik bu bахıмdаn İslамdа мurdаr sаyılır. İkincisi, zаhirәn çirkin görünмәyәn vә мәnәvi bахıмdаn pаk sаyılмаyаn şеylәr vаr. İslам, мәsәlәn, kаfirlәri bu bахıмındа мurdаr sаyır. Bеlә bir мurdаrlıq yuyunмаqlа, tәмizliyi qоruмаqlа аrаdаn qаlхмır. İslам hәмin insаnlаrı мurdаr sаyмаqlа мüsәlмаnlаrı оnlаrlа ünsiyyәtdәn çәkindirir. Çünki еtiqаdsız insаnlаrlа ünsiyyәt insаnın ruhi pаklığınа zәrbә vurur. Әgәr мurdаr kаfirlәrlә ünsiyyәtә icаzә vеrilsәydi, bir çох nаdаn insаnlаr оnlаrın tәsiri аltınа düşә bilәrdi...


Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir?


Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir? Namazın elə əməlləri var ki, onları etməyəndə və yaxud sayını azaldıb-əskildəndə istər namazın içində, istərsə də sonra yadına düşərsə, səhvini düzəldə bilər. Unutduğu əməli yerinə yetirməklə və ya sonradan səhv səcdəsi etməklə bu kimi nöqsanlar aradan qalxır. -Amma namazın bəzi əməlləri rükn adlanır və onları həm qəsdən, həm də bilməyərəkdən yerinə yetirməyəndə, sayını azaldıb-əskildəndə namaz batil olur. Bu əməllərə “rükn” deyirlər. Hər bir rükətdə mütləq rükn əməlləri var. Ona görə də əgər insan məsələn 3 rükətlik namazı 4 rükət qılıbsa, deməli, rüknlərin sayını da artırıb. Belə isə, namaz artıq batil sayılır və mütləq qəza edilməlidir.


Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı?


Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı? Cavab: Əvvəla, namazları heç bir bəhanə ilə qəzaya vermək olmaz. İnsan hər bir şəraitdə gündəlik vacib namazları qılmağa çalışmalıdır. Bunun üçün şəriətdə hətta bəzi güzəştlər də nəzərdə tutulub (məsələn, səfərdə qılınan namaz, xəstə adamın namazı və s.) Amma əgər namaz qəzaya gedərsə, onun qəzasını istənilən vaxt qılmaq olar. Bunun üçün xüsusi vaxt təyin edilməyib. Qəza namazını istənilən gün və günün istənilən vaxtı qılmaq mümkündür. Vacib deyil ki, məsələn, sübh namazının vaxtı başq gün mütləq sübh namazının vaxtında qılınsın...


Müstəhəb dəstəmazla namazın qılınması icazəlidirmi?


Müstəhəb dəstəmazla namazın qılınması icazəlidirmi? Sual. Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi? Namazın vaxtı daxil olmamışdan öncə “qürbətən iləllah” niyyəti ilə dəstəmaz alıb, həmin dəstəmazla namaz qılmaq olar?
Cavab: Dəstəmazlı olmaq niyyətilə dəstəmaz almaq, şəri baxımdan bəyənilir və müstəhəb dəstəmazla namaz qılmaq caizdir.(Ali Məqamlı Rəhbər)


Naməhrəm kişinin qadına sürücülük öyrətməsinin hökmü necədir?


Sual. Bir qadın şəri hicaba və iffətə riayət edərək, sürücülük məktəbində naməhrəm kişidən sürücülüyü təlim ala bilərmi?
Cavab: Əgər hicaba və iffətə riayət olunarsa və fəsada düşməyəcəklərinə əminlik olarsa, qadının naməhrəm kişidən sürücülüyü təlim almasının işkalı yoxdur. Amma bununla belə, yaxşı olar ki, qadının məhrəmlərindən biri onun yanında olsun. Daha yaxşısı isə budur ki, qadın bir qadından və ya məhrəm bir kişidən sürücülüyü təlim alsın. (Ali Məqamlı Rəhbər)


Tərkibində məstedici spirt olan ətirlərin hökmü nədir?


Cavab: Onlardan istifadə etməyin maneəsi yoxdur. Amma əgər onların tərkibindəki spirt, “əsli maye” və mütəxəssis rəyinə görə “məstedici” spirtdirsə, ehtiyata görə bu spirt napakdır. Onun dəydiyi bədən və ya paltarla namaz qılmaq istədikdə, bədən və paltar paklanmalıdır. Amma əgər spirtin “əsli maye” deyilsə, yaxud hansı növ spirt olduğunu bilmirsinizsə, bu spirt pak hökmündədir. Onun dəydiyi paltarla qılınan namaz düzgündür və paltarı paklamağa ehtiyac yoxdur.


Namazda rükudan və səcdədən qalxarkən təkbir deməyin hökmü nədir?


Namazda rükudan və səcdədən qalxarkən təkbir deməyin hökmü nədir? Namaz əməlləri arasında təkbir (yəni “Allahü əkbər”) söyləmək müstəhəbdir. Hər bir namaz əməlinin axırında və növbəti əməlin başlanğıcında təkbir söyləməyin savabı var. Təkbir zamanı əlləri sifət bərabərinə qaldırmaq da bəyənilir. Amma diqqət yetirmək lazımdır ki, əhli-sünnə məzhəbinə görə təkbiri namaz əməlinin icrası zamanı deyirlər. Yəni məsələn, insan rükudan qalxdığı zaman və ya səcdədən başını qaldırarkən təkbir söyləyir. Amma şiə məzhəbində bədən aram (sakit) olduğu halda təkbir söyləmək olar. Yəni rükudan və səcdədən qalxa-qalxa təkbir demək cəfəri məzhəbində bəyənilmir...


İmam Hüseynin (ə) hərəmində müsafir namazl qəsr-yoxsa bütöv qılmalıdır?


Sual: İmam Hüseyn (ə) hərəminin hansı hüdudlarında müsafir öz namazını qəsr və ya tam qılmaqda seçim edə bilər?
Cavab: Məzarın yerləşdiyi otağa, məzarın baş və ayaq tərəfindən pəncərələrə, qapılara və kənar otaqlara qədər olan yerlərə, məzarın baş tərəfindən məscidə qədər olan yerə şamil olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter