İmam Məhdinin (ə.f.) inqilabı üçün hansı şərtlər lazımdır?


İmam Məhdinin (ə.f.) inqilabı üçün hansı şərtlər lazımdır? İmam Məhdinin (ə.f.) inqilabı üçün dörd şərt lazımdır:
1. Mükəmməl qanun. yəni: yaxşı bir inqilabın iki proqrama ehtiyacı vardır: 1.Mövcud vəziyyəti aradan qaldırmaq üçün proqram. 2. Cəmiyyətin yaxşı bir vəziyyətə tərəf hərəkət etməsi üçün münasib qanun. Həzrət Məhdi (ə.f.) qiyamı üçün bu şərtlər də lazımdır.
2. Rəhbərlik. Bir inqilabın meydana gəlməsi üçün lazım olan şərtlərdən biri də agah bir rəhbərə malik olmaqdır. O, hədəfləri və maneələri yaxşı tanımalıdır.
3. Dostlar. Bir inqilabın başqa bir şərti isə fədakar tərəfdaşların olmasıdır. Onlar rəhbərlərinin hədəflərini və əqidəsini bilir və həyatlarının sonuna qədər inqilab rəhbərindən əl çəkmirlər. Hər cür fədakarlığa hazırdırlar.
4. Ümumi hazırlıq. Bir inqilabın baş tutmasında lazım olan şərtlərdən biri də insanların bu inqilabı qəbul etməsidir. Əgər insanlar onu istəməslər, o, alınmaz. Buna bariz nümunə Kərbəla qiyamıdır. (Qeyd etdiyimiz dörd şərtin ikisi hazırdır. Ancaq üçüncü və dördüncü şərtlər hazırdırmı? Görəsən İmamın (ə.f.) tərəfdaşları kifayət qədərdimi? İnsanlar bu inqlabı qəbul edəcəklərmi?)


İmam Zaman (ə) köməkçiləri hansı xüsusiyyətlərə malik olmalıdırlar?


İmam Zaman (ə) köməkçiləri hansı xüsusiyyətlərə malik olmalıdırlar? İmam Zaman (ə) zühur edən zaman rəvayətlərdə 313 xüsusi səhabə və çoxlu sayda köməkçilərinin olması deyilmişdir. Belə bir sual irəli gəlir ki, o ağanın səhabələri hansı xüsusiyyətlərə malik olacaqlar. Rəvayətlərdən belə istifadə olunur ki, o həzrətin səhabələri bu xüsusiyyətlərə malik olaraq belə böyük məqama nail olarlar. Seçilmiş səhabələrin xüsusiyyətləri ibarətdir:
1-Mərifət, Onlar Allah və İmamla dərin tanışlığıa və düşüncəyə malik olarlar. 2-İtaətkar olarlar, İmamın hər əmrini ilahi şəri hökm olaraq qəbul edib istəyin niyəliyindən sual verməz və inkar və əmli zidiyyət göstərməzlər. 3-İbadətkar və güclü və möhkəm iradəli olarlar, 4-Şəhadət və səadət tələb olarlar, Allah yolunda qurban olmağı arzu edərlər, 5-Həmrəylik və birlik yolunda olar və başqalarını birliyə dəvət edənlərdən olarlar, 6-Maarifləndirmək qabiliyyətinə malik olarlar.


İmam Zaman ağanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti hansılardır?


İmam Zaman ağanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti hansılardır? İmam Zaman ağa (ə.f) zühur edərkən, bütün dünya insanlarına xitab edəcək və İslamın şüarını və müraciətini hamıya çatdıracaqdır. O insanlar ki, İmamın (ə.f) sözlərini qəbul edəcək - onlar İmamın (ə.f) dostları olacaqlar. (Tebyan)
İmamın (ə.f) dostlarının elə xüsusiyyətləri vardır ki, başqalarından fərqləndirər. Onların ən mühüm xüsusiyətləri bunlardır:
1. Dərin baxış və dərkə malik olmaq, 2. İbadət. İmamın (ə.f) dostları öz rəhbərlərindən nümunə götürür və gündüz və gecələrini zikrlə keçirirlər. 3. Məhəbbət. İmam Zaman ağanın (ə.f) dostları ona sevgi bəsləyərlər. 4. İtaət. Həzrətin (ə.f) istəyini öz istəyindən üstün bilmək, 5. Şücaət. Onlar bu yolda möhkəm əzmə və iradəyə malikdirlər. 6. Səbir. Bu insanlar təvazökar və ixlaslı olduqları üçün öz əməllərini heç sayarlar. Çətinliklərin hücumuna baxmayaraq, Allaha minnət qoymazlar.


Məhdi (ə) zühuru zamanı nemətlərin fəravanlığdan yazın?


Məhdi (ə) zühuru zamanı nemətlərin fəravanlığdan yazın? Əhli-beyt (ə) davamçılarının təfəkkürü belədir ki, Həzrət Qaimin (ə.f) ədalətli hökumətinin tez bir zamanda qorulmasının intizarını çəkir. Bu, elə bir cəmiyyətdir ki, qasitinlərin (zalımlar), mariqinlərin (dindən çıxanlar), nakisinlərin (əhd-peymanını pozanlar) varlığından azad olacaqdır. Vahid və mömin bir cəmiyyət olacaq. (Tebyan) Bu cəmiyyətin hər bir üzvü kamala çatar və sülh, səfa və səmimiyyət hər yeri bürüyər. Allah da Öz bərəkətini yerə nazil edər. Rəhməti və bərəkəti o qədər çox olar ki, cəmiyyətin bütün üzvlərinə çatar. Nəticədə bütün giriftarlıqlar, qəhətlik və aclıqlar sona çatar. ...


Zühur dövründə kİmlər yenİdən dünyaya qayıdacaq?


\"Yalnız xalis möminlər dünyaya qayıda biləcəklər, deməli zühur dövrünü görmək üçün mömin olmaq lazımdır; Əhli-beytin (ə) haqlığına imanı olan rəcətin ən birinci şərtinə mənimsəmiş olar.


İmam Zaman ağanın (ə.f) zahİrİ sİması necədİr?


Hədislərin araşdırmasından belə nəticəyə gəlmək olur ki, İmam Zaman ağanın (ə.f) xarici görünüşü Həzrət Peyğəmbərə (s) çox bənzəyir. Siması çox xoş və mülayimdır. Həzrətin (ə.f) siması o qədər gözəldir ki, onu görənlər Allaha belə dua edirlər: “Allahım! O gözəl simanı mənə bir də göstər və gözlərimi onun gözəlliyi ilə bir daha nurlandır”.


Nə üçün İmam Zamanın (ə) zühur dövrü hələ gəlİb çatmayıb?


Nə üçün İmam Zamanın (ə) zühur dövrü hələ gəlib çatmayıb?
Çünki o, 313 nəfər, nə azı və nə də çoxu hələ dünyaya gəlməyib, yəni zaman o qədər irəli hərəkət etməlidir ki, bir baxımdan hər nə qədər fəsad ilə dolsa da hakimiyyət təşkil edib İmam Zamanın (ə) rəhbərliyi altında dünyaya hökmranlıq etmək istəyən insanlar da vücuda gəlməlidir. Hələ ki, belə bir layiqli insanlar dünyaya gəlməyib.


Qeybdə olmaq nə deməkdİr?


Allah Təala bəşərin ilk günlərindən indiyə qədər insanları hidayət etmək üçün hədəfli bir proqrama malik olmuşdur. O, peyğəmbərləri və səma kitablarını göndərərək, bu proqramına başlamışdı. İslam Peyğəmbərinin (s) besətindən sonra səma kitablarının sonuncusu nazil oldu. Ancaq Peyğəmbərdən (s) sonra İlahi risaləti on iki İmam (ə) davam etdirməyə başladı. Ona görə də İmam (ə) təyin etməyin hədəfi insanları hidayət etmək və İslam ümmətinin rəhbərliyidir. Bəs qeybətdə olan İmam (ə) öz ümmətinə necə rəhbəlik edə bilər? İmamın (ə) məsuliyyətlərini kim icra edir?


İmam Zaman ağanın (ə) İlahİ peyğəmbərlərə (ə) bənzərlİyİ hansı cəhətə görədİR?


İmam Sadiq (ə) buyurur: “O zaman ki, biizm Qaim (ə) Kəbə evinə söykənər, deyər: “Ey insanlar! O kəs ki, Adəmi və Şisi görmək istəyir, bilsin ki, mən Adəm və Şisəm. Hər kim Nuhu və oğlu Samı görmək istəyirsə, bilsin ki, mən həmin Nuh və Saməm. Hər şəxs ki, İbrahim və İsmayili görmək istəyir, bilsin ki, mən həmin İbrahim və İsmayiləm. Hər kim istəyir Musa və Yuşəni görsün, mən həmin Musa və Yuşəyəm.


İMAM ZAMAN AĞANIN (ə.f.) QEYBİNİN SƏBƏBİ NƏDİR?


İmam Zaman ağa (ə.f.) nə səbəbə görə nəzərdən gizlidir və qeyb zamanı onunla rabitə yaradan kimsə varmı?
Cavab: İmam Zaman ağanın (ə.f.) qeyb zamanının həqiqi və əsl səbəbini bəyan etmək çətin məsələdir. Qeyb haqqında həm tarixi və həm də psixoloji nəzərə malik olmaq olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter