Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər?


İmam Cəfər Sadiqdən (ə) buyurulub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: \"Allahummə cafil-ərzə ən cənbey hi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu Öz dərgahına yüksəlt, ona Öz razılığını təlqin et. Onun qəbrinə Öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın)...


Anamı razı salmaq üçün istəmədiyim insanla ailə qurmağım düzdür?


Cavab: İslam dini ata-ana haqqına, onları nəzərə alıb diqqət yetirməyə böyük əhəmiyyət verir. Bir çox Quran ayəsində ata-anaya yaxşılıq (ehsan) əmr olunur. Ehsan yaxşı və gözəl rəftar etmək deməkdir. Allah bu barədə belə buyurur: \"Rəbbin ancaq Ona ibadət etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq yaşına gəlmək), onlara: \"Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də gözəl söz de!
Onların hər ikisinə rəhm edib təvazökarlıq qanadının altına al və: \"Ey Rəbbim! Onlar məni balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət et!”, – deyib dua et”. Rəbbiniz sizin qəlblərinizdəkini çox yaxşı bilir. Əgər siz yaxşı (əməlisaleh) olsanız, bunu bilin ki, Allah pislikdən üz döndərib tövbəyə üz tutanları bağışlayandır”. (İsra, 17/23-25)...


Niyə bu zikri demək, 100 dəvə qurbanından üstündür?


Zikrlərin içərisində \"SübhənALLAH” zikrinin öz xüsusi yeri vardır. Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim yüz dəfə \"SübhənALLAH” deyərsə, yüz dəvə sürməkdən daha yaxşıdır”. Bir nəfər İmam Əlidən (ə) soruşur: \"Ey Əbulhəsən! \"SübhənALLAHın” təfsiri nədir?” Həzrət (ə) buyurur: \"ALLAHın izzətini böyük tutmaqdır. Onu, müşriklərin ALLAHın pak zatına nisbət verdikləri hər cür çirkinliklərdən pak və böyük bilməkdir. Nə zaman bəndə bu kəlməni deyər, bütün mələklər onun üçün rəhmət istəyərlər”.
İmam Baqir (ə) buyurur: \"Peyğəmbər (s) buyurub: \"Hər kim \"SübhənALLAH” desə, ALLAH onun üçün behiştdə ağac əkər”.
Yunis ibni Yəqub nəql edir ki, İmam Sadiqə (ə) dedim: \"O kəs ki, yüz dəfə \"SübhənALLAH deyər”, ALLAHı çoxlu yada salıb zikr edənlərin zümrəsindən olarmı?”. Həzrət (ə) buyurdu: \"Bəli””. İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: \"O zaman ki, bəndə \"SübhənALLAH” deyər, ALLAHın ərşindən aşağıda olanlar onunla \"SübhənALLAH” deyərlər. Deyənə on bərabər səvab verilər...


Həzrəti Yəhya peyğəmbərin (ə) başı kimə hədiyyə verildi?


Cavab: Allah-təala Zəkəriyya peyğəmbəri qoca yaşlarında övladla müjdələdi. «Məryəm» surəsinin 7-ci ayəsində buyurulur: «Ey Zəkəriyya, sənə bir oğulla müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik». Uyğun surənin 12-ci ayəsi Yəhyanın kimliyini bəyan edir: «Ey Yəhya, kitabdan bərk yapış! Biz, uşaq ikən ona hikmət verdik».
Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir edir: Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə vurulub, bu qızla evlənmək qərarına gəlmişdi. Əmisi kimi şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya peyğəmbərə çatdı..


Islamda Dikdaban ayaqqabı geyinmək günahdır?


Cavab: Burada əsas məsələ bu deyil. Çünki dikdaban ayaqqabı geyinən təkcə qadınlar deyil. Artıq bəzi kişilər də belə geyinirlər. Bəzi adamlar deyirlər ki, Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə bəzi qadınlar ayaqlarına xalxal geyinirdilər ki, səs çıxartsın və öz varlıqlarını uzaqdan kişilərə hiss etdirsinlər. Əslində isə məsələ xalxal məsələsi deyil. Bu məsələ yeriyiş tərzi ilə əlaqədardır. Burada söhbət kişilərin şəhvani hislərini oyandıran, onları iştahlandıran yeriyişdən gedir. Təəssüf ki, bəzi qadınlar diqqəti cəlb etmək və öz bədənlərini nümayiş etdirmək üçün bu cür yeriyirlər. Allah Quranın İsra surəsinin 37-ci və Loğman surəsinin 18-ci ayələrində belə buyurur: \"Yer üzündə elə ərköyün-ərköyün yerimə!”...


Zikir nədir?


Zikr nədir? Zikr Allahı xatırlamaq, qəlbnən xatırlamaq, Allahı tərifləmək məs; \"Ey Rəbbim sənsən pak sənsən Müqqədəs.\" \"Səndən başqa ibadətə layiq olan məbud yoxdur.\"
Allahı xatırlamaq isə Məs; Namaz qılırıq, Namazın saatını güdürük nə vaxt olacağına baxırıq Allahı xatırlayırıq. Quran oxuyuruq Allahı xatırlayırıq. Allahın öz adlarıynan çağır. Ən böyük zikr isə \"La illahə illəllah\", demekdi. Mənasını düşünərək.
Mənası; \"Allah təkdir və ondan başqa ilah yoxdur.\" Bu söz Allahın çox xoşuna gedir. Allah özünə Şərik qoşanları sevməz. Oturduğunuz yerdə \"Sübhanallah,\" \"Əllhamdulillah,\" \"Əllahu Əkbər\" \"Inşəllah\" və \"La illahə illəllah\" Deyərək təsbeh çəkin. Və yaxud da özünüz üçün deyin. Bu da böyük savablardandır. Dua edərkən həm zikr çekin həm də salavat. Onda dualarınız daha tez qəbul olunar. Hər an Allahı xatırlıyın və zikr edin. Ona içindən gələcəyi qədər gözəl sözlər deyin...


Niyə görüləcək işlər üçün \"İnşallah\" deməliyik?


\"İnşallah\" gündəlik həyatda tez-tez eşitdiyimiz və işlətdiyimiz kəlimələrdən biridir. Ancaq bir çoxumuz bu kəlməni işlətsək də, onun dərin mənasından xəbərsizik. Hətta bəzən getmək istəmədiyimiz bir dəvəti nəzakətlə yola vermək üçün \"inşallah\" deyirik. Halbuki \"Allah istəsə\" mənasını verən \"inşallah\" kəliməsi qədərlə əlaqədar çox önəmli məsələdir. Biz yaxın və uzaq gələcək üçün bir qisim planlar qururuq. \"Sabah bura gedəcəm, o biri gün bunu edəcəm. Həftə sonu filan yerə baş çəkəcəm, yay tətilini filan yerdə keçirəcəyəm\" və s. Bəli, vaxtımızı səmərəli keçirmək üçün planlı hərəkət etmək , əlbəttə ki, vacibdir, lakin burada bir şeyi nəzərə almağa, diqqət yetirməyə məcburuq. Əgər Allah istəməsə, onun izni və iradəsi olmasa, biz barmağımızı da tərpədə bilmərik. Bizi də, hərəkətlərimizi də yaradan Allahdır. Haqq-Təala inayətini, rəhmətini bir anlıq üstümüzdən götürsə, daş kimi yerimizdə qalarıq. \"Əraf\" surəsinin 188-ci ayəsində Haqq-Təala Peyğəmbərimizə xitabən belə buyurur : \" De: \" Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman edəcək insanları ancaq qorxudan və müjdələyənəm!\"


Ata-anam namaz qılmır nə edə bilərəm?


Cavab: Namaz qılmayan bir insan üçün edilə biləcəkləri bu şəkildə sıralaya bilərik:
1- Sözünüzü dinləyə biləcək biri isə, qürur damarına toxunmadan arabir namazdan bəhs edərsiniz.Əsla kobudluq etməməli, onu bu işə məcbur etməməlisiniz.
2-Hər şeydən öncə ona qarşı xoşrəftar olmalisiniz. Sizin ədəbli davranışınız, ibadətlərlə qazanmış olduğunuz xarici görkəm ona təsir edə bilər.
3-Onun qarşısında namazınızda qeyri-ciddiliktən uzaq olmalısınız
4- Namazla əlaqəli kitab oxudar və vəz-nəsihət dinlədə bilər, varsa film seyr etdirə bilərsiniz....


Quran və hədislərdə qeyd olunan «Liqaullah» nədir?


Cavab: Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, «liqaullahdır». Liqaullah, ərəb dilindən tərcümədə «Allahla görüş» mənasını verir. Allah-təala cism olmadığımızdan onun adi gözlə görünməsi də, sözsüz ki, mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur. Allahın mükafat, cəza, nemət və əzabı bu qüdrətin təzahürlərindəndir. Bu sözün başqa bir mənası da zahir yox, iç gözü ilə Allahın varlığına şahid olmaqdır. İnsan elə bir kamillik mərtəbəsinə çata bilər ki, Allah-təalanı sanki qəlb gözü ilə görər və onun varlığına bir zərrə də olsun şəkki qalmaz...


İnsanın bədənində hər hansı xalın olması nəyi isə bildirirmi?


Bəzi mistik təlimlərdə bunun müəyyən məna daşıdığı, hətta bu cür xalı olan adamın Allahın seçilmiş bəndəsi olduğu bildirilsə də, bunların İslama aidiyyatı yoxdur. Ümumiyyətlə, insandakı hər hansı fiziki nişanə və əlamətin müəyyən mənalara yozulması İslam dininə ziddir.
Burada yalnız bəzi məsum şəxslər istisna ola bilər. Məsələn, tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) kürəyində xüsusi əlamət, yəni xal var imiş. Bunu peyğəmbərlik möhrü də adlandırırlar. Yəni o həzrət \"xatəmül-ənbiya” (peyğəmbərlərin möhrü) idi, peyğəmbərlərin siyahısı Onun adı ilə tamamlanmış və möhürlənmişdi. Sanki bunun təsdiqi olaraq, kürəyində də möhür nişanəsi var imiş...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter