Niyə borc verməyin savabı sədəqədən daha üstündür?!
...İslam dini də bizdən bunu istəyir. Yəni, həm möminin işininin düyününü açmağa yardım etməyi və həm də onun qəlbini sevindirməyi. (Həvzəh)
Quran buyurur: “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).
Din qardaşına borc vermək İslamın sünnətidir və ondan imtina etmək bəyənilməyən əməl sayılır. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “O kəs ki, ehtiyacı olan və ya din qardaşı ondan borc almaq üçün (ona) üz tutarsa, ancaq o, qüdrəti çatdığı halda onun istəyini təmin etməzsə, Allah (onu) behiştdən məhrum edər”.
Həzrət Peyğəmbər (s) borc verən haqqında buyurur: “O kəs ki, müsəlman qardaşına borc verər, borc verdiyi hər dirhəm qarşılığında ona Ühüd, Rizvan və Sina dağları qədər savab verilər. Əgər borc verdiyi insanla mehriban olarsa, Sirat körpüsündən işıq sürətilə, hesab vermədən və əzabsız keçər”...
Dua edən zaman niyə başqalarını özündən qabağa salmaq lazımdır?!
Başqaları haqqında dua etmək və dua zamanı başqalarının ehtiyacını və istəklərini qabağa salmaq – dua edən üçün çox faydalı əməldir. Çünki belə etdiyi üçün Allah bəlanı ondan dəf edər. Onun ruzisini artırar və onun dualarını iki qat yerinə yetirər.
Həzrət Zəhra (s.ə) başqaları haqqında o qədər dua edərdi ki, sanki özü haqqında heç dua etməzdi. Ondan soruşan zaman ki, niyə başqaları üçün dua edirsən və niyə özün üçün dua etmirsən? Buyurardı ki, əvvəl qonşu, sonra ev.
Şübhəsiz ki, gecə namazının fəziləti də məhz bundadır ki, 40 nəfər üçün dua edirsən. Mömin başqalarına dua edən zaman kin və küdurət qəlbindən gedər və yerini mehribanlıq və kəramət alar.
İmam Baqir (ə) buyurur: “Tez yerinə yetən dua – din qardaşı üçün edilən duadır ki, həm dua onun qaib olduğu zaman olar və həm də əvvəl onun üçün dua edər...
Əməllərimizin pis nəticələrini təmizləmək üçün Allah-Taaladan (c.c) necə möhlət istəyək?!
Qurani-Kərim bizə Allahdan necə möhlət istəyə biləcəyimizi öyrədir və buyurur: “Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»”. (“İbrahim” 44).
Əvvəl elə görünür ki, bu ayə Qiyamət haqqındadır. Ancaq daha dərindən düşündükdə, başa düşürük ki, bu ayə dünyaya aiddir. Çünki insan ancaq dünyada olan zaman Allahın dəvətini qəbul edər və peyğəmbərlərinə (ə) tabe olar. Allah, əzabını ancaq dünyada təxirə sala bilər...
İslam maarifinə əsasən maddi ruzidən əlavə İlahi nemət və ruzi olanlar hansılardır?!
Ruzi mövzusunda iki məsələ mühüm məsələdir ki, ona diqqət etmək lazımdır:
1. Qəlb inancımız olmalıdır ki, ruzi Allahın əlindədir, hər kimin nəyi varsa – Allahdandır.
2. Ruzinin növləri vardır. Ancaq maddi şeylərə şamil edilmir. Maddi olmayan ruzilər də vardır.
Maddi olmayan ruzilər:
1. Allahın məhəbbətini qəlbində daşımaq. Bunu yəqin bilin ki, qəlbində Allahı sevmək - o ruzidir.
2. Yaxşı işlərə meyil etmək. Yaxşı işlərə meyil etmək – ruzidir. Bu zaman siz kiminsə qəlbini şad edirsiniz və ya işinin düyününü açırsınız, ya əlindən tutursunuz – bütün bu əməllər ruzidir.
3. Dost. Əgər elə dostunuz varsa ki, sizin tərəqqi etməyinizə yardım edir – bunun özü də ruzidir.
4. Müəllim. Hər kim sizin həyat tərzinizə müsbət təsirlər qoya bilirsə, o, sizin üçün müəllimdir və bu müəllimin olması – ruzidir...
Qurani-Kərimin məntiqi ilə, bu 4 yerdə bəndə Allahı xüsusən yada salmalıdır?!
Musa ibni İmran (ə) Allahla münacat edirdi, dərgahında buyurdu: “Allahım, məndən uzaqsansa, Səni çağırım. Yaxınsansa, Səninlə münacat edim?”.
Allah Təala vəhy göndərir: “Ey Musa! Mən o kəsin yoldaşıyam ki, Məni yada salar və Mənim zikrimi edər”. Musa (ə) deyir: “Mən Səni ondan daha üstün bilirəm ki, o halda Səni zikr edəm”. (Məqsədi ayaqyoludur). Allah Təala buyurur: “Ey Musa! Hansı halda olursansa-ol, Məni yada sal və Mənim zikrimi de”.
Qurani-Kərim bütün möminlərə buyurur ki, Allahı hər bir halda yada salın:
1. İbadət zamanı yada salın və ixlaslı olun. 2. Günahla üzləşən zaman Allahı yada salın və gözünüzü günaha bağlayın.
3. Nemət zamanı Allahı yada salın və şükrünü yerinə yetirin. 4. Bəla və müsibət zamanı Allahı yada salın. Xülasə, həyatımızın hər anında Allahı unutmayaq...
Allah-Təalanı (c.c) zikr etmək insan həyatında hansı 8 təsiri vardır?!
Qurani-Kərim və Məsumların hədislərinə əsasən Allah zikrinin 8 xüsusiyyəti: Allahı yada salmağın bir çox bərəkətləri vardır ki, onlarla tanış olaq:
1. Allah da insanı yada salar. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. (“Bəqərə” 152).
2. Allahla yoldaş olmaq. O kəs ki, daima Allahı zikr edər, Allah onun yoldaşı olar. Allah Təala buyurur: “Ey Musa! Mən o kəsin yoldaşıyam ki, məni yada salar”.
Həzrət Musa (ə) sual verir ki, o gün ki, Sənin pənahından başqa pənah olmaz, kimlər Sənin pənahında olacaqdır?
Buyurur: “Onlar ki, Məni yada salırlar və Mən də onlara yardım edirəm və Mənim yolumda bir-biri ilə dostluq edərlər”.
3. Allahın məhəbbəti. O kəs ki, davamlı olaraq Allahı yada salar – İlahi sevgi qəlbində yer alar. Hədislərin birində oxuyuruq: “Hər kim Allahı çoxlu yada salarsa, Allah məhəbbəti qəlbində hakim olar”....
Namaz və ibadətlərin qəbul olunmasının 6 şərti hansılardır?!
Namazın və ibadətlərin qəbul olmasının 6 şərti vardır ki, onlarla tanış olaq:
1. Etiqadi şərt. Namaz qılanın gərək Allaha imanı olsun. Allah Təala Quranda buyurur: “Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).
2. Vilayət şərti. İlahi rəhbərə malik olmaq – ibadətin qəbul olmasının ən mühüm şərtlərindən biridir. Hədislərimiz buyurur ki, əgər insanın İlahi rəhbəri olmazsa, etdiyi ibadətlərin nəticəsi və səmərəsi olmaz.
3. Əxlaqi şərt. Allah ancaq təqva əhlindən qəbul edir. Ona görə də təqva – ibadətin qəbul olma şərtlərindən biridir...
Fiqhi namaz nə deməkdir?!
Doğru namaz insanın təklifdən azad olmasına gətirib çıxardar. Onun sayəsində insan axirətdə hesab verməkdən azad olur. Bu cür namazı fiqhi namaz adlandırırlar. Belə bir namaz nur saçaraq səmaya qalxar və Allah tərəfindən qəbul olunar.
Ancaq elə namazlar da vardır ki, mələklər onu səmaya qaldırsalar da, Allah tərəfindən qəbul olunmaz. Peyğəmbərimiz (s) buyurur: “Bəzi namazların yarısı qəbul olunar, bəzisinin üçdə biri, bəzisinin dördə biri, bəzisinin beşdə biri və bəzisinin də onda biri qəbul olunar.
Bəzi namazlar bükülmüş köhnə paltar kimi sahibinin üzünə vurular. Namaz qılan (belə) namazından bəhrə aparmaz”...
İnsanın ən böyük düşməni harada oturub?!
İnsanın ən böyük düşməni – əmmarə nəfsidir ki, daxildən ona pisliklər və günahlar etmək üçün əmr edər. Belə ki, ən böyük düşmən – elə insanın öz daxilində oturub.
Həzrət Peyğəmbər (s) əmmarə nəfsi ən qatı düşmən adlandırmışdır. Dinimiz əmmarə nəfsi çox məzəmmət etmiş və onun yaratdığı təhlükələrdən söz açmışdır.
Qurani-Kərimin nəzərinə görə, hər kim həvayi-nəfsinin ardınca gedər, əslində müşrikcəsinə pərəstiş etmiş olar ki, ağıl gözünü – kor, qəlbi – zülmətli edər. İnsanı İlahi dərgahdan qovar və həqiqətləri müşahidə etməkdən məhrum olar.
Qurani-Kərim bu haqda buyurur: “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23)...
Nəfslə mübarizə aparmağın 6 mərhələsi hansılardır?!
Əxlaq alimləri və Məsumlarımız (ə) nəfslə mübarizə aparmağın mərhələlərini zikr etmişdilər. Bu mərhələlər ibarətdir: yəqzə, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə.
Yəqzə, yəni ayılmaqdır. Qəflətdən xaric olmaqdır. Özünü unutmaqdan xaric olmaqdır. Necə ki, xəstə öz xəstəliyinə diqqət etməz, müalicə ardınca olmayacaqdır. Bu fərqlə ki, cismi xəstəliklər adətən ağrı ilə bir yerdə olur. Bədən həssaslıq göstərir və insan müalicə ardınca düşür. Ancaq nəfsin xəstəlikləri aşkar deyildir. Adətən hətta ləzzətlə bir yerdə olur. Ona görə də onu aşkar etmək daha çətindir. İnsan maddi dünyaya qərq olduğu üçün onun müalicəsi barəsində düşünməz. Qurani-Kərim bu haqda buyurur: “Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar)”. (“İnsan” 27).
İmam Əlinin (ə) mübarək nəzərinə görə, qəflət – ən ziyankar düşmən, bir növ xəstəlik, qəlbin kor olmaq amili, qəlbin ölmə səbəbidir. Ona görə də İlahi peyğəmbərlər (ə) gəlib qəflət pərdəsini kənara çəkməyə çalışmışdılar. İnsana Allahı tanıtmış və haqq yolunu göstərmişdilər.