Bədgümanlıq, sui-zənn nədir?


Həzrət Əli (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsində buyurur: “Sui-zənn və bədgümanlığa təslim olma.” (“Bədgümanlıq sənə qalib gəlməsin”)
Əvvəlcə bilməliyik ki, bu ifadələrdə nəzərdə tutulan nədir? Bu barədə iki ehtimal var: 1. Bu sayaq təbirlər, adətlər, o zaman işlədilir ki, bir sifət insanda sabit şəkil alıb, onun xarakterində möhkəmlənsin. Ərəblərin “ğələbə ələyhil-kərəm” deyiminin mənası budur ki, hansısa sifət (burada “kərəm”) insanda sabitləşmişdir. Bu baxımdan, Həzrətin (ə) buyuruğundan belə anlaşılır ki, sui-zənn əhli olma, bədgümanlıqdan çəkin...


İmam Rizanın (ə) baxışında yaxşı xanımın xüsusiyyətləri hansılardır?


İmam Rizanın (ə) baxışında yaxşı xanımın xüsusiyyətləri hansılardır? “Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur…\" İmam Rza (ə) buyurur: “Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır:
1. Ərinə qarşı təvazökarlıq və üzüyola, eləcə də bədxərclik etməyib qənaətcil olmaq.
2. Xoşxasiyyət, mülayimlik və mehribançılıq.
3. Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək.
4. Ərini əsəbi və ya yorğun gördükdə bütün işlərini öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək...


Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri dünyаdа gördüklәrimizә охşаyırmı?


Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri dünyаdа gördüklәrimizә охşаyırmı? Qiyаmәtdә insаn fәrqli dә оlsа hәm ruhа, hәm dә cismә mаlikdir. Fәrqli cism ахirәt аlәminin qаnunlаrınа münаsibdir. Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri hәm ruhа, hәm dә cismә аiddir. Bu hәqiqәti аyәlәr vә rәvаyәtlәr tәsdiqlәyir. (Mоllа Möhsin Fеyz Kаşаni, “Üsulil-mааrif”, s. 224, 225.) Cismаni vә ruhi әzаb mәsәlәsi ilә dаhа gеniş şәkildә tаnış оlmаq üçün Qurаni-kәrimin dörd аyәsinә nәzәr sаlаq:
1.Cismаni әzаb: yаndırıcı оd (“Әrаf”, 12.); “Yеyәrlәr аmmа dоymаzlаr”. (“Vаqiә”, 51-53.)
2. Ruhаni әzаb: İnsаn nәfsinin yаnmаsı (“Humәzә”, 4-7.); “Sоnsuz hәsrәt. (“Аli-İmrаn”, 192.)..


İmam Zaman (ə.f) ağanın etibar etdiyi bu insanları tanıyırıqmı?


İmam Zaman (ə.f) ağanın etibar etdiyi bu insanları tanıyırıqmı? İmam Zaman (ə.f) ağa iki qeyb dövrü yaşayıb. Kiçik (suğa) qeyb dövründə Onun dörd naibi olub:
1. Osman ibn Səid Əmri. Bəni Əsəd qəbiləsindən olub, şiələr tərəfindən \"Səmman\" (yağ satan) deyə çağırılıb. Öz məxfiliyini qoruyub saxlamaq naminə bu adla məşhurlaşıb...
2. Muhəmməd ibn Osman ibn Səid Əmri. Birinci xas naibin oğlu olmuş, atasının vəfatından sonra naiblik vəzifəsini öz üzərinə götürmüşdür. İmam Zaman (ə.f) İshaq ibn Yəqubun məktubundakı suallara cavab verərkən belə buyurub: \"Allah Muhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun...


İmamın Rizanın (ə) iman mərhələləri haqda möhtəşəm kəlamı...


İmamın Rizanın (ə) iman mərhələləri haqda möhtəşəm kəlamı...İmam Rza (ə) insanda formalaşan imanın mərhələlərinə işarə edərək bu mübarək kəliməni buyurub. İnsan öncə qəlbi ilə təsdiq etməlidir. Çünki, qəlb bütün insanlığı özündə ehtiva edən “məkandır” . Bütün insanlığ və şəxsiyyətlık qəlbdə cəm olur. Qəlb pak olduqca ora iman nuru daxil olur. İlahi nur daxil olduğu məkanı özü kimi nurlandırır. Sonra insan qəlbində olanı dili ilə iqrar edir. Necəki Həzrəti Əli (ə) buyurub: “Hər bir kişi dilinin altında gizlənib”. Dil qəlbin, şəxsiyyətin aynasıdır. Pis, çirkili qəlbdən bəd və əxlaqsız sözlər, pak qəlbdən pak sözlər cari olar. Necəki, Allah Rəsulu buyurub:”Hikmət qəlbdən dilə cari olar”. İmamın (ə) buyurduğu kimi bu üç mühüm amil Qəlb, Dil və Əməl keyfiyyət hasil etdikdən sonra İman şəkilini alıb öz sahibini Mütəal Allahın mərifətinə doğru götürür.


Ədəb-ərkanın kamilliyini göstərən 7 xüsusiyyət hansılardır?


Ədəb-ərkanın kamilliyini göstərən 7 xüsusiyyət hansılardır?İslaminSesi.info - Müstədrək əl-Vəsail əsərində (cild-9, səh-38) ədəb-ərkanın şərtləri və göstəriciləri haqda İmam Sadiqdən (ə) maraqlı bir hədis nəql edilib. İmam buyurur: “Ədəb-ərkanın və mürüvvətin yeddi xisləti var:
1-Ağıl (Məntiqli olmaq, məntiqli düşünmək və məntiqli danışmaq)
2-Helm (Cahil və nadanlar qarşısında səbirli olmaq, düşmənin fitnələrinə uymayıb təmkinli davranmaq)
3-Səbr (Baş verən hadislərdə, gələn xəstəlik və bəlalarda səbirli olmaq və naşükürlük edib, fəryad salmamaq)
4- Yoldaşlıq ( Dost qazanmaq, kin-küdürət və düşmənçilikdən uzaq durmaq)...


Nərd oynamağın hökmü nədir ?


Nərd oynamağın hökmü nədir ?-Ayətullah Xamenei nərd oynamaq haqda belə fətva verib: \"Əgər ürf baxımından qumar aləti hesab olunarsa, oyun mərcsiz həyata keçirilsə belə, onu oynamaq mütləq şəkildə haram olar.\"
-Ayətullah Sistani: Haramdır.
-Ayətullah Məkarim Şirazi: Adı çəkilmış alət oyun aləti hesab olunmasa, ümumi kütlənin fikrində idman və əyləncə vasitəsi hesab olunmasa, olmaz. Hətta mərcsiz və uduşsuz olsa belə, onu oynamaq iradlıdır.


Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?


Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək? Bir nəfər İmam Sadiqdən (ə) soruşdu: “Bəzi qohumlarımın təfəkkürü başqadır. Onların mənim üzərimdə haqları vardırmı?”. İmam (ə) buyurur: “Bəli, qohumluq haqqını heç bir şey qət etməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”. Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onları tərk edəm”. Həzrət (s) buyurur: “O zaman Allah da səni tərk edər”. Deyir: “Bəs nə edim?”. Həzrət (s) buyurur: “Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”...


İmam Əli (ə) yolunu azan vəzifəli mömini necə təzəkkür verdi?


İmam Əli (ə) yolunu azan vəzifəli mömini necə təzəkkür verdi? İmam Əli (ə) Bəsrəyə vali təyin edir o isə beytul-maldan düzgün istifadə etməyir və Hz Əmir (ə) ona belə məktub yazır: İmam (ə) buyurur: \"Mən səni əmanətimdə şərik qərar verdim. İstədim ki, sən əmanətdarlıqda mənə yardım edəsən. Səni, əynimə yapışan köynək və libasımın astarı qərar verdim. Astar daxildədir və bədənə yaxındır. Öz nəslimin insanlarından heç kəs mənim üçün sənin qədər güvənilən deyildi. Nə zaman gördün ki, ruzigar bibin oğlu ilə mübarizəyə qalxıb və düşmənlər hər tərəfdən üstünə gəlirlər. Bacardığın qədər dul qadınlar və yetimlər üçün saxlanılan maldan oğurladın... Ey o kəs ki, bizim yanımızda alimlərdən hesab olunurdun! Hansı cürətlə süfrə kənarında əyləşir və ləzizlərdən yeyirsən, içirsən?! Halbuki, bilirsən ki, yetimlərin və miskinlərin malındandır. Haram yeyirsən və haram içirsən...


İmam Hüseyin (ə) buyurur: Bu üç dəstədən başqa heç kəsə ehtiyac və çətinliyini danışma?!


İmam Hüseyin (ə) buyurur: Bu üç dəstədən başqa heç kəsə ehtiyac və çətinliyini danışma?! ...Ənsarlı müsəlman məktub hazırlayaraq yazmışdı ki, filankəsə 500 diran borcluyam və o məni sıxıntıda qoyur ki, tezliklə borcumu ödəyim! Həzrət İmam Hüseyn (ə) məktubu oxuyandan sonra evinə daxil olaraq bir bağlamada 1000 dindar pul gətirib, buyurdu: Borcunu ödə və qalanına da dolanışına düzəliş ver. Sonra İmam (ə) ənsarlı müsəlmana buyurdu: \"Bu üç dəstədən başqa heç kəsin yanında ehityacından danışma! (Çünki onlar səni xar edər və ya ümidsiz qaytararlar.) Çətinliyinin həlli üçün çıxış yolu olmazsa bu 3 insana müraciət et: 1-Çətinliklərinin həlli üçün dindar və imanlıya ehtiyaclarını danış ki, onların imanı sənin haqqında nalayiq söz danışmağa imkan verməz. 2-Mərdlik xasiyyətinə yiyələnmiş şəxsə ehtiyaclarından danış, çünki ehtiyacının həlli üçün imkanlarından artığını etməyə çalışar. 3-Əsil-nəsəbli şəxsə ehtiyaclarından danış, çünki onlar tərbiyəli və ailə dəyərlərinə malik dəstədirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter