Niyə qurbanlıqlarımız qəbul olunmur?
Qurban əməliyyatında üç şeyə diqqət edilməlidir: Nəyi qurban veririk, nədən ötrü qurban veririk, nə niyyətlə qurban veririk. Məlum olduğu kimi Allah-Təala Həzrət İbrahimə qoca vaxtında oğul payı vermişdi. Uzun illər oğul üzünə həsrət qalan ataya yuxuda vəyh edilir ki, oğlunu qurban kəssin. O, isə bu işdən çəkinmir. Çünki onun oğlu ona nə qədər əzizdirsə, uğrunda övladını qurban verdiyi varlıq – aləmlərin Rəbbi olan Allah İbrahim peyğəmbər (ə) üçün miqyasa sığmayan dərəcədə əzizdir. O, onu (ə) İbrahim edəndir. Üstəlik, İbrahimin (ə) qurbanlığı Allah rizası üçün idi. Allah onu bu işə əmr etmişdi. Niyyət ixlaslı olduğu üçün Allah-Təala İbrahim peyğəmbərin qurbanlığını qəbul etmiş və ona övladını kəsməyə icazə verməmiş, əvəzində qurban kəsməsi üçün qoç göndərmişdir. Çünki Allah-Təala ancaq təqva sahiblərindən, Allah üçün ixlasla iş görənlərdən qəbul edir...
Bir neçə şeyi bilməyimiz lazımdır?!
Onlar iman və mərifət sərmayəsini bizdən oğurlamaq istəyirlər.
1. Daim bizi təqib edən düşmənlərimiz var. Onlar iman və mərifət sərmayəsini bizdən oğurlamaq istəyirlər.
2. Təkbaşına bu düşmənlərin öhdəsindən gələ bilmərik. Buna görə Əmirəlmöminin (ə) buyurur: “İlahi, qəlbim hicablanmış, nəfsim nöqsanlı, əqlim məğlub və nəfs istəklərim qalib olmuşdur.” (\"Biharul-ənvar\", c. 84, s. 341.)
3. Düşmənlərin çəngindən elə bir kəsə doğru qaçmalıyıq ki, bizi nəfsimizin, cin və insandan olan şeytanların şərindən qorusun...
İslam maarifində uca əxlaqi dəyərlər hansı rəftarlara deyilir?
Dinimiz ali əxlaqı 3 şeydə görür:
1. Başqalarını bağışlamaq. Hz Peyğəmbər (s) buyurur: “Dünya və axirətin ən yaxşı əxlaqını sizə xəbər verimmi? Sənə zülm edəni bağışlamaq,...
2. Mömin qardaşına yardım etmək. İmam Sadiq (ə) buyurur: “Elə bir mömin yoxdur ki, zülm görmüş möminə yardım etsin, məgər o halda ki, bu əməlin (savabı) bir ay Məscidul-haramda etikaf etmək və oruc tutmaqdan daha üstündür...
3. Allahı çoxlu yada salmaq. Lakin məqsədim Allahı halal və haramın yanında yada salmaqdır. Əgər itaət və bəndəlik olarsa, ona əməl etsin. Əgər günah olarsa, onu tərk etsin”.
Ayətullah Safi Gülpayiqani: “Vəliyyi-Əsrin (ə) razılığını cəlb etmək bütün işlərin başında durmalıdır”
Ayətullah Lütfullah Safi Gülpayiqani Qumda keçirilən görüşlərin birində demişdir: “Cəmiyyətin ruhani təbəqəsindən tutmuş qeyri-ruhani təbəqəsinə qədər hamı gərək Vəliyyi-Əsrin (ə) xidmətində olsun və bu yolda səy göstərməlidir”. Bu mərcəyi təqlid buyurur: “Cəmiyyətdə tərbiyə və mədəniyyət yaratmaq məsələsi cinayət və digər pisliklərlə mübarizədə böyük əhəmiyyətə malikdir. Bütün təşkilatlar gərək öz vəzifələrinə düzgün əməl etsinlər. İnşallah ki, günü-gündən cinayətlər azalacaqdır. Nəzm və intizam - mühüm və əsas məsələlərdən hesab edilir. Təhlükəsizliyi bərqərar etmək və cinayətkarla mübarizə aparmaq sahəsində görülən fəaliyyətlər təqdir edilməlidir”.
Nə edək ki, bizi həm Allah və həmdə insanlar sevsin?
İmam Əlidən (ə) nəql olunur ki, o həzrət buyurur: Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib və o cənaba üz tutaraq dedi: Ey Allah rəsulu! Mənə elə bir əməl öyrət ki, onun vasitəsi ilə Allah məni sevsin, insanların sevgisini qazanmış olum, sərvətim artsın, cismim sağlam qalsın,ömrüm uzansın və qiyamət günü səninlə məşhur olum.
Həzrət peyğəmbər (s) buyurdu: 6 xüsusiyyət var ki, (onlara əməl etsən dediklərinə nail olarsan) onların əmələ gəlməsi digər 6 xüsusiyyətdən asılıdır.
1- Əgər istəsən Allah səni sevsin gərək ondan çəkinəsən və təqva xüsusiyyətinə sahib olasan.
2- Əgər camaatın sevgisini qazanmaq istəsən, gərək onlara ehsan edəsən və əllərində olan sərvətə göz dikməyəsən...
Quranda hicab deyiləndə, nə nəzərdə tutulur?
Hicabın lüğətdəki mənası örtük deməkdir. Yəni, o şey ki, üzə çıxmağa mane olar, pərdə kimi. Ona görə də Quranda bu kəlmə ancaq geyimə aid edilmir, həm də insanın rəftarına və əxlaqına da aid edilir. Ona görə də deyə bilərik ki, hicab dedikdə ancaq geyim nəzərdə tutulmur. Bəs Quranda hicab dedikdə başqa nələr nəzərdə tutulur?
1. Danışığın hicabı və iffəti. Naməhrəmlə söhbət etmək tərzi – danışığın hicabına aid mövzulardandır ki, Quran bu haqda buyurur: “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32)...
Ölülərimizi yuxuda görməyimiz nə deməkdir?
Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, insanlar bərzəx aləmində 3 dəstəyə bölünürlər: bir dəstə kafirdir, bir dəstə mömindir, üçüncü dəstə isə insanların əksər hissəsinə şamil olur və bu insanlar yuxuda olarlar və öldüklərindən xəbərləri olmaz. Qiyamət günü nə zaman öldüklərini soruşan zaman deyərlər ki, bir gün və ya ondan da az müddətdə. Beləliklə bəzi dəstələr bərzəxin behiştindədir, bəzi dəstələr cəhənnəmində və bəziləri isə nə cəhənnəmdədir və nə də behiştdədir. Bihuş halda yuxudadırlar.
Möminlərin dəstəsi də üç dəstəyə bölünür. Beləliklə bərzəx əhlini beş dəstəyə bölmək olar ki, onların üç dəstəsi möminlərdir. Bir dəstəsi kafirlərdir və bir dəstəsi də fikri zəif olan insanlardır ki, yuxu halında olarlar. Bu zəif fikirli insanlar möminlərdən hesab olunmur...
Nəkirlə Münkər qəbirdə hansı dildə sual verirlər?
Bəzi hədislər bu mələklərin adını Nakir və Nəkir kimi, bəziləri isə Münkər və Nəkir kimi yad etmişdir. Ancaq bu mələklərin hansı dildə sual verdikləri barəsində hədislərdə bir şey deyilmir. Din alimlərinin verdiyi ehtimala görə, bu suallar ərəb dilində olacaqdır. Amma elə olacaqdır ki, meyit bu suallarda nə deyildiyini başa düşəcəkdir. Belə bir ehtimal da vardır ki, verilən sual qəbir sahibinin dilində olacaqdır. Yəni, hansı millətdən və qövmdəndirsə, o dildə də sual veriləcəkdir. Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, bu sual-cavab adi sual-cavab olmayacaqdır. Yəni, insan nə istəyirsə cavabında deyə bilməz. Əslində bu sualların cavabı insanın daxilindən qalxaqdır və insan can dili ilə onlara cavab verəcəkdir...
İmamın (ə) davamçısı, yoxsa İmamı (ə) sevən?
Bir nəfər İmam Həsənə (ə) deyir: “Mən sizin davamçılarınızdanam”. Əziz İmam (ə) buyurur: “Ey Allah bəndəsi! Əgər bizim əmr və qadağalarımızın mütisi olsan – düz deyirsən. Ancaq əgər belə olmasan, bu uca məqamı iddia edərək ki, əhli deyilsən – günahına əlavə etmə. Demə ki, mən sizin davamçılarınızdanam. Bəlkə de: “Mən sizi sevənlərdən və düşmənlərinizin düşmənlərindənəm”. Belə olan halda (o deməkdir ki) sən yaxşı insansan və yaxşılıqlara meylin vardır”.
Məmun niyə öz qızının İmam Cavadla (ə) evliliyində israr etdi?
Məmunun bu evlilikdə bir çox səbəbləri var idi, o cümlədən:
1. Qızını İmamın (ə) evinə göndərərək, düşünürdü ki, onu davamlı olaraq öz kontrolu altında saxlayacaqdı.
2. Öz avam düşüncəsinə görə, niyyət edirdi ki, İmamı (ə) saray əhlinin məclislərinə yaxınlaşdırsın.
3. Bu qohumluq əlaqəsi ilə Əli (ə) sevərlərin qiyamının qarşısını almaq istəyirdi.
4. Bəzən avamcasına deyərdi: “Mən bu evliliyi ona görə istəmişəm ki, qızımın İmamdan (ə) övladı olsun və mən də Peyğəmbər (s) övladının babası olum”.
Ancaq onun bu arzusu ürəyində qalır və qızının övladı olmur.