Ayətullah Behcətin nəzərində əzabı aradan qaldırmağın yolları hansılardır?


Ayətullah Behcətin nəzərində əzabı aradan qaldırmağın yolları hansılardır? Mərhum Ayətullah Behcət buyurur:“Allahın qeyb tərəfindən olan əzabları - mələklər, tövbə, Allaha münacat etmək və yalvarmaqla aradan qalxar”.
Əzab dedikdə işgəncə, cəza və şiddətli ağrıları hiss etməkdə nəzərdə tutulur. Allah Təala Quranda əqli və vəhyi təlimlərlə müxalif olanları əzabla cəzalandıracağını vəd etmişdir. Ayətullah Behcət buyurur: “Bu giriftarlıqların aradan qalxması – faydalı mövzulardandır. Bu gün müsəlmanlar əgər bəlaların onlardanqalxması üçün səy göstərsələr, təzəkkür olarlar. Belə ki, Quran buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33)...


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq?


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq? İmam Zaman ağanın (ə) idarəçiliyinin zəminələri əsrlər boyu hazırlanar və onun qurulması isə zühurun baş verməsinin ardınca həyata keçər. Bu ardıcıllıqlarla tanış olaq:
1. Qiyamın ani olması. İmam Məhdi (ə.f) o zaman zühur edər ki, düşmən qəflətdə qərar tutacaqdır. Ani qiyamın baş verməsi onları heyrətə salar və Həzrətin (ə.f) qələbəsi tez baş verər. Həzrət (ə.f) buyurur: “Həqiqətən, bizim məsələmiz ani şəkildə olacaqdır”. 2. Qeyb yardımının vasitəsilə işlər islah olacaqdır. Hədislərimizin buyurduğu kimi, İmam (ə.f) qiyam edən zaman Allah ona qeyb yardımları edəcəkdir. Qələbəsini asan və işlərini islah edəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-Beytdəndir (ə). Allah onun (məsələsini) bir gecədə islah edəcəkdir”. Allahın qeyb yardımları bunlardır:
a). Düşmənin qəlbində qorxu yaratmaq. Allah düşmənin qəlbində elə qorxu yaradacaqdır ki, öz qüdrətlərini göstərə bilməyəcəklər.
b). Mələklər yardım edəcəkdir. Hədislərdə oxuyuruq: “Allah ona üç min mələklə yardım edəcəkdir”.


Hansı Dörd şey dörd şey üçündür?!


Hansı Dörd şey dörd şey üçündür?! Həzrət Peyğəmbər (s) buyurur: “Dörd şey, dörd şey üçün xəlq olmuşdur:
1. Mal-dövlət – infaq üçündür, nəinki qoruyub saxlamaq üçündür.
2. Elm və bilik – əməl etmək üçündür, nəinki mübarizə aparmaq üçündür.
3. Allah bəndələri – bəndəliyə itaət üçündürlər, nəinki təkəbbür üçündürlər.
4. Dünya – ibrət üçündür, nəinki təmtəraq və imarət üçündür”.


Bərəhut nədir? Bu yer haradadır və kimin üçündür?


Bərəhut nədir? Bu yer haradadır və kimin üçündür? Lüğətə nəzər salsaq görərik ki, bərəhutun mənası vadi deməkdir. Ancaq bəzi dilşünas alimlərinin nəzərinə görə, quyu mənasını da verir.
Əgər hədislərə nəzər salsaq, görərik ki, bərəhut hər iki mənada istifadə olunmuşdur.
İmam Əli (ə) buyurur: “Müsəlmanların ruhları behiştdə Səlmi adlı bulağın yanında yerləşirlər. Müşriklərin ruhları isə Bərəhut adlı atəşdən olan quyuda”.
İmam Sadiq (ə) buyurur: “Yəmən diyarının arxasında bir dərə vardır ki, onu Bərəhut adlandırırlar. O, dərədən qara ilanlardan başqası keçməz”.
İmam Əli (ə) buyurur: “İnsanlar üçün ən üstün diyar – Məkkə vadisi və Hindistanda olan vadidir. İnsanlar üçün ən pis vadi iki vadidir: Əhqaf vadisi və Həzrəmutda olan Bərəhut adlı vadidir. İnsanlar üçün ən üstün quyu – Zəmzəm quyusudur. İnsanlar üçün ən pis quyu – Bərəhut quyusudur ki, kafirlərin ruhları orada yerləşirlər”...


Ərinə bir qurtum su içirdən xanım, 1 il ibadətin savabını qazanar!


Ərinə bir qurtum su içirdən xanım, 1 il ibadətin savabını qazanar! Ayətullah Müctehidi Tehrani buyurur: “... Aqibətin xeyirli olması deyildikdə İlahi rəhmətə, feyzə qoşulmaq, İlahi qürb məqamına çatmaq nəzərdə tutulur. Bir müsəlmanın həyatdakı əsil hədəfi bu olmalıdır. “Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 124). Hz Peyğəmbər (s) qadınların aqibətinin xeyirli olması üçün 6 yol tövsiyə edir ki, onlara nəzər salaq. 1. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməli onun üçün bir il gündüzləri oruc tutmaqdan və gecələrini ibadətlə keçirtməkdən daha yaxşıdır. Allah ərinə içizdirdiyi hər qurtuma görə onun üçün behiştdə şəhər salar və 60 günahını bağışlayar”...
2. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Elə qadın yoxdur ki, ərinə paltar geyindirsin, məgər o halda ki, Allah Qiyamət günü behiştin 70 xələtini ona geyindirər. Həmçinin Qiyamət günü ona hurilərdən 40 kəniz verilər ki, xidmət etsinlər”...


İmam Zaman ağanın (ə.f) qonaqlığında təam edən mömin kim olub?


İmam Zaman ağanın (ə.f) qonaqlığında təam edən mömin kim olub?Məşhur Əhli-Beyt (ə) alimlərindən biri olan Əbu Muhəmməd İsa ibni Məhdi Cövhəri nəql edir: “268-ci ildə eşitmişdim ki, İmam Zaman ağa (ə.f) İraqdan Mədinəyə köçmüşdür. Mən də Həzrəti (ə.f) ziyarət etmək və həcci yerinə yetirmək niyyətilə yola düşdüm. Mədinəyə gəlib çatdım və dostlarımla görüşdüm. Mənə bir evi göstərib dedilər ki, İmam (ə.f) orada sakin olur. Həmin evin yanına getdim və gözlədim ki, məğrib namazı gəlib çatsın. Namazı qıldım, Allahımla raz-niyaz etdim və dua etdim ki, Mövlamla (ə.f) görüşə bilim. Bu zaman evdən bir xidmətçi çıxdı və mənə yüksək səslə dedi: “Ey, İsa ibni Məhdi Cövhəri! Evə daxil ol!”. Mən çox sevindim və Allaha həmd edərək, evə daxil oldum. Mən evə daxil olan zaman böyük bir süfrə açıldığını gördüm və xidmətçi məni süfrənin yanında əyləşdirib, dedi: “Mövlam buyurmuşdur ki, bu yeməklərin hansından istəsən, ye”...


Gecəni rahat yatmaq üçün tövsiyə olunan əməllər nələrdir?


Gecəni rahat yatmaq üçün tövsiyə olunan əməllər nələrdir? Məsumlarımızın (ə) yatmazdan əvvəl tövsiyə etdiyi əməllər bunlardır:
1. “Təsbihati-ərbəə”ni 3 dəfə demək.
2. “Tövhid” surəsini 3 dəfə demək.
3. 14 Məsuma (ə) 14 salavat göndərmək.
4. Bütün möminlər və ölülər üçün bağışlanma istəmək.
5. Həzrət Zəhranın (ə) təsbihini demək.
6. “Ayətül-kürsü”nü, “Nas”, “Fələq”, “Kafirun” surələrini oxumaq...


Yəhudilərin və xristianların ibadəti necədir?


Yəhudilərin və xristianların ibadəti necədir? Xristianların ibadəti daha çox duaya bənzəyir. Xristian dinindəki ibadət, İslam dinindəki keyfiyyət və kəmiyyətə malik deyildir. Əsasən bazar günləri cəmlə ibadət edir, moizə dinləyir və dualar edirlər. Eləcə də, əlamətdar günlərdə kilsələrdə toplaşır və cəmlə ibadət edirlər. Fərdi ibadətlərə, əsasən, xüsusi dua kitablarından oxunan dualar aiddir. Yəhudilər isə gündə üç dəfə ibadət edirlər. Bu ibadət aravit adlanır. Yəhudi dini kitablarına əsasən ibadətin üç vaxtı belədir:
1. İlk ibadət şəhriyət adlanır ki, onu səhər çağından günəş çıxana qədər qılırlar. Bu ibadətdə əllərini Tək olan Allahın dərgahına tərəf uzadır və Ondan istəyirlər ki, onlara salamatlıq, ruzi və dərk əta etsin. 2. İkinci ibadət minha adlanır ki, zöhrün yarısından günəş batandan əvvələ qədər qılınır. 3. Üçüncü ibadət uruyət adlanır ki, günəş batandan gecə yarısına qədər qılınır...


Qurani-Kərimin təfsirinə nə üçün ehtiyac vardır?


Qurani-Kərimin təfsirinə nə üçün ehtiyac vardır? Qurani-Kərimin ayələrini beş səbəb görə təfsir və açıqlamaq zərərəti vardır:
1. Bəşərin lazımi biliyə malik olmaması. Təfsir elminə ehtiyacın olmasının səbəblərindən biri budur ki, bəşər elmi bu sahədə zəifdir. Hər kəs Quran ayələrinin mənasını dərk edə bilmir ki, bu da təfsir elmini zəruri edir.
2. Maarifin çox və sözlərin məhdud olması. Qurani-Kərim bir mövzunu bəyan edən zaman çox az, ancaq dərin mənaya malik olan sözlərdən istifadə etmişdir. Həmçinin həcminin kiçik olmasına baxmayaraq, bəşərin ehtiyacı olan bütün maarifləri özündə cəm etmişdir. Ona görə də bu maarifi üzə çıxartmaq üçün təfsirə ehtiyac vardır.
3. Dərin mənalar bəyan edilir ki, dərk etmək çətindir. Quran bəzən elə mövzulardan bəhs edir ki, biz bəşərin onu dərk etməsi çox çətindir. Onu hər kəs dərk edə bilmir. Bu ayələrin məqsədini başa düşmək üçün din sahəsində yüksək elmə malik olmaq lazımdır ki, o, da təfsir vasitəsilə bizlərə bəyan edilir...


İmam Səccadın (ə) yolkəsənlə əhvalatında nələr baş verdi?


İmam Səccadın (ə) yolkəsənlə əhvalatında nələr baş verdi?Hz İmam Səccad (ə) həcc tərəfə hərəkət edirdi. Məkkə ilə Mədinə arasında olan səhraya çatır. Birdən yolkəsən bir kişi Həzrətə (ə) çatır və deyir: “Aşağı düş\". Həzrət (ə) ona buyurur: \"Məqsədin nədir?\" Kişi deyir: \"Səni öldürmək və malını qarət etmək istəyirəm\". Həzrət (ə) buyurur: \"Mənim nəyim varsa, səninlə bölərəm və sənə halal edərəm\". O, deyir: \"yox\". Həzrət (ə) buyurur: Mənə mənzilə çatana qədər mal saxla, qalanını götür. Kişi deyir: \"Yox\" və üzünü çevirir. Həzrət (ə) buyurur: \"Sənin Pərvərdigarın haradadır?\" O, deyir: \"Yuxudadır.\" Bu zaman iki vəhşi şir gəlir və biri bu kişinin başını və o birisi də ayaqlarını tutub dartır. Bu zaman İmam (ə) buyurur: \"Güman edirdin ki, Allahın yuxudadır?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter