Əbuzəri Əbuzər edən Həzrət Əli (ə) sədaqətimi olmuşdur?


Hz Peyğəmbərdən (s) sonra bəzi insanlar hz Əbuzəri (r) İmam Əlidən (ə) ayırma üçün ona dünya malı təklif edirlər o isə cavablarında deyir:
... Deyir: Birinci elə bildiniz ki, mən Əlini (ə) sataram və bunun üçün mənim yanıma gəldiniz! Məni satın almaq istədiniz!
İkincisi isə heç insafdırmıki Əlinin (ə) qiymətini 4 kisə qızıla biçirsiniz? Siz istəyirsiz mən Əlini (ə) bu 4 kisə qızıla dəyişəm?
Bütün dünyanın sərvətini yığasınız Əlinin (ə) saçının bir telinə dəyməz!” Beləcə Əbu Zərr onları qovur və qapını bağlayır...


İmam Həsən (ə) həqiqi dostluğu hansı meyarlarla tanıtdırır?


Hər bir kəsin dostu onun xislətinin göstəricisidir. Hər kəsin dostluğ və yoldaşlığ etdiyi adamla onları birləşdirən eynilikləri vardır.İmam Həsən (ə) dostluq və yoldaşlığın davamiyyətini qoruyacaq bir neçə xüsusiyyətə işarə edərək buyurur: “Eləki birisi ilə dostluq, yoldaşlıq münasibəti qurdun diqqət et:
1-Sənə zinət (yaraşan) olsun.
2- Onun üçün bir şey etdikdə diqqətcil olsun.
3- Hər vaxt ona müraciət etdikdə əsirgəməsin.
4- Ona bir söz deyəndə (haqq) təsdiq etsin.
5- Düşmənlə üz-üzə olduqda yanında olsun.
6- Xeyir üçün əlini uzatsan, o da uzatsın.
7- Çətinki üz verdikdə dəstək olsun.


Qüsulda hansı ardıcıllığa riayət olunmalıdır?


Sual: Mən qüsu alar kən öncə sağ tərəfimi çiyindən ayaqların ucuna qədər, sonra baş, boyun-boğaz hissəmi, daha sonra sol tərəfi çiyindən ayaqların ucuna qədər yudum. Namazlarımın hökmü nədir?
Cavab: Ayətullah Xamenei: Deyilən şəkildə olan qüsul batildir (düzgün deyil). Hədəsi (qüslu) aradan aparmır. Bu növ batil qüsulla qılınan namazların qəzası yerinə yetirilməlidir. Lakin oruca gəlincə cənabətli (qüsullu) qalmaq qəsdən olmadığı üçün oruc səhihdir (düzgün). Qeyd: Demək olar ki, təqlid mərəcələrin böyük əksəriyyəti qüsulların öncə baş, boyun-boğaz, sonra sağ tərəfin yuyulması, sonra isə sol tərəfin yuyulması tərtibi (ardıcıllığı) ilə yerinə yetirilməsinə fətva verirlər.


Çətinliklərə qalib gəlmək üçün Allah-Taalanın 3 göstərişi nələrdir?


Allah Təala Quranda buyurur: “Buna görə də səbшr et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı, Onu səhər-axşam pak sifətlərlə mədh et!”. (“Ğafir” 55). Bu mübarək ayədə Allah Təala biz insanlara çətinlikdən çıxmaq üçün 3 mühüm göstəriş verilmişdir. O cümlədən:
1. Çətinliklərə səbir etmək. 2. Günahların bağışlanmasını diləmək. 3. Allahı səhər-axşam pak sifətləri ilə mədh etmək...


Quranın bizdən istədiyi xalis tövbə hansıdır?


Qurani Kərim insandan qətiyyətli və iradəsi möhkəm olmağı tələb edir. Fərqi yoxdur bu qətiyyət ya tövbə kimi Allahla əhd bağlamaqda olsun, yaxud digər işlərində olsun. Quranda buyurulur: ““Ey iman gətirənlər, Allaha – nəsuh (xalis) bir tövbə edin!” (Təhrim-8) İnsanın etdiyi əməlindən və özündən xəcalət çəkməsidir. İnsan etdiyi günahı və pis əməli tərk etsə belə, həmin əməl müqabilində Allah qarşısında, öz vicdanı qarşısında hesab verib, daxilində peşmanlığ inqilabı baş verməzsə həqiqi nəsuh tövbəsinə yetişməmişdir demək. Tövbə etmək laiq olmayan bir işi tərk edib, Allaha doğru dönmək deməkdir. Tövbə etmək, daxildə inqilabın baş verməsi deməkdir! (İstifadə olunmuş mənbə- Mehr təfsiri)


Oğul bu insanlardan uzaq ol ki zərər görməyəsən! – İmam Əli (ə)


... İmam hikmət dolu nəsihətlərinin birində buyurur: Oğlum sənə nəsihət edirəm (bu cür insanlardan çəkinəsən, dostluq etməyəsən)!:
1-Axmaqla dostluqdan çəkin! İstər sənə xeyir versin, amma zərəri dəyər.
2 - Paxıl adamla dostluqdan çəkin! Ona ehtiyacın olduğu zaman səndən əsirgəyər.
3 – Bədəməl şəxslə dostluqdan çəkin! Çünki səni ucüz qiymətə satar.
4 – Yalan danışanla dostluğdan çəkin! Çünki o, ilğım kimidir. O uzağı sənə yaxın, yaxını uzaq göstərər.(Nəhcul-bəlağə. Hikmət-38).


Gecikmiş məğrib və işa namazlarımızı hansı niyyətlə qılaq?


Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. ( Bəqərə-110)
Sual: Gecə yarısını keçdikdən sonra məğrib və işa namazlarının niyyəti necə olmalıdır?
(Qeyd edək ki, gecə yarısı namaz təqvimlərdə qeyd olunun. Qışda təxminən 00:00 da, yayda isə 01:00 radələrində olur)
Cavab: Vacibdir ki, insan şam və işa namazlarını gecə yarısından əvvəl qılsın. Əgər gecə yarısından sonra qılarsa Allaha ümüd qəsdi ilə əda və qəza niyyəti etmədən qılsın. (Ayətullah Xamenei)


İnsan Allahı sevib-sevmədiyini necə müəyyənləşdirə bilər?


Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?”. Buyurur: “Allahdan razı olmaq və Onu sevmək”. İmam Sadiq (ə) buyurur: “İlahi övliyaları və onların vilayətini sevmək vacibdir. Onların düşmənlərindən bezar olmaq da lazımlıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah vədüşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”.
Həzrət Peyğəmbər (s) buyurur: “İmanın hansı tutacağı daha möhkəmdir?”. Əbuzər deyir: “Allah və Rəsulu (s) daha yaxşı bilir”. Həzrət (s) buyurur: “Allah üçün dostluq etmək, Allah üçün düşmənçilik etmək və Allah yolunda qəzəblənmək”...


Ayətullah Mərəşi Nəcəfidən Quran barədə hansı mühüm elmi tövsiyəni edir?


... Mərhum alim, arif, ustad Ayətullah Mərəşi Nəcəfi öz övladlarına, yaxınlarına, tələbələrinə Quran barədə önəmli və faydalı bir tövsiyyə edərək buyurur: “Mənzilinizdə Quranı heç vaxt əliniz çatacaq, gözünüz görəcək yerdən uzağa qoymayın ki, hər zaman gözünüz onu görsün. Hər dəfə Qurandan bir neçə ayə oxuyun, yaxud dinləyin. Beləcə kitabdan bir şey öyrənin!”


Allah yolunda yaxşılıq etmək istəyənlər üçün Qurani Kərim hansı göstərişi verir?


“Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir. (Bəqərə 215) Qeyd etdiyimiz ayə iki mətləbi önə çəkir. Öncə kimlərə ehsan və yaxşılıq edək və nədən verək?
Birinci mətləbi Quran ardıcıllıqla bəyan edib. Öncə ata, ana! Sonra digər ardıcıllıqla bəyan edib.
İkinci mətləb nədən infaq edək? Cavabında Quran buyurur: “Şübhəsiz Allah etdiyiniz hər bir yaxşılığı bilir...- Zəlzələ.7


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter