Oruc tutmağın ədəb qaydaları hansıdır?


Orucun ədəb qaydaları. İslam dinində hər bir əməlin ədəb qaydaları olduğu kimi, orucun da ədəb qaydaları vardır ki, onlarla tanış olaq:
1. Günahdan çəkinmək. Allah qonağı özünü hər bir günahdan uzaq tutmalı və büdrəməkdən çəkinməlidir. İmam Əli (ə) Peyğəmbərə (s) sual verir ki, Ramazan ayının ən üstün əməli hansıdır? Həzrət (s) buyurur: “Allahın haram etdiyi hər şeydən çəkinmək”.
2. Vacibatlara əməl etmək. Allah qonağının ikinci vəzifəsi – Allahın vacib buyurduğu əməlləri yerinə yetirməkdir. Hər kim Allah qonağı olar, ancaq oruc tutmaqla kifayətlənməməlidir. Başqa vacibatları da ən gözəl şəkildə yerinə yetirməlidir...


Naməhrəm qadınla kişi arasında riayət olunmalı mövzular


Dinimiz kamil din olduğu üçün, insanın və cəmiyyətin saədətinə ziyan gətirə bilən hər bir əməli insanlara tanıtmış və onları bu əməllərdən çəkindirmişdir. Cəmiyyətdə hüzur balansını qorumaq üçün naməhrəm qadınla kişi bəzi əməllərə diqqət etməlidirlər. Müasir dövrdə bir çox qadınlar da cəmiyyətdə müəyyən mövqeyə malik olur, haradasa işləyir və fəaliyyət göstərirlər. Bəzən bu iş yerləri naməhrəm kişilərlə bir yerdə olur. Bu səbəbdən belə qadınlar gərək bəzi şərtlərə dəqiq əməl etsinlər. Bu əməllər ilə tanış olaq:
1. Naməhrəmə toxunmaqdan qorunmaq. Burada fiziki fasilədən söhbət gedir. İstər əl vermək olsun, istər hər hansı digər təmas olsun və sair. Hədislərin birində oxuyuruq: “Nə zaman qadın əyləşdiyi yerdən qalxar, kişi orada əyləşməməlidir, məgər o halda ki, o yer soyuyar”...


Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti


Oruc da başqa vacib əməllər kimi, xüsusi hikmətə malikdir. Orucun 5 mühüm hikməti vardır ki, onlarla tanış olaq:
1. İxlas əldə etmək və özünü islah etmək üçün. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası təsdiq etmək üçün vacib etmişdir”.
2. Cismi qüvvələrin balansını təmin etmək üçün . Orucun ikinci hikməti odur ki, oruc tutanın bədənini tənzimləyər və bədən balansını normaya salar. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.
3. Təqvanın təmrini üçün. Orucun üçüncü mühüm hikməti – təqvanı təmrin etməkdir. Müsəlman Ramazan ayı boyunca bir ay ərzində təqvasını təmrin edər, nəfsinə qalib gələr. Müsəlman halal qidadan çəkinərək, başqalarının malına əl uzatmamağı öyrənər. Həyat yoldaşının yanına getməməklə, başqasının namusuna göz dikməməyi öyrənər...


Hesab vermədən behiştə necə getmək?


“Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar. Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar)”. (“Qəmər” 54-55).
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Qiyamət günü gəlib çatar, Allah bütün xəlqi bir yerdə toplayar. Carçı car çəkər: “Səbir əhli haradadır?”.
Sonra başqa carçı deyər: “Fəzl əhli haradadır?”. Sonra başqa carçı car çəkər: “Allahın qonşuları haradadır?”. Bir dəstə ayağa qalxar və mələklər onları qarşılamağa tələsərlər. Onlara deyərlər ki, siz dünyada nə etmisiniz ki, bu gün Allahın qonşusu olmusunuz?


Şücaətin ən üstün mərhələsi hansıdır? Ona kimlər çata bilir?


Şücaət və igidlik şiddətinə görə bir neçə dəstəyə bölünür ki, onlarla tanış olaq. Şücaətin birinci mərhələsi. Bu, düşmənə müharibə meydanında qalib gəlməkdir. Allah Təala bu haqda buyurur:“Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi». Dedilər: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib»”. (“Bəqərə” 247). Şücaətin ikinci mərhələsi. Bu, əmmarə nəfsə qalib gəlmək və ona hakim olmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ən şücaətli insan o kəsdir ki, havayi-nəfsinə hakim olsun”. Şücaətin üçüncü mərhələsi. Bu, dünyanın eniş və yoxuşlarında olan çətinliklərə qalib gəlməkdir. Belə ki, Quran bu haqda buyurur: “Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik...


Tövbənin qəbul olunduğunu görsədən nişanələr hansılardır?!


Tövbəmizin qəbul olunmasını anlamağımıza yardım edən nişanələr bunlardır:
1. Tövbə etdikdən sonra insan ruhunda olan xüsusi sevinc və şadlıq hissi.
2. İnsan günahından peşman olmasını Allaha ciddi şəkildə çatdıra bilərsə, o zaman tövbəsi qəbul olar. Yəni, Allahla münacat edərək, həqiqətən peşman olmasını həm dili, həm də ruhu ilə bəyan etməlidir. Bu zaman əgər ruhunda inqilab hiss edərsə, deməli tövbəsi qəbul olmuşdur.
3. Allahın bağışlayan olmasına bütün varlığı ilə ümid etmək və təvəkkül etmək də bu nişanələrdən biridir...


Əhli-Beyti (ə) ziyarət edə bilməsək kimlərin görüşünə gedək?! İmam Kazimin (ə) hədisi


Alimləri və seyyidləri ziyarət etmək – məkarim əxlaqdan hesab olunur. İmam Kazım (ə) buyurur: “O kəsin ki, bizi görməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələrin görüşünə getsinlər ki, bizi görməyin savabı onun üçün yazılar.
O kəsin ki, bizi ziyarət etməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsinlər ki, bizi ziyarət etməyin savabı onun üçün yazılar”.


Mömin kişilər ailələrinə nisbətdə hansı vəzifəyə daha çox diqqət etməlidirlər?!


Həyat yoldaşı və övladların hidayətini istəmək! “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə İmam et!” (Furqan, 74).
İzah: Müsəlmanın vəzifələrindən biri öz ailəsini doğru yola yönəltməkdir. Buna görə də möminlər daim özlərinin, həyat yoldaşlarının və övladlarının doğru yola yönəlməsini və hidayət olunmasını Allahdan istəmişlər. Bu mühüm hacətə peyğəmbərlərin (ə) duasında çox rast gəlirik. Nümunə üçün “Bəqərə” surəsinin 128, “Ali-İmran” surəsinin 38, “İbrahim” surəsinin 38-40 və “Əhqaf” surəsinin 15-ci ayələrini göstərmək olar...


Sağlam ailəyə sahib olmaq üçün Qurani Kərim hansı tapşırığı edir?!


Qurani-kərim uğurlu evliliyin şərtini həyat yoldaşının başqaları ilə gizli əlaqədən pak olmasında görür! Nahməhrəmlə dostluq etməmək !
\"(Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və gizli dost (aşna) saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin.\" (Nisa, 25).
İzah: İslam naməhrəmlə dostluq etməyi və münasibət qurmağı qəti qadağan etmişdir. Bu gün – Qərb mədəni ekspansiyasının gücləndiyi bir dönəmdə – bu məşum hadisənin dağıdıcı nəticələri həmişəkindən daha çox izah olunmalıdır ki, bu əxlaqi rəzalətin daha çox yayılmasının qarşısı alınsın. Qəribə burasıdır ki, bəziləri yeniyetmə yaşlarında naməhrəmlə dostluq etməməyin insanlarda bir növ psixi boşluq yaratdığını iddia edir və dinin bununla aşkar müxalifətini yozmağa çalışırlar. Halbuki bir çox psixi çatışmazlıqlar və məşum ictimai nəticələr bu sahədə laübalılıqdan irəli gəlir.


Süfyani nə zaman ortaya çıxacaq? - Zühur əlamətlərindən


Süfyaninin meydana çıxması bir çox şiə və əhli-sünnə mənbələrində böyük xilaskarın – İmam Zamanın (ə.c) zühur əlamətləri və yaxud axır zaman hadisələri sırasında qeydə alınmışdır. (“Biharul-ənvar”, 53-cü cild, səh.182, 190, 192, 206, 208 və 209.)
Bəzi rəvayətlərdən onun Əbu Süfyanın nəslindən olduğu anlaşılsa da, digər rəvayətlərdən isə müəyyən bir şəxsə aid olmadığı və bu adla tarix boyu bir sıra xüsusiyyətlərə sahib olan bir çox insanlara işarə olduğu da başa düşülür. Məsələn, İmam Səccaddan (ə) belə nəql olunur:
“Süfyaninin zühuru şübhə doğurmayan məsələlərdən biridir və hər bir inqilabçının müqabilində bir Süfyani dayanacaqdır.” (“Biharul-ənvar”, 52-ci cild, səh.182.)
Bu hədisdən Süfyaninin müəyyən bir şəxs yox, ümumi bir ad olduğu, həqiqi bir islahatçının müqabilində maneə sayıldığı anlaşılır. İmam Sadiq (ə) buyurur:
“Bizimlə (Əhli-beytlə) Əbu Süfyan övladları ilahi təlimlər uğrunda bir-birimizlə müxalifətçilik edən iki tayfayıq; biz Allah-Taalanın buyruqlarını təsdiq, onlar isə təkzib edirlər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter