Hansı ibadətlər daha üstündür?


Hansı ibadətlər daha üstündür?İslam dinində hansı ibadət başqalarından daha çox üstündür?- sualına dəqiq cavab vermək çətindir. Ancaq hədislərə əsasən ibadətləri savablarına görə şərti olaraq belə sıralamaq olar. 1. Allahın zikri. daimi və diqqətli zikrlər, 2. Namaz. Əhli-Beyt (ə) aşiqlərinin namazı vacib və müstəhəblərdən ayrılmaz olar, yəni gecə namazında diqqət sahibidirlər. Başqa sözlə desək 51 rükət Əhli-Beyt (ə) davamçılarının nişanəsidir. 3. Fərəcin intizarı. İmam Zamanın (ə) gəlişinə uyğun dua və əməllərin edilməsi, 4- Əhli-beytin (ə) vilayəti. Əhli-Beyt (ə) məqamını qəbul etmək onların seçdiyi ilahi yolda addımlamaq, 5. Ən çətin işlər - ən üstünləridir. Çətin olsa daha sevimli olar, çətin ibadət eşqin əlamətidir, 6. Niyyətin dəyəri, Allahı yeganə söykənəcək tanımaq, 7. İnsanları doyuzdurmaq. Başqlarına rəhm ibadət üçün ilahi yardımlara səbəb olar, 8. Saleh əməl. Hikmət verici əməllərə yönəlmək,


Arif və ayətullan Noxudəki imam Xomeyniyə namazdan sonra hansı əməlləri etməyi tövsiyə edir?


Arif və ayətullan Noxudəki imam Xomeyniyə namazdan sonra hansı əməlləri etməyi tövsiyə edir?İmam Xomeyni böyük əxlaq və irfani əməllərə sahib şəxsiyyətdir 30 yaşında Məşhəddə olanda Arif və müctəhid olan Noxudəki adlı bir şəxsiyyətlə görüşür ona deyir ki, mənim üçün faydalı bir tövsiyə əta ellə o deyir ki, namazdan sonra bu əməlləri gör ruhunun inkişafına səbəb olar, çünki hər bir ibadətlər inkişafdır amma hər birinin öz ölçüsündə təsirləri var. O əxlaq müəlliminin namazdan sonra əməllər tövsiyələri bunlardır: 1-Bir dəfə “Ayətül-kürsünü” oxu. 2- Həzrət Fatimənin (s.ə) təsbihini et. 3-Üç dəfə “Tövhid” surəsini oxu. 4-Üç dəfə salavat deyirsən. 5-Üç dəfə “Təlaq” 2-3 ayəsini oxuyursan. (diqqət edək ki, böyük əxlaq müəllimi Xomeyni həzrətləri bu şəxsdən əməllər tösviyələri alır).


Hansı amillər ruzini azaldır?


Hansı amillər ruzini azaldır?Musalmanlardan bir dəstəsi deyir ki, ruzini artiran əməlləri yerinə yetirirəm amma yenə də yaşayışım çətinlikdədir. Bəs bu sözlər və əməllər necə olur ki, nəticə vermir. Cavabında deyilir ki, ruzini artıran amillər olduğu kimi onu azaldan səbəblər də mütləq olmalıdır. İslam maarifində ruzini azaldan amillər ibarətdirlər: 1. Tənbəllik. 2. Proqramsızlıq. 3. Allahdan qeyrisinə təvəkkül etmək. 4. Günah və itaətsizlik. 5. Zinakarlıq. 6. Pis əxlaq. 7. İsrafçılıq. 8. Əmanətdə xəyanət.


Çətinlikləri asan etməyin düşüncə və əməli yolları hansılardır?


Çətinlikləri asan etməyin düşüncə və əməli yolları hansılardır?Məşəqqət və əziyyətlərin asan olması üçün xüsusi yol və vasitələrə ehtiyac vardır. Onların köməyi ilə çətinlikləri aradan qaldırmaq olar. Çətinliklərin insan üçün bu baxışlarla yüngül və asan olur: A) Düşüncə baxışları: 1-. Hədəfə iman bəsləmək. başlanğıc çətin olur amma sonucu xeyir 2. Təqva. Allah üçün bütün çətinliklər xoşdur 3. Dünyanı tanımaq. Dünyanı həqiqi xilqət hədəfi bilməmək 4. Allahın bu olanlardan agah olması. Bütün hər şeyin Allah nəzarətində olmağı düşünməklə Allahın ədalətinə inanmaqla xeyrini düşünmək. B) Çətinlikləri əməli olaraq aradan qaldırmağın yolları bunlardır: 1. İstiğfar. Çoxlu bağışlanmaq diləmək çətinliklərin açarıdır rəhmətin nazil olması ilə. 2. Sədəqə və infaq. Sədəqə rəvayətlərdə gəldiyi kimi 70 növ bəlanı dəf edər. 3. Sileyi-rəhm. Qohumlarla və yaxınlarla get-gəl etmək insanın təcrübəsinin artmasına və Allahın rəhmət və bərəkətinin artmasına gəitirib çıxarar.


Ömrü uzadan mənəvi səbəblər nələrdir?


Ömrü uzadan mənəvi səbəblər nələrdir?İnsanın ömrünü uzadan və bərəkətli edən səbəblər iki qismə bölünür. Təbii və mənəvi səbəblər. O dəstə mənəvi səbəblər ki, insanın ömrünü uzun edər ibarətdirlər: 1-Güclü iman və rəhman Allaha güvənmək və təvəkkül etmək. 2-Sədəqə vermək. (sədəqə beş yolla mümkündür.) 3-Allah yolunda infaq edib, yaxınlarla get-gəl etmək, 4-Gizli yaxşılıqlar etmək, 5-Günah etməmək,


Nifrinlərin təsiri vardırmı?


Nifrinlərin təsiri vardırmı?Həqiqətdə nifrin etmək bir növ sənə zülm edəndən intiqam almaqdır. Halbuki, İslam dinində əfv və bağışlamaq daha fəzilətli hesab edilmişdir. Allah Təala buyurur: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161). İmam Baqir (ə) buyurur: “O kəs ki, bir şeyi lənətləyər və o da buna layiq olmazsa, lənət onun özünə qayıdar. Ona görə də möminin lənətindən çəkinin ki, məbada özünüz giriftar olasınız”. Məzlumun nifrini ən çox təsirə malik olmasi haqda İmam Sadiq (ə) buyurur: “Məzlumun nifrinindən qorxun ki, məzlumun nifrini göyə gedər”. Nəticə: Nifrin etməyin və məzlumların nifrinə seçilmiş şəxs olmayaq ki, təsiri insanıın məhvidir. Xüsusən də valideyinə hörmətsizlik və onların nifrini insanı dünya və axirət səadətindən məhrum edər.


Namazda diqqəti cəmləşdirmək üçün nələr etmək gərərik?


Namazda fikri və diqqəti cəmləşdirmək üçün əməl sahibləri bu işləri görməyi tövsiyə etmişlər: 1-namazı öz vaxtında qılmaq, 2-Ümumi və məscidlərdə namazı qılmaq, 3-Namazdan əvvəl azan, iqamə və dualara diqqət yetirmək, 4-Namazın zikrlərinin mənalarına diqqət yetirmək, 5-Diqqət aradan aparan əməllərdən çəkinmək. 6-Alim və əməl sahiblərinin həyatlarını oxumaq və ...


Haqq yolçuların yolazmalarının səbəbləri nələrdir?


Haqq yolçuların yolazmalarının səbəbləri nələrdir?Bəşəriyyətin hidayət olması zəruri bir məsələdir, Amma ondan daha əsası budur ki, düzgün yolda daha möhkəm əsaslara bağlanaraq yollarını azmasınlar. Bu müəqdiməyə əsasən deyirik bəzi insanlar yollarını aza bilərlər. İslam maarifinə əsasən haqq yolçuları 5 səbəbə əsasən yollarını azarlar: 1-Lazımi və zəruri məlumatları əldə etməmələri, bilməyib soruşmamaları və axtarmamaları, 2-Haqq məktəbin öndə gedənlərin səhv hərəkət və addımları, 3-İslama yad və düşmən olanların dünyəvi əməl və baxışlarda öndə olmaları, (inkişaf üçüm islamçıların zəruri çalışmalara başlamaları zərərləri dəff edər) 4-Haqq yolçularının sual və şübhələrinin cavabsız qalması, 5-Zahirdə yad və düşmən qrupların qələbəsinin görünməsi,


İslam mədəniyyətini məhv edən amillər nələrdir?


İslam mədəniyyətini məhv edən amillər nələrdir? İslam maariflərində Dini mədəniyyəti məhd edə biləcək amillər bunlardır: 1-İslama yad və düşmən olan baxışların müsəlmanların daxilində yayılması, 2-İslami baxışlara müxalif səhv yollardan (haram yollardan) müqəddəs hədəflərə çatmaq üçün istifadələr. 3- Həddən artıq yenilk və moda arxasında olmaqlar, 4-Təbəqələr arasında ayrılıq yaratmaq, 5-Riya və yaltaqlıq xəstəlik yaradan xüsusiyyətlərin yayılması. 6-Fəsad baxış və rəftarların azad yayılması,


Maddi nemətlər haqqında Raziqi necə tanımaq lazımdır?


Maddi nemətlər haqqında Raziqi necə tanımaq lazımdır?İlahi nemətlərə sahib olan (ilahi məqamlardan nəsibini alan) böyük əxlaq və əməl sahibi Ayətullah Behcət (rəhmətullah) bu sualı belə cavablandırmışdır. \"Heç bir uşaq sonrakı ruzisinin haqqında narahat deyil, çünki anasının mehribanlığına imanı var. Ey kaş mən də onun kimi Allahın mehribanlığına etimadım olaydı\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter